Məhkəmə qərarları › İş №2-1(102)-2326/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2326/2019

04.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2326/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 16 aprel tarixli 21(103)-559/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1963-cü il 1 noyabr tarixdə doğulmuş, 1981-ci il 11 sentyabr tarixdən fəhlə kimi əmək fəaliyyətinə başlamış, 1982-ci il 22 aprel tarixdən 1984-cü il 1 iyun tarixədək sovet ordusunda xidmət etmişdir. İddiaçı 1984-cü il 21 avqust tarixdən 1989-cu il 24 iyul tarixədək M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitunda təhsil almış, 1989-cu il 1 sentyabr tarixdə “Xəzərqazmaneftqazsənaye” İB-nin “x” X3 İdarəsində neft və qazın istismarı və kəşfiyyatına dair qazma quyuları üzrə 5-ci dərəcəli qazmaçı köməkçisi vəzifəsinə işə qəbul edilmiş, həmin tarixdən hal-hazıradək fasiləsiz olaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müxtəlif dəniz neftçisi vəzifələrində işləmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olun masını xahiş etmişdir. Cavabdeh 2018-ci il 21 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində 1 nömrəli Siyahı üzrə 52 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası o zaman təyin edilir ki, bu qanun qüvvəyə mindiyi tarixədək güzəştli və əmək stajını toplamış olsun. Əks təqdirdə, ərizənin icrası mümkün deyildir. İddiaçı 2018-ci il 20 iyul tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını onun hüququnun yarandığı 52 yaşının tamam olduğu 2015-ci il 1 noyabr tarixdən təyin olunmaqla, qanunla müəyyən edilmiş qaydada hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmi şdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1981-ci il 11 sentyabr tarixdə fəhlə kimi əmək fəaliyyətinə başlamış, 1982-ci il 22 aprel tarixdən 1984-cü il 1 iyun tarixədək sovet ordusunda xidmət etmiş, 1984-cü il 21 avqust tarixdən 1989-cu il 24 iyul tarixədək M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitunda əyani təhsil almış, 1989-cu il 1 sentyabr tarixdə “Xəzərqazmaneftqazsənaye” İB-nin “x” X3 İdarəsində neft və qazın istismarı və kəşfiyyatına dair qazma quyuları üzrə 5-ci dərəcəli qazmaçı köməkçisi vəzifəsinə işə qəbul edilmiş, həmin tarixdən hal-hazıradək fasiləsiz olaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müxtəlif dəniz neftçisi vəzifələrində işləmişdir. Bu barədə ona ARDNŞ-nin “X4” Tre sti tərəfindən 2018-ci il 22 may tarixli güzəştli iş stajına dair arayış verilmişdir. İddiaçı qanunvericiliklə tələb olunan 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi iş stajına malik olduğuna görə onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı üzrə 52 yaşına çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığından, ona 2015-ci il 1 noyabr tarixdən pensiya təyin o lunmaqla qanunla müəyyən edilmiş qaydada hesablanıb ödənilməlidir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının 2006-cı il 1 yanvar tarixədək qanunvericiliklə nəzərdə tutulan 20 il sığorta stajı yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 sentyabr tarixli 2-1(82)3544/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını iddiaçının hüququnun yarandığı 52 yaşının tamam olduğu 2015-ci il 1 noyabr tarixdən təyin olunmaqla, qanunla müəyyən edilmiş qaydada hesablanıb ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 2006-cı il 1 yanva r tarixə qədər 20 ildən artıq ümumi, 10 ildən artıq güzəştli iş stajı mövcuddur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 16 aprel tarixli 2-1(103)-559/2019 nömrəli qərarıilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 17 may tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 27 may tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyas ı məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, (güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə, zərərli və ağır olan işlərdə çalışan (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) sığortaolunan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə pensiya hüququ vardır. “Həmin Qanunun 9.8-ci maddəsində 1 nöm rəli siyahı üzrə 52 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bu Qanun qüvvəyə mindiyi tarixədək güzəştli və ümumi əmək stajını toplamış olduqda təyin edilir. Əks təqdirdə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliklə mümkün deyildir, iddiaçının tələb olunan güzəştli iş stajı olmadığından onun ərizəsini təmin etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bi ldirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (68.2). Apellyasiya instansiyası məhkəməsi göstərilən normaların tələblərinə əməl etməmişdir. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış v ə şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 31.1 və 37.7-ci maddələrinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Bu zaman, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarlarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə isə həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının 2006-cı il 1 yanvar tarixə 20 ildən artıq ümumi iş stajı olmuşdur. İddiaçı, həmçinin həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsd iq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş işdə (11000000 - X. Neftin qazılması və hasilatı /dəniz neftçiləri üçün/, neft, qaz, qaz kondensatı, kömür və şistin emalı. 11000000 1.Qazma. 1100000b – (b) Rəhbərlər və mütəxəssislər 1100000b—23196 buruqların ustaları və onların köməkçiləri) çalışmaqla xüsusi iş stajını da 2006-cı il 1 yanvar tarixədək qazandığından ona güzəştli şərtlərlə əmək pensiyası onun pensiya hüququnun yarandığı 52 yaşdan – 2015-ci il 01 noyabr tarixdən təyin edilməklə həmin vaxtda qüvvədə olan qanun tətbiq edilməlidir. Hə min münasibətləri tənzimləyən, cavabdehin şikayətində istinad edilən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, iddiaçının, artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi də nəzərdə tutur ki, bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvaf iq surətdə təyin edilir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 16 aprel tarixli 2-1(103)-559/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova A.S.Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar