Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2324/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xx.xx.2018-ci il tarixədək ödənilmiş, lakin qeydə alınmamış məcburi dövlət sosial sığorta haqqı, avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəll üdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2023-cü il tarixli, 2-1(106)-89/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1956-cı il təvəllüdlü iddiaçı barəsində cavabdeh tərəfindən dövlət sosial sığorta şəhadətnaməsi tərtib edilmiş və iddiaçı xx.xx.2007-ci il tarixli, 071666 nömrəli qəbzə əsasən, 200 6-cı il üçün 4,20 manat; xx.xx.2008-ci il tarixli, 779626 nömrəli qəbzə əsasən, 2008-ci il üçün 4 manat və xx.xx.2010-cu il tarixli, 271739 nömrəli qəbzə əsasən, 2009-cu il üçün 5 manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir.
2. İddiaçı ona avtomatlaşdırılmış qaydada hüququnun yarandığı 65 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmişdir.
3. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçının ödədiyi məcburi dövlət sosial sığorta haqlarının baza məlumatlarında öz əksini tapmadığını əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Şirvan İnzibati Məh kəməsinə müraciət edərək, ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı il tarixdə doğulmuş, 1974-cü ildən əmək fəaliyyətinə başlamış və işlədiyi illərə dair əmək kitabçası vardır. Bundan əlavə xx.xx.2007, xx.xx.2008, xx.xx.2010-cu il tarixlərdə Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqqı ödəmiş, lakin cavabeh tərəfindən həmin üç ilin hesablanmasının mümkün olmadığı bəhanə gətirilərək ona əmək pensiyasının təyin edilməsindən əsassız olaraq imtina edilmişdir.
6. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçı cavabdehə müraciət edərək, 2007-2010-cu illərdə Dövlət Sosial Müdafi ə Fonduna ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqlarının nəzərə alınaraq proaktiv qaydada əmək pensiyasının təyin edilməsini tələb etmişdir. İddiaçının həmin illər üzrə ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqları baza məlumatlarında öz əksini tapmamışdır. Nazirliyin “Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi”nin “Sığorta” altsisteminin “Sığortaedənlərin reyestri” bölməsindən əldə edilən məlumatlara əsasən, iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçota düşməmiş, tərəfindən 2007-2010-cu illər üzrə rüblük “Məcburi dövlət sosial sığortası üzrə hesabat”lar (Forma B2) və illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma B3) təqdim edilməmişdir. Belə ki, iddiaçının **********595 nömrəli şəxsi hesabında 2006-cı il tarixdən 2021-ci il tarixədək olan dövr ərzində hər hansı sığortaedən tərəfindən xeyrinə məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi qeydə alınmamışdır. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2.1-ci maddəsinin tələbi ödənilmədiyi üçün vətəndaşa proaktiv qaydada əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu kon kret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir.
7. Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 13 oktyabr 2022-ci il tarixli, 2-1(120)-548/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin əsas dəlilinə görə, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tətbiq edilməsi üçün iddiaçının xx.xx.2018-ci il tarixə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Lakin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi kimi iddiaçı 2007-ci, 2008-ci, 2010-cu illərdə torpaq sahəsinə görə sosial sığorta haqqı ödəmişdir. Göründüyü kimi, iddiaçı məcburi dövlət sosial sığorta haqlarını “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsində göstərilən xx.xx.2018-ci il tarixdən beş il əvvəl ödəmişdir. İşdən görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində sığorta şəhadətnaməsi tərtib edilmiş, iddiaçı 2007-ci, 2008-ci, 2010-cu ildə məcburi dövlət sığorta haqqı ödəmişdir. Cavabdeh ödənilən məbləği qəbul etməməsini, geri qaytarmasını, iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota almaqdan imtina etməsini bildirməmişdir. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalının mövcud olmaması, həmçinin iddiaçının sığortaedən kimi uçota durmaması, rüblük və illik hesabat təqdim etməməsi, həmçinin iddiaçı tərəfindən təqdi m olunan qəbzlərin iddiaçının əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən fakt kimi qəbul edilməməsi barədə cavabdehin dəlillərini məhkəmə əsaslı saymır. İddiaçı 2007-ci, 2008-ci, 2010-cu illərdə məcburi dövlət sığorta haqqı ödəmişdir və həmin ödənişin cavabdeh tərəfindən pensiya alt sistemində (PAS) qeydə alınmaması iddiaçının təqsiri deyil, əksinə cavabdehin müvafiq qurumunun qanunvericiliklə üzərinə qoyulmuş vəzifəyə məsuliyyətsiz yanaşmasının nəticəsidir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Orxan İsmayılov /sədrlik edən və məruzəçi/, Tale Kərimov və Pərviz Əhmədov) 12 iyun 2023-c ü il tarixli, 2-1(106)-89/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtina məktubunun, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini, ap ellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:... 1.0.6. fərdi uçot – sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; 1.0.7. fərdi hesab – dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8. fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzər ə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır;... 1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir;... Maddə
3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər.... Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminat ına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.... Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006 -cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır;... 22-1.4. Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1. 2019-cu il yan varın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2. 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; 22-1.4.3. bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı; 22-1.4.4. bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı. 22-1.5. 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilm əsinə yol verilmir. 16. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.1.6. sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslər; 1.1.7. sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun ol araq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər; 1.1.8. sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər;... Maddə
9. Sığortaçının hüquq və vəzifələri (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada) Sığortaçının hüquqları aşağıdakılardır: bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək; könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.... Maddə
13. Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada) Qeyri-kommersiya hüquqi şəxsləri dövlət qeydiyyatına, ailə kəndli təsərrüfatları isə qanunvericiliklə müəyyən edilmiş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqd an, təsərrüfat subyekti olmayan digər sığortaedənlər isə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra bir ay müddətində müvafiq məlumatları təqdim etməklə məcburi dövlət sosial sığorta üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar. Banklar tərəfindən təsərrüfat subyektlərinə (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) bank hesabları açıldıqda həmin subyekt məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən bank və ya digər kredit təşkilatında hesabın açılmasına dair şəhadətnamə-dublikat təqdim etməlidir. Kommersiya hüquqi şəxslərin, publik hüquqi şəxslərin, xaric i kommersiya hüquqi şəxsin nümayəndəlik və filiallarının, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçotu müvafiq icra hakimiyyəti orqanının təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu, qaydaları məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.... Maddə
14. Məcburi dövlət sosial sığorta haqqı (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada) Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir.... Hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir.... Məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə, yaranmış borc məbləğləri aşağıdakı qaydada alınır: sığortaedən məcburi dövlət sosial sığorta haqlarını bu qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş göndərir; hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar və ya tətbiq edilmiş maliyyə sanksiyaları sığortaedən tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı sığortaedənin cari, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam verir;... məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyaları sərəncamın banka və ya digər kredit təşkilatına daxil olduğu gündən 90 gün ərzində ödənilmədikdə, sərəncam geri qaytarılır və həmin borca görə sərəncam bir daha icraya qəbul edilmir, həmin borclar və maliyyə sanksiyaları sığortaedəndən məhkəmə qaydasında alınır;... Maddə
18. Məcburi dövlət sosial sığortası sahəsində idarəetmə (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada) Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı: məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir;... sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını qəbul edir; məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə maliyyə sanksiyaları tətbiq e dir; məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır; ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırır; Azərbaycan Respublikası Prezidentinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərmanının 2.1-ci bəndinə əsasən, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində nəzərdə tutulmuş “məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.
17. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə” (xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada) 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Nazirliyin vəzifələri aşağıdakılardır:... 3.1.28-3. dövlət orqanlarından və büdcə təşkilatlarından, habelə hüquqi şəxslərdən, onların filial və nümayəndəliklərindən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən (sığortaedənlərdən), eləcə d ə sığortaolunanlardan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta haqlarının toplanmasına nəzarət etmək; 18. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılması; 1.1.2. fərdi şəxsi hesab – hər bir sığortaolunana sığortaçı tərəfindən sosial sığorta nömr əsi ilə açılan, fərdi uçot məlumatlarının əks olunduğu hesab;... 1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əmək pensiyaları haqqında” və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş mənaları ifadə edir.... Maddə
5. Sığortaolunanın fərdi şəxsi hesabı (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada)... 5.2.12. sığortaedən tərəfindən fərdi şəxsi hesaba hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği (sığorta stajının hər ayı üçün)... Maddə
6. Dövlət sosial sığorta şəhadətnaməsi (xx.xx.2021-ci il tarixədək qüvvədə olan redaksiyada) 6.1. Dövlət sosial sığorta şəhadətnaməsinin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 6.2. Dövlət sosial sığorta si stemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 5.2.1 - 5.2.5-ci maddələrinə uyğun olaraq sosial sığorta şəhadətnaməsinin hazırlanmasını və sığortaolunana verilməsini təmin edir. 6.3. Əmək fəaliyyəti olan sığortaolunanlar dövlət sosial sığorta şəhadətnaməsini öz sığortaedənləri vasitəsilə, özü-özünü sığortaedən şəxslər isə yaşadıqları ərazi (yaşayış yeri üzrə daimi qeydiyyatda olduğu ünvan) üzrə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanından bir ay müddətində alırlar.... Maddə
10. Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hüquq və vəzifələri (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada)... 10.2. Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata k eçirən müvafiq icra hakimiyyəti orqanının vəzifələri aşağıdakılardır: 10.2.1. Sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək; Azərbaycan Respublikası Prezidentinin “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanının 2-ci hissəsinə (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada) əsasən, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş “Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göst ərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyas ı məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərin i təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh o lunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2-ci maddəsi tətbiq edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. 29. “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2-ci maddəsinə əsasən, 20192025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, həmin Qanunun 22-1.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanır.
30. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2-ci maddəsinin tətbiq edilməsi üçün, aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs xx.xx.2019-cü il tarixdən sonra qanunla müəyyən edilmiş yaş həddinə çatmalı; fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalı və Qanunun 221.4-cü maddəsində təsbit edilən hallar olmamalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, yaşa görə əmək p ensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.
31. Belə ki, hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçı xx.xx.1956-cı ildə doğulmuş və onun 65 yaşı xx.xx.2021ci il tarixdə tamam olmuşdur. Cavabdeh tərəfindən vaxtilə iddiaçı barəsində dövlət sosial sığorta şəhadətnaməsi tərtib edilmiş, iddiaçı da 2007-ci, 2008-ci və 2010-cu illərdə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Həmçinin iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 22-1.4-cü maddəsində təsbit edilən hallar müəyyən edilməmişdir.
32. Cavabdehin imtinasının, iddiaya qarşı etirazının, eləcə də apellyasiya və kassasiya şikayətlərinin təkrar edən dəlili ondan ibarətdir ki, iddiaçının ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqları baza məlumatlarında öz əksini tapmamışdır. Başqa sözlə, cavabdeh iddiaçının ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabında qeydə alınmadığını bildirir.
33. Apellyasiya instansiyası məhkəməsi iş materiallarının ətraflı araşdırılması nəticəsində düzgün olaraq bu qənaətə gəlmişdir ki, iddiaçı 2007-ci, 2008-ci, 2010-cu illərdə məcburi dövlət sığorta haqqı ödəmiş, cavabdeh ödənilən məbləğin qəbul edilməməsini, geri qaytarılmasını, iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota almaqdan imtina edilməsini bildirməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalının mövcud olmaması, həmçinin iddiaçının sığortaedən kimi uçota durmaması, rüblük və illik hesabat təqdim etməməsi barədə cavabdehin dəlillərini əsaslı saymamışdır.
34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabında qeydə alınmaması iddiaçının pensiya hüququnu məhdudlaşdırıcı amil kimi çıxış edə, onun ziyanına şərh edilə bilməz. Ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabında qeydə alınıb-alınmamasına nəzarət iddiaçının imkanları xaricində olmaqla, birbaşa olaraq səlahiyyətli inzibati orqanın məsuliyyəti çərçivəsində müəyyən edilən məsələdir.
35. İddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münas ibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur. Cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər isə iş materialları ilə müəyyən edilir. Belə ki, qanunverici tərəfindən xx.xx.2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalının minimal məbləği müəyyən edilməmiş, sadəcə olaraq hər hansı pensiya kapitalının qeydə alınması tələbi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən də xx.xx.2018-ci il tarixədək fərqli məbləğlərdə məcburi dövlət sosial sığorta ödənişləri həyata keçirilmiş, bunu təsdiq edən qəbzlər məhkəməyə təqdim olunmuşdur. Eyni zamanda, iddiaçının adına dövlət sosial sığorta şəhadətnaməsinin açıldığı və iddiaçıya təqdim olunduğu müəyyən edilmişdir.
36. Mübahisəli dövrdə qüvvədə olan və bu qərarın 16-18-ci b əndlərində göstərilən qanunvericiliyin normalarının tələbləri baxımından məcburi dövlət sosial sığorta haqlarının toplanmasına nəzarət etmək, eyni zamanda, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının aidiyyəti üzrə sığortaolunanların fərdi hesablarında qeydə alınmasını təmin etmək cavabdeh inzibati orqanın vəzifəsi olmuşdur. Lakin cavabdeh inzibati orqan iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsinə, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabında qeydə alınıbalınmamasına münasibətdə qanunvericilikdən irəli gələn funksiyalarını icra etməmiş, son nəticədə iddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabında qeydə alınmadığını əsas gətirərək iddiaçının sosial təminat hüququnu m əhdudlaşdırmışdır.
37. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia tələbinə ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərindən çıxış etməklə də qiymət verilməlidir. Buna görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Lakin ödənilmiş həmin vəsaitin onun fərdi hesabında qeydə alımaması vəziyyəti iddiaçının iradəsi və hərəkətləri nəticəsində deyil, müvafiq dövlət orqanının öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı.
38. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsin in qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2023-cü il tarixli, 21(106)-89/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.