Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2331/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından İddiaçı1 və qeyrilərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: mümkünlük GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə, 07.08.2019 iddiaçılar İddiaçı5, İddiaçı9, İddiaçı13, İddiaçı15,İddiaçı14, İddiaçı17,İddiaçı6, İddiaçı4,İddiaçı28 və onların vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı işlə təcili təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsi və qərarın müddətinin uzadılması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qərardadından iddiaçılar İddiaçı5, İddiaçı9, İddiaçı13, İddiaçı15,İddiaçı14, İddiaçı17,İddiaçı6, İddiaçı4 və İddiaçı28 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 Manaf qızı, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, X2, İddiaçı16, X6, İddiaçı20, İddiaçı21, İddiaçı22, X3, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28, X5 və İddiaçı17 cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nazirlər Kabinetinin üzə rinə onun 1994-cü il 10 may tarixli, 181 nömrəli qərarının təsiri altına düşən məcburi köçkünlərin işlə təcili təmin edilməsi üçün müvafiq tədbirlər görmək (qərarın 1-ci bəndi) və həmin qərarın 2-ci bəndinin müddətinin (01.01.2017-ci il tarixdən hesablanmaqla) uzadılması barədə qərar qəbul etmək vəzifəsinin qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qərardadı ilə (hakim E.Məmmədov; iş No 2-1(81)-3958/2018) iddianın mümkün sayılmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qərardadı ilə(sədrlik edən H.Həmidov, hakimlər E.Nağıyeva və V.Baxışova; iş № 21(103)-2876/2018) apellyasiya şikayətinin qismən təmin edilməsi; 1 saylı Bakı İnziba tiİqtisadi Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçılar kassasiya şikayəti verərək, qərardadı ləğv edib, işin yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçıların kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərardad qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçıların vəkili Ş.Camalzadə kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edi lməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qərardadını ləğv edib, işin yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçılar vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh Nazirlər Kabinetinin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçıların birgə iddia ərizəsində qeyd edilənlərə görə, onların hamısı məcburi köçkün statusuna malik və ona görə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” 181 saylı 10.05.1994-cü il tarixli Qərarının təsiri altına düşən şəxslərdir. Həmin Qərarın 1-ci bəndində Nazirlər Kabineti əlaqədar müvafiq icra hakimiyyəti orqanlarına əraziləri işğal olunmuş rayonların mövcud idarəetmə strukturlarını saxlamaq və onların fəaliyyətindən bilavasitə istifadə etməklə büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş məcburi köçkünlərin təcili surətdə işlə təmin edilməsi üçün qət tədbirlər görmələrini; 2-ci bəndində isə büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə 01.09.1994-cü il tarixədək orta əmək haqqlarının verilməsi tapşırılmışdır. Həmçinin Q ərarın 4-cü bəndinə işlə təmin olunmuş məcburi köçkünlərə onların işlə təmin olunduqları aydan başlayaraq nəzərdə tutulmuş müavinətlərin verilməsinin dayandırılması nəzərdə tutulmuşdur. Sonradan həmin Qərarın müddəti bir neçə dəfə uzadılmış və bu Qərara 4-1-ci bənd əlavə edilməklə, büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda çalışmış, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə pensiya yaşına çatdıqda, orta aylıq əmək haqqının dayandırılması müəyyən edilmişdir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 307 saylı 18.09.2015-ci il tarixli Qərarı ilə). Nəhayət, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yeri ndən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında” 132 saylı 17.03.2016-cı il tarixli Qərarla 1-ci Qərarın 2-ci bəndinin müddəti 01.01.2017-ci il tarixədək uzadılmış və 5-ci bəndinə əsasən, işğal altında olan rayonların büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarına aid edilməyən digər işəgötürənlərlə istər əsas, istərsə də əlavə iş yeri üzrə əmək müqaviləsi bildirişi qeydiyyata alınan məcburi köçkünlərə dondurulmuş iş yeri üzrə orta aylıq əmək haqqının verilməsi dayandırılmışdır. İddiaçılar bildirmişlər ki, yuxarıda qeyd edilən Qərarlarda əlaqəli mvafiq icra hakimiyyəti orqanlarına verilən tapşırıqlara baxmayaraq, onlar hələ də işlə təmin edilməmişlər. Eyni zamanda onlar pensiya yaşına da çatmayıblar. Belə olan halda sonunc u Qərarda müəyyən edilmiş müddətdən (01.01.2017-ci il tarixdən) sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1-ci Qərarının müddəti uzadılmamış və nəticədə iddiaçılar işlə təmin edilməyən məcburi köçkünlər olsalar da, onlara ödənilən məbləğlərin (orta aylıq əmək haqqının) ödənilməsi dayandırılmışdır. İddiaçılar hesab etmişlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 181 saylı 10.05.1994-cü il tarixli Qərarının 2-ci bəndinin müddətinin uzadılmaması ilə nəticələnmiş hərəkətsizliyi qanunpozuntusudur ki, bununla onların qanunla qorunan hüquqları pozulmuşdur. Araşdırılan qərardaddan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi düzgün olaraq iddiaçıların iddialarını mümkün saymasa da, bu qərardadın əsaslandırlmasında səhvə yol vermişdir. Apellyasiya instansiya məhkəməsi belə hesab etmişdir ki, qərarın müddətinin uzadılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin diskresion səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin diskresion səlahiyyətinə uyğun olaraq qəbul etdiyi qərarın müddətinin uzadılması onun öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətidir. Məhkəmə tərəfindən Nazirlər Kabinetinin üzərinə həmin qərarın uzadılması ilə bağlı hər hansı öhdəliyin qoyulması mümkün deyildir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Nazirlər Kabinetinin səlahiyyətlərinin müzakirəsinə o vaxt yol verilə bilər ki, bu səlahiyyət inzibati-iqtisadi məhkəməsinə verilsin. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının mübahisələndirilməsi məsələsi qanunla inzibati-iqtisadi məhkəməsinin deyil, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətinə aid edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsinin 2-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında Azərbaycan Respublikası Prezidentinin fərmanlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası qanunlarına uyğunluğu məsələsini həl edir. Eyni zamanda həmin maddənin V hissəsinə m üvafiq olaraq hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin İİİ hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər. İddiaçılar hesab edirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin hərəkətsizliyi ilə (işlə təmin edilməyən məcbur köçkünlərə orta əmək haqqı miqdarında müavinətin verilməsinin müddətinin uzadılmasına dair yeni qərarın qəbul edilməməsi) qanun uyğun olamamaqla yanaşı iddiaçıların qanunla qorunan hüquqlarını pozmuşd ur. Belə olan halda bu məsələnin həlli üçün onlar qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etməlidirlər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadı nətiəcə etibarı ilə düzgün oluğundan onun ləğv edilməsinə əsas yoxdur. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qeyd edilən normaya görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Ona görə də, iddiaçıların iddia tələbləri mümkün sayıla bilməzdi. Azərbaycan Respublikası İPM-nin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələr ini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı5, İddiaçı9, İddiaçı13, İddiaçı15,İddiaçı14, İddiaçı17,İddiaçı6, İddiaçı4,İddiaçı28 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2331/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2331/2019
07.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver