Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2327/2023 17.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi; tibbi xidmət üçün döyüş bölgəsinə ezam olunmuş şəxs) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1970-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması təl əbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)607/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 1330 nömrəli arayışa əsasən, İddiaçı həqiqətən xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N saylı hərbi hissəsinin tibb rotasında sanitar-inspektor vəzifəsində xidmət etmişdir. Həmin dövrdə intensiv döyüş əməliyyatlarının aparıldığı ön cəbhədə xidmətdə olmuş və həmin vəzifəni layiqincə yerinə yetirmişdir.
2. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş e tmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciəti təmin etməkdən imtina edərək bildirmişdir ki, döyüş əməliyyatları aparılan zaman N saylı hərbi hissədə 1992-ci ilin iyun – sentyabr aylarında onun hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığından, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiyası məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 26.06.992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikasının Kəlbəcər rayonuna dislokasiya olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tibb rotasında sanitar-inspektor vəzifəsində xidmət etmişdir. Hərbi hissə komandiri tərəfindən xx.xx.1992-ci il tarixdə ona bu barədə arayış verilmişdir. Həmin arayışda göstərildiyi kimi, o, həqiqətən xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək həmin hərbi hissənin tibb rotasında sanitar-inspektor vəzifəsində xidmət etmişdir. Həmin dövrdə intensiv döyüş əməliyyatlarının aparıldığı ön cəbhədə xidmətdə olmuş və həmin vəzifəni layiqincə yerinə yetirmişdir. Onun həmin dövrdə adıçəkilən hərbi hissədəki xidmətini orada onunla birlikdə xidmətdə olmuş hərbi qulluqçular X4, X5, X3 təsdiq edə bilərlər. Lakin dəfələrlə aidiyyəti orqan lara, ilk növbədə Müdafiə Nazirliyinin arxiv idarəsinə müraciət etsə də, qənaətbəxş cavab ala bilməmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Tibb Universitetinin arxivinə müvafiq sorğu ünvanlanmışdır. Universitetdən alınmış cavab məktubunda onun Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 234 saylı əmri əsasında Azərbaycan Tibb Universitetinin 456/6T saylı əmri ilə ordu sıralarına çağırılması və N saylı hərbi hissəyə göndərilməsi barədə məlumat konkret şəkildə öz əksini tapmışdır. Bundan sonra iddiaçı ərizə ilə, yuxarıda göstərilən sənədlər həmin ərizəyə əlavə olunmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyaya “müharibə veteranı” statusunun və vəsiqəsinin verilməsi ilə bağlı müraciət etmişdir. xx.xx.2021-ci il tarixli 1/A-17207 saylı cavab məktubunda ona Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmək tövsiyə olunmuşdur. Bundan sonra iddiaçı həm adıçəkilən Xidmətə, həm də Müdafiə Nazirliyinin həmin Komissiyasına müraciət etmişdir. Sonra onun müraciətinə Komissiyada baxılmış və xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, döyüş əməliyyatları aparılan zaman N saylı hərbi hissədə 1992-ci ilin iyun – sentyabr aylarında onun hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığından, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunur. Cavabdehin imtinası əsassız və qanunsuzdur və onun hüquqlarını pozur. Cavabdehin etirazları:
5. Cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş etirazda bildirilir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışına əsasən İddiaçı N nömrəli hərbi hissənin iyunsentyabr 1992-ci il tarixədək əlifba qeydiyyatı kitablarında və komandirin nizami hissə üzrə əmrlərində hərbi xidməti və xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. İddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. İstər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının hərbi xidməti və xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. İddiaçının N nömrəli hərbi hissənin t ərkibində döyüş əməliyyatlarında iştirak etməsi öz təsdiqini tapmamış və onun tərəfindən hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. iddiaçının hərbi xidməti və xidmətdən qanuni əsaslarla ordudan tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Müharibə dövründə səfərbərlik elan edildikdə, bu dövrdə xidmət hərbi xidmətə aid edilir və çağırış üzrə qaydalara uyğun tənzimlənir. Həmin qaydalara görə isə, hərbi qulluqçunun xidmət keçmənin başlanğıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Ehtiyata və ya istefaya buraxılma barədə isə Azərbaycan Respublikasının Prezidenti müvafiq qərar qəbul etməlidir. Hərbi qulluqçuların ehtiy ata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçularının qismən ehtiyata buraxılması haqqında” xx.xx.1996-cı il tarixli 433 nömrəli Fərmanından sonra başlamışdır. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1996-cı il tarixli əmrin 1-ci bəndində qeyd edilmişdir ki, xx.xx.1996-cı il tarixdən 25 yaşı tamam olmuş və daha çox yaşı olan, cəmi 2 ildən yuxarı xidmət etmiş hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılsınlar. Həmin əmrin 2-ci bəndində qeyd edilmişdir ki, 25 yaşdan yuxarı ehtiyata buraxılmaq hüququ olan, lakin hərbi hissəni öz başına tərk etmiş əsgər, matros, çavuşlar hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılsınlar və hərbi uçot sənədləri çağırış yeri üzrə hərbi komis sarlığa göndərilsin. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4348/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur.
7. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Tibb Universiteti iddiaçının vəkilinin sorğusuna xx.xx.2021-ci il tarixli 1193 nömrəli, məhkəmənin sorğusuna xx.xx.2022-ci il tarixli xx-xx/1107 nömrəli cavab məktublarında bildirmişdir ki, İddiaçı həqiqətən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1992-ci il tarixli 234 nömrəli əmrinə əsasən N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin xx.xx.1992-ci il tarixli 456/T saylı əmri ilə İV kursda xx.xx.1992-ci il tarixd ən xx.xx.1992-ci il tarixədək müharibə bölgəsində Kəlbəcər rayonunda hərbi təlim keçmiş, döyüşlərdə iştirak etmiş və yaralılara tibbi yardım göstərmişdir. Nəzərə alınmalıdır ki, yuxarıda qeyd olunan sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübut olunmadığından, həmin sənədlər mötəbər sayılmalıdır.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-607/2023 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2 022-ci il tarixli, 2-1(112)-4348/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı verilmiş etirazda göstərilənlər təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilib. Etiraza əsasən iddiaçı kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023 -cü il tarixli, 2-1(103)-607/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Veteranlar haqqında” Qanun: Maddə
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə
7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 2016 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə”nin müddəalarına əsasən: müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (ya ralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildi yi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdaf iə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə ba ğlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyas ı məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığ ı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
20. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Yuxarıda istinad edilən Əsasnamənin məzmunundan göründüyü kimi, döyüş əməliyyatlar ı aparan bölgələr hesab edilən rayonların ərazilərində döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilə bilər.
22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Tibb Universiteti iddiaçının vəkilinin sorğusuna xx.xx.2021-ci il tarixli 1193 nömrəli, məhkəmənin sorğusuna xx.xx.2022-ci il tarixli xxxx/1107 nömrəli cavab məktublarında bildirmişdir ki, İddiaçı həqiqətən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1992-ci il tarixli 234 nömrəli əmrinə əsasən N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin xx.xx.1992-ci il tarixli 456/T saylı əmri ilə İV kursda xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək müharibə bölgəsində Kəlbəcər rayonunda hərbi təlim keçmiş, döyüşlərdə iştirak etmiş və yaralılara tibbi yardım göstərmişdir. Həmin sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübut olunmadığından, onlar mötəbər sayılmalıdır.
23. Bundan başqa, iş materiallarında olan Azərbaycan Tibb Universitetinin apellyasiya mərhələsində məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim olunmuş sözügedən, xx.xx.1992-ci il tarixli 456/T saylı əmrindən də görünür ki, İddiaçı də daxil olmaqla, Universitetin bir sıra İV kurs tələbələri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1992-ci il tarixli 234 nömrəl i əmrinə müvafiq olaraq hərbi təlim keçmək üçün döyüş bölgələrinə ezam olunmuş və həmin tələbələrə döyüş əməliyyatlarında vətənpərvərlik, qəhrəmanlıq göstərərək yaralılara döyüş meydanında, tibbi məntəqələrdə və hospitallarda tibbi yardım göstərdiklərinə görə “təşəkkür” elan olunmuş və onlara müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 354 nömrəli əmrinin icrası qaydasında üçqat ölçüdə təqaüd verilməsi əmr olunmuşdur (Əmrdə qeyd olunan 37 nəfər İV kurs tələbələrinin sırasında İddiaçı 25.06.92-21.09.92-ci il dövründə Kəlbəcərin döyüş bölgəsində təlim keçdiyi göstərilmişdir).
24. Belə olan halda, cavabdehin apellyasiya şikayətinin “arxiv məlumatlarına əsasən N saylı hərbi hissənin tərkibində iddiaçının adının aşkar edilmədiyinə və onun qanuni əsaslarla ehtiyata buraxılmadığına” dair dəlilləri iddiaçının yuxarıda istinad edilən Əsasnamənin müddəalarından irəli gələn hazırkı məzmunda tələb hüququna təsir edə bilməz.
25. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-607/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.