Məhkəmə qərarları › İş №2-1(102)-2329/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2329/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2329/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yararlılıq kateqoriyasının dəyişdirilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 26.09.2024 hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “yararlılıq kateqoriyasının dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1637/2024 nömrəli, 1 may 2 024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 44 nömrəli xx.xx.2015-ci il tarixli qərarına əsasən, Bakı şəhəri Suraxanı RH K tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı və xx.xx.2004-cü ildə N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travmanın nəticəsi - diaqnoz: “Sol incik sümüyünün aşağı 1/3-nin zəif bitişmiş sınığının müalicəsindən sonrakı vəziyyət» (Azərbaycan Respublikası SH XÇDX-nin Bakı şəhər Səbail rayon idarəsinin xx.xx.2014- cü il tarixli 142 saylı göndərişi, arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.2004-cü il tarixli 1172 saylı arayış, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir) «TRAVMADİR, HƏRBİ XİDMƏTDÖVRÜNDƏ ALİNMİŞDİR», xx.xx.2005-ci ildən xx.xx.2005-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik diaqnoz: “Xora xəstəliyi. 12 barmaq bağırsağın xroniki xorası (qanaxma ilə fəsadlaşma). Refluks ezofagit. Xroniki spastik kolit», xx.xx.2010-cu ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalın cərrahiyyə profilli hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş xəstəliyin nəticəsi - diaqnoz: «Hər iki aşağı ətrafın flebektomiya cərrahi əməliyyatından (xx.xx.2010) sonrakı qan dövranı və funksiyasının müvəqqəti pozulması ilə» və xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilə kimi SQ BKH-da müayinə və müalicə olunduğu xəstəlik- diaqnoz: “Kəmər ləyici dəmrov, kəsin mərhələ. Xroniki eritematoz qastroduodenitin kəskinləşməsi. Düz bağırsağın xroniki arxa çatı. Vertebrogen lümbalgiya, natamam remissiya mərhələsində» (N saylı hərbi hissədən verilmiş xx.xx.2010-cu il tarixli çıxarış epikrizi, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş xx.xx.2010-cu il tarixli 436 saylı arayışı, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından verilmiş xx.xx.2013-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisi-terapevtin və cərrahın rəyləri ilə təsdiq edilir), «XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR». ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.2. maddəsinin ç) bəndi MN MHHK-nın 38 nömrəli xx.xx.201 5-ci il tarixli protokolu. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin 2002 saylı xx.xx.2022-ci il tarixli arayışının qanunsuz hesab edilərək, N saylı hərbi hissədən verilmiş xx.xx.2005-ci il tarixli xəstəlik epikrizi, MHHK-nın 44 saylı xx.xx.2015-ci il tarixli qərarı, Bakı Baş Səhiyyə İdarəsinin Klinik Tibbi Mərkəzinin 4786 nömrəli xx.xx.2015-ci il tarixli və həmin Mərkəzin 12082 nömrəli xx.xx.2015-ci il tarixli epikrizləri, eləcə də, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2015ci il tarixli qərarı əsasında İddiaçı hərbi xidmətdən ehtiyata buraxılma anı üçün yararlılıq kateqoriyasının müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “cavabdehin 2002 saylı, xx.xx.2022-ci il tarixli arayışının 10-cu bəndində hərbi xidmətdən ehtiyata buraxılma anı üçün yararlılıq kateqoriyası kimi qeyd etdiyi “Hərbi xidmətə yararlıdır” qərarının “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 2.6-cı maddəsinin “C” bəndinə uyğun “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı ilə əvəz olunması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)1779/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə hərbi xidmətdən ehtiyata buraxılma anı üçün yararlılıq kateqoriyasını n müəyyən edilməsi öhdəliyi Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilmişdir. Qərarın icrası zamanı cavabdeh əvvəlcə heç bir qərar qəbul etmədən, cavab məktubu verməklə kifayətlənmiş, lakin təkrar məhkəmə iclası təyin olunaraq məhkəmə tərəfindən qərarın icrasını bir ay müddətində təmin edilmədiyi təqdirdə cavabdehə cərimə tətbiq ediləcəyi xəbərdarlığı verildikdən sonra cavabdeh yenidən hakimin xəbərdarlığını heçə sayaraq faktiki olaraq məhkəmə qərarını icra etməmiş, bir sədr və bir üzv olan komissiya tərkibli, MHHK-nın qərarını yox 2002 saylı xx.xx.2022-ci il tarixli arayışını vermişdir. Bu isə öz növbəsində gələcəkdə iddia qaldırılmamaqla bağlı vəzifə daşımamağı üçün, yəni qanunvericiliklə mümkün olan bütün hüquqi-müdafiə vasitələrindən istifadə etməmək kimi hərəkətsizlik məsuliyyəti d aşımamağa görə hazırki iddianı irəli sürür. Belə ki, verilmiş arayış inzibati akt sayılmasa da, inzibati orqanın hərəkət və hərəkətsizliyini öhdəliyin icrası kimi iddia növlərindən istifadə etməklə tələb irəli sürülməsinə qanuni əsasları mümkün sayır. Ona görə hazırki iddianı irəli sürür.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3489/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddianın rədd edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xidmətdən buraxılma anında (xx.xx.2014-cü il tarixdə) həmin an üçün şəhadətləndirilməmiş, həmin an üçün yararlılıq kateqoriyası müəyyən edilməmişdir, sonradan inzibati məhkəməyə müraciəti nəticəsində məhkəmənin xx.xx.2022-ci il tarixli qərarının icrası ilə əlaqədar iddiaçı hərbi xidmətdən ehtiyata buraxılanadək mövcud olan tib bi sənədləri əsasında şəhadətləndirilmiş və onun hərbi xidmətdən ehtiyata buraxılma anı üçün yararlılıq kateqoriyası “Hərbi xidmətə yararlı” müəyyən edilmişdir. İddiaçının tələbinin əsaslılığının hər tərəfli araşdırılması məqsədilə aidiyyəti orqanlara müraciət edilərək onun ehtiyata buraxılma anınadək, yəni xx.xx.2014cü il tarixədək olan tibbi sənədlərinin məhkəməyə təqdim edilməsi barədə sorğu göndərilmiş, daxil olmuş sorğuya cavab məktublarına əsasən iddiaçının ehtiyata buraxıldığı tarixə (xx.xx.2014-cü il) ən yaxın müddət üçün xəstəlik tarixindən çıxarışın (epikrizin) elə cavabdehin mübahisəli arayışında (qərarında) istinad edilmiş xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək SQ BKH-da müalicə alması barədə olan çıxarış (epikriz) olması müəyyən edilmişdir. Həmin epikrizdə qeyd e dilmiş diaqnozun isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”-yə qoşma şəklində əlavə edilmiş “Xəstəliklər cədvəli”-nə əsasən iddiaçının hərbi xidmətə yararlılıq dərəcəsinin “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” kimi müəyyən edilməsi üçün əsas olması müəyyən edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiyasının hesablanması zamanı qanunvericiliyin tələblərinin pozulması halı aşkar edilmədiyindən iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1637/2024 nömrəli, 1 may 2024-cü il tarixli qərarı ilə (hakimlər: X.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Səmədov və E.Əliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 15 se ntyabr 2022-ciil tarixli 2002 saylı arayışının 10-cu bəndində hərbi xidmətdən ehtiyata buraxılması üçün yararlılıq kateqoriyası kimi qeyd edilmiş “Hərbi xidmətə yararlıdır” qərarının “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin2.6-cı maddəsinin “C” bəndinə uyğun “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı ilə əvəz olunmalıdır. xx.xx.2014-cü ilə və ondan sonra Səhiyyə Nazirliyinə tabe olan mülki tibb müəssisəsində müalicə və İİ qrup əlil olaraq təqaüd almağım kimi işin faktiki halları kimi məhkəmə tərəfindən ümumiyyətlə nəzərə alınmamışdır.

12. Mərkəzi Hərbi Həkim Komissiyasının, həm də İnzibati və Apellyasiya məhkəmələrinin qərarlarında ehtiyata buraxılmağından 1 il 2 ay öncə yəni xx.xx.2013-cü il tarixli epikrizlər deyil, hərbi xidmət zamanı yaran mış və ehtiyata buraxılmağından sonra İİ qrup əlilliyinə səbəb olmuş xəstəliklər əsas götürülməli idi.

13. Məhkəmə cavabdeh qarşısında xidmətdən tərxis zamanı tibbi şəhadətləndirilmə olmasa da həmin ana qədər kifayət qədər xəstəliklə bağlı müalicələrin olunması, lakin heç bir nəticə olmaması, xəstəliklərin remissiya halında olmaqla münbit mühit olduğu halda isə xəstəliyin daha proqressiv olması əsası ilə hansı xidmətə yararlıq kateqoriyasından söhbət gedə bilər. Məhz buna görə əlillik və xidmətdən sonra stasionar müalicə epikrizləri nəzərə alınmalı idi. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə: 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqınd a» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər q oşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmalar ın, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 1.4. Hərbi-həkim komissiyalarına həvalə olunur: a) aşağıda göstərilən şəxslərin şəhadətləndirilməsinin təşkili və keçirilməsi: hərbi qulluqçuların; hərbi xidmət keçmiş vətəndaşların. d) vətəndaşların hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqları an üçün hərbi xidmətə yararlılıq kateqoriyasının təyin edilməsi; 1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Hərbi xidmət dövründə xəsarət, xəstəlik almış hərbi qulluqçuların, hərbi toplanış, orqanlarda xidmət keçən vətəndaşların hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün şəhadətləndirilməsi aydın həkim-ekspert nəticəsi olduqda keçirilir. 6.3. Hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər. Səbəbindən və vaxtından asılı olmayaraq, hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən, orqanlarda xidmətdən buraxılarkən şəhadətləndirilmə keçməmiş və ya buraxılma anında hərbi həkim komissiyasının onlar barəsində çıxardığı qərarla razılaşmayan vətəndaşlar, hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxılma anı üçün hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyasının təyin edilməsi məqsədi ilə hərbi-həkim komissiyaları tərəfindən şəhadətləndirilirlər. 8.3. “Xəstəliklər cədvəli”ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: “C” — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır;

15. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şika yətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəmə sinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQE Yİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

20. Məhkəmə kollegiyası xüsu silə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla, onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

21. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə almışdır.

23. Qeyd edilməlidir ki, hazırkı mübahisə predmeti cavabdehin 2002 saylı, xx.xx.2022-ci il tarixli arayışının 10-cu bəndində hərbi xidmətdən ehtiyata buraxılma anı üçün yararlılıq kateqoriyası kimi qeyd etdiyi “Hərbi xidmətə yararlıdır” qərarının “Hərbihəkim ekspertizası haqqında” Əsasnamənin 2.6-cı maddəsinin “C” bəndinə uyğun “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı ilə əvəz olunması öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlıdır.

24. Nəzərə alınmalıdır ki, hazırkı qərarın 14-cü bəndində göstərilmiş Əsasnamədən, o cümlədən 6.3-cü bəndindən də göründüyü kimi, Səbəbindən və vaxtından asılı olmayaraq hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən orqanlarda xid mətdən buraxılarkən şəhadətləndirilmə keçməmiş və ya buraxılma anında hərbi həkim komissiyasının onlar barəsində çıxardığı qərarla razılaşmayan vətəndaşlar, hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxılma anı üçün hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyasının təyin edilməsi məqsədi ilə hərbi-həkim komissiyaları tərəfindən şəhadətləndirilirlər.

25. Məhkəmə kollegiyası bildirir ki, işin aşağı məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xidmətdən buraxılma anında (xx.xx.2014-cü il tarixdə) həmin an üçün şəhadətləndirilməmiş, həmin an üçün yararlılıq kateqoriyası müəyyən edilməmişdir, sonradan inzibati məhkəməyə müraciəti nəticəsində məhkəmənin xx.xx.2022-ci il tarixli qərarının icrası ilə əlaqədar iddiaçı hərbi xidmətdən ehtiyata buraxılanadək mövcud olan tibbi sənədləri əsasında şəhadətləndirilmiş və onun hərbi xidmətdən ehtiyata buraxılma anı üçün yararlılıq kateqoriyası “Hərbi xidmətə yararlı” müəyyən edilmişdir. İddiaçının tələbinin əsaslılığının hər tərəfli araşdırılması məqsədilə aidiyyəti orqanlara müraciət edilərək onun ehtiyata buraxılma anınadək, yəni xx.xx.2014cü il tarixədək olan tibbi sənədlərinin məhkəməyə təqdim edilməsi barədə sorğu göndərilmiş, daxil olmuş sorğuya cavab məktublarına əsasən iddiaçının ehtiyata buraxıldığı tarixə (xx.xx.2014-cü il) ən yaxın müddət üçün xəstəlik tarixindən çıxarışın (epikrizin) elə cavabdehin mübahisəli arayışında (qərarında) istinad edilmiş xx.xx.2013- cü il tarixdən xx.xx.2013-cü il tarixədək SQ BKH-da müalicə alması barədə olan çıxarış (epikriz) olması müəyyən edilmişdir. Həmin epik rizdə qeyd edilmiş diaqnozun isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”-yə qoşma şəklində əlavə edilmiş “Xəstəliklər cədvəli”-nə əsasən iddiaçının hərbi xidmətə yararlılıq dərəcəsinin “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” kimi müəyyən edilməsi üçün əsas olması müəyyən edilməmişdir.

26. Beləliklə apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, sorğulara cavab məktubları, onlara əlavə olunmuş tibbi sənədlər, iddiaçıya aid epikrizlərdə qeyd olunmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma şəklində əlavə edilm iş “Xəstəliklər cədvəli”nə əsasən iddiaçının hərbi xidmətə yararlılıq dərəcəsinin “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” kimi müəyyən edilməsi üçün əsas deyildir.

27. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyi üçün cavabdeh inzibati orqan onun tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur.

28. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün hesab edilməli, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən məhkəm ə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1637/2024 nömrəli, 1 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar