Məhkəmə qərarları › İş №2-1(102)-2330/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2330/2019

17.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2330/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: qaçqın statusunun verilməsi. GİRİŞ HİSSƏ 17.09.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), X3, X2 ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1139/2019 saylı iş üzrə 0 2 may 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17 sentyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 26 oktyabr 2018-ci il tarixli, İQ129/1 saylı qərarına əsasən Əfqanıstan Respublikası vətəndaşı İddiaçınə qaçqın statusu verilməsindən imtina edilmişdir. Həmin qərar aşağıdakı qaydada əsaslandırılmışdır: “İddiaçı 1998-ci ildə Əfqanıstanın Helmənd vilayətinin Nahar Sərac rayonunun Bazar kəndində anadan olan Əfqanıstan vətəndaşıdır. Ərizəçinin atası etnik mənsubiyyətinə görə bəluc, anası isə həzaradır. Ərizəçi də özünü bəluc sayır və İslamın Şiə məzhəbinə etiqad edir. Ərizəçi subaydır, onun Əfqanıstanda yaşayan üç bacı- qardaşı var. Ərizəçinin hər iki valideyni də Əfqanıstanda yaşayır. Ərizəçinin atası Helmənd radio-televiziya stansiyasının direktorudur. İddiaçı 12 illik orta təhsili alıb, daha sonra şəxsi səbəblərdən təhsilini davam etdirə bilməyib. O, etnik mənsubiyyətinə görə puştun olan və güclü şəxslərin uşaqlarının olduğu sinifdə oxuyub və 10-cu sinifdə oxuyan zaman dörd sinif yoldaşı tərəfindən zorlamaya məruz qalıb. Ərizəçinin atası onu qisas almağı və onu zorlayan dörd şəxsi öldürməyi və ya həmin şəxsləri öldürməsi üçün onları atasına göstərməyi tələb edirdi. Lakin iddiaçı bunlardan heç birini edə bilməyib. Hadisə internetdə göstərildikdən sonra yayılıb. Bundan sonra ərizəçi Kabilə köçüb və burada 7 ay qalaraq ingilis dili kursuna gedib. Daha sonra geri qayıtsa da, atasının təzyiqləri səbəbindən orada artıq yaşaya bilməyib və ölkəni tərk etmək məqsədilə Kabilə gedib. Bu hadisədən sonra ərizəçinin anası ona Azərbaycana gəlmək üçün viza almağa kömək edib və ərizəçi ölkəni tərk edərək 2018-ci ilin iyun ayında Azərbaycana gəldiyini bildirmişdir. Ərizəçinin ərizə-anketinin qeydiyyatı və müsahibə zamanı söylədiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut edərək etibarlı pasportunu təqdim etmiş və bu doğru olaraq qəbul edilmişdir. Bundan əlavə, ərizəçinin müsahibə zamanı bildirdiyi bəzi məqamlar onun mənşə ölkəsində həyatı üçün hazırda ciddi bir təhlükənin olmadığını deməyə əsas verir. Belə ki, onun dediklərinə əsasən bu hadisə 2 il bundan qabaq baş ve rmiş və hadisə kifayət qədər yayılmışdır. Ərizəçi atasının israrla həmin şəxslərin kim olmasını ondan tələb etdiyini deməsi inandırıcı görünmür, çünki faktiki olaraq bu hadisə gizli olaraq qalmamış, həmin məntəqədə yayılmışdı. Bundan əlavə onun müsahibə zamanı dediklərindən məlum olmuşdur ki, ötən müddət ərzində şəxsin həyatı üçün heç bir təhlükə yaranmamış, onu təqib və ya təhdid edən olmamışdır. Beləliklə, ərizəçi ilə aparılmış müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə qaçqın statusunun verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir”. Qərarla razılaşmayan iddiaçı inzibati şikayətlə müraciət edərək qərara yenidən baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 26 dekabr 2018-ci il tarix li, 364 saylı qərarı ilə şikayət əsassız olduğuna görə təmin edilməyərək qərar dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək cavabdehin sözügedən qərarlarının qanunsuz hesab edilməsi və ona qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1133/2019 saylı, 06 mart 2019-cu il tarixli qərarı (hakim – Ş.Ə.Süleymanova) ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1139/2019 saylı, 02 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – V.M.Məmmədov, hakimlər – S.S.Seyidova və İ.B.Əhmədov) iddiaçının apellyasiy a şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1133/2019 saylı, 06 mart 2019-cu il tarixli qərarıdəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 may 2019-cu il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan, həmçinin maddi və prosessual normalarının pozulması yolu ilə çıxarıldığından ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, cavabdeh iddiaçı ilə bağlı əsaslı təqib qorxusunun və real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmadan şablon ifadələrdən istifa də edib. “Qaçqınların statusu haqqında” Konvensiyanın və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun tələblərinə görə qaçqın statusunun təsir dairəsinə düşə bilmək üçün əsasən aşağıdakı elementlərin tələbləri ödənilməlidir: a) əsaslı qorxu, b) təqib və təqib üçün səbəblər, c) öz ölkəsinin himayəsindən istifadə edə bilməmək. "Təqib" termininin hamılıqla qəbul edilmiş anlayışı yoxdur. Ümumilikdə irqinə, dininə, vətəndaşlığına, siyasi baxışlarına və ya müəyyən sosial qrupa mənsubluğuna görə şəxsin həyat və ya azadlığının təhlükə altında olması bütün hallarda təqibdir. Eyni səbəblərə görə insan hüquqlarının digər ciddi pozuntuları da təqib təşkil edir (BMT QAK, Qaçqın statusunun müəyyən edilməsi üçün meyarlar və proseslər haqqında Bələdçi, 51-ci bənd). İddiaçının təqib edilməsinin əsasını ərizəçinin atasının onu qisas almağa və onu zorlayan dörd şəxsi öldürməyi və ya həmin şəxsləri öldürməsi üçün onları atasına göstərməyi tələb edirdi. Lakin ərizəçi bunlardan heç birini edə bilməyib. İddiaçının izahatlarından bəlli olur ki, onun məruz qaldığı instident ilə bağlı atası tərəfindən ona zərər yetirilə biləcəyindən və ya oğlanlardan birini öldürəcəyindən və bunun da dan davasına səbəb olacağından qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmir. Hadisə dərhal deyil, internetdə göstərildikdən sonra yayılıb. Bundan sonra isə ərizəçi Kabilə köçüb və burada 7 ay qalaraq ingilis dili kursuna gedib. Daha sonra geri qayıtsa da, atasının təzyiqləri səbəbindən orada artıq yaşaya bilməyib və ölkəni tərk etmək məqsədilə Kabilə gedib. İddiaçın ın bildirdiklərinin inandırıcılığının və mötəbərliyinin qiymətləndirilməsi ilə bağlı nəzərə alınmalıdır ki, o, işin mühüm faktiki halları, yəni onun təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib, həmin izahatlar spesifikdir və ziddiyyətli deyildir. Buna görə də, həmin izahatlar mötəbərlik tələbatını ödəyir. Ona görə də, kassatora qaçqın statusunun verilməsinin maddi-hüquqi əsasları mövcuddur. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qə rar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qər arı dəyişdirilmədən saxlanılmalıdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati ak tın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkə mə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə aparılmış müsahibələrdən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının müsahibə zamanı verdiyi izahatdan məlum olmuşdur ki, o, 10-cu sinifdə oxuyan zaman dörd sinif yoldaşı tərəfindən zorlamaya məruz qalıb. Ərizəçinin atası onu qisas almağı və onu zorlayan dörd şəxsi öldürməyi və ya həmin şəxsləri öldürməsi üçün onları atasına göstərməyi tələb edirdi. Lakin iddiaçı bunlardan heç birini edə bil məyib. Hadisə internetdə göstərildikdən sonra yayılıb. Bundan sonra ərizəçi Kabilə köçüb və burada 7 ay qalaraq ingilis dili kursuna gedib. Daha sonra geri qayıtsa da, atasının təzyiqləri səbəbindən orada artıq yaşaya bilməyib və ölkəni tərk etmək məqsədilə Kabilə gedib. Bu hadisədən sonra ərizəçinin anası ona Azərbaycana gəlmək üçün viza almağa kömək edib və ərizəçi ölkəni tərk edərək 2018-ci ilin iyun ayında Azərbaycana gəldiyini bildirmişdir. Kollegiya inzibati orqanın gəldiyi nəticə ilə razılaşır ki, ərizəçinin müsahibə zamanı bildirdiyi bəzi məqamlar onun mənşə ölkəsində həyatı üçün hazırda ciddi bir təhlükənin olmadığını deməyə əsas verir. Belə ki, onun dediklərinə əsasən bu hadisə 2 il bundan qabaq baş vermiş və hadisə kifayət qədər yayılmışdır. Ərizəçi atasının israrla həmin şəxs lərin kim olmasını ondan tələb etdiyini deməsi inandırıcı görünmür, çünki faktiki olaraq bu hadisə gizli olaraq qalmamış, həmin məntəqədə yayılmışdı. Bundan əlavə onun müsahibə zamanı dediklərindən məlum olmuşdur ki, ötən müddət ərzində şəxsin həyatı üçün heç bir təhlükə yaranmamış, onu təqib və ya təhdid edən olmamışdır. Ərizəçinin barəsində mənşə ölkəsində əsaslı təqib qorxusunun mövcudluğu sübuta yetirilmir. Bununla bağlı qeyd edilməlidir ki, hər hansı səbəbə söykənən istənilən təqib qorxusu deyil, yalnız irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan təqib qorxusu qaçqın statusunun alınmasına əsas təşkil edə bilər. İddiaçının ona münasibətdə törədildiyini bildirdiyi hadisə isə qaçqın statusu almağa əsas verən təqi b hallarına aid edilə bilməz. İddiaçının izahatlarından bəlli olur ki, onun məruz qaldığı instident ilə bağlı atası tərəfindən ona zərər yetirilə biləcəyindən və ya oğlanlardan birini öldürəcəyindən və bunun da dan davasına səbəb olacağından qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmir. Göründüyü kimi iddiaçı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan təqib qorxusundan ehtiyat etmir. İddiaçının istinad etdiyi ümumi narahatçılıq isə özü-özlüyündə qaçqın statusunun verilməsi üçün əsas təşkil etmir. İddiaçı onun barəsində sözügedən haldan irəli gələn irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan əsaslı təqib qorxusunun mövcudluğunu dəstəkləyən hər hansı inandırıcı və mötəbər sübut da təqdim etməmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, yenə iddiaçının özünün bildirdiklərindən müəyyən edilir ki, ərizəçi bir müddət Kabilə köçüb və orada təqib qorxusu olmadan sərbəst şəkildə yaşaya bilib. Nəhayət onu da nəzərə almaq lazımdır ki, iddiaçının bildirdiyi təhlükə hətta onun yaşadığı yerdə realdırsa belə, Əfqanıstanın digər bölgələrində sözügedən təhlükədən azad şəkildə yaşamaq imkanına malikdir. Kabildə bir müddət təhlükəsiz şəraitdə yaşaması da bunu təsdiq edir. Bundan başqa, iddiaçı vətəndaşlığı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşlığı olduğu ölkədə dövlət orqanları tərəfindən də təqibə məruz qalmamışdı r. Göründüyü kimi inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Kollegiya hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır. Nəzərə almaq lazımdır ki, qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadı qda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Hazırkı işin halları baxımından iddiaçının belə təqibin qurbanı olması barəsində tam əsaslı ehtiyatın mövcudluğu sübut olunmur. Yuxarıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, iddiaçının barəsində irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən edilmədiyindən inzibati orqan qaçqın statusunun verilməsindən qanuni və əsaslı olaraq imtina etmişdir. Kollegiya hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin m əqsədinə uyğun həyata keçirmişdir. Bu mənada, kassasiya şikayətində göstərilən qaçqın anlayışının maddi hüquqi şərtlərinin iddiaçıya münasibətdə düzgün tətbiq edilmədiyi ilə bağlı bildirilənlər əsaslı deyildir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1139/2019 saylı iş üzrə 02 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar