Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-233/2019 30.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-233/2019) Bakı şəhəri xxxx 2019-cu il Giriş hissə Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsinin vəkili Vəkil iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərba ycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1832/18 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsin ə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xxxx 2017-ci il tarixdən təyin edilmiş əlilliyə görə (səbəb: Azərbaycan Respublikasının müdafiəsi zamanı) pensiyasının son üç ilin fərqi tətbiq edilməklə, yenidən hesablanması və yaranacaq fərqin ödənilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1991-ci ildə döyüş əməliyyatlarında aktiv iştirak edən N saylı hərbi hissədə xidmət etmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır. TibbiSosial Ekspert Komissiyasının qərarına əsasən ona 2-ci qrup əlillik təyin edilmişdir. Sonradan, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komiss iyasının xxxx 2017-ci il tarixli qərarına əsasən şəhadətləndirilərək onun xəsarətinin səbəbli əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi göstərilmiş, bundan sonra Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktı ilə xxxx 2017-ci il tarixdən əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” kimi göstərilmişdir. Bununla bağlı iddiaçı xxxx 2018-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmiş, eyni zamanda, ona təminat xərcliyində baş verən artımla əlaqədar Müdafiə Nazirliyi tərəfindən yeni məlumat vərəqi doldurularaq pensiyasının yenidən hesablanması üçün təqdim olunmuş, lakin sonuncu hərəkətsizlik edərək onun ərizəsini təmin etməkdən çəkinmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu hərəkətsizliyi qanu nsuz və əsаssızdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2714/2018 saylı, xxxx 2018ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1832/18 saylı qərarı ilə (X1 (sədrlik edən və məruzəçi), hakimlər X3 və X2) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının xxxx 2018-ci il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsi və onun vəkili Vəkil tərəfindən kassas iya şikayəti verilərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, vətəndaşa əlillik neçənci qrup olduğu, nə vaxtdan təyin edildiyi və əlilliyin səbəbi “Tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış”ında qeyd edilir. Həmin çıxarışda həmçinin ilkin (təkrar) müayinədən keçən əlillər üçün pensiya təyinatı aparan orqana göndərilir. (təkrar TSEK-in müayinə müayinə aktından çıxarışın təsdiq edilmiş surəti əlavə olunur). “Əmək pensiyaları haqqında” Qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pe nsiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilir. Həmin Qanunun 20.16.2-ci maddəsinə əsasən xidməti vəzifələrin yerinə yetirilməsi ilə bağlı olmayan 2-ci qrup əlilliyə görə müvafiq təminat xərcliyinin 55 faizi miqdarında, 20.16.1-ci maddəsinə əsasən 80 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə, bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər müəyyən edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsinin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, iş üzrə iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, hər hansı üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçıməhkəmə iclasının vaxtı və yeri barədə lazımi q aydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki ha llarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsinin vəkili Vəkil dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1832/18 saylı qərarı ləğv edilməli, iş üzrə iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməli, kassasiya şikayəti təmin edilməlidir. Apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılarkən ona istinad edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xxxx 2 017-ci il tarixli qərarına əsasən şəhadətləndirilərək onun xəsarətinin səbəbli əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi göstərilmiş, TibbiSosial Ekspert Komissiyasının müayinə aktı ilə xxxx 2017-ci il tarixdən əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” TSEK-in xxxx 2017-ci il tarixli müayinə aktı ilə iddiaçının 2-ci qrup əlilliyinin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbinə dəyişdirilmiş və onun pensiyasının yenidən hesablanması üçün Müdafiə Nazirliyi tərəfindən yeni məlumat vərəqi cavabdehə göndərilmiş, xxxx 2017-ci il tarixdən iddiaçının pensiyası yenidən hesablanmış, cavabdeh iddiaçının müraciəti üzrə “Əmək pensiyaları haqqında” qanunver iciliyə istinad etsə də, qanunla üzərinə düşən öhdəliyin, o cümlədən, iddiaçının pensiyasının səbəb əlaqəsi nəzərə alınmaqla, keçmiş dövr üçün pensiyalar arasında yaranmış fərqin hesablanmasından yayınır, iddiaçı tələbində haqlıdır, çünki, onun əlilliyi yalnız aldığı bir xəsarətlə əlaqədar olmuşdur ki, bu da onun ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə məhz aldığı xəsarətlə əhatə olunur, belə olan halda, onun 2-ci qrup əlilliyinin ilkin səbəbinin sonradan – xxxx 2017-ci ildə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbinə dəyişdirilməsi faktiki olaraq, onun ilkin əlilliyində yol verilən yanlışlığın aradan qaldırılması kimi başa düşülməli, xəsarətin səbəb əlaqəsinin elə əvvəlcədən belə olması kimi qəbul edilməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası Prezidentinin xxxx 2008-ci il tarixli, 823 saylı Fərmanı ilə “Müharibə əlillərinə Azərbaycan Respublikasının təqaüdü” təsis edilmiş və əlilliyin qrupundan asılı olaraq onun aylıq məbləği müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 11.2-ci maddəsinə görə hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlillər aşağıdakı kateqoriyalara bölünürlər: 11.2.1. müharibə əlilləri—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatl arı aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; 11.2.2. hərbi qulluqçular sırasından digər əlillər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il xxxx tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.4-cü bəndinə görə tibbi-sosial ekspert komissiyaları iki pilləli şəkildə təşkil olunur: ilkin pillə-zona tibbi-sosial ekspert komissiyaları; ali pillə-Respublika Tibbi-Sosi al Ekspertiza Mərkəzi və Naxçıvan Muxtar Respublikası Tibbi-Sosial Ekspert Komissiyası. Əsasnamənin 5.5-ci bəndinə görə ali pillə ekspert komissiyasının qərarlarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və məhkəməyə şikayət verilə bilər. Əsasnamənin 5.6-cı bəndinə görə ilkin tibbi-sosial ekspert komissiyasının qərarlarından məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il xxxx tarixli 93 nömrəli qərarı ləğv edilmiş və “Tibbi-sosial ekspert komissiyaları haqqında” yeni Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 5.4-cü bəndində qeyd edil mişdir ki, TSEK-in (tibbi-sosial ekspert komissiyaları) qərarından narazı qalan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti) tərəfindən aparılır. Əsasnamənin 5.5-ci bəndinə görə TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. İddiaçıya əlilliklə bağlı təyin edilən əvvəlki aktlar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilir. Əvvəllər iddiaçıya əlillik təyin edilən vaxtlarda əlilliklə bağlı müayinə akt larında TSEK-in diaqnozu qeyd edilmiş, həmin aktlarda qeyd edilən əlilliyin səbəbi ilə bağlı iddiaçı məlumatlı olmuş, lakin sonrakı dövrdə həmin aktlarla bağlı mübahisə açmamış, inzibati qaydada və məhkəməyə şikayət verməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsi ni saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçının əlilliyinin səbəbi barədə TSEK tərəfindən əvvəllər tərtib edilmiş aktlar iddiaçıya məlum olduğu vaxtdan onun tərəfindən mübahisə olunmayaraq qüvvədə olmuş və hüquqi cəhətdən etibarlı sayılmışdır. Həmin aktlar əlilliyin səbəbinin dəyişdirilməsi barədə yeni inzibati akt qəbul edilənədək geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının qiymətləndirmə xxxx 2017-ci il tarixli qərarında həmin qərarın ondan əvvəlki dövrə şamil edilməsi qeyd edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 11-ci maddəsinə görə əlillik hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmış xəsarət nəticəsində üz verərsə, müharibə əlili sayılır. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun (2018-ci il xxxx tarixli, ****** №-li Qanunla ləğv edilmişdir) 2ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial m üdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 4-1-ci maddəsinə əsasən, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq im kanları məhdud olan sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Əlilliyin səbəbi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri TSEK tərəfindən müəyyən edildiyindən və əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni olmamışdır. İddiaçının xəstəliyi hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar alması mərkəzi hərbi həkim komissiyasının qərarının qəbul e dildiyi xxxx 2017-ci il tarixdən müəyyən edildiyinə görə cavabdehin həmin vaxta qədər iddiaçıya məhz bu əsasla pensiya təyin etmək təyin etmək və son üç illik fərqi ödəmək səlahiyyəti olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 20.16-cı maddəsinə əsasən bu Qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin - 100 faizi, İİ qrup müharibə əlillərinə - 80 faizi, İİİ qrup müharibə əlillərinə - 55 faizi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il xxxx tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları h aqqında” Əsasnamənin 1.4-cü bəndində qeyd edilir ki, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin xx hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edili r (1.4-cü bənd). Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır (4.26-cı bənd). İddiaçının əlilliyini və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtı TSEK tərəfindən müəyyən edilməli olduğuna görə onun hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar İİ qrup əlili olması TSEK-in qərarının qəbul edildiyi xxxx 2017-ci il tarixdən müəyyən edildiyindən, cavabdeh tərəfindən həmin tarixdən ona müharibə əlili kimi pensiya təyin edilməsi barədə cavabdehin mövqeyi əsaslı olmuşdur. Qeyd olunanlara əsasən iddiaçının əlilliyinin səbəbinin hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar alması Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xxxx 2017-ci il tarixli qərar ına əsasən şəhadətləndirilərək xxxx 2017ci il tarixdən müəyyən edildiyindən, həmin tarixədək iddiaçının əlilliyinin səbəbinin hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar alması barədə qüvvədə olan inzibati akt olmadığından, iddia tələbi əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddianı təmin edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, iddiaçının hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar pensiya hüququ 2017-ci ilin xx ayından yarandığından kassasiya şikayətinin bununla bağlı dəlilləri əsaslı olduğu üçün şikayət təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinə zərurət olmadığından, İPM-in 96.5-ci maddəsinə əsasən məhkəmə kollegiyası mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normalarının tətbiqində səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1832/18 saylı qərarı ləğv edilməli, iş üzrə iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməli, kassasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.5 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1832/18 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edils in. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsinə qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Kassasiya şikayəti təmin olunsun. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-233/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-233/2019
30.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver