Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2333/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-2333/23) (Açar sözlər: yataqxanadan qeydiyyatdan çıxarılma) 29.12.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X3 və X9) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 2-1(103)-1862/2023 nömrəli qər arından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Üçüncü şəxs X2 münasibətdə
1. Üçüncü şəxs X2 məxsus İT-İ ******* nömrəli əmək kitabçasına əsasən o, xx.xx.1994-cü ildən İddiaçında (bundan sonra mətndə AMEA) işləməyə başlamışdır.
2. AMEA X8 yataqxana və mənzil komissiyasının 19 iyun 2002-ci il tarixli iclas protokolundan çıxarışa əsasən, üçüncü şəxs X3 3 nəfər ailə tərkibi ilə AMEA-nın 2 nömrəli yataqxanasında daimi qeydiyyata götürülmüşdür.
3. AMEA X10 tərəfindən xx.xx.2002-ci il tarixdə verilən 62 nömrəli “İddiaçı Şərifzadə küçəsi 12 ünvanda yerləşən yataqxanasına məskunlaşma orderi”nə əsasən, üçüncü şəxs X2 3 nəfər ailə tərkibi ilə sahəsi 22.5 kv.m olan ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi verilmişdir. Orderin verilməsinə əsas AMEA X8 yataqxana və mənzil komissiyasının 19 iyun 2002-ci il tarixli 04 nömrəli iclas protokolu olmuşdur.
4. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun xx.xx.2014-cü il tarixli, 74 nömrəli əmri ilə üçüncü şəxs X1 əmək müqaviləsinə xitam verilmişdir. Üçüncü şəxs X7 münasibətdə
5. Üçüncü şəxs X7 məxsus ZT-İ ******* nömrəli əmək kitabçasına əsasən o, xx.xx.2004-cü ildən AMEA-da işləməyə başlamışdır.
6. AMEA X8 yataqxana və mənzil komissiyasının 3 fevral 2004-cü il tarixli iclas protokolundan çıxarışa əsasən, üçüncü şəxs X9 AMEA-nın 2 nömrəli yataqxanasında daimi qeydiyyata götürülmüşdür.
7. AMEA X10 tərəfindən xx.xx.2004-cü il tarixdə verilən 09 nömrəli “İddiaçı Şərifzadə küçəsi 12 ünvanda yerləşən yataqxanasına məskunlaşma orderi”nə əsasən, üçüncü şəxs X7 1 nəfər ailə tərkibi ilə sahəsi 22.5 kv.m olan ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi verilmişdir. Orderin verilməsinə əsas AMEA X8 yataqxana və mənzil komissiyasının 3 fevral 2004-cü il tarixli 01 nömrəli iclas protokolu olmuşdur.
8. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun xx.xx.2013-cü il tarixli, 85 nömrəli əmri ilə üçüncü şəxs X6 əmək müqaviləsinə xitam verilmişdir.
9. Üçüncü şəxslər X3 və X9 ər-arvaddırlar. İddiaçının dəlillərinə münasibətdə
10. AMEA Rəyasət Heyəti aparatı İşlər idarəsinin tabeliyində yataqxananın müdiri, santexniki, fəhləsi, elektriki və xadiməsi tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli akta əsasən, üçüncü şəxslər AMEA-da işləmirlər və vaxtilə yataqxanada məskunlaşdıqları otaqlarında uzun müddət yaşamırlar.
11. AMEA Rəyasət Heyəti aparatı İşlər idarəsinin tabeliyində yataqxananın müdiri, santexniki, fəhləsi, elektriki və xadiməsi tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli akta əsasən üçüncü şəxslər yataqxanada yaşamırlar və həmin otaqlarda əlaqəsi olmayan vətəndaşlar yaşayır.
12. İddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, 22994-1222 nömrəli məktubu ilə iddiaçının müraciətindən imtina edilmiş və iddiaçının məhkəməyə müraciət etməsi məqsədəmüvafiq hesab edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdehə qarşı iki fərqli iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, bina 12 ünvanına yaşayış yeri üzr ə daimi qeydiyyata alınmış X1 və X6 AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin tabeliyində olan yataqxananın qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
14. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hər iki iddia ərizəsi üzrə inzibati işlər bir icraatda birləşdirilmişdir.
15. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, bina 12 ünvanında yerləşən AMEA-nın yataqxanasında AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda baş elmi işçi vəzifəsində 1 may 2014-cü il tarixə qədər çalışmış, AMEA əməkdaşı olmuş X3 25 noyabr 2002-ci il tarixdə, 62 nömrəli orderlə sözügedən yataqxanada yaşayış sahəsi kimi 83 A nömrəli otaqla, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, bina 12 ünva nında yerləşən AMEA-nın yataqxanasında AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun 18 saylı şöbəsində baş elmi işçi vəzifəsində 1 may 2013-cü il tarixə qədər çalışmış, AMEA-nın əməkdaşı olmuş X9 xx.xx.2004-cü il tarixdə, 09 nömrəli orderlə sözügedən yataqxanada yaşayış sahəsi kimi 83B nömrəli otaqla təmin olunmuş və həmin yaşayış yeri üzrə daimi qeydiyyata alınmışlar. X3 AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktorunun 1 may 2014-cü il tarixli 74 nömrəli əmri ilə, X4 müqaviləsinə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktorunun xx.xx.2013-cü il tarixli 85 nömrəli əmri ilə mülki-hüquqi müqaviləsinin başa çatması ilə əlaqədar işdən azad edilmişlər. Bununla belə, 10-18 mart 2022-ci il tarixlərində, ünvan 3 ünvanında yerləşən İddiaçına aid yataqxananın 2-ci mərtəb əsində yerləşən 83A saylı və 83B otaqlarında yaşayışın olub-olmamasının müəyyənləşdirilməsi məqsədi ilə keçirilən yoxlamalar zamanı tərtib olunmuş 14 mart 2022-ci il və 18 mart 2022-ci il tarixli aktlarla müəyyən olunmuşdur ki, X3 və X9 həmin 83 A və 83 B nömrəli otaqlarda 2016-cı ildən yaşamırlar, onların yaşayış yeri AMEA-ya məlum deyildir. Lakin onlar qeydiyyatda qalmaqda davam edirlər. Hal-hazırda üçüncü şəxsləri yataqxanada qeydiyyatdan çıxarmadan AMEA-nın onlarla əməkdaşını, o cümlədən AMEA-nın doktorant, dissertant və magistrantlarını yaşayış sahələri ilə təmin etmək mümkün deyildir.
16. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir.
17. Üçüncü şəxslər tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin **********A083A və **********A083B nömrəli abunə hesabların dan çıxarışlara əsasən, abunə hesabları üçüncü şəxslərin adına olmaqla kommunal ödənişlər onlar tərəfindən ödənilmişdir.
18. Üçüncü şəxslər tərəfindən məhkəməyə təqdim edilmiş AMEA-nın ünvan 4 ünvanında yaşayan 23 nəfər tərəfindən imzalanan akta əsasən, üçüncü şəxs X3 həmin binada mənzil 83A ünvanında 1994-cü ildən hal-hazıradək yaşayır.
19. Bakı İnzibati Məhkəməsinin (hakim: E.Ə.Əliyev) xx.xx.2022-ci il tarixli, 2-1(114)9139/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ünvan 6 ünvanında yerləşən Aspirantlar yataqxanasının sakinləri tərəfindən hazırkı iş üzrə üçüncü şəxslərin 1994-cü ildən bu günə kimi həmin yataqxanada yaşadıqlarını təsdiq edən xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən də müəyyən olunur ki, qeyd edilən ünvanda yerləşən mənzillərə dair (**********A083B və **********A083A abunə kodu olan) elektrik enerjisi və telefon rabitə xidmətlərindən istifadə olunmasına dair kommunal xidmət haqları da üçüncü şəxslər tərəfindən ödənilir. İddiaçı müəssisənin balansında olan (ünvan 7 ünvanında yerləşən Aspirantlar üçün yataqxana binası) yaşayış binasında yerləşən 83A və 83B nömrəli mənzillərə üçüncü şəxslər daimi qeydiyyata alınmışlar. Üçüncü şəxslərin qeyd edilən ünvanda yaşadıqları iş materiallarında olan sənədlərlə də öz təsdiqini tapmışdır. Həmçinin, iddiaçı müəssisə tərəfindən üçüncü şəxslərin həmin ünvanda yaşamadığına dair xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Həmin aktı imzalamış şəxslər (iddiaçı müəssisənin işçiləri) aktda üçüncü şəxslərin orada yaşa madıqlarını bildirsələr də, həmin şəxslər məhkəmə iclasına şahid qismində dəvət olunmuş, məhkəmə iclasında dindirilərkən ifadələrində üçüncü şəxslərin həmin vaxt ünvanda olmadıqları üçün orada yaşamadıqlarını müvafiq aktda qeyd etdiklərini və üçüncü şəxslərin hal-hazırda da həmin ünvanda yaşadıqlarını bildirmişlər.
21. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və P.A.Hüseynov) 2 iyun 2023-cü il tarixli, 21(103)-1862/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.20 22-ci il tarixli, 2-1(114)-9139/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, üçüncü şəxslər X1 ünvan 8 ünvanından və X6 ünvan 9 ünvanından qeydiyyatdan çıxarılması onların istifadə hüququna xitam verilməsi ilə ola bilər. Hazırki mübahisə üzrə işin hallarından üçüncü şəxslərin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi müəyyən edilmir.
24. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
25. İddiaçının kassasiya şikayətinin mahiyyəti və dəlilləri, habelə istinad etdiyi maddi hüquq normaları iddia ərizəsinin və apellyasiya şikayətinin mahiyyəti və dəlilləri, eləcə də, istinad olunan maddi hüquq normaları ilə eynilik təşkil edir. Bundan əlavə, iddiaçı qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, bina 12 ünvanında yerləşən AMEA-nın Aspirantlar yataqxanasında AMEA-nın magistratura, doktorantura və dissertanturasında təhsil almayan hər hansı bir şəxsin qeydiyyata alınması və ya həmin ünvanda qeydiyyatda qalması qanunvericiliyin tələblərinə tamamilə ziddir, yəni bu tamamilə qanunsuz haldır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
26. Üçüncü şəxslər kassasiya şikayətinə qarşı mülahizə təqdim edərək kassasiya şikayətinin təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması nı xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədək qüvvədə olan): Maddə
105. Digər mənzil sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmasına yol verilməyən vətəndaşlar Aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərb i qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində əlil olmuş şəxslər; xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və İİ qrup əmək əlilləri, əlilli yə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər; yalqız şəxslər və onlarla birlikdə yaşayan həddi-büluğa çatmamış uşaqlar. Maddə
106. Yataqxanalar Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. SSR İttifaqı qanunvericiliyinə uyğun olaraq yataqxanalar haqqında nümunəvi əsasnaməni m üvafiq həmkarlar ittifaqı və komsomol orqanları ilə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Soveti, SSRİ nazirlikləri, dövlət komitələri və baş idarələri təsdiq edirlər. Maddə
107. Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan xəstələri yataqxanalarda yerləşd irmək qadağandır. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən. order verilir. Yataqxanada mənzil sahəsi tutmaq üçün order formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Müddətli hərbi xidmətə. çağırılmaqla əlaqədar yataqxanadan getmiş şəxslər hərbi xidmətini başa vurduqdan sonra həmin müəssisəyə, idarəyə, təşkilata və ya məktəbə qayıtdıqda, yataqxanada onlara yenə də mənzil sahəsi verilməlidir. Maddə
108. Yataqxanalardan çıxarma İşi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş* və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatla rın işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər.
28. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixdən sonra qüvvədə olan): Maddə
92. Xidməti yaşayış sahələrinin təyinatı Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Maddə
93. Yataqxanalarda yaşayış sahələrinin təyinatı 93.1. Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. 93.2. Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. 93.3. Yataqxanalarda yaşayış sahələri mebel ilə və vətəndaşların orada yaşaması üçün zəruri olan digər əşyalarla təmin edilir. Maddə
104. Yataqxanalarda yaşayış sahələrinin verilməsi 104.1. Yataqxanalarda yaşayış sahələri adambaşına düşən yaşayış sahəsinin altı kvadratmetrdən az olmaması şərti ilə verilir. 104.2. Ya taqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsi əmək münasibətləri, xidmət keçdiyi və ya təhsil aldığı müddətləri əhatə edir. Əmək münasibətlərinin, təhsilin xitamı, habelə xidmətkeçmədən azad edilmə yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. 29. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıq dan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 30. ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçi nin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Ma ddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məh kəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, iddiaçının şikayəti üzrə kassasiya mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
37. Apellyasiya instansiya məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, üçüncü şəxslərin yataqxanadan qeydiyyatdan çıxarılması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş dir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
38. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
39. İddiaçı kassasiya şikayətində qeyd edir ki, üçüncü şəxslərin AMEA ilə olan mülki-hüquqi münasibətlərinə xitam verildiyindən, vaxtilə onlara verilmiş yataqxanadan qeydiyyatdan çıxarılmalıdırlar. İddiaçı onu da qeyd edir ki, üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə həmin yaşayış sahələrinin hazırda AMEA-da işləyən və tə hsil alan şəxslərə verilməsi nəzərdə tutulmuşdur.
40. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının altı əsasını müəyyən etmişdir: - şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin məlumatına əsasən; - başqa ölkədə yaşayış yeri seçdikdə — Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin məlumatına əsasən; - azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; - öldükdə və ya mə hkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; - yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; - qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında Plenum hes ab etmişdir ki: - Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsi ndən istifadə hüququna xitam verilməsi ilə baş verir. - Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. - Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. - Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur.
42. İstər qanunvericiliyin tələblərini, istərsə də, Konstitusiya Məhkəməsinin Plenumunun qərarında göstərilən hüquqi mövqeyi nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, bina 12, 83A və 83B saylı mənzillər AMEA X8 yataqxana və mənzil komissiyasının müvafiq qərarları və orderləri ilə üçüncü şəxslərə verilmiş və üçüncü şəxslər həm in mənzillərdə daimi qeydiyyata alınmışlar. İşin müəyyən edilən hallarına görə, üçüncü şəxslər ilə iddiaçı arasında hər hansı mülki-hüquqi münasibətin aradan qalxmasına (əmək müqaviləsinə xitam verilməsinə) baxmayaraq, üçüncü şəxslər hələ də həmin mənzillərdə yaşamağa və aidiyyəti üzrə kommunal ödənişləri öz adlarına ödəməyə davam edirlər.
43. Nəzərə almaq lazımdır ki, mənzildən (yataqxanadan) istifadə hüququ həmin mənzildə qeydiyyatda olmaq hüququndan daha geniş anlamda başa düşülməlidir. Belə ki, yuxarıda qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının da məzmununa əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxıl ması ilə əlaqədardır və bu qətnamələr həm də şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir.
44. İddiaçı kassasiya şikayətinin dəlillərində hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 92-93, 102 və 104-cü maddələrinə istinad etsə də, qeyd edilməlidir ki, üçüncü şəxslərə yataqxana otağının verilməsi və onların həmin mənzilə qeydiyyata alınması zamanı (2002-2004-cü illərdə) hazırkı qərarın 27-ci bəndində qeyd edilən Mənzil Məcəlləsi qüvvədə olmuşdur.
45. Məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxslər hal-hazırda vaxtilə onlara verilmiş yataqxanada yaşamağa və həmin mənzillərdən istifadə etməyə davam etdiklərindən, onların istifadə hüquqlarına xitam verilməsi və həmin mənzillərdən fiziki olaraq çıxarılmaları barədə məsələyə hüquqi qiymət verilmədən onların qeydiyya tdan çıxarılması yolverilməzdir. Əks hal, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə zidd olardı.
46. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının nəticə hissəsinin 2-ci bəndinə göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
47. Hazırkı iş üzrə üçüncü şəxslər mübahisəli mənzillərdə yaşadıqlarına və həmin mənzillərdən istifadə etdiklərinə görə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, üçüncü şəxslərin qeydiyyatdan çıxarılması onların istifadə hüququna xitam verilməsi ilə ola bilər. Hazırkı mübahisə üzrə işin hallarından üçüncü şəxslərin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilmiş olması halı müəyyən edilmir.
48. Digər tərəfdən nəzərə almaq lazımdır ki, iddiaçı ərizəsində üçüncü şəxslərin vaxtilə onlara verilmiş mənzillərdən qeydiyyatdan çıxarılmasını tələb etməklə yekun olaraq həmin mənzillərin AMEA-nın hazırkı əməkdaşlarına vermək istədiyini bəyan edir. Bununla bağlı, nəzərə almaq lazımdır ki, üçüncü şəxslər hal-hazırda həmin mənzillərdə yaşamağa davam etdikləri ndən onların qeydiyyatdan çıxarılması həmin mənzillərin fiziki olaraq boşaldılması ilə nəticələnməyəcəkdir. Çünki şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Ona görə də, üçüncü şəxslərin istifadə hüququna xitam verilməsi barədə məsələni mübahisələndirmədən onların qeydiyyatdan çıxarılması iddiaçının arzuladığı hüquqi nəticəyə (mənzillərin digər əməkdaşlara verilməsinə) çatmaq üçün uğurlu hesab edilə bilməz.
49. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Nəticə etibarı ilə, m übahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyun 2023-cü il tarixli, 21(103)-1862/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.