Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2322/2024 20.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ƏDV məbləğinin əvəzləşdirilməsinin etibarsız hesab edilməsi və ƏDV məbləğinin bərpa olunması barədə qərarların ləğvi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergil ər İdarəsinə qarşı ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********673400 nömrəli, 21 iyul 2023-cü il tarixli **********283100 nömrəli, 21 iyul 2023-cü il tarixli **********285500 nömrəli qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 aprel 2024-cü il tarixli, 2-1(105)-313/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 fevral 2023-cü il tarixli **********673400 nömrəli qərara əsasən iddiaçıya 2022-c i ilin dekabr ayı üzrə 284108,31 manat, 21 iyul 2023-cü il tarixli **********285500 nömrəli qərara əsasən 2023-cü ilin aprel ayı üzrə 66985,40 manat və 21 iyul 2023-cü il tarixli **********283100 nömrəli qərara əsasən 2023-cü ilin may ayı üzrə 112537,20 manat əlavə dəyər vergisi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********673400 nömrəli, 21 iyul 2023-cü il tarixli **********283100 nömrəli və 21 iyul 2023-cü il tarixli **********285500 nömrəli qərarların ləğv olunmasını xahiş etmişdir.
3. İddiaçının əsaslandırması: 3.1. İddiaçıya anba r tikintisi məqsədilə Azərbaycan Təhsil İşçiləri X2 Respublika Komitəsindən ayrılmış maliyyə yardımları ƏDV-dən azad olunan əməliyyat olduğundan, cavabdeh vergi orqanı anbar tikintisi ilə bağlı göstərilmiş xidmətlərə görə 2021-2022-ci illərdə ödənilmiş 284108,31 manat ƏDV məbləğinin əvəzləşdirilməsini də etibarsız sayaraq, həmin məbləği bərpa etmişdir. İlk öncə, 2021 və 2022-ci ilin müxtəlif aylarında təqdim edilmiş ƏDV bəyannamələrində öz əksini tapmış əvəzləşdirmənin 2022-ci ilin dekabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində bərpa edilməsi tamamilə qanunsuz olmuşdur. 3.2.ƏDV ödəyicisi təqvim ayı üzrə ƏDV bəyannaməsini növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edir və həmin ay ərzində ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏD V məbləğini əvəzləşdirir. Vergi orqanı isə həmin bəyannamə üzrə kameral vergi yoxlamasını bəyannamənin təqdim edildiyi tarixdən 30 iş günü müddətində həyata keçirir, həmin müddət bitdikdən sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə isə vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Vergi ödəyicisi tərəfindən 2021 və 2022-ci ilin müxtəlif ayları üzrə təqdim edilmiş vergi bəyannamələri üzrə kameral vergi yoxlamasının həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş 30 iş günü müdd əti bitdiyi üçün cavabdeh vergi orqanı Vergi Məcəlləsi ilə qadağan olunan üsula əl ataraq, əvvəlki hesabat dövrləri üzrə həyata keçirilmiş əvəzləşdirmələri 2022-ci ilin dekabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində bərpa etmişdir ki, bu da vergi qanunvericiliyinin tələblərinin və iddiaçının qanunla qorunan hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. 3.3. İddiaçı tərəfindən həyata keçirilmiş əvəzləşdirmənin etibarsız sayılmasına münasibətdə cavabdeh vergi orqanı qərar qəbul edərkən vergi qanunvericiliyinin normalarını yanlış şərh etdiyindən, düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 175.6-cı maddəsinə istinad edərək belə qənaətə gəlmişdir ki, tikintinin həyata keçirilməsi üçün istifadə edilən pul vəsaiti ƏDV-dən azad olunan əməliy yatlar çərçivəsində əldə edildiyindən, həmin vəsait əsasında alınmış xidmətlər üzrə ödənilmiş ƏDV məbləği əvəzləşdirilə bilməz. ƏDV ödəyicisi ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödədiyi ƏDV məbləğini əvəzləşdirmək hüququna malikdir, bir şərtlə ki, əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği isə ƏDV-nin depozit hesabına ödənilsin. Həmçinin, qanunverici ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən, eləcə də dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına alınan mallar (işlər, xidmətlər) üzrə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirilməsini qadağan etmişdir. Göründüyü kimi, qanunverici ƏDV-nin əvəzləşdirilmə sini qadağan edərkən vergi ödəyicisinin ƏDV-dən azad olunan əməliyyatlar aparan şəxs olması şərtini müəyyən etmişdir. İddiaçı 18 % dərəcə ilə ƏDV ödəyicisidir və fəaliyyətindən əldə edilən vəsaitlərə görə dövlət büdcəsinə 18 % dərəcə ilə ƏDV ödəyir, tikilən anbar isə məhz həmin fəaliyyətlə bağlı olmuşdur. Bu isə o deməkdir ki, iddiaçı ƏDV-yə cəlb edilən əməliyyatlar həyata keçirdiyindən, həmin fəaliyyətlə bağlı alınmış mallar, işlər və xidmətlərə görə ödədiyi ƏDV-ni əvəzləşdirmək hüququna malikdir. 3.4. Həmçinin, Vergi Məcəlləsinin 175.6-cı maddəsində qanunverici yalnız dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına alınan mallar (işlər, xidmətlər) üzrə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirilməsini qadağan etmişdir ki, iddiaçı tikinti işlərini dövlət büdcəsi deyil, Azərbaycan Təhsil İşçiləri X2 Respublika Komitəsindən ayrılan vəsait hesabına həyata keçirmişdir. İddiaçı ƏDV-yə cəlb edilən fəaliyyət həyata keçirdiyindən və anbarın tikintisi dövlət büdcəsindən ayrılan vəsait əsasında həyata keçirilmədiyindən, cavabdeh vergi orqanı iddiaçı tərəfindən əvəzləşdirilmiş 284108,31 manat ƏDV məbləğini bərpa edərkən vergi qanunvericiliyinin tələblərini pozmuşdur.
4. Cavabdehin yazılı etirazının dəlilləri: 4.1. İddiaçı vergi ödəyicisi kiçik yaylaq evləri və qısa müddətli qalmaq üçün sair yerlər tərəfindən xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğuldur. Vergi ödəyicisi tərəfindən anbar binasının tikilməsi üçün elektron qaimə faktura ilə xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-dən (VÖEN **********) ƏDV dəyəri 10800,54 manat olan xidmətlər və 2022-ci il ərzində "xxxx" MMC-dən (VÖEN ********** ) tikinti-quraşdırma və söküntü işləri üzrə ƏDV dəyəri 273307,77 manat olan xidmətlər əldə edilmişdir. Həmin iş və xidmətlərin həyata keçirilməsi üçün vergi ödəyicisinin bank hesabına Azərbaycan Təhsil İşçiləri X2 Respublika Komitəsindən maliyyə yardımları daxil olmuşdur. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal ƏDV-nin vergitutma obyekti hesab edildiyindən, bu Məcəllənin 13.2.8-ci maddəsinə əsasən pul vəsaitləri də mal hesab edilmədiyindən, maliyyə yardımı da ƏDV məqsədləri üçün ƏDV-yə cəlb olunan əməliyyatlar sayılmır. Həmçinin, Vergi Məcəlləsinin 175.6-ci maddəsinə əsasən, ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləğləri, habelə dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləğləri əvəzləşdirilmir. Qeyd olunanlar nəzərə alınaraq, vergi orqanının xx.xx.2023-cü il tarixli, **********673400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarına əsasən yuxarıda qeyd olunan əvəzləşdirilmiş məbləğlərin büdcəyə hesablanması və 2022-ci ilin dekabr ayının ƏDV bəyannaməsi üzrə 284108,31 manat vergi məbləğinin hesablanması qanunamüvafiq hesab edilmişdir. 4.2. Vergi ödəyicisi tərəfi ndən elektron qaimə faktura ilə "xxxx" MMC-dən (VÖEN: **********) tikinti-quraşdırma və söküntü işləri üzrə ƏDV dəyəri 59828,8 manat olan xidmətlər və "Azərinşaatlayihə" Dövlət Baş Layihə X1 (VÖEN:**********) kommunikasiya xətlərinin genişləndirilməsi işləri üzrə ƏDV dəyəri 7151,2 manat olan xidmətlər əldə edilmişdir. Həmin iş və xidmətlərin həyata keçirilməsi üçün vergi ödəyicisinin bank hesabına Azərbaycan Təhsil İşçiləri X2 Respublika Komitəsindən maliyyə yardımları daxil olmuşdur. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, maliyyə yardımı ƏDV məqsədləri üçün ƏDV-yə cəlb olunan əməliyyatlar sayılmır və Vergi Məcəlləsinin 175.6-ci maddəsinə əsasən ödənilmiş ƏDV-nin məbləğləri əvəzləşdirilmir. Qeyd olunanlar nəzərə alınaraq, vergi orqanının xx.xx.2023-cü il tarixli **********283100 nöm rəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarına əsasən, yuxarıda qeyd olunan əvəzləşdirilmiş məbləğlərin büdcəyə hesablanması və 2023-cü ilin may ayının ƏDV bəyannaməsi üzrə 112537,2 manat vergi məbləğinin hesablanması qanunamüvafiq hesab edilmişdir.
5. Sumqayıt İnzibati Məhkəməsinin (hakim L.E.Mirzəyeva) 03 noyabr 2023-cü il tarixli, e-2-1(118)-2427/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 fevral 2023-cü il tarixli **********673400 nömrəli, 21 iyul 2023-cü il tarixli **********283100 nömrəli və 21 iyul 2023-cü il tarixli **********285500 nömrəli qərarları ləğv edilmişdir.
6. Məhkəmənin öz mövqeyini əsaslandırması: 6.1. İddiaçı kiçik yaylaq evləri və qısa müddətli qalmaq üçün sair yerlər tərəfindən xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğuldur ki, qeyd olunan fəaliyyət növü üzrə əldə edilən gəlirlər (dövriyyə) Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün vergiyə cəlb edilir. Bu isə o deməkdir ki, iddiaçı həmin fəaliyyət çərçivəsində aldığı mallara (işlərə, xidmətlərə) görə ödədiyi ƏDV məbləğini əvəzləşdirmək hüququna malikdir. 6.2. Cavabdeh vergi orqanının iddiaçı tərəfindən tikinti-quraşdırma və söküntü işlərinin və digər xidmətlərin dəyərinin maliyyə yardımı əsasında ödənilməsi barədə dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, ƏDV-nin əvəzləşdirilməsini istisna edən Vergi Məcəlləsinin 175.6-cı maddəsində “ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər” dedikdə, nəzərdə tutula n vergi ödəyicisinin göstərdiyi fəaliyyətin Vergi Məcəlləsinin 159-cu maddəsinə əsasən vergitutma obyekti olmamasıdır. Halbuki, iddiaçının fəaliyyəti, eləcə də fəaliyyəti ilə bağlı görülmüş tikinti-quraşdırma və söküntü işləri ƏDV-nin məqsədləri üçün vergitutulan əməliyyat hesab edilir. 6.3. Məhkəmə xidmətlərin dəyərinin ödənildiyi pul vəsaitinin (maliyyə yardımının) mənbəyinə münasibətdə qeyd etmişdir ki, Vergi Məcəlləsinin 175.6-cı maddəsində yalnız dövlət büdcəsindən ayrılan vəsait əsasında alınmış mal, iş və xidmətlərə görə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirilməsi istisna edilmişdir ki, iddiaçı tikinti-quraşdırma və söküntü işlərinin və digər xidmətlərin dəyərini dövlət büdcəsindən ayrılan vəsait əsasında ödəməmişdir. 6.4. Bundan başqa, mübahisələndirilən “Vergilərin, sosial sığorta v ə işsizlik sığortası haqlarının hesablanması barədə” 10 fevral 2023-cü il tarixli **********673400 nömrəli qərar qəbul edilərkən Vergi Məcəlləsinin müddətlər və hesabat dövrləri ilə bağlı tələbləri gözlənilməmişdir. Belə ki, ƏDV ödəyicisi təqvim ayı üzrə ƏDV bəyannaməsini növbətin ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edir və həmin ay ərzində ƏDV tutulan əməliyyatlar çərçivəsində malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləğini əvəzləşdirir. Vergi orqanı isə həmin bəyannamə üzrə kameral vergi yoxlamasını bəyannamənin təqdim edildiyi tarixdən 30 iş günü müddətində həyata keçirir. Qeyd olunan müddət bitdikdən sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Göstərilənlərə əsasən, cavabdeh vergi orqanı "xxxx" MMC-yə və "xxxx" MMC-yə tikintiquraşdırma və söküntü işləri üzrə ödənilmiş ƏDV məbləğləri üzrə kameral vergi yoxlamasını həmin əvəzləşdirmələrin iddiaçı tərəfindən bəyan edildiyi vergi bəyannamələri və müvafiq hesabat dövrləri üzrə bəyannamələrin təqdim edildiyi tarixdən 30 iş günü müddətində həyata keçirməli olduğu halda, vergi qanunvericiliyinin tələblərini pozaraq 2022-ci ilin dekabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi üzrə həyata keçirmişdir. 6.5. Qeyd edilməlidir ki, vergilərin dü zgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsir i ilə bağlı aradan qaldırılmaz şübhələr olduqda, bunlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. İstinad olunan normalardan göründüyü kimi, əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalıdır. Başqa sözlə, vergi orqanı ehtimallara, fərziyyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz.
7. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsin i və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. b) apelyasiya instansiya məhkəməsində icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və İ.R.Quliyev) 23 aprel 2024-cü il tarixli 2-1(105)-313/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Cavabdeh qərardan kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a)kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh kassasiya şikayətində iddiaya etirazında və apellyasiya şikayətində qeyd edilən dəlilləri təkrarlamış və əlavə olaraq bildirmişdir ki, vergi ödəyicisi tərəfindən ƏDV-dən azad olunan əməliyyatlar aparılması məqsədilə kapital xarakterli xərclər çəkildiyi halda, ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir. Lakin apellyasiya məhkəməsi qeyd olunan hüquq normasının tələblərini nəzərə almamış, ƏDV-nin əvəzləşdirilməli olmadığı halda, əsassız olaraq əvəzləşdirilməli olması nəticəsinə gəlməklə, vergi qanunvericiliyinin tələblərinə əməl etməmiş, beləliklə də, qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublika sının Vergi Məcəlləsi: Maddə
36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi... 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.... Maddə
37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müd dətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.... 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir.... Maddə
159. Vergitutma obyekti 159.1. Malların təqdim edilməsi, işlərin görülm əsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. 159.2. Bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Re spublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir.... Maddə
175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. 175.2. Bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edənin bank və digər ödəniş hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir.... 175.4. Vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyə n edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.... 175.6. Bu Məcəllənin 160.4-cü maddəsində göstərilən hal istisna olmaqla, ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir.... Maddə
177. Bəyannamələrin verilməsi və ƏDV-nin ödənilməsi 177.1. Vergi ödəyicisi borcludur: 177.1.2. vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə; 177.1.3. bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə. 177.2. ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir.... Maddə
178. ƏDV üzrə hesabat dövrü ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına m əlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümk ün hesab edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya insta nsiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
20. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunveri ciliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
21. Bununla belə, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
22. Cavabdeh vergi orqanı mübahisə predmeti olan qərarlarını və kassasiya şikayətini onunla əsaslandırır ki, iddiaçı tərəfindən anbar binasının tikintisi üçün ƏDV dəyəri 10800,54 manat və 273307,77 manat olan xidmətlər əldə edilmiş, həmin xidmətlər üçün onun bank hesabına Azərbaycan Təhsil İşçiləri X2 Respublika Komitəsi tərəfindən maliyyə yardımı daxil olmuş və maliyyə yardımı ƏDV-nin məqsədləri üçün vergiyə cəlb olunan əməliyyat sayılmadığından, iddiaçının həmin mallar alınarkən ödənilmiş ƏDV məbləğlərini əvəzləşdirmək hüququ olmamışdır. Bu səbəbdən, əvəzləşdirilmiş həmin ƏDV məbləğləri bərpa edilərək mübahisə predmeti olan qərarlar qəbul edilmişdir.
23. Göründüyü kimi, işin mübahisələndirilən halı iddiaçının ƏDV-yə cəlb olunan əməliyyat hesab edilməyən “maliyyə yardımı” hesabına həyata keçirdiyi anbar tikintisi ilə bağlı aldığı xidmətlər müqabilində ödədiyi ƏDV məbləğlərini əvəzləşdirmək hüququnun olub-olmamasından ibarətdir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həyata keçirdiyi fəaliyyət növü (kiçik yaylaq evləri və qısa müddətli qalmaq üçün sair yerlər tərəfindən xidmətlərin göstərilməsi) üzrə əldə etdiyi g əlirləri Vergi Məcəlləsinin 159-cu maddəsinin tələbi baxımından ƏDV məqsədləri üçün vergiyə cəlb olunan əməliyyat hesab edilir ki, iddiaçının həyata keçirdiyi fəaliyyət çərçivəsində əldə etdiyi iş və xidmətlərə görə ödədiyi ƏDV məbləğləri vergitutulan əməliyyatlarla bağlı həyata keçirilmiş ödəniş hesab edilir. Belə olan halda, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən iddiaçının həmin əməliyyatlarla bağlı ödədiyi ƏDV məbləğini əvəzləşdirmək hüququ olmuşdur.
25. Cavabdehin istinad etdiyi Vergi Məcəlləsinin 175.6-cı maddəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq göstərmişdir ki, qeyd olunan qanunvericilik norması ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslərə aid olduğundan və iddiaçının fəaliyyət i ƏDVyə cəlb olunan fəaliyyət hesab edildiyindən, həmin norma hazırki halda iddiaçıya münasibətdə tətbiq edilə bilməz.
26. Bundan əlavə, cavabdeh vergi orqanı tərəfindən vergi qanunvericiliyi ilə müəyyən edilmiş hesabat dövrləri üzrə müddətlərə dair tələblərə riayət edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC-yə və "xxxx" MMC-yə tikintiquraşdırma və söküntü işləri üzrə ƏDV məbləğləri 2021-2022-ci ildə ödənildiyi (iş materiallarında olan elektron qaimələr əsasında müəyyən edilmişdir) və həmin təqvim ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşdirildiyi halda, cavabdeh vergi orqanı qeyd olunan əvəzləşdirmələrlə bağlı hesablamanı 2022-ci ilin dekabr ayları üzrə həyata keçirmişdir. Halbuki, ƏDV ödəyicisi təqvim ayı üzrə ƏDV bəyannaməsini növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edir və həmin ay ərzində ƏDV tutulan əməliyyatlar çərçivəsində malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləğini əvəzləşdirir. Vergi orqanı isə həmin bəyannamə üzrə kameral vergi yoxlamasını bəyannamənin təqdim edildiyi tarixdən 30 iş günü müddətində həyata keçirir. Cavabdeh vergi orqanı "xxxx" MMC-yə və "xxxx" MMC-yə tikinti-quraşdırma və söküntü işləri ilə bağlı ödənilmiş ƏDV məbləğləri üzrə kameral vergi yoxlamasını həmin ödənişlərin əvəzləşdirildiyi 2021-2022-ci ilin müvafiq ayları (iş materiallarında olan elektron qaimələr) üzrə ƏDV bəyannamələrinin təqdim edildiyi tarixdən 30 iş günü müddətində həyata keçirməli olduğu halda, göstərilən müddəti ötürərək hesablamanı 2022-ci ilin dekabr ayı üzrə həyata keçirmişdir.
27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 aprel 2024-cü il tarixli, 2-1(105)-313/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.