Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2323/2019 17.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı SC-nin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə (üçüncü şəxs “xxxx” MMC-nin iştirakı ilə) qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Xəqani Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı SC-nin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə (üçüncü şəxs “xxxx” MMC-nin iştirakı ilə) qarşı “qərarın ləğv edilməsi və şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 04 apr el 2019-cu il tarixli, 2-1(103)-762/2019 saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 17 iyun 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı SC cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və X3 Komitəsinə qarşı Azərbaycan Respublikası SM və RDK-nin Apelyasiya Şurasının 20 aprel 2018-ci il tarixli, E-1526 saylı qərarının tamamilə ləğv edilməsi və “Karapuz” əmtəə nişanının qeydiyyata alınmasına dair 03.11.2016-cı il tarixli, № 2016 1267 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsibarədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İş materiallarından gö rünür ki, birinci instansiya məhkəməsinin 11.09.2018-ci il tarixli qərardadına əsasən iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizəyə əsasən ilk cavabdeh Ləğv prosesində olan AR SM və R DK əsl cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi ilə əvəz edilmiş, “xxxx” MMC üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçının iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı SC AR SM və RDK-nin Apelyasiya Şurasına etiraz ərizəsi ilə müraciət edərək “Karapuz” adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1267 nömrəsi ilə qeydiyyat) qeydiyyatının etibarsız sayılması barədə qərar verilməsini xahiş etmişdir. AR SM və RDK-nin Apelyasiya Şurası 20 aprel 2018-ci il tarixli, E-1526 saylı qərarı ilə verilmiş etirazı əsassız hesab etmiş və iddianı təmin etməmişdir. İddiaçı Sə hmdar Cəmiyyətinə məxsus “Karapuz” adlı əmtəə nişanı Rusiya Federasiyasında və Ukrayna Respublikasında qeydiyyata alınmışdır. Qeyd edilən “Karapuz” adlı əmtəə nişanı 30-cu sinfin əmtəələri üzrə 28 aprel 1998-ci il tarixində 98707373 nömrəli qeydiyyata alınmasına dair iddia ərizəsi Rusiya Federasiyasında verilmişdir və 08 fevral 2000-ci il tarixində “Karapuz” adlı əmtəə nişanı 184383 nömrəsi ilə Rusiya Federasiyasında qeydiyyata alınmışdır. AR SM və RDK-nin Apelyasiya Şurasına təqdim olunmuş 184383 nömrəli şəhadətnamənin əlavələrindən görünür ki, “Karapuz” adlı əmtəə nişanının qorunma müddəti 28 aprel 2018-ci il tarixinədək uzadılmışdır. Bu şərtlərə görə ”xxxx” MMC-nin Konti şirkəti ilə bilavasitə əlaqəsi var idi. Belə ki, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 6 septi es maddəsində qeyd olunmuşdur ki, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın üzv ölkələrinin hər hansı birində nişan sahibi olan şəxsin müvəkkili və ya nümayəndəsi (distribütoru), həmin nişan sahibinin icazəsi olmadan, “Konvensiya”nın həmin üzv ölkələrinin birində və ya neçəsində, həmin nişanın öz adına qeydiyyata alınması üçün təqdim edərsə, nişan sahibi qeydiyyata təqdim edilmiş nişana qarşı çıxmaq və ya onun ləğv edilməsinə və əgər həmin müvəkkil və ya nümayəndə (distribütor) öz hərəkətinə bəraət qazandırmazsa və ölkə qanunvericiliyi ilə bu nəzərdə tutulmuşsa, həmin qeydiyyatın onun sahibliyinə verilməsi hüququna malikdir. “xxxx” MMC Konti şirkətinin icazə olmadan Konti şirkətinin nişanını öz adına qeydiyyata alınmasına dair Azərbaycan Respublikasında iddia ərizəsi ver mişdir. Bununla bağlı qeyd edirlər ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin (f) bəndinə əsasən, istehlakçıları əmtəənin coğrafi mənşəyi ilə əlaqədar yanılda bilən nişanların qeydə alınmasına yol verilxxxx. Eyni zamanda “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinin (ç) bəndinə əsasən, əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanların qeydə alınmasına yol verilxxxx. “xxxx” MMC “Karapuz” əmtəə nişanı altında Azərbaycan Respublikasında istehsal olunan ə mtəələr bazara buraxılsa belə, əmtəə nişanın adının kiril qrafikalı əlifbada, rus dilində verilməsi istehlakçıda qeyd olunan əmtəələrin Rusiya Federasiyasında istehsal olduğu təsəvvürü yaradır.AR SM və RDKnin Apelyasiya Şurası 20 aprel 2018-ci il tarixli, E-1526 saylı qərarında qeyd etmişdir ki, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 04 aprel 2018-ci il tarixli müşayiət məktubu ilə təqdim edilmiş idxal sənədlərindən və iş materiallarına əlavə edilmiş gömrük bəyannamələri, hesab-fakturalar, qaimələr, spesifikasiyalardan görünür ki, “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasına “Karapuz” adı altında peçenye məmulatları idxal edilmişdir. Lakin, “xxxx” MMC tərəfindən “Karapuz” adlı əmtəə nişanı 30-cu sinif “konfetler” əmtəələri üzrə qeydiyyata alınmışdır. İstinad olunan dəlillə bağlı bildirirlər ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində əks olunmuş «əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyasının 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə... əmtəə nişanının qeydiyyatı etibarsız hesab edilir” müddəasının tətbiq oluması üçün məhsulun Azərbaycan Respublikasına idxal olunması vacib şərt hesab edilxxxx və Paris Konvensiyasının üzvü olan ölkələrin hər hansı birində əmtəə nişanının qeydiyyata alınmış olması kifayətdir. Göstərilən hallar sübut edir ki, iddiaçının “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-c maddəsinin birinci hissəsinin (ç) bəndinə və 29-cu maddəsinə istinadı əsassızdır. Bunlara əsasən iddianın rədd edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin 26.11.2018-ci il tarixli iş № 2-1(81)-3410/2018, (sədrlik edən hakim A.Abdullayeva) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan üçüncü şəxs “xxxx” MMC apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 26.11.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya ins tansiyası məhkəməsi) 04.04.2019-cu il tarixli iş № 2-1(103)-762/2019 (hakimlər Ü.Mayılov - sədrlik edən və məruzəçi, M.Tağızadə və K.Abiyeva) qərarı ilə birinci instansiya məhkəməsinin 26.11.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Üçüncü şəxs “xxxx” MMC-ninkasasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-yə məxsus “Karapuz” əmtəə nişanı 35-ci sinfin “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” xidmətləri üzrə 03 noyabr 2016-cı il tarixində “xxxx” MMC-nin adına Azərbaycan Respublikasında 2016 1267 nömrəli qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi 02.09.2016-cı il). Qeyd olunan əmtəə nişanın Azərbaycan Respublikasının Standartlaşdırma Metrologi ya və X3 Komitəsində qeydiyyata alınan zaman və sonradan da iddiaçı tərəfindən verilən etiraza baxılan zaman Azərbaycan Respublikasının Standartlaşdırma Metrologiya və X3 Komitəsinin Apelyasiya Şurasında həmin nişanın ekspertizası aparılmış və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və X3 Komitəsinin Apelyasiya Şurasının 20 aprel 2018-ci il tarixli, E-1526 saylı qərarı ilə “Karapuz” əmtəə nişanının qeydiyyata alınmasına dair 03 noyabr 2016-cı il tarixli, 20161267 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsinə dair etirazı əsassız olduğu üçün təmin etməmişdir. Belə olan halda məhkəmə müvafiq məhkəmə ekspertizası təyin etmədən özü ekspert qismində çıxış edərək işə birtərəfli qaydada yanaşmış və nəticədə yanlış qərar qəbul etmişdir. Bundan başqa iddiaçı tərəfindən qeyd olu nan “Karapuz” adlı əmtəə nişanı Azərbaycan Respublikasında qeydiyyata alınmamışdır. Bundan başqa iş materialında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 04 aprel 2018-ci il tarixli müşayiət məktubu ilə təqdim edilmiş idxal sənədlərindən və iş materiallarına əlavə edilmiş gömrük bəyannamələri, hesab-fakturalar, qaimələr, spesifikasiyalardan görünür ki, “Karapuz” əmtəə nişanlı peçenyelər “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilmədiyi qeyd olunmuşdur. Belə olan halda məhkəmə bu halı da nəzərə almamış və bu hala düzgün qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qərarında Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının 6 septies və 10 bis maddələrinə əsassız istinad etmişdir. Lakin, istinad etməli olan 6- cı maddənin (3) bəndinə istinad” etməmişdir. Həmin maddədə qeyd olunur ki, “İttifaqın hər hansı ölkəsində lazımı şəkildə qeyd edilmiş işarə mənşə ölkəsi də daxil olmaqla başqa ölkələrdə qeyd edilmiş işarələrdən asılı olmayan kimi nəzərə alınmalıdır”. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qərarında bu maddənin tələbləri kobud surətdə pozulmuşdur. Bundan başqa apelyasiya instansiyası məhkəməsinin qərarında “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə istinad edilməsi də əsassızdır. Belə ki, həmin Qanunun 4-cü maddəsinə əsasən rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşın a təqlid edilməsi; digər təsərrüfat subyektinin patent -lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilxxxx. Bu barədə bildirmək istəyir ki, “xxxx” MMC qeyd olunan əmtəə nişanını qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçirmişdir. Belə olan halda hesab edirik ki, apelyasiya instansiyası məhkəməsinin bu maddəyə istinadı əsaslı hesab edilməməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən üçüncü şəxs “xxxx” MMC kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 04 aprel 2019-cu il tarixli, 2-1(103)-762/2019 saylı qərarının ləğv edilməsi, İddiaçı Səhmdar Cəmiyyətinin iddiasının rədd edilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı, cavabdeh və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə üçüncü şəxs “xxxx” MMC-nin kasasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instan siyası məhkəməsinin 04 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi, kasasiya şikayətinin qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 04 aprel 2019-cu il tarixli, 21(103)-762/2019 saylı qərarla, üçüncü şəxs «xxxx» MMC tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli, 2-1(81)3410/2018 saylı qərarının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 14.3, 52, 68.1, 68.2, 87.6-cı maddələrinə, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 3, 6, 29, 31-ci maddələrinə, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 5-ci maddəs inin 1-ci bəndinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə tərəflər arasında mübahisəyə dair düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qərar qanunun normalarına uyğun əsaslandırılmışdır, apelyasiya şikayətinin dəlilləri həmin qərarın ləğvi üçün əsas verə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs “xxxx” MMC-nin kasasiya şikayətində göstərilən dəlillər əsaslı olmaqla, apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 04 aprel 2019-cu il tarixli qərarı isə maddi və prosessual hüquq normalarına düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Belə ki, ilk öncə qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsinin özü tərəfindən müəyyən edilmişdir ki, iddiaçı iddianın əsası olaraq ilk növbədə ona əsaslanmışdır “Karapuz” adlı əmtəə nişanının Ukrayna Respublikasında, sonra 08 fevral 2000-ci il tarixdə isə 184383 qeydiyyat nömrəsi ilə Rusiya Federasiyasında qeydiyyata alınmışdır, həmçinin “Karapuz” adlı əmtəə nişanı 30-cu sinfin əmtəələri üzrə 08 fevral 2000-ci il tarixində “xxxx” X1 Assosiasiyası QSC adına Rusiya Federasiyasında 184383 nömrə ilə qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi – 28 aprel 1998-ci il); 03 dekabr 2004-cü il tarixdə hüquq sahibinin adı dəyişdiriləcək “xxxx” İstehsalat Birliyi QSC, 21 sentyabr 2011-ci il tarixdə isə “xxxx” X2 Səhmdar Cəmiyyəti olmuşdur. 21 oktyabr 2015-ci il tarixində “Karapuz” adlı əmtəə nişanına dair müstəsna hüquqlar İddiaçı (ünvan: Kursk şəhəri, 305000, Zolotoya 13 küçəsi, Rusiya Federasiyası (RU)) Səhmdar Cəmiyyətinə verilmişdir. Eyni zamanda apelyasiya i nstansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Karapuz” adlı eyni əmtəə nişanı isə 30-cu sinfin “konfetlər” əmtəələri üzrə və 35-ci sinfin 30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” xidmətləri üzrə 03 noyabr 2016-cı il tarixində “xxxx” MMC-nin adına Azərbaycan Respublikasında 2016 1267 nömrəli qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi - 02 sentyabr 2016-cı il). Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 04 aprel 2018-ci il tarixli müşayiət məktubu ilə təqdim edilmiş idxal sənədlərindən və iş materiallarına əlavə edilmiş gömrük bəyannamələri, hesab-fakturalar, qaimələr, spesifikasiyalardan görünür ki, “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasın a “Karapuz” adı altında “peçenyelər” məmulatları idxal edilmişdir. Lakin “xxxx” MMC tərəfindən “Karapuz” adlı əmtəə nişanı 30-cu sinif “konfetlər” əmtəələri üzrə qeydiyyata alınmışdır. Bu səbəbdən də, cavabdeh hesab etmişdir ki, iddiaçının “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinin (ç) bəndinə və 29-cu maddəsinə istinadı əsassızdır. Apelyasiya instansiyası məhkəməsi 04 aprel 2019-cu il tarixli qərarında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin mübahisəli qərarını əsassız hesab edərək hesab etmişdir ki, “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”na və yuxarıda göstərilmiş əmtəə nişanlarının müqayisə hissəsinə əsasən, iddiaçı tərəfindən yaradılmış “ Karapuz” adlı əmtəə nişanı ilə “xxxx” MMC-nin adına Azərbaycan Respublikasında qeydiyyata alınmış “Karapuz” adlı əmtəə nişanı qarışdırılacaq dərəcədə bənzər olan nişanlardır. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.3-cü maddəsinə əsasən iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq həmin nişanlarla eyni təsəvvür yaradır. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə “Karapuz” adlı əmtəə nişanı Azərbaycan Respublikası ərazisində qeydiyyata alınması belə həmin əmtəə nişanı İddiaçı Səhmdar Cəmiyyəti tərəfindən 28 aprel 1998-ci il tarixdə yaradıldığından, həmin əmtəə nişanının “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasında eyni adla qeydə alınması ilə iddiaçının hüquqları pozulmuşdur. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə gəldiyi sözügedən qənaəti ilə razı olmamaqla yanaşı, bu qənaəti yanlış hesab edir. Belə ki, “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.4-cü bəndinə əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmişdir) eynilik və oxşarlıq yoxlanarkən, aşağıdakı hərəkətlər həyata keçirilir: a) eyni və oxşar nişanların məlumat axtarışı aparılır; b) məlumat axtarışı zamanı tapılan nişanın iddia olunan nişanla oxşarlıq dərəcəsi müəyyən edilir; c) iddia edilən əmtəələrin və ya xidmətlərin, qeydə alınmış (iddia edilmiş) eyni və ya oxşa r əmtəə nişanının (işarənin) şamil edildiyi əmtəələrlə və ya xidmətlərlə eyniliyi müəyyən edilir. Beləliklə, əmtəə nişanı üzrə ekspertiza aparılan zaman məlumat bazasında olan eyni və ya oxşar əmtəə nişanlarının olması araşdırılır (istər yerli, istərsə də Azərbaycan üzrə mühafizə olunan beynəlxalq baza (Madrid sazişi və onun Protokolu üzrə)). Lakin iddiaçıya məxsus “Karapuz” əmtəə nişanı nə yerli, nə də beynəlxalq sistem üzrə Azərbaycan Respublikasının ərazisində əmtəə nişanı kimi qeydə alınmamışdır. Bununla yanaşı, qeyd edilməlidir ki, qanunvericilikdə qeydiyyatın etibarsız hesab edilməsi üçün əsaslar mövcuddur. Belə ki, “Əmtəə nışanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinin birinci hissəsinə əsasən, əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş «əmtəə nişanı» anlayışına uyğun gəlxxxxsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. Həmin maddənin ikinci hissəsinə əsasən, əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: «əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yo lla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə». “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 6 septies maddəsində qeyd olunmuşdur: Sənaye mülkiyyətinin mühafizəsi üzrə “Paris Konvensiyası”nın üzv ölkələrinin hər hansı birində nişan sahibi olan şəxsin müvəkkili və ya nümayəndəsi (distributoru), həmin nişan sahibinin icazəsi olmadan, “Konvensiyanın” həmin üzv ölkələrinin birində və ya bir neçəsində, həmin nişanı öz adına qeydiyyata alınması üçün təqdim edərsə, nişan sahibi qeydiyyata təqdim edilmiş nişana qarşı çıxmaq və ya onun ləğv edilməsinə və ölkə qanunvericiliyi ilə bu nəzərdə tutulmuşsa, həmin qeydiyyatın onun sahibliyinə verilməsi hüququna malikdir, bir şərtlə ki, həmin müvəkkil və ya nümayənd ə (distributor) öz hərəkətinə bəraət qazandıran sübutlar təqdim etməsin.(Если агент или представитель того, кто является владельцем знака в одной из стран Союза, подает без разрешения владельца заявку на регистрацию этого знака от своего собственного имени в одной или в нескольких таких странах, владелец имеет право воспрепятствовать регистрации или потребовать ее аннулирования либо, если закон страны это разрешает, переоформления регистрации в свою пользу, если только агент или представитель не представит доказательств, оправдывающих его действие). Eyni zamanda qeyd edilməlidir ki, “Əmtəə nişanları və coğrafı göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6 “ç” maddəsinin ikinci hissəsinə əsasən, əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxş ar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları ilə eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, qeydiyyatın əsaslılığı prezumpsiyası mövcuddur və qeydiyyatın etibarsızlığını sübut etmək etiraz verən şəxsin üzərinə düşür. Lakin apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən yuxarıda göstərilmiş maddi hüquq normalarına istinad etsə də, həmin maddi hüquq normaları düzgün tətbiq etməməklə, bu maddi hüquq normaları ilə araşdırılmasının zəruriliyi müəyyən edilmiş və nəticə etibarı ilə də iş üzrə düzgün qərar qəbul edilməsinə bilavasit ə təsir edən işin hallarını tam və hərtərəfli tədqiq etməmişdir. Bu məhkəmə kollegiyası tərəfindən İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinin pozulması kimi qiymətləndirilir. Belə ki, İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 04 aprel 2019-cu il tarixli, 2-1(103)-762/2019 saylı qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə iş üzrə geniş həcmdə sübutların araşdırılması tələb olunduğundan rədd edilməlidir. İşə apelyasiya instansiyası məhkəməsində tək rar baxıldığı zamani işin bütün halları tam və hərtərəfli araşdırmaqla, onlara maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə iş üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul edilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Üçüncü şəxs “xxxx” MMC-nin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 aprel 2019-cu il tarixli, 21(103)-762/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-2323/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2323/2019
17.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver