Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2325/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: şəxsi hesab vərəqəsində hesablanmış faiz borcunun ləğv olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İ darəsinə qarşı “şəxsi hesab vərəqəsində hesablanmış faiz borcunun ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2023-cü il tarixli, 2-1(103)-371/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 №li “Bakı şəhərinin rayonlarının inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ” Qərarına əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 418 №li xx.xx.2016-cı il tarixli Sərəncamı ilə Bakı şəhəri Xətai rayonu, Zığ yolu 31 a ünvanında İddiaçı MMC-yə Pilot Layihə çərçivəsində yaşayış binalarının tikintisinə icazə verilmişdir.
2. T ikintisini aparılan bina tikintisinin “A”, “B” və "xxxx" blokları üzrə aparılması nəzərdə tutulmuşdur. 2017-ci ildə tikinti işlərinə başlanılmış, A və B blokunun təməl qoyulma işləri həyata keçirilsə də, lakin sonradan 2018-ci ili dekabr ayına kimi "xxxx" bloku üzrə tikinti işləri qrunt sularının çox olması ilə bağlı dayandırılmışdır. “Pilot” layihənin “Sifarişçi”si Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti aparatının 85 №li xx.xx.2018-ci il tarixli məktubu əsasında binanın "xxxx" bloku üzrə tikinti işlərinin dayandırılması məqsədə müvafiq hesab edilmiş və müəssisə tərəfindən binanın tikintisi qismən dayandırılmışdır.
3. İddiaçı MMC tərəfindən Bakı şəhəri LGBİ-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “A” və “В” bloklarının tikintisinə başlanılmış, "xxxx" blokunun tikintisi isə başlamamışdır. Təməlqoyma zamanı yer səthinin mürəkkəb qurunt şəraiti ilə əlaqədar olaraq betonlanmışdır. Bunun səbəbi isə “A” və “В” bloklarının faktiki təhlükəsizliyini təmin etməkdir. Belə ki, gələcəkdə "xxxx" blokunun tikilməsinə başlananda beton tökmə zamanı və yerin qazılma zamanı “A” və “В” bloklarının təməlinin zədələnmə ehtimalı var ki, bu təhlükənin qarşısı alınması üçün ərazi tam qazılıb və betonlamada məqsəd “A” və “В” bloklarının tikintisini təhlükəsiz həyata keçirmək və sakinləri real təhlükədən uzaq tutmaqdır. Vergi tutma məsələləri ilə bağlı mübahisə doğuran sual yaranmaması üçün 2018-ci ilin sonuna tikintisi planlaşdırılan "xxxx" blokunun tikinti işləri ilə bağlı rəsmi olaraq Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmiş və həmin qurumun rəsmi məktubunu əldə etmişdir. Yuxarıda qeyd olunanları əsas gətirərək, faktiki “PİLOT LAYİHƏ” üçün nəzərdə tutulan sakinlərə ayrılan sahə nəzərə alınmaqla vergi öhdəliyi yaradan sahələr aşağıdakı kimidir. “A” və “В” blokunun ümumi sahəsi 19.878,0 kv. metr təşkil edir. “PİLOT LAYİHƏ” üzrə sakinlərə ayrılmış sahə ümumilikdə 6.177.4 kv. metr təşkil edir. Belə olan halda vergiyə cəlb olunmalı ümumi sahə 13.700,9 kv. metr təşkil edir. "xxxx" blokunun, yəni tikintisi aparılması gələcəkdə nəzərdə tutulan binanın sahəsi 12001 kv. metr təşkil edir.
4. Kaspian Park” MMC-nin Şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim olunmuş 2017-ci ilin İV rübü üzrə dəqiqləşdirilmiş “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”nə əsasən cava bdeh vergi orqanı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 543.630,23 manat faiz borcu hesablanmış, sonradan həmin məbləğ artaraq 573.014,39 manat olmuş, daha sonra vergi ödəyicisi tərəfindən aparılmış ödənişlər nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdə faizlər üzrə vergi borcu 512.600 manat təşkil etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdeh Bakı şəhəri LGBİ tərəfindən İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində hesablanmış 573.000 (beş yüz yetmiş üç min) manat faiz borcunun ləğv edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC təsis edildikdən sonra əsas fəaliyyəti Bakı şəhəri ərazisində çoxmərtəbəli çoxmənzilli binalar inşa etmək, mənzilə ehtiyacı olanlara təhvil verməkdən ibarət olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 №li “Bakı şəhərinin rayonlarının inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Qərarına əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 418 №li xx.xx.2016-cı il tarixli Sərəncamı ilə Bakı şəhəri Xətai rayonu, Zığ yolu 31a ünvanında İddiaçı MMC-yə Pilot Layihə çərçivəsində yaşayış binalarının tikintisinə icazə verilmişdir. İddiaçı MMC-yə Pilot Layihə çərçivəsində göstərilən ünvanda 18 ay müddətində tikib başa çatdırılması həvalə edilmişdir. Çoxmərtəbəli və çoxmənzilli yaşayış evinin tikilməsi üçün ayrılmış sahədə qrunt suları çox olmuşdur. Ona görə h əmin sahədə əsaslı bər kitləmə işləri görmədən həmin ərazidə hündürmərtəbəli evlər tikilməsi çox çətin olmuşdur. Belə ki, qrunt sularının çıxdığı sahədə uzun müddətli bərkitləmə işləri görüldüyündən Pilot Layihə əsasında müəyyən edilmiş müddətdə (18 ay) hündürmərtəbəli evin tikintisi çətin aparılırdı. Buna baxmayaraq, tikintisini apardıqları bina “Pilot layihə” əsasında aparılmış və ilkin olaraq bina tikintisi “A”, “B” və "xxxx" blokları üzrə aparılması nəzərdə tutulmuşdur. 2017-ci ildə tikinti işlərinə başlanılmış, lakin sonradan 2018-ci ili dekabr ayına kimi "xxxx" bloku üzrə tikinti işləri dayandırılmışdır. “Pilot” layihənin “Sifarişçi”si Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti aparatının 85 №li xx.xx.2018-ci il tarixli məktubu əsasında binanın "xxxx" bloku üzrə tikinti işlərinin dayan dırılması tələb olunmuşdur. Ona görə də müəssisə məcburiyyət üzündən binanın tikintisini qismən dayandırmışdır. Lakin həmin vaxtlarda, müəssisə tərəfindən "xxxx" tikinti işlərinin 2017-ci il tarixində başlandığı qeyd edilmişdir. Halbuki, 2018-ci ildə Vergi əməkdaşları dəfələrlə müəssisədə olmuş və "xxxx" bloku üzrə tikinti işlərinin aparılmadığını görmüşlər. Həmçinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları müəssisədə tikinti işlərinə nəzarəti həyata keçirmək məqsədilə dəfələrlə tikinti obyektində olmuşlar və "xxxx" bloku üzrə tikinti işlərinin aparılmadığını müəyyən etmişlər. Müəssisə tərəfindən inşa edilən bloklar üzrə vergi Bəyannaməsində səhvən inşası dayandırılmış "xxxx" bloku üzrə hesabat 2019-cu ildən təqdim edilməli olduğu halda, səhv ən 2017-ci il qeyd edilmişdir. Vergi orqanları da həmin tarixdən müəssisəyə vergi borcu hesablamışdır. Halbuki, müəssisə tərəfindən dəfələrlə Vergi Orqanına müraciət edilərək, yazılmış əsassız borcun silinməsi xahiş edilmişdir. Vergi orqanı yazılmış vergi borclarının silinməsini təmin edəcəyinə söz versələr də, lakin əsassız yazılmış vergi borcu silinməmişdir. Müəssisə Vergi borcu üzrə bütün ödənişləri vaxtında ödəmişdir. 2021- ci ilin avqust ayında Vergi Xidməti tərəfindən müəssisənin “Vergi Bəyannaməsi” əsasında müəssisəyə 2020-ci ilə vergi borcunun olması göstərilmişdir. Bakı Kommersiya Məhkəməsində aparılan məhkəmə prosesində müəyyən edilmişdir ki, müəssisədən 2017-ci il tarixinə yazılmış böyük məbləğdə borcları tələb olunur. Halbuki, müəssisəyə 2017-ci ildən borclar əsassız hesablanmı şdır. İddiaçı MMC-nin xx.xx.2018-ci il tarixli məktubu ilə Bakı şəhəri LGBİ-yə müraciət edilərək "xxxx" bloku üzrə tikintinin dayandırılması barədə məlumat verilmişdir. İddiaçı MMC-nin xx.xx.2018-ci il tarixli 42 saylı məktubu ilə Bakı şəhəri LGBİ-yə müraciət edilərək "xxxx" bloku üzrə tikintinin dayandırıldığı və digər iki blokun tikinti sahəsinin həcmi (19878,0 kv. metr) barədə məlumat verilmişdir. Həmçinin, İddiaçı MMC-nin xx.xx.2018-ci il tarixli 42 saylı məktubu ilə Bakı şəhəri LGBİ-yə xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli məktublarında “səhv verilmiş bəyannamədə dəqiqləşdirmə, dəyişiklik aparılması xahiş olunmuşdur”. Lakin vergi orqanı müəssisənin müraciətinə cavab olaraq bildirmişdir ki, “Çağrı Mərkəzinə (195) və ya əvvəlcədən onlayn növbəyə yazılmaqla vergi ödəyiciləri nə xidmət mərkəzinə müraciət edə bilərlər”. Sonradan, İddiaçı MMC-nin xx.xx.2018- ci il tarixli 42 saylı məktubu ilə Bakı şəhəri LGBİ-yə müraciət olunaraq, xx.xx.2021 və xx.xx.2021-ci tarixli məktublarında “2019-cu ilin 4-cü rübündə Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinin (BTSVB) şəxsi hesab vərəqəsinə işlənməsi tələb edilmişdir”. Lakin vergi orqanı müəssisənin müraciətinə cavab olaraq bildirmişdir ki, “Çağrı Mərkəzinə (195) və ya əvvəlcədən onlayn növbəyə yazılmaqla vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edə bilərlər”. Müəssisənin xx.xx.2021-ci il tarixli məktubu ilə müəssisə tərəfindən vergi borclarının vaxtı-vaxtında ödənildiyi bildirilmiş və 2020-ci ildə BTSV bəyannaməsində "xxxx" bİoku üzrə səhv verilmiş vergi bəyannaməsində də qiqləşdirmə aparılması və şəxsi hesab vərəqəsinə işlənməsi xahiş olunsa da hazırki vaxtadək cavab verilməmişdir.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının iddia ərizəsində cavabdeh tərəfindən hesablanmış faiz borcunun silinməsi barədə mülahizələri tamamilə əsassızdır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edirlər. Belə ki, şəxsi hesab vərəqəsində əməliyyatlar ödəmə tarixi ardıcıllığına görə sıralanaraq aparılır. Yəni sonuncu aparılmış əməliyyatın yazılma tarixi hansı gün olmasına baxmayaraq ödəmə tarixi əvvəlki tarix olarsa, vergi ödəyicisinin borcu hesablanarkən həmin əməliyyat ödəmə müddəti ardıcıllığına uyğun olaraq aparılır və ondan sonrakı əməliyyatlar yenidən hesablanaraq, yekun nəticə müəyyən olunur. Belə ki, xx.xx.2020-ci il tarixdə vergi ödəyicisi tərəfindən 2017-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş dəqiqləşdirilmiş BTFSV bəyannaməsinin ödənilmə müddəti rüblərə bölünməklə, şəxsi hesab vərəqəsində düzgün olaraq, ilkin ödəmə müddəti xx.xx.2018-ci ildən başlamaqla son tarix xx.xx.2020- ci il olmaqla qeyd olunmuşdur. Vergi Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq, hesablanmış vergi məbləğinin ödənilmə müddətləri üzrə şəxsi hesab vərəqəsində faizlər hesablanmışdır. Vergi Məcəlləsinin 59.1 -ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Vergi M əcəlləsinin 59.2-ci maddəsinə əsasən bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq, vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
8. Bakı İnzibati Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2-1(112)-7076/2022 nömrəli qərarı ilə (hakim: X2) iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçının (VÖEN: **********) şəxsi hesab vərəqəsində hesablanmış 573.000 (beş yüz yetmiş üç min) manat faiz borcu ləğv edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 №li “Bakı şəhərinin rayonlarının inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ” Qə rarına əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 418 №li xx.xx.2016-cı il tarixli Sərəncamı ilə Bakı şəhəri Xətai rayonu, Zığ yolu 31 a ünvanında İddiaçı MMC-yə Pilot Layihə çərçivəsində yaşayış binalarının tikintisinə icazə verilmişdir. Tikintisini aparılan bina tikintisinin “A”, “B” və "xxxx" blokları üzrə aparılması nəzərdə tutulmuşdur. 2017-ci ildə tikinti işlərinə başlanılmış, lakin sonradan 2018-ci ili dekabr ayına kimi "xxxx" bloku üzrə tikinti işləri dayandırılmışdır. “Pilot” layihənin “Sifarişçi”si Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti aparatının 85 №li xx.xx.2018-ci il tarixli məktubu əsasında binanın "xxxx" bloku üzrə tikinti işlərinin dayandırılması tələb olunmuşdur. Ona görə də müəssisə tərəfindən binanın tikintisi qismən dayandırılmışdır. Lakin həmin vax tlarda, müəssisə tərəfindən "xxxx" tikinti işlərinin 2017-ci il tarixində başlandığı qeyd edilmişdir. Müəssisə tərəfindən inşa edilən bloklar üzrə vergi Bəyannaməsində səhvən inşası dayandırılmış "xxxx" bloku üzrə hesabat 2019-cu ildən təqdim edilməli olduğu halda, səhvən 2017-ci il qeyd edilmişdir. Nəticədə vergi orqanı tərəfindən həmin tarixdən heç bir qanuni əsas olmadan Cəmiyyətə faiz borclar hesablamışdır. İddiaçı cəmiyyət tərəfindən qeyd olunan yanlışlığın aradan qaldırılması ilə bağlı vergi orqanına dəfələrlə yazılı müraciətlər olunmasına və dəqiqləşdirilmiş BTSV bəyannaməsi təqdim olunmasına baxmayaraq, cavabdeh vergi orqanı tərəfindən iddiaçının şəxsi hesab vərəqəsində düzəliş aparılmamışdır. Cavabdeh vergi orqanı tərəfindən iddiaçıya əlavə faiz borcunun hesablanması əsassız və qa nunsuz olduğundan ləğv olunmalıdır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2023-cü il tarixli, 2-1(103)-371/2023 nömrəli qərarı ilə (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X1 və X3) Bakı İnzibati Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası Vergi Məcəlləsinin 72,218,221-ci maddələrinə əsaslanaraq nəticəyə gəlmişdir.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmama sını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, vergi orqanı tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Sadəcə olaraq iddiaçı tərəfindən müvafiq dövriyyə vaxtında bəyan edilməmiş vergilərə görə Məcəllənin tələbinə görə faizlər hesablanmışdır. Məhkəmənin əsaslandığı məktubda "xxxx" blokun tikintisinin 2018-ci ilin dekabr ayına qədər dayandırılması tələb olunmamış, sadəcə dayandırılması məqsədəuyğun hesab edilmişdir. Digər tərəfdən məhkəmə nəzərə almamışdır ki, Vergi Məcəlləsində vergilərin hesablanmasında və tələb edilməsində belə bir hal nəzərdə tutulmamışdır. Bundan başqa, məhkəmənin gəldiyi nəticə və qənaətin qanuni və əsaslı olmadığını əsaslandırmaq üçün yuxarıda qeyd olunan normada ifadə olunan tikinti-quraşdırma işlərinə başlama anı anlayışının şərtlərinin açıqlanması zəruridir. Belə ki, Vergi Məcəlləsinin 13.2.57-ci maddəsində ifadə olunan tikinti-quraşdırma işlərinə başlama anı tikintisinə icazə verilən binanın təməl tökməsindən başlayır.
15. Vergi Məcəlləsinin 16.3-cü maddəsinin tələbinə görə vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasını n müddəti göstərilməlidir. Lakin hazırkı iş üzrə iddiaçı sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını dayandırması barədə arayış təqdim etməmişdir.
16. İddiaçı tərəfindən verginin gecikdirilməsinin səbəbi kimi göstərilən hal (dövlət orqanlarının müdaxiləsi nəticəsində tikintinin dayandırılması) Vergi Məcəlləsinin yuxarıda qeyd olunan 85.6-cı maddəsində göstərilən hallara aid deyildir. Beləliklə, iddiaçı tərəfindən vergi orqanına qanunvericiliklə müəyyən edilmiş qaydada sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını dayandırması barədə arayış təqdim edilmədiyindən, o cümlədən iddiaçı tərəfindən verginin gecikdirilməsinin səbəbi kimi göstərilən hal (dövlət orqanlarının müdaxiləsi nəticəsində tikintinin dayandırılması) Vergi müdaxiləsi nəticəsində t ikintinin dayandırılması) Vergi Məcəlləsinin yuxarıda qeyd olunan 85.6-cı maddəsində göstərilən hallara da aid olmadığından iddiaçının bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi ü z r ə ödənişin gecikməsinə görə faizin hesablanmasının qanunsuzluğuna dair dəlilləri əsassızdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)3015/2019 nömrəli qərarı).
17. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamənin vergi orqanı tərəfindən nəzərə alındığını görməmişdir. Belə ki, iddiaçı 2017-ci ilin 4- cü rübü üzrə təqdim olunmuş “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi” bəyannaməsinə (xx.xx.2018-ci il tarixində) əsasən binanın ümumi sahəsi 13.700,90 m, verg i məbləği 924.810,75 manat kimi göstərilmişdir. Daha sonra həmin bəyannamə üzrə dəqiqləşdirilmiş hesabat təqdim edərək (xx.xx.2020-ci il tarixində) binanın ümumi sahəsi 28.696,11 m, vergi məbləği 1.927.297,43 manat kimi göstərilmişdir. Göründüyü kimi vergi ödəyicisi tərəfindən dəqiqləşmiş bəyannamə təqdim edilərək ödəniləcək vergi məbləği artırılmış, məhkəmənin dediyinin əksinə olaraq vergi orqanı tərəfindən müvafiq dəqiqləşdirilmiş bəyannamə qəbul edilmişdir. Hazırkı vəziyyətdə şəxsin özünün təqdim etdiyi bəyannamə mübahisələndirilmiş, göstərilən hal məhkəmə tərəfindən anlaşılmamışdır.
18. Cavabdeh Vergi Məcəlləsinin 13.2.57, 59.1, 72.1, 72.5, 78.1, 82.3 85, 218.4.3, 219.3, 220.8, maddələrinə əsaslanaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. b. k assasiya şikayətinə etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Vergi Məcəlləsi (mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyada): Maddə 3.8 Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.57. tikinti-quraşdırma işlərinə başlama anı – tikintisinə icazə verilmiş tikinti obyektinin layihəsində, habelə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulan tələblərə riayət edilmiş barəs ində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektinin layihəsinin memarlıqplanlaşdırma bölməsində nəzərdə tutulmuş tikinti obyektinin inşası üzrə bilavasitə tikinti-quraşdırma işlərinə başlama anı; Maddə 16.3. Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiqicra hakimiyyəti orqanının müəyyən etdiyi formadaarayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edild ikdə vergi ödəyicisinə bildiriş göndərilməklə sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi tələb olunur. Maddə 53.3 Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar v ergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 72.1 Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Maddə 72.5 Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Maddə 218.3 Bu Məcəllənin 218.1.3-cü maddəsində göstərilən şəxs tikintiquraşdır ma işlərinə başladığı andan 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına seçdiyi vergitutma metodu barədə yazılı formada məlumat təqdim etməlidir. Bu halda şəxsin seçdiyi vergitutma metodunu həmin tikinti-quraşdırma işləri başa çatanadək dəyişdirmək hüququ yoxdur. 220.8. Bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-1-ci maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. Bu Məcəllənin 218.4.5-ci maddəsində göstərilən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 206.3-cü maddəsində nəzərdə tutulmuş torpaq sahələrinin hər kvadratmetri üçün 0,5 manat olmaqla, bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. Kənd təsərrüfatı təyinatlı torpaqlara gö rə sadələşdirilmiş vergi hesablanarkən bu maddə ilə müəyyən olunmuş torpaq sahəsinin yerləşdiyi ərazi üzrə zona əmsalları tətbiq olunmur. Bu Məcəllənin 218.4.5-ci maddəsində göstərilən şəxslər üçün kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 206.1-1-ci maddəsinə uyğun olaraq hesablanmış torpaq vergisinin 2 misli məbləğində hesablanır. 220.8.1. Bina və torpaq sahəsi Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş zonalardan asılı olaraq, aşağıdakı əmsallar tətbiq olunur:[ Yaşayış və qeyri-yaşayış sahələrinin və torpağın yerləşdiyi ərazi üzrə əmsal 1 4,0 2 3,0 3,4 2,2 5,6 1,8 7,8,9 1,5 10,11,12 1,2 220.8.2. Gəncə, Sumqayıt və X ırdalan şəhərlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə - 1,5; Zonalar 220.8.3. Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə - 1,2; 220.8.4. digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə - 0,3. 220.8-1. Bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır.[ 220.8-2. Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və di gər xüsusi təyinatlı torpaqları təqdim edən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsinin ikinci abzası ilə hesablanmış məbləğə Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində 1,5 əmsal, Gəncə, Sumqayıt, Xırdalan şəhərlərində 1,3 əmsal, Abşeron rayonunun qəsəbə və kəndləri, Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində 1,2 əmsal və digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) 1,1 əmsal tətbiq edilməklə hesablanır. Maddə 221.2 Sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. Maddə 221.3 Sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Maddə 221.3.1 Bu Məcəllənin 218.4. 2-ci maddəsində göstərilən şəxslər hesabat rübü üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.9-cu maddəsində nəzərdə tutulmuş qaydada hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər. Maddə 221.5-ci Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edirlər. Bu Məcəllənin 218.1.3-cü maddəsində göstərilən vergi ödəyiciləri vergi ödəyicisi kimi uçota alındıqları yerdən asılı olmayaraq, bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (bina tikintisi meydançasının faktiki yerləşdiyi) ərazi (zona) üçün bu Məcəllənin 220.8-ci maddəsinə uyğun müəyyən edilən sadələşdirilmiş vergini ödəyirlər.
21. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1 Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b)Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə ş ikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmi şdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya m əhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə üçün apellyasiya məhkəməsi şəxsi hesab vərəqəsində hesablanmış faiz borcunun ləğv olunması barədə tələbin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, işin halları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 №li “Bakı şəhərinin rayonlarının inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Qərarına əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 418 №li xx.xx.2016- cı il tarixli Sərəncamı ilə Bakı şəhəri Xətai rayonu, Zığ yolu 31 a ünvanında İddiaçı MMC-yə Pilot Layihə çərçivəsində yaşayış binalarının tikintisinə icazə verilmişdir.
30. Tikintisini aparılan bina tikintisinin “A”, “B” və "xxxx" blokları üzrə aparılması nəzərdə tutulmuşdur. 2017-ci ildə tikinti işlərinə başlanılmış, təməl qoyulma işləri həyata keçirilsə də, lakin sonradan 2018-ci ili dekabr ayına kimi "xxxx" bloku üzrə tikinti işləri dayandırılmışdır. “Pilot” layihənin “Sifarişçi”si Bakı şəhəri Xətai rayon İcra Haki miyyəti aparatının 85 №li xx.xx.2018-ci il tarixli məktubu əsasında binanın "xxxx" bloku üzrə tikinti işlərinin dayandırılması məqsədəmüvafiq hesab edilməmiş və müəssisə tərəfindən binanın tikintisi dayandırılmışdır. Tikintinin qismən dayandırılması haqqında iddiaçı cavabdehə məlumat vermişdir.
31. İşin hallarından görünür ki, iddiaçı buna müvafiq 2017, 2018-ci illərə aid sadələşdirilmiş vergi üzrə bəyannamə vermiş və “A” “B” blokların tikintisi üzrə sadələşdirilmiş vergini müvafiq olaraq ödəmişdir. "xxxx" blokunun təməl qoyma işinə 2019-cu ilin 4-cü rübündə başlanılmışdır.
32. İşdən görünür ki, xx.xx.2020-ci il tarixdə iddiaçı 2019-cu ilin 4-cü rübü üzrə bəyannamə vermişdir ("xxxx" blokunun təməl qoyulması nəzərə alınmaqla). lakin müəssisə tərəfindən inşa edilən bloklar üzrə vergi Bəyanna məsində səhvən inşası dayandırılmış "xxxx" bloku üzrə hesabat 2019-cu ildən təqdim edilməli olduğu halda, səhvən 2017-ci il qeyd edilmiş və vergi orqanı göstərilən səhv məlumatı rəhbər tutaraq həmin tarixdən heç bir qanuni əsas olmadan iddiaçıya faiz borcu hesablamışdır.
33. Belə ki, Kaspian Park” MMC-nin Şəxsi hesab vərəqəsi ilə müəyyən olunur ki, vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim olunmuş 2017-ci ilin İV rübü üzrə dəqiqləşdirilmiş “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”nə əsasən cavabdeh vergi orqanı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 543.630,23 manat faiz borcu hesablanmış, sonradan həmin məbləğ artaraq 573.014,39 manat olmuş, daha sonra vergi ödəyicisi tərəfindən aparılmış ödənişlər nəz ərə alınmaqla xx.xx.2022-ci il tarixdə faizlər üzrə vergi borcu 512.600 manat təşkil etmişdir.
34. Məhkəmə kollegiyası hazırkı qərarın 20-ci bəndində qeyd olunan maddi hüquq normalarına əsasən qeyd edir ki, iddiaçı cəmiyyət tərəfindən qeyd olunan yanlışlığın aradan qaldırılması ilə bağlı vergi orqanına yazılı müraciət etməsinə həmçinin dəqiqləşdirilmiş BTSV bəyannaməsi təqdim etməsinə baxmayaraq, cavabdeh vergi orqanı tərəfindən iddiaçının şəxsi hesab vərəqəsində düzəliş aparılmamışdır.
35. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hazırkı qərarın 20-ci bəndində göstərilən maddi hüquq normaları və 21 “a” bəndində qeyd olunan prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquq normal arının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
36. Kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2023-cü il tarixli, 21(103)-371/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.