Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2328/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü dərəcə əlilliyin təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs 18 saylı şəhər poliklinikası) qarşı “müddətsiz 3-cü dərəcə əlilliyin təyin olunması ” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2166/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı müayinə kartından çıxarışdan və tibbi rəylərdən görünür ki, xəstəliyi xx.xx.2019-cu il tarixdə başlamış, iddiaçı həmin tarixdən X3 adına Milli Oftalmologiya Mərkəzində və AR "xxxx" MMC Avrasiya Hospitalında müalicələr almışdır.
2. İddiaçının əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün 18 nömrəli Şəhər Poliklinikası tərəfindən onun barəsində xx.xx.2020-ci il tarixli, 0774003AAB6 K nömrəli, xx.xx.2020-ci il tarixli, 0074003AAB7C nömrəli, xx.xx.2020-ci il tarixli 0774003AAB7Q nömrəli və xx.xx.2021-ci il tarixli, 0774003AACB4 nömrəli Göndərişlər (Forma 088) göndərilsə də, tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyin edilməsindən imtina edilmişdir.
3. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsində iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina səbəbi kimi göstərilmişdir ki, Göndərişin natamam doldurulması – Səbəb: Əmək müqaviləsi olmasına baxmayaraq qeyd edilmiş xəstəlik vərəqələri ödənişə təqdim olunmamışdır.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli məktubun dan görünür ki, "xxxx" MMC tərəfindən iddiaçıya aid əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlləri “X1 Sistemi”nin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş və ödənişə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyin təyin edilməsi barədə və qoşmaya əlavə etdiyi sənəddə qeyd olunan yığılmış pul məbləğinin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 2 noyabr 2021-ci il tarixli qərardadı ilə 18 saylı şəhər poliklinikası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
7. Məhkəmənin 5 noyabr 2021-ci il tarixl i qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
8. Məhkəmənin 29 mart 2022-ci il tarixli qərardadı ilə iddiaçının “İddiaçı müddətsiz İİİ qrup əlilliyinin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əlilliyin təyin olunması üçün tələb olunan bütün tibbi sənədlərinin olmasına baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əlilliyin təyin edilməsi ilə bağlı müxtəlif tarixlərdə əsassız olaraq rədd cavabı vermişdir. Sonuncu dəfə isə həmin Fonda etdiyi müraciətinin tarixindən təxminən 2 ay müddətdən artıq vaxt keçməsinə baxmayaraq heç bir cavab almamışdır. xx.xx.2021- ci il tarixdə əlilliyin müəyyən edilməsi ilə bağlı ərizə ilə Dövlət Sosial Müdafiə Fonduna rəsmi qaydada müraciət etmişdir. Müraciətinin qəbulu zamanı cavabın 15 iş günü ərzində, əlavə öyrənilmə yoxlama tələb edən müraciətlərin müddətinə isə 30 iş günü ərzində baxılacağı barədə məlumat verildi. “Vətəndaşların müraciətlərinə dair Qanunvericili”yin 10.1-ci maddəsində göstərilir ki, bu Qanunun 9.2, 9.6 və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Ərizədən də göründüyü kimi həmin Qanunun 9.2, 9.6-ci maddələrində göstərilən hallar aşkar deyildir. Qanunun 10.2 və 10.4-cü maddəsində göstərilən hallar isə ümumiyyətlə tələb edilməməli dir. Çünki, əvvəlki müraciətlərində və ona aid olan bütün sənədlərdə tələb olunan bütün lazımi sənədlər təqdim olunmuşdur.
10. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, əlillik vəziyyəti Bakı 18 nömrəli Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli 0074003AAB6K saylı göndərişi əsasında baxılmış “X2: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H30-H36 - Tor qişanın və damarlı qişanın xəstəlikləri => H34 Tor qişanın damarlarının okklyüziyası => H34.8 - Digər retinal damar okklyu...; Diaqnozun mətni: H04.8 Digər retinal damar okkiyüziyaları, OD-Tor qişanın mərkəzi venasının okkluziyası.Vis OD=0.01 k/e.Vis OS=0,8 k/e.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin Səhiyyə Nazirliyini n Göz xəstəlikləri reyestrində məlumatı tapılmadi” səbəbi ilə imtina verilmişdir.
11. Bakı 18 nömrəli Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli 0074003AAB7C saylı göndərişi əsasında baxılmış və “X2: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H30-H36 - Tor qişanın və damarlı qişanın »xəstəlikləri => H34 - Tor qişanın damarlarının okklyüziyası => H34.8 - Digər retinal damar okklyu...; Diaqnozun mətni: ODTor qişanın mərkəzi venasının okkluziyası. İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet 2 tip. Diabetik oolinevropatiya. Aşağı ətrafların diabetik angiopatiyası; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əmək müqaviləsi olmasına baxmayaraq xəstəlik vərəqəsi qeyd olunmayıb” səbəbi ilə imtin a verilmişdir.
12. Bakı 18 nömrəli Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli 0074003AAB7Q saylı göndərişi əsasında baxılmış və “X2: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H30-H36 - Tor qişanın və damarlı qişanın xəstəlikləri => H34 - Tor qişanın damarlarının okklyüziyası => H34.8 - Digər retinal damar okklyu...; Diaqnozun mətni: Digər retinal damar okklyüziyaları, OD-Tor qişanın mərkəzi venasının okkluziyası. Şəkərli diabet tip 2, insulin tələbli; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əmək müqaviləsi almasına baxmayaraq xəstəlik vərəqəsi qeyd olunmamışdır” səbəbi ilə imtina verilmişdir. Bakı 18 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 0074003AACB4 saylı göndərişi əsasında baxılmış və “X2: Vİİ Sinif Gözün H30-H36 - Tor qişanın və damarlı qişanın xəstəlikləri => H34 - Tor qişanın damarlarının okklyüziyası => H34.8 - Digər retinal damar okklyu...; Diaqnozun mətni: H34.8 Digər retinal damar okklyüziyaları, OD-Tor qişanın mərkəzi venasının okkluziyası.Vis OD=0.01 k/e.Vis OS=0,8 k/e. Ağırlaşma H54.4 Wonokulyar korluq, ODMonokulyar korluq.Vis OD=0.01 k/e.Vis OS=0,8 k/e. Yanaşı xəstəliklər H52.2 Astiqmatizm, OS-Sadə hipermetropik astiqmatizm, Em və Hm 1.0 D. Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİİ mərhələ. Yanaşı xəstəliklər E11.7 insulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip 2, insulin tələbli. Yanaşı xəstəliklər İ79.2* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, A şağı ətrafların diabetik angiopatiyası. Yanaşı xəstəliklər H36.0* Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü 3 işarəsi ilə), OU-Diabetik retinopatiya. Yanaşı xəstəliklər G63.2* Diabetik oolinevropatiya(E10-14 ümumi dördüncü.4 işarəsi ilə), Diabetik polinevropatiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əmək müqaviləsi olmasına baxmayaraq qeyd edilmiş xəstəlik vərəqələri ödənişə təqdim olunmamışdır” səbəbi ilə imtina verilmişdir.
13. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir.
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2383/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim F.İ.Mədətli) iddia təmin edilmiş, iddiaçıya müddətsiz İİİ qrup əlilliyinin təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xəstəliyinin uzun müddət davam etməsi, iddiaçının müxtəlif dövrlərdə əməliyyat olunması, müayinə və müalicə alması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin iddiaçının xəstəlik diaqnozunun müvafiq “Qaydalar”ın 2-ci bəndinə (üçüncü dərəcə əlillik müddətsiz) uyğun olduğundan iddiaçıya 3-cü dərəcə əlillik təyin edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2166/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, İ.A.İbrahimli və C.A.Yusifov) apellyasiya şikayətinin təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv ed ilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: Bənd 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması halları nda təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Bənd 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: 2.5.14. bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyinin korreksiya ilə 0,04 və ondan az olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54.4)
23. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”: Bənd 3.1.2. Əlilliyin və reabilitasiya imkanlarının qiymə tləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir.
24. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kass asiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. X5 Məhkəməsin in hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin e dilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. İşin hallarına əsasən iddiaçı əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün 18 nömrəli Şəhər Poliklinikası tərəfindən onun barəsində xx.xx.2020-ci il tarixli 0774003AAB6K nömrəli, xx.xx.2020-ci il tarixli 0074003AAB7C nömrəli, xx.xx.2020-ci il tarixli 0774003AAB7Q nömrəli və xx.xx.2021-ci il tarixli, 0774003AACB4 nömrəli Göndərişlər (Forma 088) göndərilsə də, tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyin edilməsindən imtina edilmişdir.
32. Cavabdeh tərəfindən imtinanın səbəbi kimi, göndərişin natamam doldurulması – Səbəb:Əmək müqavilə si olmasına baxmayaraq qeyd edilmiş xəstəlik vərəqələri ödənişə təqdim olunmamasıdır.
33. Belə ki, işin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin T 336/2021 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, İddiaçı adına iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Bakı 18 nömrəli Şəhər Poliklinikası tərəfindən xx.xx.2020-ci il tarixli, 0774003AAB6K saylı, xx.xx.2020-ci il tarixli, 0074003AAB7C saylı, xx.xx.2020-ci il tarixli 0774003AAB7Q saylı və xx.xx.2021-ci il tarixli 0774003AACB4 saylı göndərişlərlə göndərilmiş 88 saylı arayışlarda qeyd olunan və iddiaçıda olan xəstəliklər “Əlilliyin v ə sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşürməklə yanaşı müddətsiz İİİ dərəcəli əlillik verilməsinə uyğun gəlir. Tibbi sənədlərə əsasən İddiaçı adına 18 nömrəli Şəhər Poliklinikası tərəfindən doldurulmuş göndərişlərdə (Forma № 88də) qeyd olunmuş, yəni onun əziyyət çəkdiyi xəstəliklər xx.xx.2019-cu il tarixdən başlanılmışdır, xroniki olduğundan müalicəsi yoxdur, kəskinləşdikdə göz həkiminin nəzarəti altında müvafiq müalicə təyin olunur.
34. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xəstəliyinin uzun müddət davam etməsi, iddiaçının müxtəlif dövrlərdə əməliyyat olunması, müayinə və müalicə alması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin iddiaçının xəstəlik diaqn ozunun müvafiq “Qaydalar”ın 2-ci bəndinə (üçüncü dərəcə əlillik müddətsiz) uyğun olduğundan iddiaçıya 3-cü dərəcə əlillik təyin edilməməsi qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
35. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən iddiaçıya üçüncü dərəcə əlilliyin təyin edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
36. Beləliklə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2166/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.