Məhkəmə qərarları › İş №2-1(102)-2326/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2326/2025

05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2326/2025 05.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sabiq hakim kimi təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdaf iə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)-575/2025 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1951-ci il təvəllüdlüdür.

2. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 522 saylı Sərəncamına əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsinə, xx.xx.2007-ci il tarixli, 2289 saylı Sərəncamına əsasən Göyçay Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.

3. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurası nın xx.xx.2016-cı il tarixli qərarına əsasən, hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatmağı ilə əlaqədar səlahiyyətlərinə xx.xx.2016-cı il tarixdən xitam verilmişdir.

4. İddiaçıya xx.xx.2016-cı ildən sabiq hakim kimi pensiya təyin edilmiş, pensiya təyin edilərkən xx.xx.2011-xx.xx.2016-cı il tarixləri arasındakı dövr əsas götürülmüşdür.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba görə, Fondun Xətai rayon şöbəsi tərəfindən 21 may 2016-cı il tarixindən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1988,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 894,60 manat, sə lahiyyətlərin icrasına görə vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 497,00 manat, digər növ əlavəsi 430,73 manat olmaqla orta aylıq əmək haqqı 3810,33 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyasının “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 15 il 8 ay 19 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqı (3810,33 manat) 80 faizi-3048,26 manat məbləğində hesablanıb. Eyni zamanda bildirilmişdir ki, maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən əmək pensiyası 3845,99 manat məbləğində hesablanaraq müvafiq kart hesabına köçürülür.

6. Əmək pensiyaları haqqında” Qanunun 26.4-cü maddəs inə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun qaydada ümumi əmək pensiyalarının indeksləşdirilməsi nəticəsində xx.xx.2024-cü il tarixindən iddiaçının əmək pensiyasının məbləği 4276,74 manat təşkil edir. Həmin pensiyanın tərkibinə qulluq stajına görə əlavə 45% (894,60 manat), mükafat və müavinət pulu 100% (430,73 manat), hakimiyyəti səlahiyyətlərinə icrasına görə 15% (173,88 manat), sonradan həmin məbləğ 25% nəzərə alınmış (497 manat), ümumilikdə pensiya məbləği orta aylıq əmək haqının 80% məbləğində hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial M üdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və ona dəqiqləşmə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “ona təyin olunmuş pensiyanın yenidən hesablanması, yəni fəaliyyətinin son 24 ayı olan xx.xx.2014-xx.xx.2016-cı illər ərzindəki vəzifə maaşına uyğun hakimlərə hər ay ödənilən 1 aylıq vəzifə maaşı (əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla), hər ay ödənilən 1 aylıq vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15% (cəmi 45%) həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirməsi ilə xərclərin ödənilməsi üçün vəzifə maaşının 25% miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı 2 aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün 2 aylıq əmək haqqı məbləğ ində pul təminatı nəzərə alınmaqla əmək pensiyası məbləğinin, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5% miqdarında əlavə olunmaqla (10 ilə qədər 55%, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5% miqdarında) xx.xx.2014 - xx.xx.2016-cı illər ərzindəki əmək haqqının (sonrakı artımlarda nəzərə alınmaqla) 80% miqdarında əlavənin hesablanması və yenidən hesablanmış əmək pensiyası məbləği ilə hazırkı pensiya arasında olan fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, həqiqi hərbi xidmətdə olmağı ilə birlikdə ümumi əmək stajı 46 ilə yaxındır. Cavabdeh imtina məktubunda “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına istinad etmiş, lakin həmin Qanuna edilmiş sonrakı dəyişikləri nəzərə alınmamışdır. 2000-ci ildən hakim vəzifəsinə təyin edilərək 2016-cı ilədək son yaş həddi ilə əlaqədar vəzifədən azad edilərkən hakimlər üçün pensiya təyinatını tənzimləyən “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin istinad olunan müddəası qüvvədə olmamışdır. Pensiya hüququ xx.xx.2016-cı il tarixindən yarandığına görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 20.7-ci maddəsinin tələbləri (orta aylıq əmək haqqının müəyyən edilməsi üçün hesablanma faizləri, məzuniyyət haqqı və digər ödənişlər) tam nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasından cavabdeh orqanın imtina etməsi qanunsuzdur. Belə ki, 10 illik hakim stajı üçün 55%, + 10 ildən yuxarı 5 il 8 ay 19 gün hakimlik stajının hər ili üçün 5 faiz olmaqla 29.5% (5.9 il x 5%) təşkil edir ki, bu da qanunla müəyyən olunmuş maksimal pensiya təminatının faiz dərəcəsini düzgünü təşkil edir. Əmək pensiyaları haqqında Qanunun tələblərinə əsasən təyin olunmuş pensiya məbləği əmək haqqındakı sonrakı artımlarla birlikdə, orta aylıq əmək haqqının müəyyən edilməsi üçün hesablanma faizləri, məzuniyyət haqqı və digər ödənişlər tam nəzərə alınmaqla yenidən hesablanmalı, həmin hesablama üzrə hazırkı pensiya arasındakı fərq məbləğinin ödənilməsi təmin edilməlidir.

9. Bundan başqa, iddia ərizəsində bildirilmişdir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin xx.xx.2022-ci il tarixdə qüvvədə olan redaksiyasına əsasən hakimlərin aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Həmin Qanunun 107-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərin məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Qeyd olunan tarixədək qüvvədə olmuş həmin Qanunun 109-cu maddəsinin tələblərinə görə hakimlər dövlət tibb xidməti ilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Azərbaycan Respub likası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2, 10.5 və 20.1.4-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarına əsasən, ‘'Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxslərin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edil məsinə dair xx.xx.2008-ci il tarixli Qərarına əsasən qeyd olunan maddələrin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli, onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qü vvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.

10. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddiaçının tələbi olan hər ay ödənilən 1 aylıq vəzifə maaşına əlavə “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsi ilə tənzimlənir. Tələb olunan “bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə” ifadəsi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunla 2019-c u il sentyabrın 1dən qüvvəyə minmişdir. Halbuki iddiaçı 2016-cı ildə pensiyaya çıxmışdır. Səlahiyyətlərin yerinə yetirməsi xərclərinin ödənilməsi üçün vəzifə maaşının 25% miqdarında aylıq pul təminatı iddiaçıya əmək pensiyası hesablanan zaman xx.xx.2019-cu il tarixədək 15% miqdarında, qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində xx.xx.2019-cu il tarixdən 25% miqdarında hesablanmışdır.

11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7810/2024 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək İddiaçı təyin olunmuş əmək pensiyasının 20112016-cı illər ərzində ona ödənilən məzuniyyət haqqı nəzərə alınmaqla yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. İddia tələbi qalan hissədə rədd edilmişdir (hakim – B.Cəlalov).

12. Birinci instansiya məhkəməsi qeyd etm işdir ki, Qanunun yuxarıda istinad edilən normasının tələbinə görə, hakimlərə fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqına uyğun pensiya təyin edilə bilər. İddiaçı xx.xx.2016-cı ilədək hakim işləmişdir. Əgər iddiaçı fəaliyyətinin son 24 ayı əmək haqqı nəzərə alınaraq hesablanmasını istəyirsə, o zaman iddia tələbi xx.xx.2014-xx.xx.2016-ci illər ərzində aldığı əmək haqqı nəzərə alınmaqla yenidən hesablama kimi qoyulmalı idi. Bu barədə məhkəmə iclasında iddiaçıya iddia tələbində dəqiqləşmə edilməsi təklif edilsə də, iddiaçı tələbini olduğu kimi müdafiə etdiyini bildirdi. Digər tərəfdən cavabdehin də bildirdiyi kimi, iddiaçıya əmək pensiyası 2014-2016-cı illərin əmək haqqı əsas götürülməklə yenidən hesablanacağı halda müəyyən olunacaq 3607,16 manat pensiya məbləği hazırda ona ödənilən 4276,74 manat pensiya məbləğindən az təşkil edəcək. Ona görə də, məhkəmə iddiaçının tələbinin xx.xx.2014-xx.xx.2016-cı illər ərzinədək aldığı əmək haqqına uyğun pensiyanın yenidən hesablanması hissədə iddia tələbini əsaslı hesab etmir.

13. Bundan başqa, birinci instansiya məhkəməsi iddiaçının tələbinin “Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı 1 aylıq vəzifə maaşına əlavə nəzərə alınmaqla pensiyasının yenidən hesablanması hissəsində iddia tələbini ona görə əsaslı hesab etməmişdir ki, 1 aylıq vəzifə maaşına əlavə barədə Qanununda dəyişiklik 2019-cu il sentyabrın 1-dən qüvvəyə minmişdir. Halbuki iddiaçı 2016-cı ildə pensiyaya çıxmışdır. Məhkəmə iddia tələbini ödənilən məzuniyyət pulu nəzərə alınmaqla pens iyanın yenidən hesablanma hissədə əsaslı hesab edir. Belə ki, iddiaçının pensiya işindən görünür ki, ona pensiya təyin edilərkən məzuniyyətə görə ödənilən əlavə nəzərə alınmamışdır.

14. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.

15. Bundan başqa, iddiaçı da apellyasiya şikayəti verərək, qərarın qismən - iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Apellyasiya icraatı zamanı iddiaçının tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilərək iddia tələbi “fəaliyyətinin son 24 ayı olan xx.xx.2014-xx.xx.2016-cı illər ərzindəki aldığı v əzifə maaşına uyğun hakimlərə hər ay ödənilən 1 aylıq vəzifə maaşı (sonrakı artımlar nəzərə alınmaqla), hər ay ödənilən 1 aylıq vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 45 faiz) həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı 2 aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün 2 aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyası məbləğinin, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər 55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) xx.xx.2014-xx.xx.2016-cı illər ərzindəki əmək haqqının (sonrakı artımlar və əlavələr nəzərə alınmaqla) 80 faizi miqdarında əlavənin hesablanması və yenidən hesablanmış əmək pensiyası məbləği ilə hazırkı pensiya arasında olan fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması” kimi qəbul olunmuşdur.

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(103)-575/2025 nömrəli qərarı ilə İddiaçı Cəmaləddin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 21(112)-7810/2024 saylı qərarı dəyişdirilmişdir. İddia ərizəsi qismən təmin edilmiş, İddiaçı təyin edilmiş pensiya yenidən hesablanması - yəni hakim vəzifəsində fəaliyyətinin son 24 ayı olan xx. xx.2014-xx.xx.2016-cı illər ərzindəki aldığı vəzifə maaşına (sonrakı artımlar nəzərə alınmaqla) uyğun hakimlərə hər ay ödənilən 1 aylıq vəzifə maaşı, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 45 faiz) həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı 2 aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün 2 aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyası məbləğinin, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər 55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) xx.xx.2014-xx.xx.2016-cı illər ərzindəki əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında əlavənin hesablanması və yenidən hesablanmış əmək pensiyası məbləği ilə hazırkı pensiya arasında olan fərqin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. İddia ərizəsi “hər ay ödənilən 1 aylıq vəzifə maaşına əlavə” hissəsində təmin edilməmişdir. Həmçinin, qərarla cavabdehin apellyasiya şikayəti də təmin edilməmişdir (Sədrlik edən – N.Nəbizadə, hakimlər – M.Tağızadə, K.Əkbərov).

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçının tələbinin “Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı 1 aylıq vəzifə maaşına əlavə nəzərə alınmaqla pensiyasının yenidən hesablanması hissəsində əsaslı hesab etməməsinə dair mövqeyi ilə razılaşmışdır.

19. Bundan başqa, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi ilə bağlı qeyd edilmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaçıya iddia tələbinin xx.xx.2014-xx.xx.2016-ci illər ərzində aldığı əmək haqqı nəzərə alınmaqla yenidən hesablama kimi qoyulması izah edilmişdir. Bu barədə məhkəmə iclasında iddiaçıya iddia tələbində dəqiqləşmə edilməsi təklif edilsə də, iddiaçı tələbini olduğu kimi müdafiə etdiyini bildirmiş və tələbini apellyasiya instansiyası məhkəməsində dəyişdirmişdir. Apellyasiya şikayətində 2014-2016-cı illərin əmək haqqı əsas götürülməklə yenidən hesablanacağı halda müəyyən olunacaq 3607,16 manat pensiya məbləği hazırda iddiaçıya ödənilən 4276,74 manat pensiya məbləğindən az təşkil edəcəyi bil dirilsə də, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis məbləğin dəyişməcəyini bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası iddiaçının hesablamanın hakim vəzifəsində fəaliyyətinin son 24 ayı olan xx.xx.2014-xx.xx.2016-cı illər üzrə aparılmasına dair tələbini əsaslı hesab etmişdir.

20. Həmçinin cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ərizəsində göstərdiyi əlavələri (1 aylıq vəzifə maaşına əlavədən başqa) işlədiyi dövrdə aldığından və həmin ödənişlər məcburi dövlət sosial sığortasına cəlb olunduğundan iddiaçının ona pensiya hesablanarkən həmin məbləğlərin nəzərə alınmasını tələb etmək hüququ da mövcuddur.

21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın l əğv edilməsini və iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.

22. Bundan başqa, iddiaçı da qərardan kassasiya şikayəti verərək qərаrının - iddiа tələbinin “hər аy ödənilən 1 аylıq vəzifə mааşınа əlаvə” hissəsində təmin еdilməməsinə dair hissədə ləğv еdilməsi, iddiа tələbinin həmin hissədə də təmin еdilməsi bаrədə qərаr qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Cavabdehin kassasiya şikayətinin dəlilləri

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında iştirak edən mütəxəssis hesablanma qaydası barədə yazılı və şifahi məlumat vermiş, xx.xx.2014xx.xx.2016-cı illər üzrə Azərbaycan Respublikası Prezidentinin 142 saylı Fərmanına uyğun olaraq hesablanma aparılacağı halda iddiaçının əmək pensiyasının hes ablanma qaydası 80 faizdən 52 faizə düşəcəyini bildirmişdir.

24. Nəzərə alınmalıdır ki, İddiaçı əmək pensiyası xx.xx.2014-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində ödənilmiş əmək haqqı əsas götürülməklə hesablanacağı halda 21 may 2016-cı il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1159,20 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 521,64 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 251,16 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 173,88 manat olmaqla orta aylıq əmək haqqı 2105,88 manat təşkil edəcək. Göründüyü kimi, İddiaçı əmək pensiyası 2014-2016-cı illərin əmək haqqı əsas götürülməklə yenidən hesablanacağı halda müəyyən olunacaq 3899,33 manat pensiy a məbləği ona hazırda ödənilən 4647,75 manat pensiya məbləğindən az təşkil edəcək. İnzibati prosessual qanunvericiliyin tələbini, eləcə də Plenum Qərarını rəhbər tutaraq qeyd edirik ki, iddiaçının hazırkı iddiaya münasibətdə hər hansı hüquqi marağı olmadığından iddia mümkün sayıla bilməz.

25. Eyni zamanda məhkəmə tərəfindən iddiaçıya məzuniyyətə görə ümumilikdə ödənilmiş 7611,06 manatdan (2011-2016-cı illər) məcburi dövlət sosial sığorta haqlarının tutulub-tutulmadığı müəyyənləşdirilməmişdir. b. İddiaçının kassasiya şikayətinin dəlilləri 26. 1 aylıq vəzifə maaşına əlavə barədə “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik 2019-cu il sentyabrın 1-dən qüvvəyə minmişdir. O, isə 2016-cı ildə pensiyaya çıxmışdır. Nəzərə çаtdırır ki, hər аy vəzifə mааşınа əlаv ənin hеsаblаnmаsı hаqqındа Qаnun pеnsiyаyа çıхdıqdаn sоnrа qəbul еdilsə də, Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 149-cu mаddəsinin Vİİ hissəsi vəziyyətimi yахşılаşdırdığınа görə qüvvəsi gеriyə tətbiq оlunа bilər. Lаkin аpеllyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisəyə tətbiq оlunmаlı Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 149cu mаddəsinin İ və Vİİ hissələrini tətbiq еtməmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 28 noyabr 2003-cü il tarixli Qanununun İİ hissəsinin şərh edilməsinə dair Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyа Məhkəməsi Plеnumunun xx.xx.2004-cü il tаriхli qərаrındа fоrmаlаşdırılmış hüquqi mövqе nəzərə alınmalıdır. Bununla belə, qeyd etmək lazımdır ki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsi nə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən hallarda normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Ona görə də yuxarıda adı çəkilən Qanun tətbiq və icra edilərkən Konstitusiyanın göstərilən müddəaları nəzərə alınmalıdır. Аşkаr şəkildə göründüyü kimi, vəzifə maaşımın bir misli həcmində vəzifə maaşıma əlavə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkündür. c. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 20.7-ci maddəsinə əsasən, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsind əki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilməsi qaydası göstərilmişdir. 29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixə qədər olan redaksiyasına əsasən 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 30. “Məhkəmələr və hakimlər haqqında” Qanun 106-cı maddəsinə görə, hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. 106-cı maddənin birinci hissəsinə “məbləğdə” sözündən sonra “aylıq” sözü və “edilir” sözündən sonra “və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir” sözləri 12 iyul 2019-cu il tarixli 1647-VQD nömrəli A zərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir.... Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir.... Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. Həmin Qanunun 107-ci maddəsinə əsasən, hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı verilir. Həmin Qanunun 109-cu maddənin dördüncü hissəsinə görə, hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. “Əmək pensiyaları haqqında” Qanuna görə, 10 ildən yuxarı hakimlik stajının hər i li üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarı:

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti və zifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zama n prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

37. Apellyasiya məhkəməsi tərəfindən hazırk ı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətlərinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

38. Məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə kassasiya şikayətlərinin əsasını təşkil edən dəlillər 1 aylıq vəzifə maaşına əlavənin verilməsi (iddiaçının dəlili üzrə) və pensiya hesablanarkən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən nəzərə alınması, habelə məzuniyyətə görə verilmiş ödənişlərdən sosial sığorta haqlarının tutulub-tutlmamasının müəyyənləşdirilməməsi (cavabdehin dəlilləri üzrə) ilə bağlı olmuşdur.

39. Məhkəmə kollegiyası ilk öncə cavabdehin kassasiya şikayətinin dəlili üzrə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.7-ci maddəsinin tələbindən göründüyü kimi əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir.

40. Kassasiya şikayətində “bu halda pensiyanın azalacağı” qeyd edilsə də apellyasiya icraatı zamanı cavabdeh tərəfindən məhkəmə iclasında mütəxəssis kimi təqdim edilmiş şəxs məbləğin dəyişməcəyini bildirmişdir. Beləliklə, cavabdehin fərqli mövqelərini və iddiaçının daha üstün sosial müdafiə təminatının tələb etmək hüququnun olmasını nəzərə alaraq məhkəmə kollegiyası apellyasiya məhkəməsinin pensiyanın hesablanarkən xx.xx.2014-xx. xx.2016-cı illər üzrə aparılmasına dair mövqeyini əsaslı hesab edir.

41. Habelə, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin “məzuniyyətə görə verilmiş ödənişlərdən sosial sığorta haqlarının tutulub-tutulmadığının müəyyənləşdirilməməsi” ilə bağlı bildirir ki, apellyasiya məhkəməsi tərəfindən bu hala artıq əsaslı qiymət verildiyindən bu dəlili üzrə təkrar münasibət göstərilməsinə lüzum yoxdur.

42. Bundan başqa, iddiaçının kassasiya şikayətinin dəlili üzrə bildirilməlidir ki, sadalanan qanunvericilik normalarından göründüyü kimi “Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanununa “1 aylıq vəzifə maaşına əlavə” barədə dəyişiklik xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir. Bu dəyişiklik isə iddiaçının pensiyaya çıxdığı 2016-cı il tarixindən sonra baş vermişdir.

43. H əmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2020ci il tarixli Qərarına görə, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.

44. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.

45. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından barəsində şikayətlər verilən qərar dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)575/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar