Məhkəmə qərarları › İş №2-1(102)-2322/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2322/2020

22.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2322/2020 22.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkünsüzlüyü; tanınma və müəyyən etmə haqqında iddianın mümkünlük şərtləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidm ətinin 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxs X6) qarşı “üçüncü şəxsin mənzilin özəlləşdirilməsində iştirak hüququnun olmamasının tanınması və ərizənin etibarsız sayılması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-449/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxs X6) qarşı üçüncü şəxsin mənzilin özəlləşdirilməsində iştirak hüququnun olmamasının tanınması və ərizənin etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbi onun la əsaslandırılmışdır ki, o, xxx saylı mənzilinin mülkiyyətçisidir və mülkiyyət hüquqları xx.xx.2015-ci ildə qeydə alınmışdır. Belə ki, həmin mənzil onun əri və övladlarının razılığı ilə adına özəlləşdirilmişdir. Oğlu Əli X1 ilə xx xxxxxxxx 2014-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdu. xxx 2015-ci ildə onun mənzilinə qeydiyyata düşdüyündən formal olaraq ondan da xxx mənzilinin özəlləşdirilməsinə razılıq alınmışdır. Onların nikahı xx xxxxxxxx 2017-ci ildə məhkəmə qaydasında pozulmuşdur. xxx hamiləliyi ilə əlaqədar mənzilinə qeydiyyata düşsə də, daimi olaraq bu mənzildə yaşamamışdır. Mənzilindəki əşyalarını saxlanca qoyulan əşyalar kimi saxladığından Mingəçevir şəhər Məhkəməsində xxx qarşı mənzilə istifadə hüququnun olmaması və əşyaların mənzildən çıxarılması tələbinə dair iddia qaldırmışdır. Qarşılıqlı olaraq da xxx ona qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia qaldırmışdır. Mingəçevir şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(051)-816/2019 saylı qətnaməsinə əsasən, onun cavabdeh X4 qarşı “mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən əşyaların çıxarılması” tələbinə dair iddia tələbi rədd, X2 ona qarşı "mənzildən istifadə hüquqlarının tanınması, köçürülmə və ümumi istifadə yerlərinin birgə istifadə olunması” tələbinə dair iddiası təmin edilmiş, X2 və azyaşlı övladı xx xxxxxx 2015-ci il təvəllüdlü X8 xxx mənzilindən istifadə hüququ tanınmış, X2 azyaşlı övladı xx.xx.2015-ci il təvəllüdlü X9 ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilmişdir. Məhkəmə qarşılıqlı iddianı təmin edərkən yalnız 2015-ci i ldə mənzilinə qeydiyyata düşmüş Gülşad Məmmədovanın mənzilin özəlləşdirilməsinə razılıq ərizəsi verməsi əsas götürülmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-234/2020 nömrəli qərardadı ilə (hakim: İ.H.Cabbarov) iddia mümkün sayılmamışdır.

4. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mənzili özəlləşdirdiyi dövrdə 3-cü şəxsin razılığına ehtiyacın olmamasını bildirməklə cavabdehin 3-cü şəxsin ərizəsinin alınmasında ehtiva olunan hərəkətini məhkəmə qaydasında mübahisələndirə bilərdi, lakin iddiaçı bunu etməmiş, hətta 2017-ci ildə nikah pozulduqdan sonra da qısa müddətdə bununla bağlı iddia qaldırmamışdır. Bu səbəbdən də iddia mümkün sayıla bilməz.

5. Birinci instansiy a məhkəməsinin həmin qərardadından iddiaçı apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılaraq Şəki İnzibati Məhkəməsinə baxılması üçün qaytarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-449/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: V.İ.Məlikov, hakimlər: R.R.Rəfiyev və A.A.Mahmudov) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-234/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. 7.Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, iddianın mümkün sayılması üçün heç bir əsas mövcud deyildir.

8. İ ddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılaraq baxılması üçün geri qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə qərardad qəbul edərkən tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır. Belə ki, hazırkı iddia müəyyən etmə və ya tanınma haqqında iddia növüdür. İşə baxan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası isə razılıq ərizəsinin inzibati akt olmaması əsası ilə İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinə istinad etməklə iddianı mümkünsüz saymış, ancaq nəzərə almamışdır ki, hər hansı hüquq münasibətinin mövcud olubolmamasının müəyyən edilməsi üçün tanınma haqqında iddia qaldırıla bilə r.

10. İddianın “Üçüncü şəxsin mənzilin özəlləşdirilməsində iştirak hüququnun olmamasının tanınması” hissəsi ilə bağlı apelyasiya instansiyası məhkəməsi göstərmişdir ki, bu iddia qısa müddət ərzində qaldırılmalı idi. Halbuki, iddiaçı hüquqi müdaxilə baş verən kimi Gülşad Məmmədovanın mənzilindən əvvəl ata evlərinin özəlləşdirilməsində də iştirak etməsini və onun mənzilinə 2014-cü ildə gəlin gəldiyindən özəlləşdirilmədə iştirak hüququnun olmamasını əsas gətirərək hazırki iddianı qaldırmışdır. Məhkəmə isə mübahisələndirmə, məcburetmə, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialara dair hüquq normalarına istinad edərək müəyyən etmə və ya tanınmaya dair iddia tələbinin mahiyyətinə varmadan iddianı mümkünsüz saymışdır. b) Kassasiya şikayətinə qarşı etirazı n dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 12. “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.2 İnzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt.

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məh kəmədən tələb edə bilər. Maddə 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Maddə 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Maddə 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və pro sessual hüquq normaları pozulmamışdır. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

17. Hazırki işin hallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxsin mənzilin özəlləşdirilməsində iştirak hüququnun olmamasının tanınması və ərizənin etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Birinci instansiya məhkəməsinin məlum qərardadı ilə iddia bütövlükdə mümkün iddia olmadığından və prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən mümkün sayılmamışdır. İddiaçı həmin qərardadı mübahisələndirmiş, lakin apelyasiya şikayəti təmin edilməmişdir. Apelyasiya instansiya məhkəməsi iddianı mümkün saymayan birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razıl aşmışdır. Apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verən iddiaçı bildirir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni deyildir.

19. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək öz mövqeyini aşağıdakı kimi əsaslandırır.

20. İş materiallarından da göründüyü kimi, iddiaçı üçüncü şəxsin mənzilin özəlləşdirilməsinə verdiyi ərizənin etibarsız sayılmasını tələb edir.

21. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edimişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur.

22. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, üçüncü şəxsin mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq verməsi barədə ərizə inzibati akt olmadığı üçün onun inzibati məhkəmə icraatı qaydasında etibarsız sayılması mümkün deyil.

23. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəmsinin mövqeyi ilə razılaşır. Belə ki, qanuna əsasən inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. İddiaçı tərəfindən etibarsızlığının tanınması tələb edilən üçüncü şəxsin ərizəsi isə göstərilən ə lamətlərə malik olmadığından inzibatı akt sayıla bilməz. Bu səbəbdən də həmin ərizənin etibarsızlığının tanınması barədə iddia mümkün sayıla bilməz.

24. Bundan əlavə, “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qal dırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır.

25. İddianın “üçüncü şəxsin mənzilin özəlləşdirilməsində iştirak hüququnun olmamasının tanınması” hissəsinə qiymət verən apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Qanunvericilik inzibati aktın etibarsız sayılmasına dair iddianın baxılması üçün hüquq münasibətinin mövcud olması və ya olmamasını, həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində iddiaçının kifayət qədər maraqlı olmasını, hüquq münasibətl ərinin müəyyən edilməsinə dair iddianın digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşımasını şərtləndirir.

26. İddia ərizəsindən də göründüyü kimi, üçüncü şəxs mənzil özəlləşdirilən zaman iddiaçının gəlini olmuş, 2017-ci ilin sentyabr ayında onun iddiaçının oğlu ilə nikahına xitam verilmişdir. Mülki qaydada aralarında mübahisə yarandıqdan və məhkəmə qətnaməsi qəbul olunduqdan sonra iddiaçı hazırki iddianı qaldırmışdır. İddiaçı mənzili özəlləşdirdiyi dövrdə üçüncü şəxsin razılığına ehtiyac olmamasını bildirməklə, cavabdehin, üçüncü şəxsin mənzilin özəlləşdirilməsi ilə bağlı razılıq ərizəsinin alınmasında ehtiva olunan hərəkətini məhkəmə qaydasında mübahisələndirə bilərdi. Lakin iddiaçı bunu etməmiş, hətta 2017-ci ildə nikah pozulduqdan sonra da qısa müddətdə bununla bağlı iddia qaldırmamışdır. 27. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzim ləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdimaraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən iddianın mümkün sayılmaması barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır.

29. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar olmadığından şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarda dı dəyişdirilmədən saxlanılmalıdır. 30.Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İPM-in 96 və 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-449/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar