Məhkəmə qərarları › İş №2-1(102)-2323/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2323/2025

05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2323/2025 05.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)-1897/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1967-ci il təvəllüdlüdür. 2. 5286175 nömrəli hərbi biletə əsasən, iddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək hərbi xidmətdə olmuşdur (02 il 01 ay 03 gün). 3. ИТ 015582 nömrəli Diploma və Bakı Neft-Energetika Kollecinin xx.xx.2024-cü il tarixli 8416 nömrəli arayışına görə, iddiaçı 23 avqust 1982-ci il tarixində 202 saylı əmrlə Bakı Baza Energetika Texnikumunun əyani ş öbəsinə qəbul olunmuşdur. 04 mart 1986-cı il tarixində 43 saylı əmrlə “Sənaye müəssisələri və qurğuların elektrik avadanlıqları” ixtisası üzrə əyani şöbədə tam kursu bitirdiyinə görə ona “texnikelektrik”ixtisas dərəcəsi və ИТ № 015582 saylı diplom verilmişdir (03 il 06 ay 09 gün). 4. ИТ-İ ******* nömrəli əmək kitabçasına görə, iddiaçı: xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək “Neftmaş”da texnik (08 gün); xx.xx.1988-ci il tarixdən xx.xx.1988ci il tarixədək “OKB Neftmaş”da texnik (02 ay 13 gün); xx.xx.1988-ci il tarixdən xx.xx.2017ci il tarixədək (xx.xx.2006-cı il tarixədək 17 il 2 ay 13 gün) “X1”ndə fəhlə, takelajçı, usta (29 il 2 ay 01 gün); xx.xx.2017-ci il tarixdən hal-hazıradək “Azərbaycan X1” QSC “Dənizçi təmir-tikinti MMC” usta vəzifəsində işləyir.

5. Cavabdehin xx.xx.2024 -cü il tarixli imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.2006-сı il tarixinədək güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunveri ciliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “cavabdehin üzərinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin pensiyanın 23 avqust 2024-cü il tarixdən (əmək fəaliyyətinə başladığı gün) etibarən hesablamaq vəzifəsinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədi il ə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-17-1-236046/2024 nömrəli imtinasında hesab etmişdir ki, ona təqdim edilmiş sənədlərə əsasən xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı yoxdur. Hesab edir ki, cavabdehin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasından imtina etməsi haqqında qərarı əsassızdır. Belə ki, cavabdeh əmək stajını düzgün hesablamamışdır. Belə ki, iddiaçı 1967-ci il tarixdə anadan olmuş, hazırkı vaxta qədər işləməklə əmək fəaliyyətini davam etdirir. Qüvvədə olan müvafiq qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin 57 yaşının tamam olması, azı 25 il əmək stajının və azı 12 il 6 ay güzəştli iş stajının olması zəruridir. Əmək fəaliyyətinə 1982-ci il tarixdə başlamış, 1982-1986 illər ərzində Azərb aycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin Bakı Baza Energetika Texnikumunun “Sənaye müəssisələri və qurğuların elektrik avadanlıqları” ixtisası üzrə əyani təhsil almış, əyani təhsil müddəti 4 il olmuşdur. Əyani təhsil aldıqdan sonra göndərişlə "NEFTMAŞ" Xüsusi Konstruktor Bürosunun sərəncamına göndərilmiş və xx.xx.1986-cı il tarixli əmri ilə texnik peşəsi üzrə işə qəbul edilmişdir. Həmin ilin xx.xx.1986-cı il tarixdə hərbi xidmətə çağırılmış, xx.xx.1988-ci il tarixdə ordu sıralarından tərxis edilmiş və yenidən həmin “OKB NEFTMAŞ”da əmək fəaliyyətini davam etdirmişdir. xx.xx.1988-ci ildə öz xahişi ilə “OKB NEFTMAŞ”dan işdən çıxmış və xx.xx.1988-ci il tarixdə “X1”nin (Kaspar) Təmir Tikinti İdarəsində takelajnik (qaldırıcı kran burazların (tros) toxuyucusu peşəsi üzrə işə qəbul olunm uş, xx.xx.1999-cu ildə həmin idarədə əsaslı tikinti üzrə usta vəzifəsinə keçirilmiş və həmin İdarədə hazırkı vaxta qədər işləməkdə davam edir. 2017-ci il tarixdə idarənin adı dəyişdirilmiş və "xxxx" QSC-nin “Dənizçi Təmir-Tikinti" MMC adlandırılmışdır. Ümumi əmək stajı 42 il təşkil edir, güzəştli şərtlərlə yaşa görə əmək stajı isə 25 il 01 ay 08 gün təşkil edir. “Azərbaycan X1" QSC "xxxx" MMC tərəfindən verilmiş 07 nömrəli xx.xx.2024-cü il tarixli arayışla işlədiyi vəzifənin sosial sığorta (əmək) stajının 25 il 01 ay 08 gün olması və işlədiyi vəzifələrin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərdən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29 b bəndinə uyğun olması göstərilir. Beləliklə hesab edir ki, iddia tələbində haqlıdır, iddia tələbi qanuni və əsaslıdır. Əksinə, cavabdehin imtinası əsassızdır və pensiya cavabdehə ərizə təqdim etdiyi 29 may 2024-cü il tarixdən hesablanılmalıdır.

8. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iş materiallarına əsasən xx.xx.1967-ci il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-1-236046/2024 nömrəli məktubuna əsasən iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər ümumi iş stajı və güzəştli iş stajı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə ed ilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (23 il 5 gün (xx.xx.1982- xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1988-ci il, xx.xx.1988- xx.xx.1988, xx.xx.1988-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir, 2 №-li Siyahı üzrə güzəştli iş stajı isə yoxdur. Eyni zamanda, İddiaçı tərəfindən “Azərbaycan X1” QSC-də xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməsinə dair adıçəkilən müəssisənin arayışı Mərkəzi Filiala təqdim edilməyib. Bu səbəbdən də, iddiaçının 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq i ddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir

9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-3938/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim – C.Quliyev).

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya onun 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün 2006-cı il 1 yanvar tarixədək azı 25 il stajı (ümumi) və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə güzəştli iş stajı olmalıdır. 11. 25 il ümumi iş stajına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əm ək kitabçasında qeyd olunan bütün dövrləri, o cümlədən hərbi xidmət və təhsil dövrü nəzərə aldıqda (təhsil müddəti-23 avqust 1982-ci il tarixdən 04 mart 1986-cı il tarixədək (03 il 06 ay 09 gün); xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək (08 gün); (hərbi xidmət-xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək (02 il 01 ay 03 gün); xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək (02 ay 13 gün); xx.xx.1988-ci il tarixdən xx.xx.2006-cı il tarixədək (17 il 2 ay 13 gün) onun xx.xx.2006-cı il tarixədək ümumilikdə 23 il 16 gün iş stajı mövcuddur. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan ümumi iş stajı 25 ildən azdır.

12. Məhkəmə mübahisə üzrə prosessual qənaət prinsipi baxımından iddiaçının güzəştli iş stajına malik olub-olmaması məsələsinə qiymət v erilməsinə lüzum görmür. Belə ki, bu məsələnin mübahisə üzrə qəbul ediləcək qərara təsiri yoxdur. İddiaçının xx.xx.2006cı il tarixədək azı 25 il iş stajının olmaması iddianın təmin edilməməsi üçün əsasdır

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(103)-1897/2025 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-3938/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (Sədrlik edən – C.Məmmədov, hakimlər – Ş.Məmmədova, P.Hüseynov).

15. Apellyasiya ins tansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək fəaliyyətinə 1982-ci ildə başlamış, hazırda da əmək fəaliyyətini davam etdirir. Ümumi əmək stajı 43 ilə yaxındır. "xxxx" QSC-nin "xxxx" MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş arayışda güzəştli iş stajının 25 il 07 ay 22 gün olması təşkil etməsi və güzəştli əmək pensiyası verən xüsusiyyətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahını n 29 b bəndinə uyğun olmasını bildirmişdir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həm, ümumi iş stajı, həm xüsusi iş stajı, eyni zamanda pensiya kapitalı da mövcuddur.

18. Bundan başqa, nəzərə alınmalıdır ki, xx.xx.1982-ci il tarixdə əmək fəaliyyətinə başlamış, fasiləsiz olaraq hazırkı 2025-ci il may tarixinə qədər əmək stajı davam edir. Qeyd etdiyi bu tarixdən və məhkəmənin hesabladığı xx.xx.2006-cı il tarixdə və hal-hazırda Xəzər Gəmiçiliyin adı göstərilən təşkilatda eyni vəzifədə işləməkdə davam edir. Əmək qanunvericiliyinə görə əmək stajı işçinin əmək fəaliyyətinin ümumi müddətidir, əmək stajının hesablanması qaydalarına uyğun olaraq hesablama işə başlama tarixindən başlamaqla əmək fəaliyyətinə xitam verilməsi dövrünü əhatə edir, fasiləsiz iş s tajı bir işəgötürən üçün fasiləsiz və ya müxtəlif işəgötürənlər üçün, əgər birindən digərinə keçərkən işçi “işsiz” günlər həddini keçirməmişdirsə fasiləsiz iş müddətidir, yəni fasiləsiz əmək stajıdır. Məhkəmə sənədlərində müəyyən edildiyi kimi fasiləsiz iş stajım əmək stajımda fasilələr, işdən çıxmalar və yenidən işə düzəlmələr kimi hallar olmamışdır.

19. Lakin güzəştli əmək stajımın bir təşkilatda, ümumi əmək stajının isə müxtəlif təşkilatlarda fasiləsiz olmasını nəzərə almayaraq “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsini tətbiq edərək əmək stajımı xx.xx.2006-cı ilə qədər olan dövr üçün hesablamışdır. Həmin qanunun 9.8-ci maddəsində müəyyən edilmişdir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Hesab edir ki, məhkəmə tətbiq etdiyi bu qanun normasını düzgün təfsir etməmişdir. Düzdür qanunvericiliyə uyğun olaraq qanun hüquq münasibətinə yarandığı zaman qüvvədə olan qanun normaları tətbiq edilməlidir. Belə ki, istinad edilmiş qanun normasında nəzərdə tutulan xx.xx.2006-cı il tarixədək “güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə” təyin edilir müddəası mübahisəli hüquq münasibətinə tətbiq edilə bilməz”. Belə ki, əmək qanunvericiliyində əmək stajı ilə bağlı müddət deyildikdə işçinin əmək fəaliyyətinin ümumi müddəti hesab edilir, həmin qanunvericiliyə görə əmək stajının hesablanması qayda larına uyğun olaraq hesablama işə başlama tarixindən başlamaqla əmək fəaliyyətinə xitam verilməsi dövrü əhatə edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaş a görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə

47. Bu Qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minir 22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalış an işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;

23. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu: İ.“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 18, maddə 814; 1994-cü il, № 15, maddə 177; 1995-ci il, № 22, maddə 354) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. Bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.... Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirm iş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikay əti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Bununla yanaşı, məhkəmə kollegiyası kassasi ya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. Hazırda iddiaçının hüquqi marağı məhz 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə yönəlmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olmuş pensiya qanunvericiliyinə əsasən kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edə bilmək üçün aşağıdakı şərtlərin birgə mövcudluğu tələb olunur: 1) şəxsin 57 yaşının tamam olması; 2) xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajının mövcud olması; 3) xx.xx.2006-cı il tarixədək 12 il 6 ay güzəştli iş stajının mövcud olması;

33. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı xx.xx.2006-cı ilə qədər tələb edilə n ümumi və güzəştli stajı tamam olmadığından ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi mümkün deyildir.

34. Bundan başqa, məhkəmə kollegiyası kassasiya şikayətinin “iddiaçının ümumilikdə 43 ilə yaxın ümumi stajının, eləcə də 25 ildən çox güzəştli stajının olması” barədə dəlili üzrə qeyd edir ki, iddiaçının hüquqi marağı hazırda 57 yaşdan güzəştli şərtlərlə yaşa pensiya təyin edilməsinə yönəldiyindən iddiaçının xx.xx.2006-cı il tarixdən sonra ümumi və ya güzəştli iş staj toplaması onun xx.xx.2006-cı il tarixədək tələb edilən ümumi və güzəştli iş stajına malik olmaması halını aradan qaldırmır.

35. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından barəsində şikayət verilən qərar dəyişdirilmədən sa xlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(103)-1897/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar