Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2331/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qeyri yaşayış sahəsinə hüququn qeydə alınması, antresolun nəzərə alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtis adiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-28/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 14 iyun 2013-cü il tarixli “Yaşayış binasında qeyri mənzil sahəsinin tikintisi haqqında müqavilə”nin predmetinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci yaşayış massivi 3a ünvanında yerləşən "xxxx" MMC-nin tikilmiş olan binasının k ürsü mərtəbəsində yerləşən 50.6 kv.m qeyri-yaşayış yerini payçı İddiaçı qızına verməyi, İddiaçı isə həmin qeyri-yaşayış yerini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş qiymət əsasında MMC-yə ödəməyi öhdəsinə götürür. Göstərilən qeyriyaşayış sahəsinin ümumi sahəsi 50.6 kv.m-dir. Qeyri-yaşayış sahəsinin ümumi dəyəri 54.600 manat təşkil etmişdir. 2. "xxxx" MMC tərəfindən verilmiş 01 nömrəli, 14 iyun 2013-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi 3-də yerləşən yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Bu binanın İ giriş, kürsü mərtəbəsində ümumi sahəsi 50.6 kv.m olan, qeyri-yaşayış sahəsinin pay dəyəri 54.600 manat alıcı İddiaçı tərəfindən ödənilmişdir. Bu günə qalıq yoxdur.
3. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il ta rixli, 46 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı”ndan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 14 mərtəbəli İ girişli yaşayış binası (kürsü mərtəbəsi qeyri-yaşayış sahəsi) mövcud (məskunlaşdırılmış) vəziyyətdə istismara qəbul edilmişdir. Poçt ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal – 2 yaşayış massivi, 3 A verilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin 8(82)-4/2016 saylı, 06 avqust 2021-ci il tarixli qərardadından müəyyən edilir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8(82)44/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yeni Yasamal massivində yerləşən 638 saylı aptekin üzərinə qoyulmuş həbs götürülmüşdür.
5. Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmiş 8(82)-4/2016 saylı, 07 iyun 2022ci il tarixli məktubla təqdim edilmiş məlumatdan görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-(82)-404/2014 nömrəli işi üzrə verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar olaraq Sabunçu rayon İcra Şöbəsinin icra məmuru A.X.Talıbovun təqdimatı əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8(82)-44/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, 3-cü Y.Yasamal massivində yerləşən 638 saylı aptekin üzərinə həbs qoyulması qərara alınmışdır. "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yeni Yasamal massivində yerləşən 638 saylı aptekin üzərinə qoyulmuş həbsin maraqlarına toxunan şəxs İddiaçı ərizəsi əsasında Bakı Komme rsiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(82)-4/2016 saylı qərardadı ilə götürülməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(82)-4/2016 saylı qərardadı qanuni qüvvəsini alaraq, xx.xx.2021-ci il tarixində icra edilməsi üçün Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə göndərilmişdir.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 39.7 kv.m olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqları xx.xx.2020-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
7. İddiaçı qeyri-yaşayış sahəsinə hüququn qeydə alınması üçün cavabdehə müraciət etmişdi r.
8. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişin surətindən görünür ki, iddiaçının ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli ərizəsinə baxılaraq bildirilmişdir ki, təqdim edilmiş razılaşdırılmış mərtəbəlik planı ilə qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Odur ki, qapı və pəncərə oyuğunun açılması, pilləkən, eyvan sahəsinin quraşdırılması müəyyən edilmişdir. Bundan əlavə, "xxxx" MMC-nə məxsus Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yeni Yasamal massivində yerləşən 638 say lı aptekin üzərinə həbs qoyulması barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8982)-4/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadının daxil olduğu müəyyən edilmişdir.
9. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsinə baxılaraq bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətinə xx.xx.2021-ci il tarixli məktubla cavab verilmiş və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 3 ünvanında yerləşən (hazırki ünvan: Yeni ünvan 6 saylı binanın 50.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydiyyata alınması və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsin ə dair qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandılrmışdır ki, Yeni Yasamal yaşayış massivi 3-də (VÖEN - **********) yerləşən "xxxx" MMC ilə xx.xx.2010-ci il tarixdə həmin ünvanda (yeni ünvan: Yeni Yasamal 2-ci yaşayış massivi 3 A) tikilməkdə olan binasının kürsü mərtəbəsində yerləşən 50,6 kv.m qeyri-yaşayış sahəsinin ona satılması barədə aralarında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini təşkil edən 54.600 manat tam ödəyərək borcunun olmaması barədə ona maliyyə arayışı verilmişdir. Binanın tikintisi 2008-ci ildə tam başa çatmışdır. Bir neçə ildən sonra, bina Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən yaradılmış Dövlət Qəbul Komissiyasının xx.xx.2016-cı il tarixli aktına əsasən sakinlərlə məskunlaşmış qaydada istismara qəbul edilmiş dir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə zəruri olan rəsmi sənədlərini təqdim etməklə müraciət etməsinə baxmayaraq, heç bir hüquqi əsası olmadan müxtəlif bahənələrlə Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 3-də yerləşən (hazırki ünvan: Yeni ünvan 9ylı binanın 50,6 kv.m ibarət qeyri-yaşayış sahəsinin Dövlət Reyestrində qeydiyyata alınması və ona Hüquqların Dövlət qeydiyyatı haqqında çıxarış verilməsi barədə ərizəsini təmin etməmişlər. Beləliklə də, uzun illərdən bəri binanın həmin qeyri-yaşayış sahəsindən istifadə etməsinə baxmayaraq, hazırkı vaxta kimi qeyriyaşayış sahəsinə xüsusi mülkiyyət hüququ haqqında çıxarış ala bilmir. Halbuki, eyni mərtəbədə onun yeri ilə qonşuluğunda olan qeyri yaşayış sahəsinə məhkəmə qərarı ilə çıxarış verilmişdir. Bunun la da, konstitusion hüquq və azadlıqları kobud şəkildə pozulmaqda davam edir.
12. Cavabdeh məhkəməyə etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2020 və xx.xx.2021-ci il tarixlərdə ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilmiş razılaşdırılmış mərtəbəlik planı ilə qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Odur ki, qapı və pəncərə oyuğunun açılması, pilləkən, eyvan sahəsinin quraşdırılması müəyyən edilmişdir. Bundan əlavə, "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yeni Yasamal massivində yerləşən 638 saylı aptekin üzərinə həbs qoyulması barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8(82)-4/016 saylı, xx.xx.2016-cı il tarixli qərardadının daxil olduğu müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli cavab məktubları ünvanlanmışdır.
13. Bakı İnzibati Məhkəməsinin (hakim X1) 2-1(112)-4127/2022 saylı 08 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivi, 3 A ünvanında yerləşən 50.6 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmı şdır ki, iddiaçının hüquqlarının qeydə alınmasını tələb etdiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi bina Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 46 saylı sərəncamı ilə istismarına icazə verilmiş çoxmənzilli yaşayış binasıdır. Cavabdeh imtina məktubunda qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti arasında uyğunsuzluq olmasına, sonradan qapı və pəncərə oyuğunun açılmasına, pilləkən, eyvan sahəsinin quraşdırılmasına istinad etsə də, sözügedən halın olması məhkəmə araşdırması öz təsdiqini tapmamışdır. Eləcə də, cavabdehin imtinasının digər əsası olan 2 saylı Bak İnzibati-İqtisadi Məhkəməsinin 8(82)4/2016 saylı, xx.xx.2016-cı il tarixli qeyri-yaşayış sahəsinə həbs qoyulması barədə qərardadı, Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2021-ci il tarixli, 8(82)-4/2016 saylı qərardadı ilə ləğv edilmiş, həbsin götürülməsi qərara alınmışdır.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-28/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), X2, X3) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112) 4127/2022 saylı 08 iyun 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi rədd edilmişdir.
17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya baxışı zamanı Daşınmaz Əmlakın Dövlə t Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, faktiki olaraq göstərilən 37.9 kv.m olan qeyri-yaşayış sahəsi çoxmərtəbəli binanın kürsü mərtəbəsində yerləşir. Qeyri-yaşayış sahəsinin daxilində yüngül konstruksiyadan 10,0 kv.m antresol sahə düzəldilib. Qonşu sahə ilə ara bağlanmışdır. Sözügedən qeyri-yaşayış sahəsinin pəncərəsinin bir hissəsi qapı ilə əvəzlənib. Göstərilən 37.9 kv. olan qeyri-yaşayış sahəsinin sxemi əlavə olunur. Göründüyü kimi qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. İddiaçı tərəfindən, yenidən qurma (rekonstruksiya) işləri ilə əlaqədar müvafiq hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Odur ki, cavabdehin imtinası “Daşınmaz əmlak ın dövlət reyestri haqqında” Qanunun 11, 23-cü maddələrinin tələblərinə uyğun olmuş, iddiaçının hüquqları pozulmamışdır.
18. İddiaçı apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti vermiş, qərarın ləğv, iddianın təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Şikayətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
20. Belə ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını lazımi qaydada təhlil etməmiş, işin obyektiv araşdırılması üçün tikinti ekspertizası təyin etməmiş, yerli baxış keçirməmiş, qərar qəbul edərkən mütəxəssis rəyinə istinad etmişdir. Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasını n Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə
3. Bu Məcəllədə istifadə olunan əsas anlayışlar 3.0. Bu Məcəllədə aşağıdakı əsas anlayışlardan istifadə olunur:... 3.0.20. tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsi;... Maddə
75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (rek lam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir... (-). Maddə
101. Tikinti obyektinin istismarına icazənin məqsədi 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. (-). Maddə
102. Tikinti obyektinin istismarına icazə ver ilməsi (-). 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-)... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; (-)... Maddə 9.1. Hüquq ların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq m əlumatın daxil edilməsi. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə. 10.4. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşa ğıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiy yatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
23. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 4 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”
2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar Antresol - yerləşgənin faydalı sahəsinin artırılması üçün nəzərdə tutulmuş, yaşayış, ictimai və ya istehsalat binasının hündür yerləşgəsinin yuxarı hissəsini tutan yarımmərtəbə. 4.1. Binanın ümumi sahəsi bütün yerüstü və yeraltı mərtəbələrin (texniki, mansarda, kürsü mərtəbələri də daxil olmaqla) sahələrinin cəmi kimi müəyyən edilir. Antresolların, başqa binalara keçidlərin, tamaşa və digər zalların qalereya və balkonlarının, şüşələnmiş eyvan və lojiyaların sahələri bi nanın ümumi sahəsinə daxil edilir. 4.2. Binanın faydalı sahəsi, pilləkən qəfəsələri, lift şaxtaları, daxili açıq pilləkənlər və panduslar istisna olmaqla, binada yerləşən bütün yerləşgələrin, həmçinin zallardakı balkonların və antresolların, foyelərin və sairə sahələrinin cəmi kimi müəyyən edilir. 5.1. Binanın ümumi sahəsi bütün mərtəbələrin (texniki mərtəbə də daxil edilməklə yerüstü, kürsü və zirzəmi) bayır divarların (və ya bayır divarları olmayan kənar sütunların oxları), tunellərin, daxili meydançaların, antresolların, daxili etajerlərin bütün yaruslarının, rampaların, qalereyaların (üfüqi proyeksiyası) və başqa binaya keçidlərin divarlarının daxili səthləri hüdudlarında ölçülmüş sahələrinin cəmi kimi müəyyən edilir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 1 2.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 58.1. Sübutla r məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
25. Kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan la zımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
28. İşin halları ilə müəyyən edilir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 14 iyun 2013-cü il tarixli “Yaşayış binasında qeyri mənzil sahəsinin tikintisi haq qında müqavilə” ilə Bakı şəhəri, Yasamal rayonu, 2-ci yaşayış massivi 3a ünvanında yerləşən "xxxx" MMC-nin tikilmiş olan binasının kürsü mərtəbəsində yerləşən 50.6 kv.m qeyriyaşayış yerini payçı İddiaçı qızına vermiş, İddiaçı qeyri-yaşayış yerini qəbul etmiş və qabaqcadan müəyyənləşdirilmiş qiymət əsasında MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 50.6 kv.m, ümumi dəyəri 54.600 manat təşkil etmişdir. "xxxx" MMC tərəfindən verilmiş 01 nömrəli, 14 iyun 2013-cü il tarixli maliyyə arayışı ilə Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi 3-də yerləşən yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Bu binanın İ giriş, kürsü mərtəbəsində ümumi sahəsi 50.6 kv.m olan, qeyri-yaşayış sahəsinin pay dəyəri 54.600 manat alıcı İddiaçı tərəfindən ödənilmişdir. Bakı şəhər İ cra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 46 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı”ndan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 14 mərtəbəli İ girişli yaşayış binası (kürsü mərtəbəsi qeyriyaşayış sahəsi) mövcud (məskunlaşdırılmış) vəziyyətdə istismara qəbul edilmişdir.
29. İddiaçı 50.6 kv.m sahəyə hüququn qeydə alınmasını cavabdehdən xahiş etmiş, cavabdeh bundan imtina etmiş və mübahisə ilə bağlı yuxarıda qeyd edilən məzmunda məhkəmə qərarları qəbul edilmişdir. 30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsinə görə tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüqu qunu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır. 31. 50.6 kv.m qeyri-yaşayış sahəsi üzərində məhkəmə qərarı ilə həbs qoyulması barədə cavabdehin dəlili ilə bağlı işdə olan sənədlərdən görünür ki, həqiqətən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-(82)-404/2014 nömrəli işi üzrə verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar olaraq Sabunçu rayon İcra Şöbəsinin icra məmuru A.X.Talıbovun təqdimatı əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8(82)-44/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, 3-cü Y.Yasamal massivində yerləşən 638 saylı aptekin üzərinə həbs qo yulması qərara alınmışdır. "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yeni Yasamal massivində yerləşən 638 saylı aptekin üzərinə qoyulmuş həbsin maraqlarına toxunan şəxs İddiaçı ərizəsi əsasında Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(82)4/2016 saylı qərardadı ilə götürülməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(82)-4/2016 saylı qərardadı qanuni qüvvəsini alaraq, xx.xx.2021-ci il tarixində icra edilməsi üçün Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə göndərilmişdir.
32. Cavabdehin təqdim edilmiş razılaşdırılmış mərtəbəlik planı ilə qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti arasında uyğunsuzluq mövcud olması, qapı və pəncərə oyuğunun açılması, pilləkən, eyvan sahəsinin quraşdırılması dəlili ilə bağlı apellyasiya məhkəməsi qə rarında qeyd etmişdir ki, apellyasiya baxışı zamanı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, faktiki olaraq göstərilən 37.9 kv.m olan qeyri-yaşayış sahəsi çoxmərtəbəli binanın kürsü mərtəbəsində yerləşir. Qeyri-yaşayış sahəsinin daxilində yüngül konstruksiyadan 10,0 kv.m antresol sahə düzəldilib. Qonşu sahə ilə ara bağlanmışdır. Sözügedən qeyri-yaşayış sahəsinin pəncərəsinin bir hissəsi qapı ilə əvəzlənib. Göstərilən 37.9 kv. Olan qeyriyaşayış sahəsinin sxemi əlavə olunur. Göründüyü kimi, qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. İddiaçı tərəfindən, yenidən qurma (rekonstruksiya) işləri ilə əla qədar müvafiq hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Odur ki, cavabdehin imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11, 23-cü maddələrinin tələblərinə uyğun olmuş, iddiaçının hüquqları pozulmamışdır.
33. İşdə olan qeyri-yaşayış sahəsinin sxemindən görünür ki, antresol hissə olan iş otağı, dəhliz və sanitar qovşaq da daxil olmaqla dərman satışı olan hissə ilə birlikdə cəmi sahə isə 50,6 kv.m-dir. Sahənin ümumi hündürlüyü 6,15 m-dir.
34. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 4 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”na görə antresolların sahələri binanın ümumi sahəsinə daxil edilir, binada yerləşən antresolların sahələrinin cəmi binanın fayd alı sahəsi kimi müəyyən edilir, binanın ümumi sahəsi antresolların daxili səthləri hüdudlarında ölçülmüş sahələrinin cəmi kimi müəyyən edilir.
35. Göründüyü kimi antresolların sahəsi binanın ümumi sahəsinə daxil edilir, binanın faydalı sahəsi kimi müəyyən olunur. İddiaçıya məxsus olan antresol hissə binanın, o cümlədən iddiaçıya aid qeyri-yaşayış sahəsinin ümumi sahəsinə daxil edilir və faydalı sahə kimi müəyyən olunur. Antresol sahə ilə birlikdə iddiaçıya məxsus sahə 50,6 kv.m-dir.
36. İddiaçının ona satılan sahədə tikinti obyektində yenidənqurma aparması, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina üçün əsas olan hallara yol verməsi işdə olan hər hansı mötəbər sübutla təsdiq edilmir və cavabdehin dəlilləri hüququn qeydə alınmasından imtina üçün əsas sayılmır.
37. İşdə olan sü butlarla təsdiq olunur ki, iddiaçıya məxsus 50,6 kv.m sahənin yerləşdiyi bina qanuni əsasla inşa edilmiş və istismara qəbul edilmişdir.
38. Odur ki, hüququn qeydə alınması üçün cavabdehin imtinası əsaslı olmamışdır.
39. Bəhs olunanlara əsasən iddiaçının kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməlidir.
40. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-28/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarı ləğv olunsun. İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivi, 3 A ünvanında yerləşən 50.6 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı adı na daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərar qətidir.