Məhkəmə qərarları › İş №2-1(102)-2325/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2325/2019

07.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2325/2019 07.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə və üçüncü şəxs X2 iştirakı ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cavabdeh Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı (X4 üçüncü şəxs olmaql a) qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-942/2019 nömrəli, 10 aprel 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 07 avqust 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (bundan sonra - iddiaçı) Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı (bundan sonra - cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 05 fevral 2004-cü il tarixli 645 saylı qərarının ləğv olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.03.2018-ci i l tarixli 2-1(81)-515/2018 saylı qərardadı ilə X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə qarşı “torpaq sahəsinə çıxarışın və texniki pasportun verilməsi” tələbi ilə bağlı inzibati iş üzrə SOCAR 3-cü şəxs qismində işə cəlb edilmişdir. Qeyd olunan inzibati işin araşdırılması 20.04.2018-ci il saat 10:30-a təyin olunmuşdur. Həmin məhkəmə iclası zamanı onlara məlum olmuşdur ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 05.02.2004-cü il tarixli 645 saylı qərarı ilə X3 Binəqədi rayonu Binəqədi qəsəbəsində sahibkarlıq fəaliyyəti üçün 2000 kv.m torpaq sahəsi ayrılmışdır. 20.04.2018-ci il tarixdə SOCAR-ın nümayəndəsinin ərizəsi əsasında Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəs inin 05.02.2004-cü il tarixli 645 saylı qərarı və alqı-satqı aktı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən SOCAR-a təqdim olunmuşdur. Həmin torpaq sahəsi hal-hazırda SOCAR-ın daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaqların daxilində olmaqla, Azərbaycan Respublikasının 29 aprel 2005-cı il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişinə əsasən “X7" şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən hesab edilir ki, Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 05.02.2004-cü il tarixli 645 saylı qər arı neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış, dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələri barəsində verildiyi üçün etibarsızdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-93/2019 saylı iş üzrə 31 yanvar 2019-cu il tarixli qərardadı ilə (hakim: A.A.Abdullayeva) iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, hazırki iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərti ödənilmir. Məhkəmənin həmin qərardadından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-942/2019 nömrəli iş üzrə 10 aprel 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və V.Ə.Baxışova) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi nin 2-1(81)-93/2019 saylı iş üzrə 31 yanvar 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərardadından iddiaçı kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-942/2019 nömrəli iş üzrə 10 aprel 2019-cu il tarixli qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılaraq işə mahiyyəti üzrə baxılması üçün sonrakı prosessual hərəkətlərinin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, əsassız ol araq iddia mümkünsüz hesab edilmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi inzibati mübahisəni araşdırarkən iddia müddətini əsas gətirərək hesab etmişdir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə vaxtında müraciət etməyib. Qərardaddan görünür ki, məhkəmə iddianın mümkünsüzlüyünü əsas kimi, iddiaçı tərəfindən mübahisələndirilən qərarın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməkdən ötrü qanunla nəzərdə tutulmuş müddətin ötürüldüyünü, qərarın qəbulundan 7 il keçdikdən sonra məhkəməyə müraciət olunduğunu göstərmişdir. Məhkəmə iddiaçının bu illər ərzində mübahisəli ərazinin üçüncü şəxsə ayrılması barədə sözügedən qərardan xəbərdar, məlumatlı olmaması barədə dəlilini inandırıcı olmamaqla, ağlabatan saymamış, iddia müddətinin başlanılması üçün yalnız şəxsin öz hüququnun poz ulduğunu bildiyi anı deyil, eyni zamanda bilməli olduğu anın əsas götürüldüyünü hesab etmişdir. Lakin, bu doğru yanaşma deyil. Belə ki, hamıya məlum olduğu kimi, neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış torpaq sahələrinin hüdudları böyükdür, torpaq sahələri hər hansı bir vasitə ilə (hasar, tikanlı məftil və.s.) əhatələnməmişdir. Daimi istifadədə olan həmin torpaq sahələrinin sərhədlərinin, həmçinin neft-qaz boru kəmərlərinin və sair kimi obyektlərin, kommunikasiya xətlərinin qanunvericiliklə müəyyən olunmuş mühafizə zonalarının qeyd olunan vasitələr ilə əhatələnməsi, mühafizəsinin təşkil olunması mümkünsüzdür. Həmçinin, məlumdur ki, SOCAR-ın daimi istifadəsində olan və eyni zamanda neftqaz boru kəmərlərinin, digər neft obyektləri və kommunikasiyaların mühafizə zonalarında on minlərlə tikililər mövcuddur. Həmin tikililərin yerləşdiyi SOCAR-m daimi istifadəsində olan torpaq sahələrinin vətəndaşlar tərəfindən hansı hüquqmüəyyənedici və ya hüquqtəsdiqedici sənədlərlə (sərəncam, qərar, çıxarış) əldə edildiyi və ya özbaşına olaraq zəbt edildiyi barədə SOCAR tərəfindən vaxtında məlumat əldə edilməsi mümkünsüzdür. Hər hansı bir səlahiyyətli qurum tərəfindən vətəndaşlara torpaq sahələri ayrılarkən həmin sənədlər SOCAR-a göndərilmir, həmin qurumun belə bir öhdəliyi də yoxdur. Bu səbəbdən həmin sənədlərin mövcudluğu barədə SOCAR-ın bilməli olduğu barədə məhkəmənin gəldiyi qənaət düzgün deyildir. Bu cür sənədlərin mövcudluğu SOCAR-a ya vətəndaşların rəsmi müraciətləri, ya da torpaq və ya evə dair çıxarışın verilməsi tələbinə dair müvafiq qurum məhk əməyə verilən zaman məhkəmə tərəfindən SOCAR-ın maraqlı tərəf kimi işə cəlb olunması hallarında məlum olur. X1 istifadəsində olan, eyni zamanda vaxtı ilə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin daimi istifadəsində olan, daha sonra Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X7” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində olan mübahisəli torpaq sahəsinin 3-cü şəxsə ayrılması barəsində olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin qərarını SOCAR-ın nümayəndəsi rəsmi ərizə verərək, 20.0 4.2018-ci il tarixində keçirilən məhkəmə prosesində əldə etmiş və 17 gün sonra - 07 may 2018-ci il tarixdə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və 3-cü şəxs məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdikləri üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onların izahatı dinlənilmədən baxıldı. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət e dilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq, öz xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu halda iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu sübutetmə vəzifəsi isə məhz, iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hər əkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plen umunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28.12.2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddiaçının hazırkı iddiasının mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Belə ki, iddiaçı cavabdehin 2004-cü ildə qəbul edilmiş qərarını mübahisələndirir. İddiaçı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti sərəncamı mübahisələndirməyə subyektiv hüququ olsa da, qanunla müəyyən edilmiş müddətdə bunu etməmişdir. Halbuki, 2000-ci ildən sonra ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin "Müvafıq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onla rın vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat" adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə) (Həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143-lVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Mülki Prosessual Məcəllədən çıxarılmışdır). Ehtimal edilərsə ki, iddiaçı mübahisəli qərarın qəbulundan uzun müddət məlumatsız olmuş və MPM-in qeyd edilən maddəsi ilə nəzərdə tutulan müddəti üzrlü səbəbdən buraxmışdır, hətta bu halda belə, 01 yanvar 2011-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində iddia qaldırmaq üçün nəzərdə tutulmuş müddət buraxılmış hesab edilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. İPM-nin qanu ni qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilədək qəbul edilmiş aktların müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarının mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin qərarlar inzibati prosessual qanunvericiliyə istinadən mübahisələndirilə bilməz. Ona görə ki, İPM, əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dö vlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Deryan Türkiyəyə qarşı iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətb iqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən apelyasiya instansiyası məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-942/2019 nömrəli iş üzrə 10 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar