Məhkəmə qərarları › İş №2-1(102)-233/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-233/2022

01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-233/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü; prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi və Dövlət Sosial Müdafiə Fondunun 19 saylı regional ərazi filialı) “əlilliy in bərpa olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 21 sentyabr tarixli, 2-1(103)-2047/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı 2020-ci il 16 sentyabr tarixdə Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək təyin olunmuş əlilliyə görə əmək pensiyasının bərpa olunması vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmasını xahiş etmişdir.

2. Gəncə İnzibati Məhkəməsinin 2021-ci il 12 fevral tarixli, 2-1(114)-169/2021 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı barəsində əlilliyin qiymətləndirilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (Agentliyi) tərəfindən Tibbi Sosial Ekspertiza və X1 etibarsız edilməsinin qanunsuz hesab edilməsini, həmin Alt Sistemdə iddiaçıya aid əlilliyi olan şəxs hesab olunmasına əsas verən qiymətləndirmənin bərpa edilərək ikinci dərəcəli əlilliyimin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidmətinə (Agentliyinə) həvalə edilməsini xahiş etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 26 aprel tarixli, 2-1(112)-4838/2021 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 26 aprel tarixli, 2-1(112)-4838/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 26 aprel tarixli, 2-1(112)-4838/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı barəsində əlilliyin qiymətləndirilməsinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Tibbi Sosial Ekspertiza və X1 etibarsız edilməsi qanunsuz hesab edilmiş, həmin Alt Sistemdə iddiaçıya aid əlilliyi olan şəxs hesab olunmasına əsas verən qiymətləndirmə bərpa edilərək ikinci dərəcəli əlilliyinin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərarın düzgünlüyü ilə bağlı hər hansı əsaslı şübhələrin mövcudluğu həmin qərarın birbaşa ləğvinə və ya etibarsızlığına səbəb olmur. Bununla əlaqədar olaraq mövcud şübhəli hallarla bağlı müvafiq araşdırma aparılmalı, şəxs əyani müayinəyə cəlb edilməli, bundan sonra isə qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edilməlidir. Hazırkı iş üzrə qanunvericiliyin qeyd olunan tələblərinə isə əməl olunmamışdır. Belə ki, iddiaçının əlilliyi birbaşa etibarsız hesab edilmiş, onun əyani müayinəsi həyata keçirilməm işdir.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

9. Cavabdeh, həmçinin vəsatətlə müraciət edərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, Agentlik yaxın vaxtda yeni binaya köçdüyü üçün sənədlərin aidiyyəti üzrə struktur bölmələrə çatdırılmasına texniki problemlərə və sənədə dövriyyəsinin həcminə görə çətinliklər yaranmış, həmçinin işçi heyəti az olmuşdur. Bu səbəbdən də şikayət vermə müddəti ötürülmüşdür. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 21 sentyabr tarixli, 2-1(103)-2047/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apelyasiya mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2021-ci il 26 aprel tarixli, 2-1(112)-4838/2021 saylı qərarı cavabdeh tərəfindən 2021-ci il 5 may tarixdə xəbərnaməyə imza edilməklə alınmışdır. Belə olan halda, şikayət vermənin son müddəti qanunvericiliyin tələbinə görə 2021-ci il 5 iyun tarixi hesab olunur. Buna baxmayaraq iş materiallarından görünür ki, apellyasiya şikayəti poçt xidməti tərəfindən 2021-ci il 10 iyun tarixdə qəbul olunmuş, Bakı İnzibati Məhkəməsinə isə Bakı Apellyasiya Məhkəməsinə vasitəsilə 2021-ci il 17 iyun tar ixdə daxil olmuşdur. Göründüyü kimi, apellyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmişdir. Qanunverici müddət buraxılarkən konkret hansı halların üzrlü olmasını qeyd etməsə də, bu hamıya məlum olan hallarla əlaqədar olur (məsələn, şəxsin xəstəliyi, ailə üzvlərindən hər hansı birinin ölməsi, xidməti ezamiyyətdə olması, təbii fəlakətin baş verməsi və s.). “Üzrlü” sözünün terminoloji təhlilindən görünür ki, həmin söz leksik mənasına görə “səbəbi qəbul oluna bilən” hallarda işlədilir. Hazırkı halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı rəsmi qaydada cavabdehə təqdim edildiyindən sonuncu tərəfindən apellyasiya şikayəti verilməsi müddəti üzrsüz səbəbdən buraxılmışdır. Ona görə də, ərizə təmin edilə bilməz.

12. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini və apellyasiya şikayətinə baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin həmin qərardadında maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş və cavabdeh təşkilatın apellyasiya şikayəti vermək hüququ əsassız olaraq məhdudlaşdırılmışdır. Bu səbəbdən də həmin qərardad ləğv edilməli və apellyasiya şikayəti vermək üçün buraxılmış müddət üzrlü hesab edilərək apellyasiya şikayətinin mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməli dir. Qanunvericilik buraxılmış müddətin bərpa edilməsinə dair üzrlü səbəblərin dairəsini müəyyənləşdirmir və bu məhkəmənin öhdəsinə buraxılır. Məhkəmə müddətin bərpasına dair ərizəyə baxarkən üzrlü səbəbləri aydınlaşdırır və pozulmuş maddi və prosessual hüquqların müdafiəsinə şərait yaradır. Belə olan halda məhkəmə Agentliyin cavabdeh qismində çox sayda məhkəmə mübahisələrinə cəlb edilməsi, insan resursunun çatışmazlığı, eləcə də müraciətlərin çoxluğu səbəblərini üzrlü səbəb kimi görməli və buraxılmış müddətin bərpasına dair ərizə yazıldıqdan sonra şikayətə baxılmasını mümkün hesab etməlidir. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətini müddətini üzrlü səbəbdən buraxmışdır. Apellyasiya instansiyası məhkəməsi qərəzli olaraq müddəti bərpa etməmiş və əsassız olaraq cavabdeh təşkilatın şi kayət vermək hüququnu məhdudlaşdırmışdır. Bu isə yolverilməzdir və məhkəmə hakimiyyətinin prinsiplərinə ziddir. Beləliklə, maddi və prosessual hüquq normalarının, eləcə də çəkişmə prinsipinin kobud şəkildə pozulması nəticəsində düzgün olmayan qərardad qəbul edilmişdir. Belə bir qərardadın qanuni qüvvə alması cavabdeh tərəfin hüquqlarının əsaslı şəkildə pozacaqdır. Bu səbəbdən də həmin qərardad ləğv edilməlidir. b. kassasiya şikayətinə etirazın dəlilləri

14. İddiaçı və üçüncü şəxslər kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şi kayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə ( həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

19. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses işti rakçısının təqsiri olmasın.

20. İşdən göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin 2021-ci il 26 aprel tarixli, 2-1(112)-4838/2021 saylı qərarının cavabdehə 2021-ci il 5 may tarixdə təqdim edildiyi və İPM-in 23.1-ci maddəsinə əsasən müddətin axımının məhkəmə qərarının təqdim edildiyi gündən başlandığı nəzərə alınmaqla, həmin qərardan apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş 30 günlük müddətin son günü 2021-ci il 3 iyun hesab olunur. Cavabdehin apellyasiya şikayəti 2021-ci il 10 iyun tarixdə, yəni apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddət başa çatdıqdan sonra poçt xidmətinə təqdim olunmuşdur.

21. Prosessual müddətin bərpasına dair vəsatətin və şikayətin əsas dəlili ondan ibarətdir ki, Agentlik yaxın vaxtda yeni binaya köçdüyü üçün sənədlərin aidiyyəti üz rə struktur bölmələrə çatdırılmasına texniki problemlərə və sənədə dövriyyəsinin həcminə görə çətinliklər yaranmış, həmçinin işçi heyəti az olmuşdur.

22. Məhkəmə kollegiyası vəsatətin və şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinin yetərli əsası kimi qəbul etmir. Belə ki, inzibati orqanın iş yükü (o cümlədən, sənəd dövriyyəsi) ilə kadr potensialı arasında mütənasibliyi təmin etməməsi prosessual müddətin ötürülməsində onun təqsirini aradan qaldırmır.

23. Beləliklə, prosessual müddətin buraxılmasında cavabdeh təqsirsiz olmamışdır.

24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 21 sentyabr tarixli, 2-1(103)-2047/2021 nömrəli qərardadı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar