Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2328/2020 02.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (vergilərin hesablanması barədə qərarların ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı vergilərin hesablanması barədə qərarların ləğv edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın il tarixl i 21(103)-1030/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 02 dekabr 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 21.01.2019-cu il tarixli **********994200 nömrəli, 18.03.2019-cu il tarixli **********410400 nömrəli və 29.03.2019-cu il tarixli **********648300 nömrəli vergilərin hesablanmasına dair qərarların ləğv edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birin ci instansiya məhkəməsinin gəldiyi nəticə:
2. Birinci instansiya məhkəməsinin il tarixli, 2-1(82)-1782/2019 nömrəli (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən İnzibati Prosessual Məcəlləsinin 14.1, 35.1, 68.1, 68.2, 70-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 2.0.2, 2.0.11, 11.1, 48.1, 52.1, 52.2, 67-ci maddələrinə, Vergi Məcəlləsinin 23.1.1, 37.1, 37.2, 37.3, 37.4, 67.1-ci maddələrinə əsaslanmaqla qeyd etmişdir ki, cavabdeh orqan qərarları qəbul etməklə vergi qanunvericiliyinin tələblərini pozmamışdır, həmin qərarlar qanunazidd sayıla bilməz.
4. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) il tarixli, 2-1(103)-1030/20 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Aida Hüseyn) qərardadı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin il tarixli qərarının ləğv edilməsi, işin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən İnzibati Prosessual Məcəllənin 58.1, 58.7, 69.4, 87.7, 87.7.1-ci maddələrinə əsaslanmaqla hesab etmişdir ki, hazırk ı iş üzrə inzibati məhkəmə icraatı zamanı yol verilmiş prosessual pozuntular səbəbindən və sübütların araşdırılması tələb olunduğundan, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş məhkəmə icraatının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Kasasiya şikayətinin dəlilləri:
7. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, 21 yanvar 2019- cu il tarixli **********994200 nömrəli qərarın mübahisələndirilməsi hissəsində ümumiyyətlə mümkünsüz sayılmalıdır. Belə ki, vergi orqanının 21 yanvar 2019-cu il tarixli **********994200 nömrəli qərarı İddiaçı ASC-yə 22 yanvar 2019-cu il tarixdə elektron üsulla göndərilmiş, 23 yanvar 2019-cu il tarixdə isə ASC tərəfindən oxunaraq qəbul edilmişdur. Buna baxmayaraq, iddiaçı həmin qərarı mübahisələndirər kən İPM-də nəzərdə tutulmuş prosessual müddəti özünün təqdim etdiyi ərizədə qeyd olunan 5 aprel 2019-cu il tarixə nəzərən 42 gün Elektron Məhkəmə Sistemindəki məlumatda ərizənin məhkəməyə daxil olma tarixinə, yəni 10 aprel 2019-cu il tarixə nəzərən 47 gün olmuşdur. Qalan hissədə iddia əsassızdır. 29 mart 2019-cu il tarixli **********648300 nömrəli qərarla iddiaçıya 2018ci ilin aprel ayının ƏDV üzrə 9.962,30 mnat əlavə hesablama aparılmışdır. Belə ki, iddiaçı tərəfindən 2018-ci il aprel ayının ƏDV üzrə ilk bəyannamə 18 may 2018-ci il tarixdə təqdim olunmuşdur. Təqdim edilmiş bəyannamədə iddiaçı tərəfindən ƏDV 18% dərəcə ilə cəlb olunan əməliyyatları 138.785,80 manat, ƏDV məbləği 24.981,44 manat, əvəzləşdirilən ƏDV məbləği 8.407,96 manat, büdcəyə ödənilməli olan vergi məbləği 16.573,48 manat bəyan edilmişdir. Növbəti dəfə iddiaçı tərəfindən 9 iyul 2018-ci il tarixdə həmin dövr üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilmişdir. 9 iyul 2018-ci il tarixdə iddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə ƏDV-yə 18% dərəcə ilə cəlb olunan əməliyyatları 138.785,80 manat, ƏDV məbləği 24.981,44 manat, əvəzləşdirilən ƏDV məbləği 8.407,96 manat, büdcəyə ödənilməli olan vergi məbləği 16.504,15 mant bəyan edilmişdir. 9 iyul 2018-ci il tarixli bəyannamə üzrə keçirilmiş kameral vergi yoxlaması nəticəsində 21 sentyabr 2018-ci il tarixdə həmin bəyannamədə göstərilənlər öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən təqdim edilmiş sonuncu, yəni 8 fevral 2019-cu il tarixli bəyannamədə ƏDV 18% dərəcə ilə cəlb olunan əməliyyatları 83.484,81 manat, ƏDV məbləği 15.027,27 manat, əvə zləşdirilən ƏDV məbləği 8.482,86 manat, büdcəyə ödənilməli olan vergi məbləği 6.475,08 manat bəyan edilmişdir. İddiaçının 8 fevral 2019-cu il tarixdə təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamə üzrə kameral vergi yoxlaması aparılmış və nəticədə 29 mart 2019-cu il tarixli **********648300 saylı qərar qəbul edilmişdir. Kameral vergi yoxlaması ilə iddiaçıya ƏDV 18% dərəcə ilə cəlb olunan əməliyyatların 138.785,80 manat, ƏDV məbləğinin 24.981,44 manat, əvəzləşdirilən ƏDV məbləğinin 8.474,73 mant, büdcəyə ödənilməli olan vergi məbləğinin 16.437,38 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi, kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş qərarda iddiaçının ƏDV 18% dərəcə ilə cəlb olunan əməliyyatları iddiaçı tərəfindən özünün dəqiqləşdirilmiş bəyannaməsində bəyan etdiyi məlumatlardan fərqli olaraq 2018-ci ilin aprel ayı üzrə təqdim edilmiş VHF əsas götürülmüş və 138.785,80 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən Bakı şəhəri Lokal Gəlirlər Departamentinə ünvanlanmış 26 fevral 2019-cu il tarixli məktubda 2018-ci ilin aprel ayında “Azneft” İB-yə cəmi 138.507 manat elektron vergi hesab fakturasının göndərildiyi, lakin “Azneft” İB-nin bu fakturalar üzrə aprel ayı cəmi 84.745,76 manat ödəniş edildiyi bildirilmişdir. İddiaçının ƏDV depozit hesabına daxil olan məbləğdən də göründüyü kimi, VHF 138.507 manat olsa da, ödəniş 30 gün müddətində həyata keçirilməmişdir. Bu halda iddiaçının qeyd etdiyi kimi, VHF-in aprel ayında verilməsinə baxmayaraq tam ödəniş aprel ayında aparılmamışdır. Qeyd olunan səbəbdən iddiaçı tərəfindən 29 mart 2019-cu il tarixli **********648300 saylı qərarın mübahisələndirilməsi əsassız hesab olunur. İddiaçı tərəfindən mübahisələndirilən digər qərar 18 mart 2019-cu il tarixli **********410400 nömrəli qərardır. 2019-cu ilin yanvar ayı üzrə aparılan araşdırma zamanı qarşılıqlı əlaqələrin təhlili nəticəsində ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən ƏDV-nin 2.505.568,26 mant məbləğində olduğu müəyyən edilmişdir. Təqdim olunmuş bəyannaməyə əsasən ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən ƏDV 2.484.322,01 manat təşkil etdiyindən, 21.246,25 manat kənarlaşma yaranmışdır. Qeyd edilənlər verginin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə 1 mart 2019-cu il tarixli uyğunsuzluq məktubu göndərilmiş, məktubda qeyd edilən müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən uy ğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaldırılmaqla bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlaması ilə 2019-cu ilin yanvar ayı ƏDV bəyannaməsi üzrə 21.246,25 manat əlavə vergi məbləği hesablanmış və 18 mart 2019-cu il tarixli **********410400 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir.
8. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının il tarixli, 2-1(103)-1030/20 nömrəli qərardadının ləğv edilməsini və Bakı İnzibati Məhkəməsinin il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keç irilmədən də qəbul edilə bilər.
10. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. ( 16 noyabr 2020-ci ildə müvafiq bildiriş göndərilmişdir) Əsaslandırıcı hissə:
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
12. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
13. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, iddiaçı cavabdehin 21.01.2019-cu il tarixli **********994200 nömrəli, 18.03.2019-cu il tarixli **********410400 nömrəli və 29.03.2019-cu il tarixli **********648300 nömrəli vergilərin hesablanması barədə qərarların ləğv olunması tələbi ilə məhkəməyə müraciət etmişdir.
14. İş materiallarından görünür ki, iddiaçı 22.04.2019-cu il tarixdə iddia tələbinin dəqiqləşdi rilməsi barədə ərizə verərək cavabdehin 21.01.2019-cu il tarixli **********994200 nömrəli, 18.03.2019-cu il tarixli **********410400 nömrəli, 29.03.2019-cu il tarixli **********648300 nömrəli, 17.04.2019-cu il tarixli **********786300 nömrəli vergilərin hesablanması barədə qərarların ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Həmin ərizənin icraata qəbul edilib-edilməməsi məsələsi işdə olan 09.08.2019-cu il tarixli məhkəmə iclasının protokolunda öz əksini tapmamışdır.
15. Həmçinin iş materiallarından görünür ki, iddiaçı 07.11.2019-cu il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdehin 18.03.2019-cu il tarixli **********10400 nömrəli, 29.03.2019-cu il tarixli **********648300 nömrəli, 17.04.2019cu il tarixli **********786300 nömrəli, 01.11.2019-cu il tarixli **********308300 saylı vergi ödəyəcisinin məsuliyyətə cəlb edilməsi barədə qərarların ləğv edilməsini xahiş etmişdir.
16. İşdə olan il tarixli məhkəmə iclasının protokolunda iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilməsi göstərilsə də, iddiaçının hansı ərizələrinin icraata qəbul edilməsi barədə göstərilməmişdir.
17. Məhkəmə kollegiyası xatırlatmağı lazım bilir ki, istənilən inzibati mübahisənin həlli zamanı iş üzrə qanuni və əsaslı qərar qəbul edilməsi üçün məhkəmələr tərəfindən İnzibati Prosessual Məcəllənin 12.1, 13, 58.7, 68.2-ci maddələrinin tətbiq edilməsi müddəalarının tətbiq edilməsi son dərəcə böyük əhəmiyyət kəsb edir.
18. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
19. Həmin Məcəllənin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
20. Həmin Məcəllənin 58.7-ci maddəsinə müvafiq olaraq sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
21. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
22. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi qərardadında qeyd etmişdir ki, “Birinci instansiya məhkəməsinin qərarından aydın olur ki, məhkəmə iddiaçının 22.04.2019-cu il tarixdə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsində göstərilmiş tələblərə baxılmışdır.
23. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, onların qiymətlədirilməs i göstərilməmişdir. Məhkəmə qərarında yalnız istinad etdiyi normativ hüquqi aktların sadalanması ilə kifayətlənmişdir.”
24. Belə olan halda apelyasiya instansiyası məhkməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə inzibati məhkəmə icraatı zamanı yol verilmiş prosessual pozuntular səbəbindən və sübütların araşdırılması tələb olunduğundan, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş məhkəmə icraatının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
25. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini r əhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının il tarixli, 2-1(103)-1030/19 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.