Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2327/2019 10.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdehƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə FondununSuraxanı şöbəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İlqar Hüseynovdan ibarət tərkibdə, İddiaçı cavabdeh DSMF-nin Suraxanı rayon şöbəsinə qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 25 aprel 2019-cu il tarixli 21(103)-1082/2019 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 10 iyul 2019-cu il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DSMF-nin Suraxanı rayon şöbəsinə qarşı iddiaçının 10.11.1989-cu ildən 04.11.1991-ci il tarixədək hərbi xidmətdə olduğu illərin və 14.02.1992-ci il tarixdən 22.05.2002-ci ilədək Nəsimi rayon Ticarət və İctimai İaşə İdarəsində işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilərək ona 22.12.2016-cı il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 29 iyun 2017-ci il tarixli iş № 2-1(82)-3125/2017, (sədrlik edən hakim E.Mustafayev) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olu nan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 29 iyun 2017-ci il tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 25 oktyabr 017-ci il tarixli iş № 2-1(103)-2572/18 (hakimlər C.Yusifov sədrlik edən və məruzəçi, V.Ağayev və A.Nuriyeva ) qərardadı ilə apelyasiya şikayətinin mümkün sayılmaması, onun qəbulundan imtina edilməsi və geri qaytarılması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan cavabdeh kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsini və apelyasiya şikayətinin icraata qəbul edilməsi barədə qə rarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 13 fevral 2019-cu il tarixli iş № 2-1(102)346/19 (hakimlər - İ.Dadaşov sədrlik edən və məruzəçi, K.Bədəlov və S.Hüseynova) qərardadı iləapelyasiya instansiyası məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsi, cavabdehin apelyasiya şikayətinin mümkün hesab edilməsi, inzibati işin mahiyyəti üzrə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi, kasasiya şikayətinin təmin edilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin25 aprel 2019-cu il tarixli iş № 2-1(103)-1082/19 (hakimlər - Ü.Mayılov sədrlik edən və məruzəçi, M.Tağızadə və K.Abiyeva) qərardadı iləapelyasiya şikayəti icraatının mümkün sayılmaması, onun qəbulundan imtina edilmə si və geri qaytarılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,məhkəmə hesab etmişdir ki, qərardan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Hesab edir ki, inzibati orqan tərəfindən apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə həmin müddət bərpa edilməlidir. 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin qərarından sonra araşdırmalar nəticəsində yeni açılmış hallar müəyyən edilmişdir. Buna görə də cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. İnzibati Prosessual Məcəllənin 100-cü maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halları n aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 96.9-cü maddəsinə əsasən Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh apelyasiya instansiyası məhkəməsinin 25 aprel 2019-cu il tarixliqərardadının ləğv edilməsini və apelyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərarın qəbu l edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Az ərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 25 aprel 2019-cu il tarixli, 21(103)-1082/2019 saylı qərardadla apelyasiya şikayəti icraatının mümkün sayılmaması, onun qəbulundan imtina edilməsi və geri qaytarılması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 22.1, 24.4, 85.1-ci maddələrinə ə saslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarından cavabdehin verdiyi apelyasiya şikayətinin prosessual qanunvericiliklə müəyyən olunan mümkünlük şərtləri öz təsdiqini tapmır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası iş materiallarını araşdıraraq və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, belə qənaətə gəlmişdir ki, apelyasiya instansiyası məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir belə ki, iş materiallarından görünür ki, birinci instansiyası məhkəməsinin 29 iyun 2017-ci il tarixli qərarının sürətini cavabdeh 30.06.2017-ci il tarixdə qəbul edib, 31.07.2017-ci il tarixdə isə qanuni qüvvəsini aldıqdan sonra məhkəmənin 01 avq ust 2017-ci il tarixli məktubu ilə icra edilməsi üçün cavabdehə göndərilmişdir. Həmçinin iş materiallarından görünür ki, cavabdeh RŞ 2 saylı birinci instansiya məhkəməsinə 08.08.2017-ci il tarixli 18/04-4317 №-li məktub ünvanlayaraq bildirmişdir ki, tərəfindən qərar icra olunmuşdur. Buna baxmayaraq, cavabdeh qərarın alındığı, həm də həmin qərarı icra etdiyi vaxtdan bir ildən çox müddət keçdikdən sonra 17.09.2018-ci il tarixdə apelyasiya şikayəti ilə məhkəməyə təqdim edərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq öz qərardadında qeyd etmişdir ki, cavabdeh tərəfindən şikayətin verilməsinin prosessual qanunvericiliklə müəyyən olunan qaydalarına riayət olunmamışdır. Belə ki, Azərbaycan R espublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda elan edilmə anından başlanır. İş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən İnzibati Prosessual Məcəllənin qeyd olunan norması ilə müəyyən edilən 30 günlük şikayət vermə müddəti buraxılmışdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə müvafiq olaraq təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə y ol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Lakin iş materiallarından göründüyü kimi, iddiaçı nəinki qərarı aldığı, hətta onu icra etdiyi gündən belə bir ildən çox olan müddət keçmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qərarından cavabdehin verdiyi apelyasiya şikayətinin prosessual qanunvericiliklə müəyyən olunan mümkünlük şərtləri öz təsdiqini tapmır. Belə ki, həm şikayətin qanunla müəyyən olunan verilmə müddətinin ötürülməsi, həm də müddətin bərpası barədə ərizənin belə verilməsinin 1 ildən çox müddət keçdiyinə görə mümkünsüz olması ca vabdehin apelyasiya şikayətinin məhkəmə icraatını istisna edir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 25 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh DSMF-nin Suraxanı rayon şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2019-cu il tarixli 21(103)-1082/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim: Zakir Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-2327/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2327/2019
10.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver