Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2333/2022 29.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhər Baş Polis İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhər Baş Polis İdarəsinə qarşı “məktubun qanunsuz hesab edilməsi, kompensasiyanın ödənilməsi və sorğunun cavablandırılması” tələ binə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2531/2022 nömrəli, 30 avqust 2022-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayət üzrə kasasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
1. İddiaçılar 20 aprel 2022-ci il tarixdə cavabdehlərə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, H-81/2-003/2-t/1 saylı məktubunun qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq hər iddiaçıya 10 000 ma nat pul tutulması, Bakı şəhər Baş Polis İdarəsinin informasiya sorğusunu cavablandırmaması, razılaşdırılmamış aksiyalara müdaxiləsinin qanunsuz hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8066/2022 nömrəli, 11 may 2022-ci il tarixli qərardadı ilə (hakim A.Ə.Əhədova) iddia mümkün sayılmamışdır.
3. İddiaçılar apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2531/2022 nömrəli, 30 avqust 2022-ci il tarixli qərardadı ilə (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdi rilmədən saxlanılmışdır.
5. İddiaçılar kassasiya şikayəti verərək həmin qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
6. İddiaçılar kassasiya şikayətini prosessual müddətin buraxılması ilə təqdim etmiş və bu barədə prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişlər.
7. Müddətin bərpasına dair ərizədə qeyd edilmişdir ki, məhkəmə İPM-də nəzərdə tutulmuş qaydada iddiaçılara köməklik göstərməmiş və kassasiya şikayətinin vəkil tərəfindən verilməli olduğu barədə iddiaçıları məlumatlandırmamışdır. Bu səbəbdən də onlar vəkillə müqavilə bağlanılması üçün zəruri vəsaiti əldə etdikdən dərhal sonra kassasiya şikayəti vermişdir. T ƏTBİQ EDİLƏN HÜQUQ
8. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 23.1 Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ
9. Məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
10. İş materialları araşdırılaraq müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2531/2022 nömrəli, 30 avqust 2022-ci il tarixli qərardadı iddiaçılar tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş və bu barədə poçt göndərişinin verilməsi haqqında xəbərnamə işə əlavə edilmişdir. (səh. 67)
11. İddiaçılar tərəfindən xx.xx.2022-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş müddətin bərpasına dair ərizə və kassasiya şikayəti (səh. 72) prosessual qanunvericiliyin tələblərinə əməl olunmadan tərtib edildiyi üçün məhkəmənin xx.xx.2022-ci il tarixli məktubu ilə izah verilərək bildirilmişdir ki, “MPM-nin 407.3-cü maddəsinə əsasən kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərə findən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.” (səhifə 73)
12. Bundan sonra, xx.xx.2022-ci il tarixdə kassasiya şikayətində olan mövcud çatışmazlıq aradan qaldırılaraq iddiaçılar tərəfindən apellyasiya məhkəməsinə təqdim edilmişdir. Göründüyü kimi, müddət üzrlü səbəb olmadan buraxılmışdır.
13. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayətinin verilməsi müddəti (qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətind ə) barədə qeyd edilməsinə baxmayaraq, iddiaçılar tərəfindən hətta ilk dəfə kassasiya şikayəti təqdim edilərkən qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət üzrlü səbəb olmadan ötürülmüşdür. Bu səbəbdən, hazırda təqdim olunmuş prosessual müddətin bərpası barədə ərizə əsassızdır və formal xarakter daşıyır.
14. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
15. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.
16. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar üzürsüz səbəbdən müddəti buraxmış, müddətin üzrlü səbəbdən buraxılmasına dair heç bir mötəbər sübut təqdim etməmişlər və bu səbəbdən kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli və kassasiya şikayəti mümkün sayılmamalıdır.
17. Şərh olunanlara əsasən və Azərbayca n Respublikasının İPM-nin 96.2 və 96.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2531/2022 nömrəli, 30 avqust 2022-ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməsin. Kassasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin.