Məhkəmə qərarları › İş №2-1(102)-2332/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2332/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2332/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə mənzillə təmin edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “güzəştli şərtlərlə mənzillə təmin edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1251/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X8 küçəsi, ev 33 ünvanında yerləşən 30 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.

2. Müvafiq elektron sistemdən çıxarış şəklində verilmiş sosial arayışdan görünür ki, iddiaçıya xx.xx.2001-ci il tarixdən Azərbayc an Respublikasının ərazi bütövlüyünün müdafiəsi səbəbi ilə ikinci dərəcəli müddətsiz əlillik dərəcəsi təyin edilmişdir.

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayışa əsasən, İddiaçı xx.xx.2017-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Həmin ünvanda həmçinin, xx.xx.1995-ci il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X3, xx.xx.2000-ci il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.1976-cı il təvəllüdlü X1 da yaşayış yeri üzrə qeydiyyatdadırlar.

4. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 139 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamına görə, Sabunçu rayon MKTB 47 saylı MKİS tərəfindən verilmiş 10 saylı, xx.xx.2017-ci il tarixli (2 saylı forma) arayışa əsasən İddiaçı 6 nəfər ailə üzvü ilə Bakıxanov qəsəbəsi, Hacınski küçəsində yerləşən 33 saylı evin yaşayış sahəsi 33,88 kv.m olan 2 otaqlı, 30 saylı mənzilində 2017-ci ildən qeydiyyatda olmaqla yaşayır. İddiaçı 1986cı ildən 2017-ci ilədək ailə tərkibi 10 nəfər olmaqla Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsində yerləşən 15/74 saylı evin sahəsi 63,32 kv.m olan 104 saylı mənzilində yaşamışdır. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrundakı müharibə zamanı İİ qrup əlil olmuşdur. (Əsas: 3 saylı zona Tibbi SEK-nın ser AR № 382242 saylı arayışı) Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 42 saylı arayışdan görünür ki, o, İİ qrup “Qarabağ müharibəsi” əlili kimi Azərbaycan Respublikası Prezidenti təqaüdünü alır. Sabunçu Rayon İcra Ha kimiyyətinin Mənzil məsələləri üzrə komissiyası (xx.xx.2017-ci il tarixli, 05 saylı protokol) İddiaçı ailə tərkibi 6 nəfər olmaqla (özü, h/yoldaşı, 2 oğlu, qızı və nəvəsi) imtiyazlı əsaslarla (İİ qrup “Qarabağ müharibəsi” əlili) yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunmasını təklif edir. Qeyd edilənlər nəzərə alınaraq İddiaçı ailə tərkibi 6 nəfər (özü, h/yoldaşı, 2 oğlu, qızı və nəvəsi) olmaqla imtiyazlı əsaslarla (İİ qrup Qarabağ müharibəsi əlili) yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunmuş və onun mənzil növbəsi imtiyazlı əsaslarla olan siyahıya əlavə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən verilmiş 12 dekabr 2022-ci il tarixli **********9 saylı imtina məktubunu qeyri-qanuni hesab edilərək, İddiaçı güzəştli şərtlərlə mənzillə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1-ci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanmış, 2-ci qrup əlil kimi ordudan tərxis edilmişdir. Bir müddətdən sonra Sabunçu Rayon İcra Hakimiyyətində ev növbəsinə durmuş və 2004-cü il tarixdə dövlət tərəfindən Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən binadan 2 otaqlı, ümumi sahəsi 69,3 kv.metr, yaşayış sahəsi 33,88 olan mənzillə təmin olunmuşdur. Lakin onun ailə üzvlərinin sayına görə onlara verilən mənzilin sahəs i çox azdır. Bununla bağlı narazılığını bildirdikdə, cavabdeh qurumun nümayəndəsi tərəfindən tezliklə onun evinin qarşısında yeni bina tikiləcəyi və ona həmin binadan əlavə 2 otaqlı mənzil veriləcəyi bildirilmiş və o, buna görə gözləmişdir. Bir müddətdən sonra, yəni 04 aprel 2017-ci il tarixdə o, yenidən Sabunçu Rayon İcra Hakimiyyətində mənzilə ehtiyacı olan Qarabağ əlili kimi altı nəfərlik ailə üzvləri ilə birlikdə ev növbəsinə durmuş, lakin bu günə qədər yeni mənzillə təmin olunmamışdır. Bununla bağlı Sosial Xidmətlər Agentliyinə müraciət etmiş, və aşağıdakı məzmunda xx.xx.2022-ci il tarixli imtina cavabı almışdır: “Sizin müraciətinizə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində aidiyyəti üzrə baxılmışdır. Bildiririk k i, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və Şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın birinədək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində qeydiyyata (uçota) alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və Şəhid ailələrinin, habelə qeydiyyata alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (x idməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində qeydiyyata alınmış 2020-2022-ci illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və Şəhid ailələrinin Nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Bakı şəhəri, Sabunçu Rayonu İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş siyahılarda 4 aprel 2017-ci il tarixdən 6 nəfər (özünüz, həyat yoldaşınız, 2 oğlunuz, qızınız və nəvəniz) ailə tərkibi ilə yaşayış sa həsinə ehtiyacı olan qismində uçota alındığınız göstərilmişdir. Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə təqdim etdiyiniz sənədlərə baxılarkən Nazirlik tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Hacınski küçəsi, ev 33 ünvanında 30 saylı (nömrəli) mənzillə təmin edildiyinizdən sosial-məişət şəraitinizin yenidən yaxşılaşdırılması mümkün deyil”.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5058/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia rədd edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçı 2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətində Qarabağ müharibəsi əlili kimi 6 nəfərlik ailə tərkibi ilə yenidən yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınsa da, ona 2004-cü il tarixdə eyni əsasla mənzil növbəsi üzrə yaşayı ş sahəsi ayrılması işin mübahisə olunmayan halını təşkil edir. Bu baxımdan, iddiaçıya yaşayış sahəsi verildikdən sonra onun ailə vəziyyətində dəyişiklik olması və təkrar mənzil növbəsinə götürülməsi ona yenidən mənzil verilməsi üçün zəmin yaratmır. Belə ki, ilk növbədə bildirilməlidir ki, iddiaçıya mənzil sahəsi ayrılan dövrdə adambaşına düşən yaşayış sahəsini müəyyən edən Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin nümunəvi Qaydaları”nın 26-cı bəndində göstərilirdi ki, yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən et diyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadrat metrdən az olmamaqla verilir. Vurğulandığı kimi, iddiaçı 1998-ci ildə mənzil növbəsinə götürülərkən ailə tərkibi özü də daxil olmaqla 5 nəfərdən ibarət olmuşdur. Ona ayrılmış mənzilin ümumi sahəsi 69.3 kv.metrdən ibarət, 2 otaqlı olmuşdur. Göründüyü kimi iddiaçı 5 nəfər ailə üzvünə uyğun, yəni adambaşına 8 kv.metrdən artıq 69.3 kv.metr sahəsi olan mənzillə təmin edilmişdir. Digər tərəfdən, mövcud minimum yaşayış normasının 16 kv.m təşkil etdiyi nəzərə alınarsa, iddiaçının ailə üzvlərinə ümumi sahəsi 80 kv.m verilməli idi ki, bu da hazırda iddiaçının mülkiyyətində olan 69.3 kv.m sahə ilə nisbətdə böyük fərq təşkil etmir (10,7 kv.m). Belə olan halda, mütənasiblik prinsipi nəzərə alınmalı və qeyd olunan fərqə görə cavabdehin üzə rinə iddiaçının xahişinin icra edilməsi öhdəliyinin qoyulması məqsədəuyğun sayılmamalıdır. Bundan başqa, nəzərə alınmalıdır ki, mövcud qanunvericilik Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada uçota alınmaqla yaşayış sahələri ilə təmin olunmasını nəzərdə tutur və bunu sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsi və digər amillərlə şərtləndirir. İddiaçıya dövlət mənzil fonduna aid olan 2 otaqlı yaşayış sahəsi ayrılmış və həmin yaşayış sahəsi iddiaçı tərəfindən özəlləşdirilmişdir. Göründüyü kimi, iddiaçı ona verilmiş hüquqdan, yəni əvəzsiz olaraq mənzil almaq hüququndan artıq bir dəfə isti fadə etmiş və bu əmlakını öz mülkiyyətinə keçirmişdir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1251/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər: K.Əkbərov /sədrlik edən və məruzəçi/, S.Səlimova və M.Tağızadə) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, İddiaçı 26.76 kv.m. güzəştli şərtlərlə mənzillə təmin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilmişdir.

11. Məhkəmə kollegiyası qeyd etmi şdir ki, yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan hesab edilir və vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına, yəni yerli icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Hazırkı mübahisəyə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının faktiki olaraq ailə üzvləri ilə birlikdə yaşadığı mənzildə hər bir ailə üzvünə düşən sahə ayrılma normasından (16 kv.m) azdır. İddiaçının hər bir ailə üzvünün sayına görə düşən sahə mövcud ay rılma norması nəzərə alındıqda ona ümumi sahəsi 26,76 kv.metrdən (6x16 kv.m) - 69,24 kv.m.) ibarət mənzil verilməlidir.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın tam ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamları - qeyri-normativ hüquqi aktdır və konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncam verici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilir və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulur. Belə ki, vətəndaş İddiaçı artıq dövlət tərəfindən 2004-cü il tarixində ünvan 5 ünvandan ümumi sahəsi 69,3 kv.m., yaşayış sahəsi 33,88 kv.m. olan mənzillə təmin olunmuş və hal-hazırda da həmin mənzildə qeydiyyatda olmaqla yaşayır, təkrarən eyni imtiyaza görə Sabunçu Rayon İcra Hakimiyyətinin Sərəncamına əsasən 1-ci qrup Qarabağ müharibəsi əlili kimi 6 nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Hesab edir ki, iddiaçı artıq bir dəfə mənzillə təmin olunduğu üçün eyni imtiyaz əsasında ailə tərkibinin böyüməsi səbəbilə yenidən mənzil ilə təmin olunması qanunvericiliyə uyğun deyildir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə

49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması... 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz.... Maddə

50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (b undan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3-ci maddəsinə əsasən yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4-ci maddəsinə əsasən bir neçə ailənin yaş adığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. 15. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Pr ezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər.

16. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər v ə ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edi r ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Hazırkı işdə iddiaçının hüquqi marağı güzəştli şərtlərlə mənzillə təmin olunması ilə bağlıdır.

24. İşin müəyyən olunmuş hallarından görünür ki, xx.xx.1998-ci il tarixindən Qarabağ əlili kimi Sabunçu RİH-də yaşayış yeri üzrə mənzil növbəsində dayanmış İddiaçı 5 nəfər ailə üzvü ilə birlikdə rayon icra hakimiyyətinin xx.xx.2004-cü il tarixli sərəncamı əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hacınski küçəsi, 4083-cü məhəllədə inşa edilmiş ümumi sahəsi 69.24 kv.m., yaşayış sahəsi 33.88 kv.metr olan 2 otaqlı 30 saylı mənzil ayrılmışdır. İddiaçı həmin vaxtdan qeyd olunan mənzildə yaşamış və onun mənzil üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır.

25. Həmçinin iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı sonradan, yəni 2017ci ildə eyni əsaslarla (Qarabağ müharibəsi əlili kimi) ailə tərkibi ilə (6 nəfər) yaşayış yeri üzrə mənzil növbəsinə alınmışdır. İddiaçı ailə tərkibində artım olduğunu və ona ayrılan yaşayış sahəsinin ayrılma normasından az olduğunu əsas gətirərək yeni mənzillə təmin edilməsini xahiş etmişdir. Lakin cavabdeh Sosial Xidmətlər Agentliyi ona bir dəfə mənzil ayr ıldığını əsas gətirərək müraciəti təmin etməkdən imtina etmişdir.

26. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çe rnobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur.

27. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən qeyd edilmişdir ki, Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyy ətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan hesab edilir və vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına, yəni yerli icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir.

28. Göründüyü kimi iddiaçıya xx.xx.2004-cü il tarixli sərəncamı əsasında (hər adam üçün 8 kv.metr nəzərə alınmaqla) ümumi sahəsi 69.24 kv.m., yaşayış sahəsi 33.88 kv.metr olan 2 otaqlı 30 saylı mənzil ayrılmışdır. İddiaçı 04 aprel 2017-ci il tarixdə yenidən Sabunçu Rayon İcra Hakimiyyətində mənzil uçotun a alınan zaman onun ailə tərkibi özü də daxil olmaqla 6 nəfərdən ibarət olmuşdur.

29. Bununla bağlı məhkəmə tərəfindən qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 459 nömrəli qərarına əsasən, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir.

30. Hazırkı mübahisəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının faktiki olar aq ailə üzvləri ilə birlikdə yaşadığı mənzildə hər bir ailə üzvünə düşən sahə ayrılma normasından (16 kv.m) azdır. İddiaçının hər bir ailə üzvünün sayına görə düşən sahə mövcud ayrılma norması nəzərə alındıqda ona ümumi sahəsi 26,76 kv.metrdən ( (6x16 kv.m) - 69,24 kv.m.) ibarət mənzil verilməlidir.

31. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

32. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şi kayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1251/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar