Məhkəmə qərarları › İş №2-1(102)-2327/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2327/2025

28.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2327/2025 28.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hüquqların dövlət qeydiyyatının ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyes tri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestr qeydinin ləğv edilməsi, mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 aprel 2025-ci il tarixli, 2-1(103)- 1482/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər X4 İcraiyyə Komitəsinin 14/643 saylı, 23 oktyabr 1991-ci il tarixli qərarına əsasən Nizami rayon sovetinin xahişi təmin edilərək Nizami rayonu, Sosialist küçəsi, 2360-cı məhəllədə "xxxx" Kiçik Müəssisəsinə istehsalat məntəqəsinin layihələndirilməsi üçün torpaq sahəsi ayrılmışdır. 2. "xxxx" Firmasının təsisçi-direktoru tərəfindən Keşlə bə lədiyyəsinə ünvanlanmış xx.xx.2005-ci il tarixli məktubda bildirilmişdir ki, “Mənim Keşlə qəsəbəsi, O. Vəliyev küçəsi, 2360 məhəllə ünvanda yerləşən "xxxx" müəssisənin qarşısında 900 m2 boş sahə var. Həmin torpaq sahəsi Bakı şəhər X4 İcraiyyə Komitəsinin 14/643 saylı, 23 oktyabr 1991-ci il tarixli qərarı ilə mənə məxsus olan "xxxx" firmasına yaşıllıq sahəsi kimi ayrılmışdır. Vaxtımın olmaması və digər səbəblərdən mən həmin sahəyə qulluq edə bilmirəm. Onun üçün də həmin torpaq sahəsinin İddiaçı Keşlə Bələdiyyəsi tərəfindən uzun müddətli icarəyə verilməsinə etiraz etmirəm”.

3. İcarəyə verən Bakı şəhəri Nizami rayonu Keşlə bələdiyyəsi ilə icarəçi İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 43 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən Nizami rayon Keşlə Bələdiyyəsinin 05 fevral 2001-ci il tarixli, 11 saylı Qərarı əsasında Keşlə qəsəbəsi, O.Vəliyev küçəsində yerləşən ümumi sahəsi 860 kv.m. olan torpaq sahəsi xx.xx.2005-ci il tarixdən xx.xx.2030-cu ilədək müddətli istifadəyə verilmişdir. Keşlə Bələdiyyəsi tərəfindən Oqtay Vəliyev küçəsində İddiaçı adına rəsmiləşdirilməsi nəzərdə tutulan 860 kv.m. torpaq sahəsinin şərti ölçülü cizgisi tərtib edilmiş və bələdiyyənin sədri tərəfindən təsdiq edilmişdir. 4. ünvan 1 ünvanında yerləşən 871,7 kv.m. sahəsi olan əmlak kompleksi kimi müəssisə "xxxx" MMC-nin adına mülkiyyət hüququ ilə xx.xx.2018-ci il tarixdə,********** nömrəli çıxarışla qeydiyyata alınmışdır. Müəssisənin yerləşdiyi 0,10137 ha torpaq sahəsi dövlət mülkiyyətindədir.

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövl ət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək ünvan 2 ünvanının "xxxx" MMC-in adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarışın verilməsinə əsas olmuş qeydin qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir.

6. Cavabdeh 09 oktyabr 2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

7. İdd iaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanına dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə çıxarışın verilməsinə əsas olmuş qeydin qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı qeydiyyatda olduğu ünvan 2 ünvanında uzun illərdir ki, yaşamış, orada müxtəlif tikililər tikərək sahiblik və istifadə etmişdir. O, həmin əraziyə Keşlə bələdiyyəsi ilə arasında bağlanmış olan 26 iyul 2005-ci il tarixli icarə müqaviləsi əsasında sahiblənmiş, orada tikinti işləri aparmış və həmin tikinti işləri üçün müvafiq dövlət qurumlarından rəsmi icazə almışdır. Sonradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlı şirkət ha nsı yolla baş verdiyini anlamadığı üsulla həmin ünvana dair RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarış almışdır. Lakin həmin çıxarış alınan zaman iddiaçı, oğlu və digər başqa şəxslər həmin ünvanda pasport qeydiyyatında olmuşlar. Buna baxmayaraq onların razılığı olmadan həmin ərazi üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə çıxarış verilmişdir. Çıxarış alındıqdan sonra işlərinə qanuni don geyindirmək üçün iddiaçını təhdid edərək, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində rəsmiləşdirilən ərizə ilə o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus qeyri-yaşayış sahəsindən çıxarılmağı üçün həmin şirkətin direktoru X1 tərəfindən 250000 manat kompensasiyanın ödənilməsi qarşılığında gələcəkdə bununla bağlı heç bir tələb irəli sürməyəcəyini qeyd etmişdir. H azırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin ərizəyə əsaslanaraq inzibati məhkəməyə müraciət edərək iddiaçının və həmin ünvanda qeydiyyatda olan oğlunun ünvan 3 pasport qeydiyyatından çıxarılmasını tələb edir. İddiaçı oğlu ilə həmin əraziyə məhkəmə qətnamələri ilə qeydiyyata düşərək istifadə hüquqları tanınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına olan çıxarışda isə kompleksin ünvanı ünvan 4 bağlı ziddiyyətə baxmayaraq şirkət onların Oqtay Vəliyev küçəsi 23/60 ünvanından çıxarılması ilə bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırmış, həmin ünvanın sonradan dəyişdirilib dəyişdirilməməsi ilə bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Eyni zamanda iddiaçıya olunmuş silahlı təhdid ilə bağlı Bakı şəhəri Nizami rayon Prokurorluğuna etmiş olduğu şikayətlə bağlı 20 sentya br 2023-cü il tarixdə Nizami rayon Prokurorluğunun müstəntiqi Fərid Hüseynov tərəfindən göndərilmiş məktubda bildirilmişdir ki, edilmiş müraciət 860-C-23 nömrəli materiala əlavə edilərək araşdırma haqqında əlavə məlumat veriləcəkdir. Göründüyü kimi, ünvan 2 ünvanına dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarış qanunsuz əsaslarla verilmişdir. Çünki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin ünvana dair çıxarış alarkən iddiaçı, oğlu X3 və digər şəxslər orada pasport qeydiyyatında olmuşlar. Buna baxmayaraq onlardan razılıq ərizəsi alınmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əlində yalnız həmin əraziyə çıxarış aldıqdan 9 ay sonra iddiaçının xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində rəsmiləşdiril ən ərizəsi vardır. Həmin ərazidə mövcud olan tikililər hamısı iddiaçı tərəfindən tikilmiş olsa da, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hansı yolla həmin əraziyə çıxarış alması anlaşılan deyildir. İnzibati orqan həmin ərazidə pasport qeydiyyatında olan şəxslərin ərizəsi, razılığı olmadan qanunsuz olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə çıxarış vermişdir.

9. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil etmişdir. Eyni zamanda qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Oktay Vəliyev küçəsi, 22F ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə Bakı Şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il, 14/643 nömrəli Qərarı və Nizami Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2018-ci il tarixli, 04 nömrəli “Tikinti Obyektinin İstisma ra İcazə” sənədi əsasında "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

10. Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2-1(112)-15211/2023 nömrəli qərardadı ilə "xxxx" MMC adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

11. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, Bakı İnzibati Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2-1(112)-3130/2024 nömrəli qərardadı ilə iddia tələbi “ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin 860 kv.m-lik hissəsinin xx.xx.2030-cu ilədək iddiaçıya icarəyə veri lməsinə dair Keşlə bələdiyyəsi ilə bağlanmış olan xx.xx.2005-ci il tarixli icarə müqaviləsi üzrə iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi, ünvan 2 ünvanına dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına RX seriyalı, №1246594 saylı, xx.xx.2018-ci il tarixli çıxarışın verilməsinə əsas olmuş qeydin qanunsuz hesab edilərək ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi qəbul edilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli 2-1(112)-3130/2024 nömrəli qərarı ilə (hakim X9) iddia tələbi rədd edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsində yerləşən 860 kv.m torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatı üçün qanunla tələb olunan hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim edə bilmədiyindən, eyni zamanda O.Vəliyev küçəsi 22F ünvanında yerləşən əmlak kompleksinə dair "xxxx" MMC-nin adına aparılmış qeydiyyatın qanunsuz aparılmasına dəlalət edən hər hansı sübut təqdim edilmədiyindən, o cümlədən, konkret halda sözügedən əmlak kompeksi üzərində "xxxx" MMC-nin adına qeydiyyat hərəkətlərinin aparılması üçün həmin ünvanda qeydiyyatda olan şəxslərin razılığının olması qanunla tələb olunmadığından cavabdehin hərəkətləri və imtinası qanunazidd olmamışdır.

14. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apelyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 2-1(103)-1482/2025 nömrəli iş üzrə 09 aprel 2025-ci il tarixli qərarı ilə (hakimlər X2 (məruzəçi), X6 və X5) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli 2-1(112)-3130/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətində Mülki Məcəlləyə, “İnzibati icraat haqqında” Qanuna istinad edərək qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qan unsuz və əsassızdır.

19. Belə ki, apellyasiya instansiya məhkəməsi iş üzrə ətraflı araşdırma aparmamış, natamam araşdırma nəticəsində birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni təkrarlamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir;... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: (xx.xx.2025-ci il tarixədək olan redaksiya) 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəs i üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;... Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi... 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədl ərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə

16. Dövlət reyestrində düzəlişlər 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Mü qavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 22. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan tor paqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. 6.4. Elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. (28 oktyabr 2008-ci il tarixli redaksiya) Maddə

11. Torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi 11.1. Bələdiyyə torpaqları ümumi istifadəyə, habelə daimi və ya müvəqqəti istifadəyə verilir. 11.2. Torpaqların istifadəyə verilməsi qaydaları və şərtl əri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. 11.3. Bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müdd ətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərar ı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəmə sinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin 860 kv.m-lik hissəsinin xx.xx.2030-cu ilədək iddiaçıya icarəyə verilməsinə dair Keşlə bələdiyyəsi ilə bağlanmış olan xx.xx.2005-ci il tarixli icarə müqaviləsi üzrə iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi, ünvan 2 ünvanına dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına RX seriyalı, №1246594 saylı, xx.xx.2018-ci il tarixli çıxarışın verilməsinə əsas olmuş qeydin qanunsuz hesab edilərək ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına yönəlmişdir.

29. İşə baxan həm birinci, həm də apellyasiya instansiya məhkəməsi iddiaçının mövqeyinin qanuna uyğun hesab etməyərək iddia tələbini rədd etmişlər.

30. Apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verən iddiaçı iddia tələbinin əsaslı olmasını bildirərək onun təmin edilməsi barədə qərar qəbul edilməs ini xahiş edir.

31. Kassasiya şikayətini işin halları ilə əlaqəli şəkildə təhlil edən məhkəmə kollegiyası iddiaçının iddia tələbinin əsassız olması qənaətinə gələrək öz mövqeyini aşağıdakı kimi şərh edir.

32. İddia ərizəsindən də göründüyü kimi iddia tələbi iki hissədən ibarətdir: 1. ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin 860 kv.m-lik hissəsinin xx.xx.2030cu ilədək iddiaçıya icarəyə verilməsinə dair Keşlə bələdiyyəsi ilə bağlanmış olan xx.xx.2005-ci il tarixli icarə müqaviləsi üzrə iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi; 2. ünvan 2 ünvanına dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına RX seriyalı, №1246594 saylı, xx.xx.2018-ci il tarixli çıxarışın verilməsinə əsas olmuş qeydin qanunsuz hesab edilərək ləğv edilməsi.

33. M əhkəmə kollegiyası hər bir dəlilə ayrı ayrılıqda hüquqi qiymət verilməsini məqsədə müvafiq hesab edir. ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin 860 kv.m-lik hissəsinin xx.xx.2030-cu ilədək iddiaçıya icarəyə verilməsinə dair Keşlə bələdiyyəsi ilə bağlanmış olan xx.xx.2005-ci il tarixli icarə müqaviləsi üzrə iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi

34. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində təsbit edilmişdir. Başqa sözlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı o zaman mümkün olur ki, həmin əmlakla bağlı hüquqmüəyyənedici sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddə sində göstərilmiş sənədlərə uyğun gəlsin.

35. İddiaçı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi Keşlə bələdiyyəsi ilə bağlanmış torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2005-ci il müqaviləni təqdim etmişdir.

36. Bu müqavilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində qeyd edilmiş hüquqların qeydiyyatı üçün əsas deyildir.

37. Qeyd edilməlidir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Göründüyü kimi, müvafiq qanunvericilik bələdiyyə mülkiyyətində olan torpaqların icarə hüququ ilə verilməsini həm bələdiyyənin qərarı, həm də tərəf lər arasında bağlanmış müqavilə ilə şərtləndirmişdi. Lakin iş materiallarında iddiaçıya Nizami rayonu, O.Vəliyev keçəsindən 860 kv.m torpaq sahəsi ayrılmasına dair inzibati aktın mövcudluğu müəyyən edilməmiş, iddiaçı tərəfindən də bu halın əksini təsbit edən hər hansı dəlil təqdim edilməmişdir.

38. Bundan əlavə qeyd edilməlidir ki, Keşlə bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 43 nömrəli icarə müqaviləsində istinad olunan xx.xx.2001-ci il tarixli, 11 nömrəli qərar iddiaçıya torpaq sahəsinin ayrılmasına dair deyil, bələdiyyə torpaqlarının icarə qiymətlərinin müəyyən edilməsi ilə bağlı keçirilmiş iclasın protokolu ilə bağlı qəbul edilmişdir (cild 1, iş vər 81).

39. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin 860 k v.m-lik hissəsinin xx.xx.2030-cu ilədək iddiaçıya icarəyə verilməsinə dair Keşlə bələdiyyəsi ilə bağlanmış olan xx.xx.2005-ci il tarixli icarə müqaviləsi üzrə iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi ilə bağlı iddiaçının tələbi qanunvericiliyə uyğun olmadığından təmin edilə bilməz. ünvan 2 ünvanına dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına RX seriyalı, №1246594 saylı, xx.xx.2018-ci il tarixli çıxarışın verilməsinə əsas olmuş qeydin qanunsuz hesab edilərək ləğv edilməsi

40. Məhkəmə kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna, həm də Mülki Məcəlləyə istinad edərək qeyd edir ki, dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

41. Oxşar yanaşma N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarında da qeyd edilmişdir: “Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məz munun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xi tam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur”.

42. Məhkəmə kollegiyası qeyd edir ki, qeydin qanunsuzluğunu iddia edən şəxs onu mötəbər dəlillərlə sübut etməlidir. Hazırkı vəziyyətdə O.Vəliyev küçəsi 22F ünvanında yerləşən əmlak kompleksinə dair "xxxx" MMC-nin adına aparılmış qeydiyyatın qanunsuz aparılmasına dəlalət edən hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Belə o lan halda dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası prinsipi baxımından iddia tələbi əsaslı hesab edilə bilməz.

43. Yuxarıda qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası bildirir ki, ünvan 2 ünvanına dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına RX seriyalı, №1246594 saylı, xx.xx.2018-ci il tarixli çıxarışda torpaq sahəsinin dövlət mülkiyyətində olduğu və üçüncü şəxsin həmin torpaq sahəsi üzərində istifadə hüququnun mövcudluğu, tikilinin isə üçüncü şəxsin xüsusi mülkiyyətində olduğu göstərilmişdir.

44. Qeyd edilməlidir ki, çıxarışda təsbit edilmiş hüquqlar (torpaqdan istifadə, tikiliyə mülkiyyət hüququ) barədə ilkin hüquqmüəyyənedici sənədlər mövcuddur ki, məhz bu sənədlər əsasında hüquqlar reyestrdə qeydə alınmışdır.

45. Torpaq sahəsi ilə bağlı ilkin hüquqmüə yyənedici sənəd-Bakı şəhər X4 İcraiyyə Komitəsinin 14/643 saylı, 23 oktyabr 1991-ci il tarixli qərarıdır. Həmin qərar əsasında üçüncü şəxsə torpaq sahəsi ayrılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların (sahiblik, istifadə və sərəncam) qeydiyyatı üçün əsasdır. Odur ki, üçüncü şəxsin ünvan 2 ünvanında yerləşən torpaq sahəsi üzərində istifadə hüququnun qeydiyyatı qanuni əsasa söykənir.

46. Tikili ilə bağlı sənədlər- üçüncü şəxsin istifadəsinə verilmiş torpaq sahəsi üzər ində tikili inşa edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10-cu maddəsinə əsasən 2013-cü il yanvarın 1-dən sonra tikilmiş tikililər o zaman qeydiyyata alınır ki, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə olsun.

47. İş materiallarından görünür ki, inşa edilmiş tikiliyə münasibətdə yuxarıda qeyd edilən sənədlər-torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən Bakı şəhər X4 İcraiyyə Komitəsinin 14/643 saylı, 23 oktyabr 1991-ci il tarixli qərarı və tikinti obyektinin istismarına icazə Nizami rayon İcra Hakimiyyəti tikilinin istismara qəbul e dilməsinə dair 07 fevral 2018-ci il tarixli məktubu mövcuddur (cild 1, iş vər 56).

48. Məhkəmə kollegiyası bu qənaətdədir ki, bu iki sənədin yəni, tikilinin inşa edildiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin və tikinti obyektinin istismarına icazənin mövcudluğu hüquqların qeydiyyatı üçün əsasdır. Oxşar yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(102)-1749/2025 saylı, 01 oktyabr 2025-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda məhkəmə kollegiyası iddiaçıda olan torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədə və tikinti obyektinin istismarına icazəyə istinad edərək iddianın təmin edilməsi və müvafiq tikiliyə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərində qoyul ması barədə hüquqi nəticəyə gəlmişdir. Kollegiya hüquqi mövqeyini əsaslandırarkən qeyd etmişdir: “Azərbaycan Respublikası Prezidentinin 2014cü il 17 noyabr tarixli, 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.21-ci bəndinə görə, obyektdə tikinti-quraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən yekun sənəd olaraq istismara hazırlıq aktı tərtib olunur. Həmin akt tikinti obyektinin istismarına icazənin verilməsi barədə sifarişçinin müraciətinə əlavə olunaraq, istismara icazə verən orqana (quruma) təqdim edilir. Şəhərsalma və Tikinti Məcəlləsinin 10 1-ci maddəsi tikinti obyektinin istismarına icazənin məqsədini müəyyən edir. Həmin normaya görə, tikinti obyektinin istismarına icazə tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü təsdiq edir. İstinad olunan normalarda təsbit edilmiş qaydalar tikinti obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikilməsinin və ondan təyinatı üzrə istifadənin təmin olunması məqsədi daşıyır. Hazırkı mübahisəyə işin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən həmin normaların tələblərinə əməl edilmiş, qeyri-yaşayış binasının tikintisi və istismara qəbulu ilə bağlı müvafiq sənədlər təqdim olunmuşdur”.

49. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı verdiyi kassasiya şikayətində həmçinin bildirmişdir ki, apellyasiya instansiya məhkəməsi "xxxx" MMC-in keçmiş direktoru Bakı Apellyasiya məhkəməsi "xxxx" MMC-nin keçmiş direktoru Zərifə Quliyeva tərəfindən iddiaçıya 250.000 manatlıq kompensasiya verilməsi məsələsinə də ötəri olaraq toxunmuş və qərarında bu halı qeyd etmişdir. Notarial olaraq alınmış həmin ərizənin etibarsızlığına dair Bakı kommersiya məhkəməsinin icraatında mübahisəsi vardır. Həmin mübahisə üzrə icraat da hazırki inzibati mübahisəyə baxılıb yekunlaşana kimi dayandırılmışdır. İddiaçı da həmin ərizənin təhdid altında verildiyini bildirir və buna dair hazırki tarixədək də lazımi instansiya müraciətlərin davam etdirməkdədir. Yəni 250.000 manatlıq ərizənin verilməsi, məhkəməni iddiaçının hüquqlarının daşınmaz əmlak dövlət reyestrində qeydə alınmasından imtina edilməsi üçün əsas təşkil edə bilməzdi.

50. Kassasiya şikayətində əks edilmiş bu arqumentlə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında İddiaçı tərəfindən Bakı şəhəri 9 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə yazdığı aşağıdakı məzmunlu ərizəsi mövcuddur: “... Yazıb bildirirəm ki, pasport qeydiyyatında olduğum ünvan 7 ünvanında yerləşən və xüsusi mülkiyyət hüququ əsasında "xxxx" MMC-yə məxsus olan qeyri-yaşayış sahəsindən çıxarılmağım üçün "xxxx" MMC-nin direktoru X1 tərəfindən mənə 250 000 (iki yüz əlli min) manat kompensasiya ödənildi. Yuxarıda yerləşən qeyri-yaşayış sahəsinə dair heç bir iddiam yoxdur və gələcəkdə də olmayacaq”.

51. Həmin ərizədə iddiaçının iradə ifadəsi əks edilmişdir. İddiaçı hazırkı kassasi ya şikayətində bildirir ki, qeyd edilən ərizə onun iradəsinə zidd şəkildə alındığından iddianın rəddi üçün əsas ola bilməz.

52. Məhkəmə kollegiyası iddiaçının bu mövqeyi ilə əlaqədar əlavə olaraq bildirir ki, iddia tələbinin rəddi əsası yuxarıda qeyd edilən ərizə deyildir. Həmin ərizədə iddiaçı üçüncü şəxsdən qeyri-yaşayış sahəsindən çıxmaq üçün kompensasiya aldığını qeyd etmişdir. Hüquqların qeydiyyata alınması və ya qeydiyyata alınmadan imtina üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda əks edilmişdir. Həmin əsaslara qeyri-yaşayış sahəsindən çıxmaq üçün kompensasiya alınması daxil deyildir.

53. O ki, qaldı ərizəni təhdid altında verilməsi halına məhkəmə kollegiyası qeyd edir ki, bu məsələ məhkəmənin baxış predmeti olmadığından ona münasibət bildirilməməsi məqsədə müv afiqdir.

54. Beləliklə, yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçının tələbi qanunvericiliyin müddəaları ilə uzlaşmadığından iddianın rədd edilməsi barədə məhkəmələrin gəlmiş olduğu nəticə qanuni və əsaslıdır.

55. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 aprel 2025-ci il tarixli, 21(103)-1482/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar