Məhkəmə qərarları › İş №2-1(102)-2321/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2321/2024

18.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2321/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (üçüncü şəxs “X3” Şirkəti) “Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şosesi 2 ünvanında yerləşən 0,85 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-37/2024 saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə Binəqədi rayon Xocasən Bələdiyyəsinə müraciət edərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ona bələdiyyə ərazisindən 8500 kv.m torpaq sahəsinin ayrılmasını xahiş etmiş və xx.xx.2006-cı il tari xli ödəniş qəbzinə əsasən Xocasən Bələdiyyəsinin hesabına torpaq sahəsinin müqabilində 6800 manat pul ödəmiş, Bələdiyyə tərəfindən ona ayrılacaq 8500 kv.m torpaq sahəsinin cizgisi tərtib edilmişdir.

2. Xocasən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 21/36 nömrəli qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 8500 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilməsi qərara alınmışdır. Bələdiyyə ilə iddiaçı arasında “Torpaqların alqı-satqısına dair” akt imzalanmış, həmçinin, xx.xx.2007-ci il tarixdə ayrılan torpaq sahəsinə dair situasiya planı tərtib edilmişdir.

3. İddiaçı bələdiyyə qərarı ilə ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarix li məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir.

4. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı Xocasən Bələdiyyəsi tərəfindən iddiaçıya 0,85 ha torpaq sahəsinin xx.xx.2007-ci il tarixdə, 21/36 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının qanuna müvafiq qaydada tərtib və təsdiq edilmədiyi, bələdiyyənin yerquruluşu planından çıxarışının qanuna müvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi, torpaq sahəsinin dəmiryolu xətti və Bakı-Şamaxı yolunun mühafizə zolağında yerləşdiyi, həmçinin, torpaq sahəsinin bir hissəsinin **********02, **********35 reyestr nömrəli çıxarışlarla və ləğv edilmiş DT və XK tərəfindən verilmiş plan-ölçü sənədi ilə başqa şəxsə məxsus torpaq sahələri ilə üst-üstə düşdüyü, sənəd üzrə torpaq sahəsinin konfiqurasiyası ilə faktiki konfiqurasiyası arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, BakıŞamaxı şosesi 2 ünvanında yerləşən 0,85 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X ocasən bələdiyyəsinin xx.xx.2007ci il tarixli, 21/36 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçıya ayrılmış Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şosesi 2 ünvanında yerləşən 0,85 ha torpaq sahəsi bələdiyyənin möhürü ilə təsdiq edilmiş müvafiq cizgi-plan (situasiya planı) əsasında naturada ona təhvil verilmişdir. Qeyd edilən torpaq sahəsi yol kənarında yerləşməklə "xxxx" MMC firmasına məxsus torpaq sahəsi ilə eyni sıradadır və qonşudur. "xxxx" MMC-nin həm təsisçisi, həm də direktoru iddiaçının özüdür. Qeyd edilən torpaq sahəsinə dair hüquqlarının reyestrdə qeydə alınması ilə bağlı ərizə ilə cavabdeh orqana müraciət etsə də, cavabdeh ərizəsinin təmin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, həm bələdiyyə qərarının, həm də alqı-satqı aktı və situasiya planının arxivdən çıxarışı, eyni zamanda müvafiq orqanların torpaq sahəsinin satılmasına etirazlarının olmaması barədə sənədlər cavabdehə təqdim edilmişdir, imtina məktubunda qeyd edilənlərin heç bir əsası yoxdur. Cavabdehin etirazları:

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazında iddiaçının müraciətindən imtinanın dəlillərinə istinad etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının müraciəti ilə əlaqədar aparılan araşdırma zamanı Abşeron rayonu, Xocasən bələdiyyəsi tərəfindən ona torpaq sahəsinin normadan artıq ayrıldığı müəyyən edilmişdir. birinci instansiya məhkəməsinin araşdırması:

8. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhə ri, M-4, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun (Bakı-Şamaxı şosesi 2) kənarında yerləşən İddiaçı ayrılmış 0,85 ha torpaq sahəsinin yerləşdiyi ərazi yaşayış məntəqəsi daxilində olduğu üçün həmin ərazidə avtomobil yolunun qorunma (mühafizə) zolağı nəzərə alınmır.

9. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, sözügedən ərazi Torpaqların elektron kadastrı uçotu informasiya sistemində (TEKUİS) “yaşayış məntəqələrinin torpaqları” kimi qeyd olunmuşdur.

10. Cavabdeh tərəfindən tərtib edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd olunmuşdur ki, baxış keçirilən torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənəd üzrə 0,850 ha, faktiki olaraq 1,16 ha təşkil edir. Torpaq sahəsi yol və qonşu torpaq sahələri ilə sərhəddir. Torpaq sahəsində icazəsiz tikili yoxdur. Torpaq sahəsinin yaxınından dəmiryolu xətti keçir (10 m). Bundan əlavə, torpaq sahəsi Bakı-Şamaxı yolundan 7,50 məsafədə, daş hasar daxilində yerləşir. 11. "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla qeyd edilmişdir ki, sorğuda göstərilən torpaq sahəsinin bir hissəsi müxtəlif yerlərdə dəmir yolunun Biləcəri-Xırdalan mənzili 5 km pk 1-dən pk 3+50 m-dək yolun artımı istiqamətinin sol tərəfində dəmir yolunun müvafiq təhkim zolağına düşür. birinci instansiya məhkəməsinin gəldiyi nəticə

12. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1125/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 21/36 saylı qərarı və “torpaqların alqı-sa tqısına dair Akt” ilə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şosesi 2 ünvanında yerləşən 0,85 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının İddiaçı adına dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinin 21/36 saylı, 06 sentyabr 2007-ci il tarixli qərarı ilə Xocasən bələdiyyəsinin komissiya üzvü və Xocasən bələdiyyəsinin sədri arasında tərtib edilmiş cizgi sənədində göstərilən hüdudlar daxilində yerləşən 8500 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı ayrılmış və tərəflər arasındakı alqısatqı müqaviləsi bağlanmışdır. Belə ki, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir.

14. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair qərarının qəbulundan sonra iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədləri y erdə (naturada) yerquruluşu qaydasında müəyyən edilməli, torpaq sahəsinin plan və ölçüsü tərtib edilməlidir. Bu məqsədlə torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün sənədlər bələdiyyə tərəfindən müvafiq icra hakimiyyətinə göndərilməlidir. Öz növbəsində, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparmalı, yerin plan və ölçüsünü hazırlamalı və həmin sənədi bələdiyyəyə göndərməlidir.

15. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinin 21/36 saylı, 06 sentyabr 2007-ci il tarixli qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin ta rixdən yarandığı mübahisəsizdir. İddiaçıya torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, eyni zamanda iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin müqabilində bələdiyyənin hesabına 6800 məbləğində pul vəsaiti ödənilmiş, “Torpaqların alqı satqısına dair akt” tərtib edilmişdir. Həmin qərarın və alqı-satqı aktının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. Eyni zamanda məhkəmə hesab etmişdir ki, torpağa dair alqı-satqı aktının qanuna müvafiq qaydada tərtib edilməməsi, eyni zamanda səlahiyyətli orqanlar tərəfindən tərtib edilməyərək bələdiyyə mülkiyyətində olan torpağın “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin tələblərinə əsasən torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarına uyğun olaraq alqı-satqısının həyata keçirilməklə iddiaçı tərəfindən bələdiyyənin hesabına 6800 manat məbləğində torpağın satışına görə pulun ödənilməsi özü-özlüyündə həmin aktın mövcudluğunu ehtiva edir. Həmin alqı-satqı aktının qanuna müvafiq qaydada tərtib edilməməsi iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz. İnzibati orqan tərəfindən qeyd olunan sənədlərin qanuna müvafiq qaydada təsdiq edilməməsi vətəndaşın ziyanına şərh oluna və ya onun məsuliyyətinə səbəb ola bilməz və ona torpaq sahəsinin ayrıldığını təkzib edə bilməz. Həmçinin orqan tərəfindən yol verilmiş qanun pozuntuları da vətəndaşın əleyhinə şərh olunmamalıdır.

16. M əhkəmə cavabdeh orqanın digər dəlillərinə münasibətdə qeyd etmişdir ki, məhkəmə sorğusu əsasında cavabdeh orqan tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən İddiaçı ayrılmış torpaq sahəsinin koordinatları MA seriyalı, ******* saylı, xx.xx.2011-ci il tarixli; MH seriyalı, ******* saylı, xx.xx.2007-ci il tarixli; MH seriyalı, ******* saylı, xx.xx.2007-ci il tarixli; MH seriyalı, ******* saylı, xx.xx.2007-ci il tarixli; MH seriyalı, ******* saylı, xx.xx.2008-ci il tarixli çıxarışlarda göstərilən torpaq sahələrinin koordinatları daxilində yerləşmir, iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları ilə onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları arasında konfiqurasiya fərqi yoxdur. Həm çinin mütəxəssis rəyinə əlavə edilmiş ortofoto xəritəsindən çıxarışdan da görünür ki, iddiaçıya məxsus torpaq sahəsi digər torpaq sahələrinin koordinatları daxilində yerləşmir. İddiaçı sənəd üzrə göstərilmiş ölçüdən artıq torpaq sahəsindən istifadə etmiş olsaydı, bu hal başqa şəxslərin hüquqlarının pozulması ilə, həmçinin artıq torpaq sahəsindən qanunsuz istifadə ilə nəticələnmiş olardı. Bu səbəbdən də məhkəmə cavabdeh inzibati orqanın qeyd edilən dəlilini də əsassız hesab edir.

17. Cavabdeh orqan imtinasının digər əsasları kimi torpaq sahəsinin dəmiryolu xəttinin mühafizə zolağında və Bakı-Şamaxı yolunun mühafizə zolağında yerləşdiyini bildirmişdir. Məhkəmə sorğusu əsasında əldə edilmiş, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məkt ubda qeyd edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, M-4, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun (Bakı-Şamaxı şosesi 2) kənarında yerləşən İddiaçı ayrılmış 0.85 ha torpaq sahəsinin yerləşdiyi ərazi yaşayış məntəqəsi daxilində olduğu üçün həmin ərazidə avtomobil yolunun qorunma (mühafizə) zolağı nəzərə alınmır. Həmçinin, "xxxx" QSCnin xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin bir hissəsi müxtəlif yerlərdə dəmir yolunun Biləcəri-Xırdalan mənzili 5 km pk 1-dən pk 3+50 m-dək yolun kilometr artımı istiqamətinin sol tərəfində dəmir yolunun müvafiq təhkim zolağına düşür. Məhkəmə qeyd olunan dəlilə münasibətdə bildirmişdir ki, məhkəməyə sorğu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsindən daxil olmuş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətlərindən görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən və daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri mövcuddur. Beləliklə də, iddiaçıya torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq, müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi ilə bağlı cavabdeh orqanın imtina məktubunda göstərdiyi dəlillər tamamilə əsassızdır və işin faktiki hallarına uyğun gəlmir.

18. İddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrind ə qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunvericiliyə uyğun olduğundan, cavabdeh idarənin onun müraciətini təmin etməməsini əsaslı hesab etmək olmaz. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur.

19. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat 20. "xxxx" QSC tərəfindən məhkəməyə ünvanla nmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ADY-nin Biləcəri-Xırdalan mənzili də daxil olmaqla, Yalama-Biləcəri dəmir yol xətti 1898-1900-cu illərdə çəkilmişdir.

21. SOCAR tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Dövlət Neft Şirkətinə ünvanlanmış koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fa tmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X2 haqqında” Sazişə əsasən ‘‘X4” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Bu səbəbdən, həmçinin qanunvericiliyin tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Həmçinin, torpaq sahəsi 2280 nömrəli ləğv olunmuş neft-qaz quyusunun 61 metrlik, 2290 nömrəli ləğv olunmuş neft-qaz quyusunun isə 65 metrlik məsafəsində mühafizə zonasında yerləşir. Eləcə də, sözügedən torpaq sahəsinin 0,8 m məsafəsindən SOCAR-ın X1 istismarında olan 219 və 108 mm-lik yerüstü orta təzyiqli qaz kəmərləri keçir.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il ta rixli 2-1(105)-37/2024 nömrəli qərardadı ilə “X3” Şirkəti zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

23. Üçüncü şəxs ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddia edilən torpaq sahəsi dövlətin müstəsna istifadəsində saxlanılan sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olan və Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X2 haqqında” Sazişlə neft-qaz əməliyyatlarının aparılması üçün ‘‘X4” Şirkətinin Azərbaycan Respublikasındakı filialının istifadəsinə verilmiş istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində, 1 saylı mədənin 6-cı sahəsində və Şirkətin Saziş ərazisi hüdudları daxilində yerləşir. Sahənin bir hissəsi 162288 və 16290 saylı quyuların mühafizə zonasındadır. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə

24. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-37/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şosesi 2 ünvanında yerləşən 0,72 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadas trı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

26. Üçüncü şəxs “X3” Şirkəti həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi hüquq normalarını pozmaqla yanaşı, Mülki Məcəllənin, Torpaq Məcəlləsinin, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə, həmçinin, “X4” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən təqdim edilən sübutlara, habelə, torpaq sahəsinin təyinatına, ümumiyyətlə cavabdehin torpaq sahəsinə dair hər hansı hüququnun mövcud olub-olmamasına, iddiaçı tərəfindən torpaq sahəsinin istifadə edilməsi ilə Şirkətə dövlət tərəfindən verilmiş, hüquq, təminat və öhdəliklərin pozulmasına əhəmiyyət verməmiş, bir sözlə Şirkətin xeyrinə olan dəlillərə hüquqi qiymət vermədən əsassız və qanunsuz qərar qəbul etmişdir.

28. Belə ki, məhkəmə mübahisə predmeti olan torpaq sahəsinin əsl sahibinin kimin olmasını, habelə həmin torpaq sahəsinin ətrafında neft quyusunun mövcudluğunu, bununla da torpaq sahəsinin təyinatını və kateroqiyasını araşdırmadan və məhkəmə üçün qaranlıq qalan məqamları aydınlaşdırmadan, yalnız cavabdehin təqdim etdiyi və hüquqi əsası olmayan Xocasən Bələdiyyəsinin müvafiq sərəncamına əsa slanmaqla ədalətsiz və qanunsuz qərar qəbul etmişdir. Həmçinin, “X4” şirkətinin filialı hər hansı fiziki şəxs və ya hər hansı digər fəaliyyət növü ilə məşğul olan hüquqi şəxs deyil, məhz adından da göründüyü kimi, xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X5 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında imzalanmış və xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən qanun statusunu almış “X2 haqqında” Saziş üzrə ona Dövlət tərəfindən verilmiş və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli, 14 oktyabr2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri əsasında kontrakt sahəsinin hüdudları daxilində, o cümlədən bu ərazidə yerləş ən mübahisəli torpaq sahəsində neft-qaz əməliyyatları aparmaq səlahiyyətlərinə malik olan bir əməliyyat şirkətidir. Yəni, Şirkət dövlət tərəfindən ona verilmiş hüquq və təminatlar əsasında mübahisəli torpaq sahəsində kontrakt müddəti ərzində istənilən vaxt neftqaz əməliyyatlarını həyata keçirə bilər.

29. Hazırkı iddia predmeti olan torpaq sahəsi əslində, dövlət mülkiyyətində və SOCAR-ın daimi istifadəsinə olan torpaq sahəsi olmaqla, məlum “X2 haqqında” saziş üzrə neft-qaz əməliyyatlarının aparılması məqsədilə “X4” şirkətinin Azərbaycan Respublikasındakı filialının qanuni istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində olmaqla yanaşı, həm də 162288 və 162290 saylı quyuların mühafizə zolağı daxilində yerləşir və Şirkət bu barədə 14 mart 2024-cü il tarixli ərizə ilə məhkəməyə məl umat vermişdir. Lakin göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi bu dəlilləri də araşdırmamış və Şirkət tərəfindən təqdim edilən sübutların mötəbərliyinə əhəmiyyət verməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

31. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs i ştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən im tina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə

29. İnzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin prosessual hüquqları 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. 29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həd dində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibat i mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

35. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ə rizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir. 36. "xxxx" QSC-nin işdə olan xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, sorğuda göstərilən torpaq sahəsinin bir hissəsi müxtəlif yerlərdə dəmir yolunun təhkim zolağına düşür.

37. Apellyasiya instansiyası məhkəməsinin də istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli, 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid t orpaqlardan istifadə olunması” Qaydalarının 1-ci bəndinə əsasən, bu Qaydalar "Nəqliyyat haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə uyğun olaraq dəmir yol nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun sanitariya-mühafizə zonasına aid torpaqlardan istifadə olunması qaydalarını müəyyən edir.

38. Həmin Qaydaların 2-ci bəndinə əsasən, təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yol xətlərinin torpaq yatağına bitişən, dəmir yol nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yol nəqliyyatı təyinatlı torpaqlardır.

39. Qaydaların 17-ci bəndinə əsasən, təhkim zolağı hüdudlarında torpaq sahələri yalnız q atarların hərəkət təhlükəsizliyi tələblərinə riayət olunmasının təmin ediləcəyi təqdirdə, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər.

40. Göründüyü kimi, dəmir yolunun təhkim zolağına düşən torpaq sahəsi yalnız (1) həmin torpaq sahəsinin istifadəçisi olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən (2) bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə (3) qısamüddətli istifadəyə verilə bilər.

41. Apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gələrkən istinad olunan normaların tələblərini diqqətə almamış, işin hallarını iddia olunan torpaq sahəsinin dəmir yolu xəttinin təhkim zolağına dü şən hissəsinə münasibətdə tam və hərtərəfli araşdırmamış, torpaq sahəsinin həmin hissəsinə sahibliyi həyata keçirən "xxxx" Qapalı Səhmdar Cəmiyyətini məhkəmə icraatına cəlb etməmişdir.

42. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi “X3” Şirkəti zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb etsə də, cəlb etmənin səbəbi kimi çıxış edən faktiki halları tam və hərtərəfli araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi torpaq sahəsinin bir hissəsindən qaz kəmərlərinin keçməsinin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun reallaşdırılmasına maneə təşkil edə bilmədiyini qeyd etsə də, bu qənaətini qərarında əsaslandırmamışdır. Halbuki, Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci bəndinə əsasən, dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdi q edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir.

43. Həmin Məcəllənin 62-ci maddəsinin tələbinə görə, elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər.

44. Beləliklə, İPM-in 12.1, 28, 58.7 və 82-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır.

45. Apellyasiya in stansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

46. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.

47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-37/2024 saylı qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilm

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar