Məhkəmə qərarları › İş №2-1(102)-2328/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2328/2019

18.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2328/2019 18.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı «X1» Nəşriyyatının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, üçüncü şəxslər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbə nümayəndəliyinə və X1 oğlunaqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2328/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: hazırkı iş üzrə üçüncü şəxslər və cavabdeh əvvəl baxılmış mülki iş üzrə tərəf olmadığından qərarla müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıya bilməz) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədr lik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X1 ibarət tərkibdə, iddiaçının nümayəndəsi Nümayəndə, vəkili X1, üçüncü şəxs X2 vəkili X5 iştirakları, N.Əhmədovun katibliyi ilə, iddiaçı «X1» Nəşriyyatının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, üçüncü şəxslər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbə nümayəndəliyinə və X2 qarşı «Torpaq sahəsinin planı və ölçüləri”nin etibarsız hesab edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-573/2019 saylı qərarından üçüncü şəxs X1 və onun vəkili X11 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında a çıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı «X1» cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, üçüncü şəxslər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbə nümayəndəliyinə, X2qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, X3 verilmiş **********19 reyestr nömrəli və ona, digər torpaq sahəsinin planı və ölçülərinin verilməsinə əsas olmuş əvvəllər X3 və X6 verilmiş **********20 və **********16 reyestr nömrəli torpaq sahələrinin planı və ölçülərinin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsasladırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin xxxx 1980-ci il tarixli, 195 saylı qərarı ilə«Kommunist» Nəşriyyatına (haz ırda «X1) yardımçı təsərrüfat yaradılması üçün Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Abşeron ZDS İK tərəfindən xxxx 1981-ci il tarixli «X10 X22» verilmiş, Dövlət Aktı xxxx1981-ci il tarixdə dövlət aktlarının qeydiyyatı kitabında 64 nömrə ilə qeydə alınmışdır. «X1 yardımçı təsərrüfatı Sabunçu rayonun inzibati ərazisində, kənd təsərrüfatı təyinatlı 15 ha ölçüdə torpaq sahəsində yerləşir və həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının qanuni istifadəsindədir. Yuxarıda göstərilən hallar həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xxxx 2016-cı il tarixli 2(102)-6123/2016 salı qərarı ilə müəyyən edilmiş, «X1 yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsi Maştağa Südçülük-Tərəvəzçilik sovxo zunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsində göstərilmişdir. Hal-hazırda iddiaçıya məlum olmuşdur ki, X2 adına Nardaran qəsəbəsi 3-cü sahə, yer 129 ilkin qeydiyyata alınmış 0.25 ha, X7 tərəfindən bağışlanmış 0.25 ha və X9 tərəfindən bağışlanmış 0.22 ha torpaq sahələri üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona **********19, **********20 və **********16 reyestr nömrəli çıxarışlar və həmin reyestr nömrələri olan torpaq sahələrinin planı və ölçüləri verilmişdir. DƏDRX 1saylı Bakı Əİ tərəfindən verilmiş **********19, **********20 və **********16 reyestr nömrəli çıxarışlarda torpaq sahələrinin olduğu yer Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi kimi göstərilmişdir. Həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpa qları kimi göstərilməklə, xüsusi mülkiyyətə verildiyi qeyd edilmişdir. Lakin, X2 və həmin torpaq sahələrinin əvvəlki mülkiyyətçiləri olmuş X3 və X6 verilmiş torpaq sahələrinin planı və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatları «Azərbaycan» Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşür. Mübahisəli torpaq sahələri Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 2005-ci il tarixli qərarları ilə «X1 yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsindən heç bir halda ayrıla bilməzdi. Belə ki, xxxx 2001-ci il tarixdən İcra Hakimiyyəti orqanları tərəfindən vətəndaşlara bağ sahələri üçün torpaqayırma səlahiyyətləri nəzərdə tutulmamışdır. Halbuki, iddiaçıya verilmiş xxxx 1981-ci il tarixli X1 0 X20 15 ha ölçüdə torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpağı kimi göstərilmiş, həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının qanuni istifadəsindədir və hasara alınmışdır. DƏDRX 1saylı Bakı Əİ-nin işçilərinin texniki səhvləri və yaxud vəzifələrindən sui-istifadələri nəticəsində verilmiş torpaq sahələrinin planı və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatları qanunsuz və əsassız olaraq «X2 yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşmüşdür. Bu da öz növbəsində «X3 nümayəndələri ilə torpaq əldə etmiş şəxslər arasında lüzumsuz mübahisələrə, qarşıdurmalara və bir sıra xoşagəlməz halların baş verməsinə səbəb olmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)-3190/2018 saylıqərarıiləiddia tə ləbi təmin edilərək, X1 verilmiş **********19 reyestr nömrəli və ona digər torpaq sahəsinin planı və ölçülərinin verilməsinə əsas olmuş əvvəllər X3 və X6 verilmiş **********20 və **********16 reyestr nömrəli torpaq sahələrinin planı və ölçüləri etibarsız hesab edilmişdir(hakim – E.M.Mustafayev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-573/2019 saylı qərarı ilə (sədrlik edən Ü.A.Mayılov, hakimlər M.N.Tağızadə və F.Ş.Talışinski) üçüncü şəxs Abbasov Aslan Məmməd oğlununapellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarındanüçüncü şəxs Abbasov Aslan Məmm əd oğlu və onun vəkili X11kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, X2 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 3 saylı sahədə 129 saylı yerə mülkiyyət hüququ Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ona ******* saylı çıxarış, habelə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları verilmişdir. Sonradan bu əmlak X1 mülkiyyətinə keçmişdir. X4 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 3 saylı sahədə yerləşən 130 saylı yerə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ona ******* saylı çıxarış, hab elə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları verilmişdir. Sonradan bu əmlak X2 mülkiyyətinə keçmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bu şəxslərə mülkiyyət hüququ əsasında verilmiş torpaq sahələrinin və ölçülərində göstərilən döngə nöqtələrinin koordinatları iddiaçının yardımçı təsərrüfatının 15 ha torpaq sahəsinin ərazisində yerləşdiyi üçün qeyd olunan şəxslərə verilmiş torpaq sahələrinin ölçüləri etibarsız hesab edilməlidir. İddiaçı 3-cü şəxsin torpaq sahələrinin planı və ölçülərinin etibarsız hesab edilməsi tələbi ilə İnzibatiİqtisadi Məhkəməyə müraciət etsə də, nəzərə almamışdır ki, İPM-ə əsasən inzibati mübahisələndirmə haqqında icraat yalnız şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi ha lında mümkün hesab oluna bilər, torpaq sahələrinin planı və ölçüləri inzibati akt hesab edilmədiyinə görə bu iddiaya İnzibati-İqtisadi Məhkəməsində baxıla bilməz. İPM-ə əsasən, inzibati icraat qaydasında iddia yalnız o halda mümkün sayıla bilər ki, iddiaçının iddia ərizəsində inzibati akta dair iddiası əsaslandırılmış olsun. Lakin, yuxarıda da qeyd etdiyimiz kimi, torpaq sahələrinin planı və ölçüləri texniki sənəd olduğuna görə inzibati akt hesab edilə bilmədiyi üçün bu cür iddia mümkün sayıla bilməz. Bundan başqa, torpaq sahələrinin planı və ölçülərinin etibarsız hesab edilməsi inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən verilən şikayətlər kateqoriyasına aid edilmədiyi üçün bu cür iddia da mümkün sayıla bilməz. İPM-ə əsasən, inzibati icraat qaydasında iddia inzibati aktın təqdim ( elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı iddia ərizəsində qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən və onun iddia etdiyi 15 ha torpaq sahəsindən X1 çıxarılmasına və həmin torpaq sahəsində inşa edilmiş istixana və özbaşına tikililərin onun hesabına sökülməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və onun əsasında Bakı Apellyasiya Məhkəməsinin MK-nin xxxx 2016-cı il tarixli icra sənədi olmuş və bu icra sənədi tam icra olunduğuna görə Sabunçu rayonu İcra şöbəsinin xxxx 2017-ci il tarixli qərarı ilə bu icra sənədi üzrə icraata xitam verilmişdir. Qeyd olunan icra sənədi üzrə başlanmış icraata xxxx 2017-ci il tarixli qərarla xitam verilməsi bu anlama gəlir ki, qətnamə tam olaraq icra edilmiş və iddiaçının iddia etdiyi 15 ha torpaq s ahəsi bütünlüklə ona təhvil verilmiş, iddiaçı da bu torpaq sahəsini qəbul etmişdir, şəxslərin mülkiyyətində olan torpaq sahələrinin hüdudları iddiaçının iddia etdiyi bu 15 ha torpaq sahəsinə müdaxilə etmiş olsaydı, iddiaçı bu barədə ən azı xxxx 2017-ci il tarixdən etibarən məlumatlı olardı. Lakin, iddiaçı bu mübahisələndirmə iddiası ilə qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük iddia müddətini ən azı 12 ay ötürmüş, iddiaçı eyni cavabdehə və hüquqlarını müdafiə etdiyi 3-cü şəxslərə və bir sıra digər 3-cü şəxslərə qarşı eyni əsaslı iddia ilə Bakı şəhəri 2 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək bu şəxslərə verilmiş çıxarışların ləğv edilməsini tələb etmiş və bu iddia üzrə başlanmış 2-1(82)2233/2018 saylı iş Bakı şəhəri 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin Hakimi Etibar Mustaf ayevin icraatına verilmiş və o bu işlə əlaqədar xxxx 2018-ci il tarixli sərəncam göndərmişdir. İddiaçının eyni əsasla eyni tərəflərə qarşı yenidən məhkəməyə müraciət etməsi yolverilməzdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3152 saylı iş üzrə xxxx 2016-cı il tarixli qətnaməsinə istinadən iddia edir ki, 3-cü şəxsin mülkiyyətində olan bu sahələr iddiaçının istifadəsinə verilmiş 15 ha torpaq sahəsinin hüdudlarına daxildirlər. Lakin, bu cür istinad tamamilə əsassızdır. Belə ki, 3-cü şəxsin mülkiyyətində olmuş bu sahələr iddiaçının istifadəsinə verilmiş 15 ha torpaq sahəsinin hüdudlarına daxil olmamış və bu fakt öz təsdiqini tapmışdır. Bundan başqa, sözügedən qətnamədə iddiaçıya ayrılmış torpaq sahəsinin 3-cü şəxsin mülkiyyətində olmuş torpaq sahələri ilə üst-üstə düşməsini təs diq edən heç bir müddəa və ya döngə nöqtələrinin koordinatları qeyd edilməmişdir. Ümumiyyətlə bu qətnamə və orada mübahisələndirilən (iddiaçının istifadəsinə verilmiş) 15 ha torpaq sahəsi 3-cü şəxsin mülkiyyətində olan torpaq sahələri ilə hər hansı bir əlaqəsi olsaydı, o işə baxan məhkəmə orqanları bu şəxsləri mütləq işə cəlb etmiş olardılar. Qeyd olunanlar, habelə iddiaçının istinad etdiyi qətnamənin qəbulu üçün keçirilmiş məhkəmə araşdırmalarına 3-cü şəxsin cəlb edilməməsi bir daha sübut edir ki, bu qətnamənin və bu qətnamədə sözügedən 15 ha torpaq sahəsinin ona və onun mülkiyyətinə olan torpaq sahələrinə heç bir aidiyyəti yoxdur. Bu isə 3-cü şəxsə qarşı irəli sürülmüş iddianın tamamilə əsassız və mümkünsüz olmasını sübut edir. Tərəflərin izahatları Üçüncü şəxs Abbasov Aslan Məmməd oğlu və vəkili X11 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini xahiş etmişlər. İddiaçının nümayəndəsi Nümayəndə və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbə nümayəndəliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbayc an Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbə nümayəndəliyinin məhkəmə iclasının vaxtı və yeri barədə lazı mi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilm iş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının nümayəndəsi Nümayəndə, vəkili Vəkl, üçüncü şəxs X1 vəkili X5 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-573/2019 saylı qərarı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, üçüncü şəxs X1 kassasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin xxxx 1980-ci il tarixli, 195 saylı qərarı ilə Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 15,0 ha torpaq sahəsi «Kommunist» nəşriyyatına (hazırda «X1 ) verilmiş, X8 Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş xxxx 1981-ci il tarixli, ***** saylı «X10 X22»na əsasən 15 ha ölçüdə torpaq sahəsi X1 (indiki «Azərbaycan» Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün müddətsiz ayrılmışdır və həmin akt xxxx 1981-ci il tarixdə dövlət aktlarının qeydiyyatı kitabında 64 nömrə ilə qeydə alınmış, «Azərbaycan» Nəşriyyatı tərəfindən həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehə inzibati orqana müraciət etmiş, sonuncu, xxxx 2018-ci il tarixli məktubla ərizəyə əlavə olunmuş məhkəmə qərarları və icra sənədi ilə İdarənin üzərinə hər-hansı öhdəliyin qoyulmadığına, həmçinin bu qərarlar barədə İdarəyə rəsmi qaydada məlumatın daxil olmadığına is tinad etməklə, müraciətin təmin edilməsindən imtina etmiş, iddiaçı «X1 hazırki iddiasında qeyd olunan plan və ölçülərin etibarsız sayılmasını xahiş edərək, ona istinad edir ki, müvafiq icra hakimiyyəti (Sabunçu rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyi Aparatı) fərdi yaşayış evinin tikintisi məqsədləri ilə ayrı-ayrı fiziki şəxslərə Sabunçu rayonu, Nardaran qəsəbə ərazisində torpaq sahəsi ayırsa da, cavabdeh orqanın, eləcə də ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin işçilərinin səhvi və ya vəzifələrindən sui-istifədəsi nəticəsində üçüncü şəxsə verilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən əsas döngə nöqtələrinin koordinatları «X2 yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisində yerləşdirilmiş, həmçin in X3 verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 129 saylı sahədə və Abbasov Aslan Məmməd oğluna verilən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, sahə 3, yer 131-də yerləşən torpaq sahələrinin yerləşmə sxeminə görə həmin sxemlər Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilərək təsdiq edilmiş, torpaq sahələri Sabunçu rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyi Aparatının xxxx 2005-ci il tarixli 02/156 nömrəli və xxxx 2005-ci il tarixli 02/131 nömrəli qərarları ilə ayrılsa da, torpaq sahələrinin yerləşmə sxemlərinin tərtibi zamanı həmin vaxt Azərbaycan Respublikasında istifadə edilməyən latın qrafikalı əlifbadan istifadə edilmişdir. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvəd ə saxlayarkən ona istinad etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xxxx 2016-cı il tarixli, 2(102)-6123/2016 saylı qanuni qüvvəyə minmiş qərarına görə işə birinci instansiya məhkəməsində baxılarkən sözügedən torpaq sahəsinin hüdudlarının (parametrlərinin) müəyyən olunması və həmin sahənin zəbt edilməsi hallarının mövcud olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə sorğu edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində, «X10 aid Dövlət Aktı» ilə «X1 Abşeron rayonunun (indiki Sabunçu rayonunun) ərazisində ayrılmış 15,0 ha torpaq sahəsinin Nazirlər Kabineti tərəfindən geri alınmadığı və həmin sahənin Azərbaycan Respublikası Nazirlər Sovetinin 06 may 1980-ci il tarixli, 19 5 saylı qərarı ilə keçmiş «X1» (indiki X2 daimi istifadə üçün ayrılmiş 15 hektar torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə uyğun olduğu və cavabdehlər tərəfindən torpaq sahəsinin özbaşına zəbt olunması hallarının mövcud olduğu göstərilmiş, birinci instansiya məhkəməsində dindirilərkən rəyin müəllifi olan mütəxəssis torpaq sahəsinə baxış keçirildiyini, torpaq sahəsinin ölçülərinin müəyyənləşdirildiyini və həmin torpaq sahəsinin «X1 Nazirlər Kabinetinin qərarı ilə ayrılmış torpaq sahəsi olduğunu, həmin sahədə torpağı zəbt edənlərə məxsus müxtəlif tikililərin olduğunu bildirmiş, həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məktubu ilə də müəyyən edilmişdir ki, «X1 X2» ilə verilmiş torpaq sahəsi «xxxx» MMC-nin arxiv və elektron baza məlumatlarına əsasən «Bakı şəhərinin inzibati ə razi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin xxxx 2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış torpaq sahələrinə daxil deyildir. Həmin ərazi Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyində olmaqla dövlət mülkiyyəti torpağıdır, eləcə də Abbasov Aslan Məmməd oğluna verilmiş **********19 reyestr nömrəli və ona digər torpaq sahəsinin planı və ölçülərinin verilməsinə əsas olmuş əvvəllər X3 və X6 verilmiş **********20 və **********16 reyestr nömrəli torpaq sahələrinin planı və ölçülərində göstərilmiş torpaq sahəsinin koordinatları Azərbaycan Respublikası Nazirlər Sovetinin xxxx 1980-ci il tarixli, 195 saylı qərarı ilə Nardaran qəsəbəsi ərazisində yerləşən 15 h a ölçüdə torpaq sahəsinin «X1 (indiki «X2) yardımçı təsərrüfat yaradılması üçün ayrılmış torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi öz təsdiqini tapmış, Abbasov Aslan Məmməd oğluna verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, sahə 3, yer 131-də yerləşən torpaq sahəsinin yerləşmə sxemində, X3 verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 129 saylı sahədəki torpaq sahəsinin yerləşmə sxemində torpağın yerinin müəyyənləşdirilməsi üçün vacib olan istinad nöqtələri göstərilməsə də, həmin torpaq sahələrinə plan-ölçülər tərtib olunarkən həmin torpaq sahələrinə göstərilən koordinatlar Azərbaycan Nəşriyyatına məxsus torpaq sahəsinin koordinatlarının daxilinə düşmüş, halbuki, Azərbaycan Nəşriyyatına ayrılmış torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaq sahəsi olduğu üçün, X2 sahələri fərdi yaşayış evinin tikilməsi üçün ayrıla bilməzdi, birinci instansiya məhkəməsi araşdırması zamanı isə X1 və X3 ayrılmış, hazırda isə X2 mülkiyyətində olan torpaq sahələrinin bir kateqoriyadan digərinə keçirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı olmamışdır. Apellyasiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, X3 verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, sahə 3, yer 131-də yerləşən torpaq sahəsi Sabunçu rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyi Aparatının xxxx 2005-ci il tarixli 02/131 nömrəli qərarı ilə, X3 verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 129 saylı sahədəki torpaq sahəsi Sabunçu rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyi Aparatının xxxx 2005-ci il tarixli 02/156 nömrəli qər arı ilə, X6 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, sahə 3, yer 130-da yerləşən torpaq sahəsi Sabunçu rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyi Aparatının xxxx 2005-ci il tarixli 02/131 nömrəli qərarı ilə ayrılsa da, həmin torpaq sahələrinin yerləşmə sxeminin tərtibi zamanı həmin vaxt Azərbaycan Respublikasında istifadə edilməyən latın qrafikalı əlifbadan istifadə edilmiş, X1 və X3 ayrılmış, hazırda isə X3 mülkiyyətində olan torpaq sahələri Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi «X1 (indiki «X2) yardımçı təsərrüfat yaradılması üçün ayrılmış torpaq sahəsi ilə üst-üstə düşə bilməz və bu hal həmin torpaq sahələrinin yerləşmə sxemləri və plan-ölçüləri tərtib olunarkən yol verilmiş texniki səhv və səhlənkarlıq nəticəsində yaranmış, 2001-ci i lin xxxx tarixindən yerli icra hakimiyyəti orqanları tərəfindən vətəndaşlara torpaqayırma səlahiyyətləri nəzərdə tutulmadığı halda Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən üçüncü şəxslərə torpaq sahələri ayrılmış, istər həmin dövr qanunvericilik, istərsə də hazırkı qanunvericilik yerli icra hakimiyyətinin nümayəndəliklərlərinin səlahiyyətləri içərisində yerli icra nümayəndəliyin torpaq ayırmaq səlahiyyəti nəzərdə tutulmasa da, Sabunçu rayon Nardaran qəsəbə nümayəndəliyi səlahiyyəti qanunla nəzərdə tutulmadığı halda, üçüncü şəxslərə mübahisəli torpaq sahələrini ayırmışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sü butlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İddiaçı iddia tələbini, Azərbaycan Respublikası Nazirlər Sovetinin xxxx 1980-ci il tarixli, 195 saylı qərarı ilə Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 15,0 ha torpaq sahəsinin pulsuz və müddətsiz «X1 (hazırda «X2) verilməsinə, xxxx 1981-ci il tarixdə X10 dair dövlət aktlarının qeydiyyatı kitabında qeydiyyatdan keçirilmiş «X10 dair Dövlət Akt»da göstərilən sərhədlər daxilində olan 15,0 ha torpaq sahəsindən oranı zəbt edən vətəndaşlar ın həmin torpaq sahəsindən çıxarılmalarının qərara alınmasına və həmin Qərarla X8 Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş xxxx 1981-ci il tarixli, ***** saylı «X1 X2»na əsasən «X1 ayrılmış 15 ha torpaq sahəsinin qanuni əsaslarla yenidən həmin qurumun hüquqi varisi olan «X2 verilməsi ilə əsaslandırır. Hazırkı iş üzrə iddia tələbinə qiymət verilməsi baxımından həmçinin müəyyən edilməli olan məsələ üçüncü şəxslərə verilmiş torpaq sahələrinin planı və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatlarının “X2 yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşüb-düşməməsidir və iddiaçı tərəfindən təqdim edilmiş hüquq müəyyənedici sənədlərdə isə iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları öz əksini tapmamışdır. İş materiallarında iddiaçıya ayrıl mış torpaq sahəsinin koordinatlarını özündə əks etdirən iki mütəxəssis rəyi mövcuddur: “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyi və “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyi. “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən xxxx 1981-ci il tarixli «X10 X22»na əsasən «X2 qanuni istifadəsində olan 15 ha torpaq sahəsi Bakı dairəvi avtomobil yolundan X1 məscidinə qədər uzanan asfalt örtüklü avtomobil yolundan şərq tərəfə 218.8 metr məsafədən başlayaraq, Bakı dairəvi avtomobil yolu boyu, Bakı dairəvi avtomobil yolunun cənubunda yerləşməklə şərqə tərəf 300, cənuba tərəf 500 metr xətti ölçülərə malik ərazidə yerləşir, həmin torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş 6 saylı xəritə üzərində göstərilmiş 1 saylı döngəsinin koordinatları X=416049.63 Y=4492833.10, 2 saylı döngəs inin koordinatları X=416347.10, Y=4492886.90, 3 saylı döngəsinin koordinatları X=416383.96, Y= 4492388.32, 4 saylı döngəsinin koordinatları isə X=416086.62, Y= 4492334.47-dir. 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 302.3, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 499.9, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 302.2, 4 saylı döngədən 1 saylı döngəyə qədər məsafə 500.0 metrdir, iddiaçının istiadəsində olan torpaq sahəsi Bakı dairəvi avtomobil yolundan Hüseyniyyə Məscidinə qədər uzanan asfalt örtüklü avtomobil yolundan şərq tərəfə 218.8 m məsafədən başlayaraq, Bakı dairəvi avtomobil yolu boyu, Bakı dairəvi avtomobil yolunun cənubunda yerləşməklə şərqə tərəf 300 m, cənuba tərəf 500 m xətti ölçülərə malik ərazidə yerləşir. Həmçinin mütəxəssis rəyində 15 ha torpaq sahəsinin dö ngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Mütəxəssis rəyinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-cii l tarixli 2-1(82)-2233/2018 saylı məktubuna əsasən aparıldığı qeyd olunsa da iş materiallarında sözügedən məktub olmadığından sözügedən mütəxəssis rəyinin hansı icraat ilə əlaqədar əldə edildiyi də məlum deyildir. Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xxxx 2016-cı il tarixli 2(102)-6123/2016 saylı qərarı ilə bağlı qeyd edilməlidir ki, həmin iş üzrə tərəflər «X1, X15, X16 olmuş, hazırkı iş üzrə üçüncü şəxslər və cavabdeh həmin iş üzrə tərəf olmadığından o qərarla müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıya bilməz. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qan uni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Beləliklə, işə baxan məhkəmələr iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində araşdırma aparmadan, iş üzrə “xxxx” MMC-nin təqdim etdiyi rəyə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xxxx 2016-cı il tarixli 2(102)-6123/2016 saylı qərarına, cavabdehin imtina məktubunda qeyd etdiklərinə istinad etməklə iddiaçı və üçüncü şəxslərə məxsus torpaq sahələrinin üstüstə düşməsi nəticəsinə gəlmişlər. Halbuki, işə baxan məhkəmələr iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində ətraflı araşdırma aparmalı, müvafiq ekspertiza təyin etməli, bu barədə məlumatın əldə edilməsi mümkün olan müvafiq dövlət orqanlar ına sorğular verməli, torpaq sahələrinin yerləşdiyi yerlərə yerində baxış keçirməli, əldə edilmiş mötəbər sübutlar əsasında mübahisənin obyektiv həllini təmin etməli idilər. Bundan əlavə, iddiaçıya məxsus olduğu iddia edilən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı torpaqlara aid olmuş, üçüncü şəxsə verilmiş torpaq sahələri isə yaşayış məntəqələrinin torpaqlarına aid olsa da işə baxan məhkəmələr tərəflərə məxsus torpaq sahələrinin kateqoriyalarının müəyyən edilməsi istiqamətində də hər hansı araşdırma aparmamışlar. İşin faktiki halları isə ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin xxxx 1980-ci il tarixli, 195 saylı qərarı ilə Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 15,0 ha torpaq sahəsi yardımçı təsərrüfat yaradılması məqsədi ilə keçmiş «X1 (hazırda «X1) ve rilmiş, xxx 1981-ci il tarixdə iddiaçının adına «X10 dair» Dövlət Aktı tərtib edilmiş, Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyəti Başçısının Nardaran qəsəbə nümayəndəliyinin xxxx 2005-ci il tarixli **** saylı qərarı ilə X3 fərdi yaşayış evinin tikintisi üçün 0,25 ha, 27 mart 2005-ci il tarixli, 02/131saylı qərarı ilə Abbasov Aslan Məmməd oğluna fərdi yaşayış evinin tikintisi üçün 0,25 ha, xxxx 2005-ci il tarixli, 02/131saylı qərarı ilə X6 fərdi yaşayış evinin tikintisi üçün 0,25 ha torpaq sahələri ayrılmış, X2 0,25 torpaq sahəsinə hüquqları xxxx 2014-cü il tarixdə ******* saylı çıxarışla, X4 0,25 torpaq sahəsinə hüquqları xxxx 2014-cü il tarixdə ******* saylı çıxarışla, X1 0,25 torpaq sahəsinə mülkiyyət hüquqları isə xxxx 2014-cü il tarixdə ******* saylı çıxarışla rəsmi qeydiyyatdan keçiri lmiş, sonradan X9 ilə X1 arasında bağlanmış xxxx 2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən 2500 kv.m sahəsi olan 130 nömrəli torpaq sahəsi X1 adına özgəninkiləşdirilmişdir. İddiaçı «Azərbaycan» Nəşriyyatı Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyəti Başçısının Nardaran qəsəbə nümayəndəliyinin xxxx 2005-ci il tarixli 02/156 saylı qərarı ilə X3 fərdi yaşayış evinin tikintisi üçün 0,25 ha, xxxx 2005-ci il tarixli, 02/131saylı qərarı ilə X1 fərdi yaşayış evinin tikintisi üçün 0,25 ha, xxxx 2005-ci il tarixli, 02/131saylı qərarlarını, onların üçüncü şəxslərin adlarına aparılmış hüquqi qeydiyyatı - reyestrdən çıxarışları, sonradan sonradan X9 ilə X1 arasında bağlanmış xxxx 2015-ci il tarixli bağışlama müqaviləsini və həmin müqaviləyə əsasən verilmiş reyestrdən çıxarışı mübahisələndirmədən, yalnız həmin sənədlərin əsasında, onların hüquqi nəticəsi olaraq verilmiş «Torpaq sahəsinin planı və ölçüsü»nün etibarsızılığı barədə idda qaldırmış və işə baxmış məhkəmələr də bu məzmunda iddia tələbini təmin etmişlər. Bundan əlavə 2001-ci il xxxx Azərbaycan Respublikası Prezidentinin "Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında" fərmanına əsasən 2001-ci il xxxx etibarən ölkədə Azərbaycan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifbaya keçib, respublikanın bütün idarələrində rəsmi yazışmalar yalnız latın qrafikasında aparılmağa başlanıb. İşə yenidən baxılarkən iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində araşdırma aparmalı, bu barədə müvafiq sorğular verilməli, torpaq sahələrinin yerləşdiyi yerlərə yerində baxış keçirməli, müva fiq məhkəmə ekspertizası təyin edilməklə, torpaq sahələrinin yerləşdiyi yerlərin və onların kateqoriyasının müəyyən edilməsi istiqamətində araşdırma aparmalı, buna qədər isə iddianın mümkünlük məsələsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası İPM-nin 12.1 və 12.2-ci maddələrinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası İPM- nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İş üzrə əlavə sübutların əldə edilməsi və qiymətləndirilməsi, hərtərəfi məhkəmə tədqiqatı aparılması, zərurətini nəzərə alan məhkəmə kollegiyası hazırkı halda kassasiya şikayətinin tam təmin edilməsini mümkün saymır. İşə kassasiya qaydasında məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi v ə prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)573/2019 saylı qərarı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, üçüncü şəxs X1 kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.5 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-573/2019 saylı qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Üçüncü şəxs X1 kassasiya şikayəti qismən təmin olunsun. Qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar