Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2329/2019 14.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: ailə başçısını itirməyə görə pensiya hüququnun yaranması anı, qulluq illərinə görə əlavələrin hesablanması, sabiq hakim arvadı giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, X6 ibarət tərkibdə, X2 iştirakı İddiaçı vəkili X3 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naz irliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşıpensiyanın 16 iyun 2005-ci il tarixdən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-732/2019 saylı, 25 aprel 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 14 avqust 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 1949-cu ildə anadan olmuşdur. X1 ilə nikahı 11 sentyabr 1993-cü ildə qeydə alınmışdır. B.Ə.Süleymanov müxtəlif məhkəmələrdə hakim, məhkəmə sədri işləmişdir, sonuncu iş yeri Bakı Şəhər Məhkəməsinin hakimi vəzifəsi olmuş, pensiyaya çıxmış, 16 iyun 2005-ci ildə vəfat etmişdir. İddiaçı isə mərhum əri vəfat edən zaman 2-ci qrup əlil olmuşdur. Cavabdehin iddiaçıya göndərdiyi 12 oktyabr 2018-ci il tarixli məktub-arayışından görünür ki, o, pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etmiş, cavabdeh bundan imtina etmişdir. İddiaçı 18 oktyabr 2018-ci il tarixdə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək əlil olduğuna görə 16 iyun 2005-ci il tarixdən özünə görə aldığı, 15 aprel 2011-ci ildən ailə başçısını itirməyə görə aldığı pensiyaların məbləğləri çıxılmaqla, Bakı Apellyasiya Məhkəməsinin hakiminin vəzifə maaşı və hakimlik stajına görə verilən əlavə haqqı nəzərə alaraq ailə başçısını itirməyə görə verilməli pensiyanın 16 iyun 2005-ci il tarixdən hesablanması və bu günə yaranan fərqin birdəfəlik ödənilməsi ni cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasında konkret hüquq normasına istinad etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(81)-4518/2018 saylı iş) 29 noyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı əlil olduğu üçün 16 iyun 2005-ci il tarixdən özünə görə aldığı, 15 aprel 2011-ci ildən isə ailə başçısını itirməyə görə aldığı pensiyaların məbləğləri çıxılmaqla, Bakı Apellyasiya Məhkəməsinin hakiminin vəzifə maaşı və hakimlik stajına görə verilən əlavə haqq nəzərə alınaraq ailə başçısının itirilməsinə görə verilməli pensiyanın 16 iyun 2005-ci il tarixdən hesablanması və bu günə yaranan fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi k ollegiyasının (hakimlər X7məruzəçi, X8 və X10, 2-1(103)-732/2019 saylı iş) 25 aprel 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışlar ki, iddiaçının istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-1-ci maddəsi 11 mart 2011-ci ildə qəbul edildiyindən və onun həmin vaxtdan ailə başçısı kimi pensiya almaq hüququ olduğundan cavabdehin hərəkəti qanunsuz olmamışdır. Bundan başqa, cavabdeh Bakı Apellyasiya Məhkəməsinin hakiminin vəzifə maaşı və ona edilən əlavələr nəzərə alınmaqla iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin etmişdir. İddiaçı 10 may 2019-cu ildə apellyasiya instansiyası məhkəməsinin qərarını almış, 7 iyun 2019 -cu ildə qərardan verdiyi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv, iddianın təmin edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçının əri 16 iyun 2005-ci ildə vəfat edən zaman onun öhdəsində olmaqla 2-ci qrup əlil olmuşdur. Ərinin vəfatından sonra dəfələrlə əlillik pensiyasının ailə başçısını itirməyə görə pensiya ilə dəyişdirilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh yalnız 2011-ci ilin aprel ayından ona pensiya təyin etmişdir. Apellyasiya məhkəməsi iddianı rədd edərkən “Əmək pensiyaları haqqında” Qanunun tələblərini pozmuş, 32.1-1-ci maddəsinin tələbini qanunsuz olaraq ona tətbiq etmiş, 1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş 37.7-ci maddəsini isə qanunsuz olaraq tətbiq etməmişdir. tərəflərin izahatları: Məhkəmə kollegiya sının iclasında iddiaçının vəkili şikayətin dəlillərini müdafiə etmiş, şikayəti izahatı kimi qəbul edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü mad dələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmişdir. İddiaçı cavabdehdən 2005-ci ilin iyun ayından ailə başçısını itirməyə görə ona pensiya təyin edilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. İddiaçının 2011-ci ilin aprel ayından ailə başçısını itirməyə görə əmək pensiyası alması, habelə mərhum əri vəfat edən vaxt ərinin pensiyaçı olması cavabdeh tərəfindən mübahisə ol unmamışdır. İddiaçı ailə başçısını itirməyə görə pensiyanın mərhum ərinin vəfat etdiyi 16 iyun 2005-ci ildən təyin edilməsini xahiş etmişdir. 16 iyun 2005-ci ildə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 40-cı maddəsinin tələbinə görə vəfat etmiş ailə başçısının öhdəsində olmuş (44cü maddə) əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə, görə pensiya almaq hüququ vardır. Ailə başçısının öhdəsində olub-olmamasından asılı olmayaraq aşağıdakı əmək qabiliyyəti olmayan ailə üzvləri pensiya almaq hüququna malikdirlər:...Əmək qabiliyyəti olmayan ailə üzvləri aşağıdakılar hesab edilirlər:... b) ata, ana, arvad pensiya yaşına çatıblarsa (kişilər 60 yaşı və qadınlar 55 yaşına çatıbsa), yaxud əlildirlərsə;... Həmin Qanunun 44-cü maddəsinə əsasən, vəfat edənin ailə üzvləri onun tam təminatında olublarsa və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi olan kömək alıblarsa, onun öhdəsində olmuş ailə üzvləri sayılırlar. Vəfat edənin köməyi yaşayışları üçün daimi və əsas vəsait mənbəyi olan, lakin özləri hər hansı pensiya alan ailə üzvləri yeni pensiyaya keçmək hüququna malikdirlər. İddiaçının əri B.Süleymanov 16 iyun 2005-ci il tarixdə vəfat edən zaman iddiaçı ən azından İİ qrup əlil olduğuna görə onun həmin vaxtdan ailə başçısını itirməyə görə pensiya hüququ yaranmışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 98-ci maddəsinin tələbinə görə ailə başçısı itirildikdə pensiyalar pensiya almaq hüququnun yarandığı gündən tez olmamaq şərti ilə pensiya üçün müraciətdən əvvəlki 12 aydan çox olmayan müddət üçün təyin edilir. 1 y anvar 2006-cı ildə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 32.3cü maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasına görə ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, 62 yaşına çatmış kişilərə və 57 yaşına çatmış qadınlara isə ömürlük təyin edilir. Göründüyü kimi, əgər “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 98-ci maddəsinə görə ailə başçısı itirildikdə pensiyalar pensiya almaq hüququnun yarandığı gündən tez olmamaq şərti ilə pensiya üçün müraciətdən əvvəlki 12 aydan çox olmayan müddət üçün təyin edilməsi müəyyən edilmişdirsə, 1 yanvar 2006-cı ildə qüvvədə olan normalara görə belə məhdudiyyət aradan qaldırılmış, pensiyanın ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən təyin edilməsi müəyyən edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iddianın bu hissəsində rədd edilməsi barədə gəldiyi nəticə əsaslı olmamışdır. Bu hissədə məhkəmə qərarı ləğv edilməli, “Əmək pensiyaları haqqında” Qanun 1 yanvar 2006-cı il tarixdə qüvvəyə mindiyindən iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası 1 yanvar 2006-cı il tarixdən hesablanmalıdır. İddiaçının mərhum ərinin pensiyası, habelə özünün ailə başçısını itirməyə görə əmək pensiyası Bakı Apellyasiya Məhkəməsinin hakiminin vəzifə maaşına uyğunlaşdırılaraq təyin edildiyindən, 1 yanvar 2006-cı il tarixdən təyin edilməli pensiya da Bakı Apellyasiya Məhkəməsinin hakiminin vəzifə maaşına uyğun laşdırılaraq hesablanmalı, pensiya hesablanarkən iddiaçıya əlilliyə görə ödənilən pensiya məbləği nəzərə alınmalıdır. 1 yanvar 2006-cı il tarixdən təyin edilməli pensiyanın Bakı Apellyasiya Məhkəməsinin hakiminin hakimlik stajına görə əlavə haqq nəzərə alınmaqla hesablanması hissəsində iddianı təmin etməyən apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən bu hissədə şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qulluq (hakimlik) stajına görə əmək pensiyasına əlavələr “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində əksini tapmışdır. Qanunun 20.1-ci maddəsinin 15 aprel 2011-ci ilə qədər olan redaksiyasında qeyd edilir ki, qulluq stajına görə əmək pensiyasına əlavələr a şağıdakı əmək pensiyaçılarına təyin edilir:...20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlər. Normanın mənasına görə qulluq (hakimlik) stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərə təyin edilir. İddiaçı tələbində qulluq (hakimlik) stajına görə əmək pensiyasına əlavələrin əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərə təyin edilməsini xahiş etməmişdir. İddiaçı mərhum ərinin qulluq (hakimlik) stajına görə əlavə haqqın ailə başçısını itirməyə görə pensiya hüququ olduğu üçün hesablanmasını arzu edir. “Əmək pensiyaları haqqında” Qanunun 15 aprel 2011-ci ildən qüvvəyə minmiş 20.1.4-1-ci maddəsinə əsasən, hakim və ya hakim kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə qulluq stajına görə əlavələr təyin edilir. Ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə qulluq (hakimlik) stajına görə əlavələrin təyin edilməsi 15 aprel 2011-ci il tarixdən qanuna əlavə edilmiş və ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan şəxslərə həmin vaxtdan hesablanmağa başlamışdır. İşdəki sənədlərdən də görünür ki, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan iddiaçıya mərhum ərinin qulluq (hakimlik) stajına görə əlavələr 15 aprel 2011-ci il tarixdən təyin edilərək hesablanmışdır. Bəhs olunanlara əsasən kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv edilməlidir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinə zərurət olmadığından, İPM-in 96.5-ci maddəsinə əsasən məhkəmə kollegiyası mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-732/2019 saylı, 25 aprel 2019-cu il tarixli qərarı iddianın əmək pensiyasının 16 iyun 2005-ci ildən hesablanmasının rədd edilməsi hissəsində ləğv edilsin. Bu hissədə iddia qismən təmin edilsin. İddiaçı ailə başçısını itirməyə g örə əmək pensiyasının 1 yanvar 2006-cl il tarixdən Bakı Apellyasiya Məhkəməsinin hakiminin vəzifə maaşına görə hesablanması, hesablama aparılarkən iddiaçının əlilliyə görə almış olduğu pensiya məbləğinin nəzərə alınması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə həvalə edilsin. Qərar iddianın rədd edilən qalan hissəsində dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2329/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2329/2019
14.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver