Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2322/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağsu rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2322/19 Bakı şəhəri 30 oktyabr 2019-cu il Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü, müddətin bərpasına dair ərizəyə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə, tərəflərin iştirakı olmadan, cavabdeh Azərbaycan Respub likası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh müdiri XXX tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 may 2019-cu il tarixli, 2-1(107)-317/2019 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Cavabdehnə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 30 iyun 2017-ci il tarixli, 175 saylı qərarı ilə təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyası məbləği ilə əvvəllər ödənilmiş pensiya məbləği arasındakı 01 iyul 2014-cü il tarixdən 01 iyul 2017-ci il tarixədək olan fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabde hin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Yaşa görə pensiyadan ərinin vəfat etməsi ilə bağlı ailə başçısının itirməyə görə pensiya növünə keçirilməsi üçün cavabdehə müraciət etmiş, cavabdehin 30 iyun 2017-ci il tarixli, 175 saylı qərarı ilə ona 01 iyul 2017-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı belə hüququnun daha əvvəl yarandığı nəzərə alınmaqla, pensiyasının əvvəlki illərə görə hesablanaraq ödənilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh isə 05 aprel 2018-ci il tarixli məktubla pensiya növünün dəyişdirilməsi üçün şöbəyə müraciət tarixindən əvvəlki 6 il üçün fərqin ödənilməsinin mümkün olmadığını bildirmişdir. Ca vabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2-1(84)-924/2018 saylı qərarı ilə (hakim Vidadi Qasımov) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ mərhum ərinin öldüyü 26 noyabr 2003-cü il tarixdən yaranmış, lakin o cavabdehə pensiyanın bir növündən başqa növünə keçirilməsi ilə bağlı 20 iyun 2017-ci il tarixdə müraciət etmiş, cavabdeh isə ona 30 iyun 2017-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin etmişdir. İddiaçıya ailə başçısını itirməyə görə təyin edilmiş pensiya ilə əvvəllər aldığı pensiya məbləğləri arasındakı fərqin ödənilməsi onun toxunulmaz hüququdur, lakin qanunvericiliyin tələblə rinə uyğun olaraq pensiya məbləğləri arasındakı fərq iddiaçının müraciət etdiyi tarixdən əvvəlki üç il üçün, yəni 01 iyul 2014-cü il tarixdən 01 iyul 2017-ci il tarixədək hesablanaraq ödənilməlidir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə həmçinin ərizə təqdim edərək iş üzrə birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 may 2019-cu il tarixli, 2-1(107)-317/2019 saylı qərardadı ilə (sədrlik edən Gündüz Abbasov, hakimlər Rövşən Rəfiyev və Mübariz Hüseynov) ərizəsi təmin edilməmiş, birinci instansiya məhkəməsin in qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmamışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh apellyasiya şikayətini ən gec 26 oktyabr 2018-ci il tarixədək təqdim etməli olduğu halda, 24 aprel 2019-cu il tarixdə təqdim etmiş, bununla da apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş müddəti 6 ay 29 gün ötürmüşdür. Gəldiyi nəticəni apellyasiya məhkəməsiAzərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1, 87.2, 87.3, 87.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsi ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunm uş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsi şikayətin mümkün sayılmaması barədə qərardadını qəbul etməzdən əvvəl cavabdehin məhkəmə iclasında iştirak etmə və dinlənilmə hüquqlarını təmin etməmiş, habelə şikayəti mümkün saymamaqla bağlı qərardadı qəbul etməklə cavabdehin şikayət vermə hüququnu məhdudlaşdırmışdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24, 81, 87.4, 12.1, 58.7, 68.2, 69.3, 82, 87.7, 91, 96.5, 96.9, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərardadında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İşdə olan poçt zərfinin xəbərnaməsindən görünür ki, X1 Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2-1(84)-924/2018 saylı qərarı cavabdehin “Hüseynova” soyadlı işçisi tərəfindən 26 sentyabr 2018-ci il tarixdə sifarişli xəbərnaməyə imza edilərək qəbul olunmuşdur. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə müba hisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinin qeyri-mümkünlüyü ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehə məhkəmə qərarı rəsmi surətdə təqdim edilmiş, lakin müəyyən edilmiş prosessual müddət ötürülməklə apellyasya şikayəti verilmiş, müddətin üzürlü səbəbdən buraxılmasına dair sübutlar təqdim olunmamışdır. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlilinə görə, apellyasiya məhkəməsi şikayəti mümkün saymamaqla bağlı qərardadı qəbul etməklə cavabdehin şikayət vermə hüququnu məhdudlaşdırmışdır. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən şikayətin dəlili ilə razılaşmır. Azərbaycan Respublikası İPM-in: - 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, (...) proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur; - 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır; - 23.1 -ci maddəsinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. - 75.3-ci maddəsinə əsaəsn, məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir; -- 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. Bu müddəaların mənasına görə, təqdim edilm iş gün də nəzərə alınmaqla məhkəmə qərarından şikayət 30 gün müddətində verilməlidir. Bu müddətdən sonra verilmiş şikayət isə apellyasiya baxışının predmeti ola bilməz. İşin hallarına əsasən isə, cavabdehə qərar rəsmi qaydada təqdim edilmiş, həmin qərardan apellyasiya şikayəti isə 30 günlük müddət ötürülməklə, 6 ay 29 gündən sonra verilmişdir. Prosessual müddətin buraxıldığı təqdirdə onun bərpası imkanı Azərbaycan Respublikası İPM-nin aşağıdakı müddəalarında nəzərdə tutulmuşdur: - 24.1-ci maddəsinə əsasən, müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Müddəaların mənasına əsasən, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxildığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışd ır. Lakin cavabdeh tərəfindən müddətin ötürülməsinin onun təqsiri olmadan baş verməsinə dair kassasiya şikayətində hər hansı bir dəlil barədə bildirilməmişdir və bu səbəbdən məsələnin əlavə qiymətləndirilməsini məhkəmə kollegiyası mümkün hesab etmir. Məhkəmə kollegiyası həmçinin məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinin göstərilməsini zəruri hesab edir. Həmin qərarda bildirilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bununla da məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin müddət ötürülməklə verilməsi əsası ilə mümkün hesab olunmaması barədə apellyasiya məhkəməsinin qərardadı prosessual qanunvericiliyin tələblərinə uyğundur. Cavabdehin digər dəlilinə görə, apellyasiya məhkəməsi şikayətin mümkün sayılmaması barədə qərardadını qəbul etməzdən əvvəl cavabdehin məhkəmə iclasında iştirak etmə və dinlənilmə hüquqlarını təmin etməmişdir. Məhkəmə kollegiyası dəlillə razılaşmadığını aşağıdakılardan irəli gəldiyini qeyd edir. Azərbaycan Respublikası İPM-nin 24.5-ci maddəsinə əsasən ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həm in ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. Maddənin tələblərinin tətbiqi yoxlanılarkən müəyyən edilmişdir ki, işin 58-ci səhifəsində olan məhkəmə bildirişinin surətindən göründüyü kimi, cavabdehin ərizəsinə baxılmasının yeri və vaxtı barədə ona məlumat verilmişdir. İşin 60-cı səhifəsində olan məhkəmə bildirişinin çatdırılmasına dair xəbərnamədən göründüyü kimi, həmin bildiriş cavabdehin ünvanında 01 may 2019-cu il tarixində qəbul edilmişdir. 22 may 2019-cu il tarixli məhkəmə iclas protokolundan göründüyü kimi, cavabdeh məhkəmə iclasında təmsil olunmamış və məhkəmənin şifahi qərardadı ilə ərizəyə onun iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası bildirir ki, cavabdeh məhkəm ə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərə tutulmuş qaydada məlumatlandırılmış və bu səbəbdən cavabdehin onun dinlənilmə hüququnun təmin edilməməsi barədə dəlilini məhkəmə kollegiyası aəsassız hesab edir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.9-cı maddəinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsa sən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh müdiri XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şək iApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 may 2019-cu il tarixli, 2-1(107)-317/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-2322/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2322/2019
30.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver