Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2329/2023 15.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı1 (xx.xx.1954-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2023-cü il tarixli, 2-1(103)-227/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür. xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 2. 17.03.1972-ci il tarixli əmək kitabçasına və əmək kitabçasına ИT-İ ******* nömrəli əlavəyə əsasən, iddiaçı xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixədək, xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1993cü il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək müxtəlif müəssisələrdə əmək fəaliyyətində olmuş, həmçinin xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" Səhmdar Cəmiyyətinin 2 nömrəli müəssisəsində işləmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1994-xx.xx.2001-ci illərə aid sığorta stajı öz təsdiqini tapmadığından həmin illər onun sığorta stajına daxil edilməmişdir. Bu səbəbdən də iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-ni üçüncü şəxs kimi göstərərək onun xx.xx.1994-cü ildən xx.xx.2001ci ilədək olan iş dövrü nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edi lməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1970-ci ildən əmək fəaliyyətinə başlamış və müxtəlif işlərdə çalışmışdır. Pensiya yaşına çatdığında, cavabdehə müraciət etmiş, lakın sonuncu əmək kitabçasında qeyd olunan xx.xx.1994-xx.xx.2001-ci illərə aid sığorta stajının öz təsdiqini tapmadığını əsas gətirərək ona imtina cavabı vermişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir, çünki xx.xx.1994-xx.xx.2001-ci illərdə işlədiyinə dair əmək kitabçasında müvafiq qeydlər vardır.
7. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, aparılan yoxlama nəticəsində iddiaçının müəssisədə saxlanılan bir sıra sənədlərinin, 1997, 1998, 1999, 2000-ci illərə aid əmək haqqı hesablarının, işə daxil olma və işdən çıxma əmrlərinin möhür süz olduğu aşkar edilmişdir. Bu fakt pensiya təyin edən orqanın və müəssisənin əməkdaşları tərəfindən tərtib edilmiş aktda öz əksini tapmışdır. Belə ki, Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncam, qərarı) onun tərəfindən imzalanmalı və müəssisəsinin möhürü ilə təsdiqlənməlidir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 21 iyul 2020-ci il tarixli, 2-1(112)-4111/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçının xx.xx.1994xx.xx.2001-ci illərdə "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsində işlədiyi illər sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi iddiaçının xx.xx.1994-xx.xx.2001-ci illərdə müəssisədə işləməsinin iddiaçıya məxsus əmək kitabçası, müəssisə tərəfindən verilmiş arayış, əmrlər və şəxsi hesab vərəqələri ilə təsdiqlənməsinə, əmək kitabçasında və müəssisə tərəfindən verilmiş arayışda göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsasların da müəyyən edilməməsinə, iddiaçının əmək kitabçasında qeyd olunan müddət toplandıqda iddiaçının yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajına malik olduğunun müəyyən edilməsinə istinad edərək sözügedən dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi və ona 63 yaş 6 aydan yaşa görə əmək pensiyasının təyin edilməsi qənaətinə gəlmişdir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Xəyalə Cəmilova /sədrlik edən və məruzəçi/, Namiq Cəfərov və Aida Hüseyn) 21 aprel 2021-ci il tarixli, 2-1(103)-221/2021 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
12. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin istinad etdiyi xx.xx.2020-ci il tarixli aktın əsli tələb edilməmiş, həminin aktın hansı pozuntular əsasında tərtib edilməsi, həmin pozuntuların həqiqətən mövcudluğu (onun pozuntu hesab olunub-olunmaması), o cümlədən əmrlərin möhürlənib-möhürlənmə məsi, işəgötürəndə qalan əmr nüsxələrinin möhürlə təsdiqinin məcburiliyinin qanunvericilikdə nəzərdə tutulması, həmçinin iddiaçının sığortaedəni olan müəssisənin sığortaedən kimi müvafiq orqanda qeydiyyata alınıb-alınmaması, iddiaçının cavabdehdə mübahisə doğuran əmək fəaliyyətinin mövcudluğu, həmin dövrlər üzrə əmək haqqından tutulmaların tam olaraq həyata keçirilib-keçirilməmədiyi araşdırılmamışdır. c) birinci instansiya məhkəməsində ikinci icraat
13. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 05 aprel 2022-ci il tarixli, 2-1(112)-219/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya xx.xx.1994cü ildən xx.xx.2001-ci ilədək olan iş dövrü nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdehə həvalə edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iş stajı, o cümlədən onun mübahisəli hissəsi (xx.xx.1994-ci ildən xx.xx.2001-ci ilədək) əmək kitabçasında olan məlumatlarla təsdiqlənir. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. İddiaçının "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsində xx.xx.1994-xx.xx.2001-ci illərdə işlədiyi iddiaçıya məxsus əmək kitabçası və müəssisə tərəfindən verilmiş arayış, əmrlər və şəxsi hesab vərəqələri ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən, əmək kitabçasında və müəssisə tərəfindən verilmiş arayışda göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş mater iallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasını xx.xx.1994-cü ildən xx.xx.2001-ci ilədək olan iş dövrü nəzərə alınmaqla təyin etməkdən imtinası qanuni olmamışdır. İddiaçının əmək kitabçasında qeyd olunan müddət nəzərə alınmaqla yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajına malik olduğu müəyyən edildiyindən iddiaçıya 63 yaş 6 aydan yaşa görə əmək pensiyası təyin edilməlidir
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. İddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etmiş və müəyyən edilmişdir ki, mərhum iddiaçı subay olmuş, vərəsələri olaraq qard aşı İddiaçı2 Əşrəf oğlu və bacısı X1 xx.xx.2023-cü il tarixdə şəxsiyyət vəsiqələrini, doğum haqqında şəhadətnamələrini və iddiaçının ölüm haqqında şəhadətnaməsini məhkəməyə təqdim edərək, onların iddiaçının prosessual hüquq varisi qismində işə cəlb olunmalarını xahiş etmiş və həmin məhkəmə iclasında onlar iddiaçının prosessual hüquq varisləri qismində işə cəlb olunmuşdurlar.
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Şərafət Məmmədova) 25 may 2023-cü il tarixli, 2-1(103)-227/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, iddiaçının pensiya yaş həddinə çatdığı, habelə, 1994-cü il tarixinədək əmək fəaliyyəti üzrə iş stajı mübahisələndirilmir. Mübahisələndirilməyən yaş dövrünə düşən iş stajı hərbi biletin və əmək kitabçasının surətinə əsasən 21 il 2 ay 18 gün müəyyən olunur. Cavabdeh tərəfindən iddiaçının xx.xx.1994-xx.xx.2001-ci illərdə "xxxx" ASC-də işlədiyi dövrün, müəssisənin həmin dövrdə fəaliyyətinin olmaması əsası ilə onun sığorta stajına daxil edilməsi mümkünsüz hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan əsasla iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunması əsassızdır. İddiaçının iş materiallarına əlavə olunmuş əmək kitabçasının qeydlərində xx.xx.1994-xx.xx.2001-ci illərdə (6 il 8 ay 24 gün) onun "xxxx" Səhmdar Cəmiyyətinin 2 nömrəli müəssisəsində çalışdığı təsbit olunmuşdur. Qeydlərdə onun işə qəbulu və işdən azad olunmasının tarixi, bununla bağlı əmrin nömrəsi və tarixi - səlist yazılarla, qaralamasız qeyd olunmuş və kadrlar müfəttişinin imzası və müəssisənin dairəvi möhürü ilə təsdiq olunmuşdur. Kitabçanın həmin vərəqinin tamlığı pozulmamışdır.
19. İddiaçının 1994-2001-ci illərdə qeyd olunan müəssisədə çalışarkən məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsinə gəldikdə isə qeyd olunmalıdır ki, həmin vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 5-ci hissəsi nəzərdə tuturdu ki, “Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaql a 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.” Bundan əlavə, xx.xx.2018-ci il tarixdən qüvvədə olan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
20. Beləliklə də mübahisələndirilən dövrün iddiaçının sığorta stajına daxil edilməsindən imti na olunmasının qanunvericiliyin tələblərinə zidd olduğu sübuta yetirilir. Belə olan halda, iddiaçının həmin dövr üzrə 6 il 8 ay 24 gün iş stajı onun mübahisələndirilməyən 21 il 2 ay 18 gün iş stajı ilə toplandıqda 27 il 11 ay 12 gün sığorta stajı yaranır. Deməli, iddiaçının Qanunun 7-ci maddəsində nəzərdə tutulan 25 ildən də çox sığorta stajı mövcud olduğu təqdirdə, cavabdeh tərəfindən ona yaşa görə pensiya təyin olunmasından imtina olunması onun hüquqlarını pozur.
21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtina məktubunun, iddiaya qarşı etirazının və apellyasiya şikay ətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:... 1.0.2. sosial sığorta stajı (bundan sonra – sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;... Maddə
3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hal larda əmək pensiyası təminatı hüququna malikdirlər.... Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.... Mad də
21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nö mrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir.... Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
26. Azərbayc an Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir....
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”
1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq e dən əsas sənəddir. 28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 29. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onlar ı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfi ndən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şik ayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qə rarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan za man prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
35. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
36. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. 37. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən şəxsin yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajı olmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.
38. Cavabdeh tərəfindən iddiaçının müvafiq pensiya yaş həddinə çatması, habelə hərbi xidmət müddəti və əmək kitabçasına əsasən xx.xx.1970-ci il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövr ərzində işlədiyi müddətlər mübahisələndirilmir.
39. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçasına əsasən xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" Səhmdar Cəmiyyətinin 2 nömrəli müəssisəsində işlədiyi müddət mübahisləndirilir.
40. Cavabdeh imtinasında və iddiaya qarşı etirazında tərəflərindən aparılan yoxlama nəticəsində iddiaçının müəssisədə saxlanılan bir sıra sənədlərinin, 1997, 1998, 1999, 2000-ci illərə aid əmək haqqı hesablarının, işə daxil olma və işdən çıxma əmrlərinin möhürsüz olduğunun aşkar edildiyinə, bu faktın pensiya təyin edən orqanın və müəssisənin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktda öz əksini tapdığına istinad edərək iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1994xx.xx.2001-ci illərə aid sığorta stajının öz təsdiqini tapmadığını, bu səbəbdən də onun yaşa görə əmək pensiyası hüququnun yaranmadığını qeyd etmişdir.
41. Müvafiq məhkəmə sorğusunun verilməsinə baxmayaraq məhkəməyə cavabdeh tərəfindən istinad edilən xx.xx.2020-ci il tarixli aktın əsli deyil, surəti təqdim edilmişdir.
42. Apellyasiya və kassasiya şikayətlərində isə cavabdeh başqa bir iş üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın surətinə istinad edərək iddiaçının əmək kitabçasına əsasən xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi müəssisənin 1994-cü ildən fəaliyyətinin dayandırıldığını qeyd etmişdir.
43. Apellyasiya məhkəməsi iş materiallarının ətraflı araşdırılması nəticəsində düzgün olaraq bu qənaətə gəlmişdir ki, qeyd olunan əsaslarla iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunması əsassızdır. İddiaçının iş materiallarına əlavə olunmuş əmək kitabçasının qeydlərində xx.xx.1994-xx.xx.2001-ci illərdə (6 il 8 ay 24 gün) onun "xxxx" Səhmdar Cəmiyyətinin 2 nömrəli müəssisəsində çalışdığı təsbit olunmuşdur. Qeydlərdə onun işə qəbulu və işdən azad olunmasının tarixi, bununla bağlı əmrin nömrəsi və tarixi - səlist yazılarla, qaralamasız qeyd olunmuş və kadrlar müfəttişinin imzası və müəssisənin dairəvi möhürü ilə təsdiq olunmuşdur. Kitabçanın həmin vərəqinin tamlığı pozulmamışdır.
44. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının 25 ildən artıq əmək fəaliyyətinin olması əmək kitabçası ilə təsdiq olunur. İddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı əsaslı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, məhkə mələr haqlı olaraq iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirmişdirlər.
45. İddiaçı əmək kitabçasındakı qeydlərə əsasən xx.xx.1994-cü il tarixli, 131/k nömrəli əmrlə sözügedən müəssisəyə işə qəbul edilmiş, xx.xx.2001-ci il tarixli, 9/20k nömrəli əmrlə işdən azad edilmişdir.
46. Hazırkı qərarın 25-28-ci bəndlərində göstərilən normaların tələbləri baxımından iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olu nur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Cavabdeh isə iddiaçının iş stajını təsdiq edən əlavə sübutlar tələb edərək, qeyd olunan normanın tələbini pozmuşdur.
47. Nəzərə alınmalıdır ki, əmək kitabçasının iş illərinə dair qeydləri ilə bağlı müvafiq sənədlərin möhürsüz olması iddiaçının məsuliyyət sferasına aid edilə və onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyindən də görünür ki, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək sözügedən müəssisədə iş fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlər lə yenidən sübut olunmasına ehtiyac yoxdur (həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)45/2021 nömrəli qərarları).
48. Qeyd edilməlidir ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan minimum 25 illik sosial sığorta stajı xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək olan müddət nəzərə alınarsa, tamamlanmış olur. İddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək işləməsi iş materialları ilə sübuta yetirilir. Belə ki, bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmış, eyni zamanda "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 16 iyul 2020-ci il tarixli, 09/03 nömrəli məktubdan və ona əlavə edilmiş 1994-2001-ci illərə aid əmrlər, şəxsi hesab vərəqələri və sosial sığorta ödəmələri haqqında arayışlardan görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək sözügedən müəssisədə işləmiş, həmçinin iddiaçının əmək haqqından sosial sığorta ödəmələri tutulmuşdur (həmin dövrdə qüvvədə olan qanunvericilikdə qeyd edilən müddətin sosial sığorta stajı kimi nəzərə alınması üçün belə bir tələb olmasa da).
49. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının iddia tələbi ilə bağlı məsələni apellyasiya instansiyası məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya instansiyası məhk əməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Məhkəmə mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
50. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şə xs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər.
51. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 17 fevral 2022-ci il tarixli, 01/2022 nömrəli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə: “... Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əv vəldən səhv olduğuna istinad etməlidir. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır....”
52. İddiaçı hazırkı iddianı qaldırarkən iddia ərizəsində "xxxx" ASC-ni üçüncü şəxs kimi göstərmiş, işə baxan məhkəmələr tərəfindən inzibati məhkəmə icraatına cəlb edilməli olub-olmamasına qiym ət verilmədən, bu barədə ayrıca qərardad qəbul edilmədən "xxxx" ASC iş üzrə üçüncü şəxs hesab edilmişdir.
53. Halbuki hazırkı mübahisə üzrə qəbul ediləcək qərar "xxxx" ASC-nin qanunla qorunan maraqlarına toxunmur. Başqa sözlə, məhkəmə qərarı ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehə həvalə edilməsi "xxxx" ASC-nin hüquqi marağına toxunma halını yaratmır. Hazırkı mübahisə üzrə ümumiyyətlə "xxxx" ASC-nin məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi üçün əsaslar mövcud deyildir. Belə olan halda, "xxxx" ASC-nin iş üzrə üçüncü şəxs qismində iştirakçılığına xitam verilməlidir.
54. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2023-cü il tarixli, 21(103)-227/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. "xxxx" ASC-nin iş üzrə üçüncü şəxs qismində iştirakçılığına xitam verilsin. Qərar qətidir.