Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-233/2021 16.02.2021 ALİ MƏHKƏMƏ İddiaçının Cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: hərbi qulluqçu olmayan şəxsin adının Azərbaycan Respublikası Prezidentinin 19.04.2018-ci il tarixli, 1 nömrəli Fərmanında nəzərdə tutulmuş siyahıya daxil edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Sə fərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə “iddiaçının mərhum ərinin adının Azərbaycan Respublikası Prezidentinin 19.04.2018-ci il tarixli Fərmanında nəzərdə tutulmuş siyahıya daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.10.2020-ci il tarixli, 2-1(103)-1417/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı, A ilə 22.02.1982-ci ildə nikaha daxil olmuş, A Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və xx.xx.1992-ci ildə Zəngilan rayonunda baş beyinin dəlib keçən odlu silah yaras ından vəfat etmişdir.
2. Zəngilan Rayon İcra Hakimiyyəti Başçısının 10.07.2013-cü il tarixli, *** nömrəli arayışına əsasən erməni işğalçı dəstələrinin Azərbaycan Respublikasının torpaqlarına təcavüzü zamanı həlak olmuş A-nın ailə üzvü – həyat yoldaşı iddiaçı “Şəhid ailəsi” statusuna malikdir.
3. İddiaçı ona 11000 manat məbləğində sığorta pulunun verilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir.
4. ƏƏSMN-nin 08.02.2019-cu il tarixli, *** nömrəli imtina məktubuna görə Azərbaycan Respublikası Prezidentinin 19.04.2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hə rbi qulluqçuların ümumi siyahısı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edilərək Nazirliyə təqdim edilmişdir. Fərmanın icrası ilə əlaqədar aidiyyəti orqanlar tərəfindən təqdim edilmiş müvafiq siyahılar əsasında Nazirlik tərəfindən 09.10.2018-ci il tarixindən etibarən hərbi qulluqçunun adını, soyadını və atasının adını daxil etməklə, vərəsələrinin birdəfəlik ödəməni almağa hüququnun olubolmadığını müəyyən etməyə imkan verən internet informasiya resursunun fəaliyyəti təmin edilmiş və s ənədlərin qəbuluna başlanılmışdır.
5. Bundan sonra iddiaçı mərhum əri A adının Azərbaycan Respublikası Prezidentinin 19.04.2018-ci il tarixli Fərmanında nəzərdə tutulmuş siyahıya daxil edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş, inzibati orqan isə 10.05.2019-cu il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.
6. İnzibati orqan imtinasını belə əsaslandırmışdır ki, hərbi qulluqçuların və könüllü mülki vətəndaşların dəfn mərasimi üçün ailələrinə ərzaq məhsullarının yardım edilməsinə dair N saylı hərbi hissə komandirinin 11.01.1993-cü il tarixli *** nömrəli əmrində mərhum A mülki şəxs kimi göstərilmişdir. Əlavə olaraq, Xidmətin Zəngilan rayon bölməsinin arxiv uçot sənədlərində mərhum A hər bi xidmət keçməsinə, hərbi əməliyyatlarda həlak olmasına, habelə şəhid hesab edilməsinə dair heç bir məlumat yoxdur. Həmçinin, Mudafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsindən Xidmətin Aparatına təqdim edilmiş “1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”nda da mərhum A-nın adı keçmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki icraat
7. Bundan sonra iddiaçı, cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin *** saylı 11.01.1993-cü il tarixli əmrindən çıxarışda A-nın qarşısında yazılmış mülki sözünün hərbçi sözü ilə əvəz olunması və mərhum A-nın döyüşlərdə iştiak etmiş hərbi qulluqçu kimi tanınaraq şəhid olmuş hərbi qulluqçu statusunun verilməsinə dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mərhum həyat yoldaşı A keçmiş SSRİ silahlı qüvvələrində müddətli həqiqi xidmətini bitirdikdən sonra vətənə- Azərbaycan Respublikasına qayıtmış və Zəngilan rayon Hərbi Komissarlığında ehtiyata buraxılan hərbçi kimi qeydiyyata alınmışdır. 1991-1992-ci illərdə Qarabağ uğrunda döyüşlər başlananda onun mərhum həyat yoldaşı yenidən hərbi xidmətə çağırılmış və həmin dövrdə yeni yaranmış N saylı hərbi hissənin şəxsi heyətinin sıralarına daxil edilmişdir. Onun mərhum həyat yoldaşı A oğlu Qarabağ uğrunda gedə n döyüşlərdə iştirak edən zaman xx.xx.1992-ci il tarixdə Zəngilan rayon ərazisində güllə yarasından həlak olmuş və Zəngilan rayon şəhidlər xiyabanında dəfn olunmuşdur. O, 11000 manat məbləğində sığorta pulunun verilməsi üçün cavabdeh orqana müraciət etsə də, onun müraciəti təmin olunmamışdır. Cavabdeh orqan tərəfindən verilmiş imtina onunla əsaslandırılmışdır ki, onun mərhum əri A-nın adı cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli fərmanında nəzərdə tutulmuş siyahıya daxil edilməmişdir.
9. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək cavabdeh şəxs qismindən çıxarılmasını və cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, N nömrəli hərbi hissə Müd afiə Nazirliyinin tabeliyində olduğundan və arxiv sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivində saxlanıldığından iş üzrə cavabdeh qismində Müdafiə Nazirliyi cəlb edilməlidir.
10. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mərhum əri A-nın adının Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanında nəzərdə tutulmuş siyahıya daxil edilməsi vəzifəsinin cavabdehlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 04.03.2020-ci il tarixli qərardadı ilə dəqiqləşdirmə barədə ərizə icraata qəbul edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-233/2020 saylı 02 iyun 2020-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiasının qeyri-mümkün sayılması qərara alınmışdır.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-233/2020 nömrəli 02.06.2020-ci il tarixli qərarı ilə (hakim – Miminat Hacıbəyova) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia təmin edilərək, Məmmədova Rəfiqə Məmməd qızının mərhum ərinin adının “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi quluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli F ərmanında nəzərdə tutulmuş siyahıya daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması qərara alınmışdır.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mərhum ərinin N nömrəli hərbi hissənin ərzaq və silah təminatında olması ilə hərbi qulluqda olması iş materialları ilə təsdiq edildiyi üçün və qanunvericiliyin tələblərinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə etdikləri üçün iddiaçının mərhum əri də hərbi qulluqçu statusuna malik olmuşdur. Belə olan halda, iddiaçının əri 1992-ci ilin dekabr ayının 10-da həlak olana qədər hərbi xidmətdə olduğu üçün və onun vərəsəsi olan iddiaçının və ya başqa vərəsələrinin 11000 manat məbləğində s ığorta ödənişi alması inzibati məhkəmə icraatı zamanı müəyyən edilmədiyinə görə iddiaçının əri Azərbaycan Respublikası Prezidentinin 19.04.2018-ci il tarixli, 1 nömrəli Fərmanının 5-ci və 8-ci bəndlərində nəzərdə tutulmuş siyahılara daxil edilməsini tələb etmək hüququ vardır.
14. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən apellyasiya şikayəti verilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-233/2020 saylı 02.06.2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.10.2020-ci il tarixli, 21(103)-14172020 nömrəli qərarı ilə (sədrlik ed ən və məruzəçi –X.A.Cəmilova, hakimlər – M.N.Tağızadə və R.M.Həsənov) apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 02.06.2020-ci il tarixli, 2-1(112)-233/2020 nömrəli qərarının ləğv edilməsi, yeni qərar qəbul edilərək iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mərhum ərinin 1991-1992-ci illərdə məlum döyüşlərdə məhz hərbi qulluqçu kimi iştirak etməsini təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddianı əsaslandırmaq üçün təqdim olunan şahid ifadələri və hərbi hissə komandirinin hazırkı mübahisə ilə bağlı mövcud əmrində göstərilənlər isə iddiaçının mərhum ərinin məhz hərbi qulluqçu kimi döyüşlərdə iştirak edib həlak olması ilə bağlı birmənalı nəticəyə gəlmək üçün əsas vermir. Bu halın təsdiq olunmaması is ə iddiaçının mərhum ərinin adının Azərbaycan Respublikası Prezidentinin 19.04.2018-ci il tarixli Fərmanında nəzərdə tutulmuş müvafiq siyahıya salınmasını istisna edir.
17. Məhkəmə qərarı iddiaçıya 19.10.2020-ci il tarixində təqdim edilmişdir.
18. İddiaçı həmin qərardan 16.11.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.10.2020-ci il tarixli, 2-1(103)14172020 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a. Kassasiya şikayətinin dəlilləri
19. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə ol araq qeyd olunmuşdur ki, məhkəmə qərar qəbul edərkən N saylı hərbi hissə komandirinin 11.01.1993-cü il tarixli *** saylı əmrindən çıxarışında A-nın adının qarşısında “mülki” sözünün yazıldığına istinad etmişdir. Məhkəmə həmin “mülki” sözünün yazılmasını əsas gətirərək mərhum A-nın hərbi qulluqçu statusunun olmaması qənaətinə gəlmişdir. Halbuki, həmin mülki sözü ona görə yazılmışdır ki, A həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu kimi yox, ehtiyada olan hərbi vəzifəli kimi N saylı hərbi hissənin tərkibinə qatılmışdır. Çünki, A 1992-ci ildən qabaq Sovet ordusu sıralarında həqiqi hərbi xidmətini başa vurub ehtiyata buraxılmış, sonradan vətənpərvərlik göstərərək könüllü surətdə orduya yazılmışdır. 20. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 29.1-ci maddəsinə görə həqiqi hərbi xidmətə ç ağırılmış və ya könüllü daxil olmuş Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasına və onun xalqına sadiq olacaqları barədə hərbi and içirlər. Deməli, qanunverici həqiqi hərbi xidmətə qəbulun 2 növünü – çağırış əsasında və könüllü əsaslarla növlərini fərqləndirir. A da məhz hərbi xidmətə könüllü daxil olmuşdur. Eyni zamanda, Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissənin və Zəngilan hərbi Komissarlığının A barəsində arayış verməsi onu göstərir ki, o, hərbi hissənin şəxsi heyətinə daxil edilmiş hərbi qulluqçudur. Əks halda, onun barəsində arayışı İcra Hakimiyyəti verərdi.
21. Bundan başqa, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikas ının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağışlama üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Qanunun mənasına görə vətəndaşlar könüllü qaydada Silahlı Qüvvələrdə xidmətə daxil olduqları gündən hərbi qulluqçu statusunu əldə edirlər. Hərbi vəzifəli A da könüllü qaydada Azərbaycan Respublikası Silahlı Qüvvələrinə xidmətə daxil olmuş hərbi qulluqçu olmuşdur.
22. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kab inetinin 15.01.1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın tətbiqində də səhvə yol vermişdir. Belə ki, Qaydaların 1.2.4-cü yarımbəndinin “ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab olunurlar” müddəasını S.Cəfərova aid etmişdir. Halbuki, S.Cəfərov erməni təcavüzü nəticəsində yox, erməni işğalçılarına qarşı 865 saylı hərbi hissənin tərkibində döyüşlərdə həlak olmuşdur.
23. Məhkəmənin Zəngilan Rayon İcra Hakimiyyəti Başçısının 10.07.2013-cü il tarixli, *** saylı arayışına dair nəticəsi də əsassızdır. Belə ki, həmin arayış A-ya şəhid statusunun verilməsinin yox, onun ailə üzvünün – həyat yoldaşının şəh id ailəsi statusuna malik olmasını təsdiq edən arayışdır. İkincisi, cavabdeh tərəfindən A-ya “şəhid”, onun həyat yoldaşına “şəhid ailəsi” statusunun İcra Hakimiyyətinin arayışı əsasında verilməsi barədə sənəd təqdim edilməmişdir. Üçüncüsü, Qaydaların 2012-ci ilə qədər qüvvədə olan ilkin variantında şəhid statusu “digər hərbi qulluqçulara qeydiyyatda olduqları komissarlıqlar” tərəfindən verilmiş arayışlarla təsdiq olunması göstərilirdi. İş materiallarında olan Zəngilan Rayon Hərbi Komissarlığının 28.11.1994-cü il tarixli, *** nömrəli, 24.08.2007-ci il tarixli, *** nömrəli arayışlarında A-nın Azərbaycan Respublikası suverenliyi və torpaqlarının bütövlüyü uğrunda Zəngilan rayonunda gedən döyüşlərdə həlak olmasının təsdiq olunması onu sübut edir ki, o, hərbi qulluqçu kimi döyüşlərdə iştirak etmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən yuxarıda qeyd olunan maddi hüquq normaları ilə yanaşı İnzibati Prosessual Məcəllənin 12.1, 12.2, 13, 14.3, 58.7, 68.2ci maddələrinin, Mülki Prosessual Məcəllənin 217-ci maddəsinin tələblərini də pozmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı cavabdehlər etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı ol madan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 28. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Maddə
3. Vətəndaşlar Azərbayca n Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
29. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə görə bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir. Müdafiə xarakterli işlərin yerinə yetirilməsi üçün özlərinin razılığı ilə icra və ya qanunvericilik hakimiyyəti orqanlarına (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına və yaxud Azərbaycan Respublikasının Milli Məclisinə) ezam edilmiş hərbi qulluqçular həqiqi hərbi xidmətdə saxlanılmaqla b u Əsasnaməyə müvafiq olaraq həqiqi xidmət keçirlər və qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş hüquq, güzəşt və imtiyazlardan istifadə edirlər. Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.4-cü yarımbəndinə əsasən Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab olunurlar. Həmin Qaydaların 4.1-ci maddəsinin 3-cü abzasına əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazi rliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. 31. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19.04.2018-ci il tarixli Fərmanının 1-ci bəndinə əsas ən 1997-ci il avqustun 2dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11000 manat məbləğində birdəfəlik ödəmə verilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində göstərilmişdi ki, birdəfəlik ödəmə bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Həmin Fərmanın 4-cü bəndinə əsasən birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. 32. “İnzibati icraat haqqında” Qanun: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfin dən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.
33. İnzibati-Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, beləşərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
35. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən iddiaçının mərhum ərinin döyüşlərdə məhz hərbi qulluqçu kimi iştirak edib həlak olmasının təsdiq olunmadığına istinad etmişdir. İddiaçı da bununla razılaşmayaraq kassasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, iddiaçı mülki şəxs kimi yox, məhz hərbi qulluqçu kimi həlak olmuşdur.
38. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya instans iyası məhkəməsində baxlarkən müəyyən edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsinin arxiv uçot sənədlərində mərhum A-nın xidmət keçməsi, hərbi əməliyyatlarda həlak olması və şəhid hesab olunması barədə hər hansı məlumat yoxdur. Həmçinin, Müdafiə Nazirliyinin Təşkilati-Səfərbərlik İdarəsindən Xidmətin Aparatına təqdim edilmiş “1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”nda da mərhum A-nın adı keçmir. Eyni zamanda, şahid qismində ifadə vermiş şəxslər də iddiaçının mərhum ərinin sadəcə döyüşlərdə iştirak edib həlak olduğunu təsdiqləmiş, onun hərbi qulluqçu olması ilə bağlı heç nə deyə bilməmişlər.
39. Hazırkı qərarın 31-ci bəndində göstərilən Fərmanın m əzmunundan isə görünür ki, həmin Fərman Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə verilmişdir. Hazırkı işə apellyasiya instansiyası məhkəməsində baxılarkən isə iddiaçının mərhum ərinin məlum döyüşlərdə məhz hərbi qulluqçu kimi iştirak edib həlak olması faktı təsdiqlənməmişdir, iddiaçının təqdim etdiyi sübutlar isə bu halın mövcudluğuna dəlalət etmir.
40. Bundan başqa, hazırkı qərarın 30-cu bəndində qeyd olunan Qaydalardan göründüyü kimi, şəhid ailəsi statusu mülki vətəndaşlara rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyini haqlı hesab edən məhkəmə kollegiyası qeyd edi r ki, iddiaçıya “şəhid ailəsi” statusunun müvafiq icra hakimiyyəti orqanı (Zəngilan Rayon İcra Hakimiyyəti) tərəfindən verilməsi halı bir daha onun mərhum ərinin döyüşlərdə hərbi qulluqçu kimi deyil, könüllü mülki vətəndaş kimi iştirak edib həlak olduğunu ehtiva edir.
41. Göründüyü kimi, iddiaçının tələbi əsassız olduğundan cavabdeh orqanın imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmamış, eləcə də inzibati icraatın aparılması ilə bağlı hazırkı qərarın 32-ci bəndində göstərilən tələblərə uyğun olmuşdur.
42. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zama n göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçının mərhum ərinin adının Azərbaycan Respublikası Prezidentinin 19.04.2018-ci il tarixli, 1 nömrəli Fərmanında nəzərdə tutulmuş siyahıya daxil edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı mərhum ərinin məhz hərbi qulluqçu kimi həlak olmasını sübut edə bilməmişdir.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya ş ikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.10.2020-ci il tarixli, 21(103)-1417/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.