Məhkəmə qərarları › İş №2-1(102)-2330/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2330/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2330/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (zəlzələdən dağılmış evinin əvəzinə yeni yaşayış evinin tikilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı1 (İddiaçı2 qəyyumu) cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı fəaliyyət qabiliyyəti olmayan qızı İddiaçı2 zəlzələdən dağılmış evinin əvəzinə yeni yaşayış evinin tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Ş əki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)154/2021 nömrəli iş üzrə 09.09.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 15 dekabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı1 və onun qızı İddiaçı2 Zaqatala rayon Muxax kəndində yaşayırlar. Həmin kənddə İddiaçı2 məxsus fərdi yaşayış evi vardır. 2012-ci ildə Azərbaycan Respublikasının şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində həmin ev qəzalı vəziyyətə düşmüşdür. Zaqatala rayon Məhkəməsinin 04.03.2020-ci il tarixli, 2(033)-132/2020 nömrəli qətnaməsi ilə İddiaçı2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmuş və Cavabdeh2 28.04.2020-ci il tarixli, 60 nömrəli sərəncamı ilə anası İddiaçı1 onun üzərində qəyyum təy in edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.05.2012-ci il tarixli 117s nömrəli sərəncamına əsasən, 2012-ci il mayın 7-də episentri Zaqatala rayonunun ərazisində olan zəlzələ nəticəsində Şəki şəhərində, Zaqatala, Balakən, Qax və digər rayonlarda yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20000000 (iyirmi milyon) manat məbləğində vəsait ayrılması qərara alınmışdır. Zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı fəaliyyət göstərən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən Zaqatala rayonu ərazisində zərər çəkmiş fərdi yaşayış evlərinə baxış keçirilmiş və müvafiq aktlar tərtib edilmişdir. İddiaçı2 fərdi yaşayış evi qəzalı evlər siyahısına daxil edilmiş, lakin ötən müddət ərzində həmin evə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. İddiaçı evə dəymiş ziyanın aradan qaldırılması üçün ərizə ilə cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə müraciət etmiş, cavabdeh isə 16.07.2019-cu il tarixli, 37/kd-03884 nömrəli cavab məktubu ilə bildirmişdir ki, təbii fəlakət nəticəsində ziyan dəymiş evlərə baxış keçirilərək müvafiq aktlar tərtib edilmişdir. İddiaçı2 məxsus fərdi yaşayış evi bərpaya ehtiyacı olan evlər siyahısına daxil edilmişdir və bununla əlaqədar müvafiq tədbirlər görüləcəkdir.

2. Bundan sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 c avabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə və Cavabdeh2nə qarşı zəlzələdən dağılan evin tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

3. İddia belə əsaslandırılmışdır ki, zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş evlər tikildiyi halda, onlara məxsus dağılan fərdi yaşayış evi hələ də tikiləsi evlər siyahısına daxil edilməmişdir. Cavabdeh iddiaya qarşı yazılı münasibət bildirməmişdir. Bundan sonra Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10.09.2019-cu il tarixli 21(84)1277/2019 nömrəli qərardadı ilə iddia geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Ko llegiyasının 2-1(107)-622/2019 nömrəli, 29.10.2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10.09.2019-cu il tarixli, 2-1(84)-1277/2019 nömrəli qərardadı ləğv edilərək baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmışdır. İddia ərizəsi İddiaçı2 tərəfindən imzalanmadığına, eləcə də iddia tələbinin Cavabdeh2nə aidiyyəti olmadığı halda, həmin orqan da iddia ərizəsində cavabdeh kimi göstərildiyinə görə, məhkəmənin 10.02.2020-ci il tarixli məktubu ilə həmin çatışmazlıqların aradan qaldırılması İddiaçı1 təklif edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı fəaliyyət qabiliyyəti olmayan qız ı İddiaçı2 zəlzələdən dağılmış evinin əvəzinə yeni yaşayış evinin tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

5. Birinci instansiya məhkəməsinin 08.12.2020-ci il tarixli, 2-1(116)96/2020 nömrəli (sədrlik edən hakim Vidadi Qasımov) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş qızı İddiaçı2 Zaqatala rayon Muxax kəndində yerləşən, zəlzələdən dağılmış evinin əvəzinə yeni yaşayış evinin tikilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası Konstitusiyasın ın 12, 43, 71-ci maddələrinə, Nazirlər Kabinetinin 08.05.2012ci il tarixli, 117s nömrəli sərəncamına, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi haqqında Əsasnamə"nin 7.2-ci maddəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 29.12.2006-cı il tarixli, 511 nömrəli Fərmanının müddəalarına əsaslanmaqla belə hesab etmişdir ki, iddiaçı fərdi yaşayış evinin tikintisini cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 08.12.2020-ci il tarixli, 2-1(116)-96/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məh kəməsindəki icraat

8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.09.2021-ci il tarixli, 2-1(107)-154/2021 nömrəli (hakimlər Vəzirxan Məlikov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Elçin Hüseynov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 08.12.2020-ci il tarixli, 2-1(116)-96/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

10. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2012-ci ilin may ayinın 7-də Respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonl arında bir çox yaşayış evlərə, sosial və infrastruktur obyektlərə ciddi ziyan dəymişdir. Baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Tikintidə X2 Agentliyinin mütəxəssisləri tərəfindən yerlərdə baxışlar keçirilmiş və müvafiq aktlar tərtib olunmuşdur. Həmin aktlara əsasən qəzalı vəziyyətdə olan evlər yenidən inşa inşa olunmuş, bərpaya ehtiyac olan evlərin sahiblərinə bərpa işlərinin aparılması üçün yardım şəklində müvafiq vəsait ayrılmışdır. Həmin tədbirlər çərçivəsində iddiaçı Zaqatala rayonu, Muxax kənd sakini İddiaçı1 və onun qızı İddiaçı2 evlərinə baxış keçirilmiş və 28 fevral 2013-cü il tarixində tərəfindən İddiaçı1 adına, 23 may 2012-ci il tarixində İddiaçı2 adına baxış aktları tərtib olunmuşdur. Həmin aktlara uyğun olaraq onların evləri bərpaya ehtiyac olan ki mi qeyd olunmuş və bununla bağlı onlara bərpa işlərinin aparılması üçün birdəfəlik yardımlar ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 dekabr 2012-ci il tarixli 17/5732-12/25 nömrəli tapşırığa əsasən ziyan dəymiş evlərin sahəsinə uyğun olaraq İddiaçı1 bərpa işlərinin aparılması üçün yaşayış sahəsinə görə 5000 (beş min) manat, İddiaçı2 — 4000 (dörd min) manat məbləğində vəsait "xxxx" MMC vasitəsi ilə ödənilmişdir.

11. Vətəndaşın evində bərpa işləri, ona ayrılmış vəsait hesabına, özünün cəlb etdiyi işçi qüvvəsi tərəfindən aparıldığından, həmin vəsaitin mülkiyyətçi tərəfindən təyinatı üzrə istifadə edilib-edilməməsi barədə məlumat yoxdur. Eyni zamanda, yardım almış şəxslərə təkrar vəsaitin ayrılması nəzərdə tutulmur. Bununla da, göstərilən maddi hüquq normasından göründüyü kimi (“İcbari sığortalar haqqında” Qanunun 36-cı maddəsi) vətəndaş öz evini icbari qaydada sığortamalı idi, lakin bunu etməmişdir. Vətəndaş qanunun tələblərinə riayət etdiyi təqdirdə onun evinə dəymiş ziyan müvafiq sığorta təşkilatı tərəfindən ödəniləcəkdir.

12. Bununla belə, həmin iddiaçılara dövlət tərəfindən müvafiq maliyyə yardımı göstərilmiş, lakin İddiaçı1 həmin vəsaiti alaraq, onu təyinatı üzrə xərclənmədiyinə görə ev təmirsiz və baxımsızlıq nəticəsində qəzalı vəziyyətə düşmüşdür. Məhkəmə isə buna hüquqi qiymət vermədən hazırkı Qərarı qəbul etdi.

13. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həmin bölgədə baş vermiş zəlzələ nəticəsində dəymiş zərərin aradan qaldırılması ilə bağlı təmir işlərin aparılması Fövqəladə Hallar Nazirliyinə şamil edilmədiyi məhkəməsi nin qərarı tərəfindən icrası mümkün deyil. Belə ki, Fövqəladə Hallar Nazirliyi yalnız yuxarı mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamı əsasında müvafiq tədbirlər görə bilər. Agentlik icra hakimiyyəti orqanı olduğundan onun saxlanma xərclən və fəaliyyəti dövlət büdcəsindən məqsədli olaraq ayrılan vəsait hesabına maliyyələşdirilir. Agentliyin bundan başqa digər maliyyə mənbəyi və ya fərdi bank hesabı olmadığına görə büdcədən bu məqsədlər üçün dövlət vəsaiti ayrılmadığı təqdirdə həmin vətəndaşlar üçün tərəfindən evlərin tikilməsi mümkün deyil.

14. Halbuki, bu barədə Agentliyə ekspertiza rəyi təqdim edilməmişdir. İşdə Agentlik cavabdeh tərəf olduğuna görə, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi Agentliyə təqdim olunmalı idi. Bununla da, Agentlik işdə sübut kimi is tifadə edilən ekspertiza ilə rəyi tanış olmaq və ona dair öz münasibətini bildirməkdən məhrum olunmuşdur.

15. İddiaçı1 məxsus evin yerləşdiyi torpağın təyinatı tam araşdırılmamışdır. Bu da məhkəmənin düzgün nəticəyə gəlməməsinə gətirib çıxarmışdır.

16. Bütün yuxarıda göstərilənlərə əsasən göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin 09.09.2021-ci il tarixli, 21(107)-154/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət k əsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiy mətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2 Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayəti n əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən ) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSA SİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisə üzrə düzgün məhkəmə qərarının qəbul edilməsi üçün işin halları apellyasiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmamışdır.

21. Belə ki, iddiaçı iddia ərizəsində yazır ki, “2012-ci ildə zəlzələ komissiyası evə baxış keçirdi evi qəzalı yazdılar.”

22. İşin 30-cu səhifəsində olan cavabdehin iddiaçıya yazdığı 12.07.2019cu il tarixli məktubunda göstərilmişdir ki, 2012-ci ildə respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələri ilə əlaqədar “tərtib olunmuş akta əsasən İddiaçı2 fərdi yaşayış evi bərpaya ehtiyacı olan evlər siyahısına aid edilmişdir. Bununla əlaqədar tərəfimizdən tədbir görüləcəkdir”.

23. Eyni zamanda işin 72-ci səhifəsində olan tikinti vəziyyəti haqqında 23 may 2012-ci il tarixli baxış aktından görünür ki, həmin baxış aktı Fövqəladə Hallar Nazirliyinin 2 məsul işçisi və Zəyəm kənd inzibati ərazi dairəsi üzrə 1 nümayəndəsi tərəfindən tərtib edilmiş və iddiaçının evinin vəziyyəti “bərpa gücləndirmə” kimi müəyyən edilmişdir.

24. İşin 73-cü səhifəsində olan vətəndaşlara kompensasiya ödənişi cədvəlində, evin “texniki vəziyyəti” sətrində “qəzalı” çap olunduğu halda, üstündə qələmlə “bərpa” sözü yazılmış, iddiaçıya “ödəniləcək məbləğ” 4000 manat olaraq qeyd edilmişdir.

25. Digər tərəfdən, işin 85-ci səhifəsində olan cavabdehin iddiaçıya ünvanlandığı 16.07.2019-cu il tarixli 16.07.2019-cu il tarixli məktubunda yazılmışdır ki, “Həmin akta əsasən İddiaçı1 məxsus fərdi yaşayış evi bərpaya ehtiva olan evlər siyahısına daxil edilmişdir. Bununla əlaqədar evinin bərpası üçün ona 5000 manat vəsait ödənilmişdir. İddiaçı2 məxsus fərdi yaşayış evi bərpaya ehtiyacı olan evlər siyahısına daxil edilmişdir. Bununla əlaqədar tərəfimizdən müvafiq tədbirlər görüləcəkdir”.

26. Eyni zamanda işin 121-ci səhifəsində olan ekspert rəyində qeyd edilir ki, “İddiaçı2 məxsus olan və Zaqatala rayon Muxax kəndində yerləşən ev hazırda yaşayış üçün yarasız vəziyyətdədir... Buna görə də, həmin yaşayış evinin istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün, sökülərək yenidən inşa edilməsi zəruri hesab edilir”.

27. Bundan başqa işin 211-ci səhifəsində olan X5 İddiaçı1 ünvanlandığı 09.08.2021-ci il tarixli məktubunda deyilir ki, “evin bərpası üçün 4000 AZN pul vəsaiti daxil olmuşdur və həmin vəsait alınmamışdır”.

28. Beləliklə göründüyü kimi yuxarıda göstərilmiş işdəki sənədlər arasında aşkar ziddiyyətlər mövcuddur ki, həmin ziddiyyətlər apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır.

29. Bunun nəticəsində iş üzrə düzgün olmayan məhkəmə qərarı qəbul edilmişdir.

30. Bununla yanaşı İddiaçı2 ödəniş cədvəlində evin ünvanı Zaqatalanın Zəyəm kəndində göstərildiyi halda, işin 88, 89-cu səhifələrində olan torpağa dair çıxarışlarda və ekspert rəyində Zaqatala rayonunun Muxax kəndi yazılmışdır.

31. Lakin apellyasiya məhkəməsi işin bu hallarını da araşdırmamışdır.

32. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 09.09.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kas sasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.09.2021-ci il tarixli, 2-1(107)-154/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar