Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2330/2024 15.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; şikayətin ordersiz verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “abunə kodunun açılması və s.” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1807/2024 nömrəli qərardadından ərizəçilər X5 və İbrahimova Səkinə Adşirin qızı tərəfind ən birgə verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. Sonradan iddia tələbinə dəqiqləşmə edilərək cavabdehin əsl cavabdeh "xxxx" ASC-ilə əvəz edilməsi, iddia tələbinin elektrik enerjisinin verilməsi ilə iddiaçının adına abunə kodunun açılması, sayğacın quraşdırılması, müqavilənin bağlanılması vəzifəsinin cavabdehə həvalə edilməsi xahiş edilmiş, dəqiqləşmə icraata qəbul edilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-10763/2023 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçının istifadə sində olan ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin elektrik enerjisi ilə təmin edilməsi, iddiaçının adına abunə kodunun açılması, sayğacın quraşdırılması, onunla müqavilənin bağlanılması vəzifəsi cavabdehə həvalə edilmişdir.
4. X5 və İbrahimova Səkinə Adşirin qızı məhkəməyə ərizə (vəsatət) ilə müraciət edərək, üçüncü şəxs qismində icraata cəlb edilmələrini, həmin məhkəmə qərarının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişlər.
5. Ərizə onunla əsaslandırılmışdır ki, torpaq sahəsi və orada olan yaşayış sahələri faktiki onlara məxsusdur. İddiaçının da onlara məxsus əmlakdan çıxarılması barədə rayon məhkəməsində iddia qaldırılmışdır. Hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi barədə qərarın qəbulu hüquqlarının pozulmasına səbəb olmuşdur.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10763/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 və İbrahimova Səkinə Adşirin qızının üçüncü şəxs qismində icraata cəlb edilməsi, qərardadın ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə ərizələri təmin edilməmişdir.
7. Ərizəçilər həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1807/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10763/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Ərizəçilər həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini v ə hazırkı inzibati iş üzrə onların üçüncü şəxs qismində cəlb edilməklə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 67.1 Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4. Şikayətə vəkilin orderi... əlavə olunur.
12. Azərbaycan Respublikası Vəkillər X4 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamə: Maddə 1.5. Vəkil orderi (bundan sonra - order) – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyə tlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. KASSASİYANİN MÜMKÜNLÜYÜ
13. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
14. İPM-in 90.3-cü və MPM-in 67.1, 407.3 və 407.4-cü maddələrinin tələblərindən göründüyü kimi, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli, vəkil tərəfindən imzalanmalı və şikayətə order əlavə olunmalıdır; kassasiya şikayəti yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. İddiaçının kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış və şikayətə vəkilin orderi əlavə olunmamışdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ
15. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
16. İPM-in 90.3-cü və MPM-in 67.1, 407.3 və 407.4-cü maddələrinin tələbl ərinə əsasən kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli, vəkil tərəfindən imzalanmalı və şikayətə order əlavə olunmalıdır.
17. X5 və İbrahimova Səkinə Adşirin qızının kassasiya şikayəti vəkil tərəfindən tərtib olunub imzalansa da, şikayətə vəkilin kassasiya instansiya məhkəməsi üçün nəzərdə tutulan orderi əlavə edilməmişdir. Şikayətə orderin əlavə edildiyi şikayətə əlavə edilən sənədlərin siyahısında da göstərilməyib. 18. “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin 1.5-ci maddəsinə əsasən Vəkil orderi müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir.
19. Vəkil Nüm ayəndə adına tərtib edilmiş və işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ******* №-li orderdə tapşırığın yerinə yetirildiyi təşkilat kimi Bakı Apellyasiya Məhkəməsi göstərilmişdir.
20. Beləliklə, kassasiya şikayəti verilərkən qanunvericiliklə müəyyən edilmiş tələbə əməl edilmədiyindən, ərizəçilərin şikayəti üzrə kassasiya mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir.
21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1807/2024 nömrəli qərardadından ərizəçilər X5 və İbrahimova Səkinə Adşirin qızı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və şikayətin icraata qəbulundan imtina edilir.