Məhkəmə qərarları › İş №2-1(102)-2333/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2333/2025

13.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2333/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İlk iddia üzrə iddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh (üçüncü şəxslər X1, Nadirzadə Həsənbala Nadir oğluna, X4, X2, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə) qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünlüyü; şikayətin vəkil tərəfindən tərtib edilməməsi; İPMnin 90.2-ci maddəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, ilk iddia üzrə iddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh (üçüncü şəxslər X1, Nadirzadə Həsənbala Nadir oğluna, X4, X2, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə) qarşı “kompensasiya ödənilərək fərdi yaşayış evinin boşaldılması” tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri İddiaçınə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 may 2025-ci il tarixli, 2-1(103)-2/2025 nömrəli qərardadından ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh nəzərdə tutulmuş kompensasiya məbləğinin artırılaraq 190150 manat məbləğində müəyy ən edilməsi və fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2. 24.07.2019-cu il tarixdə ilk iddia üzrə Cavabdeh Bakı şəhəri İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin mülkiyyətindən maneəsiz istifadə hüququna müdaxilə kimi qiymətləndirilməsi, İddiaçı üzərinə ərizəçinin mülkiyyətdən istifadə etmək hüququnun pozulmasına yönələn hərəkətlərdən çəkinməsi öhdəliyinin qoyulması, mülkiyyət hüququna müdaxilə nəticəsində ona dəymiş 20000 manat məbləğində maddi zərərin, 100000 manat məbləğində mənəvi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim: E.Q.Məmmədov) 25 oktyabr 2019-cu il tarixli, 2-1(81)-1566/2019 nömrəli qərarı ilə ilk iddia tələbi təmin olunmuş, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir.

4. İlk iddia üzrə Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, Ü.A.Mayılov və X.A.Cəmilova) 18 iyun 2020-ci il tarixli, 2-1(103)-363/2020 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1566/2019 saylı 25 oktyabr 2019-cu il tarixli qərarı ilk iddiaya aid hissədə ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilərək, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh 408996 manat məbləğində kom pensasiya ödənilməklə, fərdi yaşayış evinin boşaldılması, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. Həmin qərardan ilk iddia üzrə Cavabdeh, üçüncü şəxslər X3 və Nadirzadə Həsənbala Nadir oğlu kassasiya şikayəti vermişlər.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.S.Nəbizadə /sədrlik edən və məruzəçi/, Z.M.Quliyev və İ.Ə.Şəfiyev) 21 oktyabr 2020-ci il tarixli 2-1(102)-1906/2020 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-363/2020 nömrəli, 18 iyun 2020ci tarixli qərarı iddianın təmin edilən hissəsində ləğv edilmiş, bu hissədə iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qərar qarşılıqlı iddianın rədd edilməsi hissə sində dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

7. Təkrar apellyasiya baxışı zamanı Bakı şəhəri İddiaçı məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, 15 aprel 2024-cü il tarixdə Cavabdeh ilə İddiaçı arasında razılıq əldə olunmuş, yaşayış sahələrinin alınmasına dair notarial qaydada ayrı-ayrılıqda alqı-satqı müqavilələri imzalanmış və bunun müqabilində ona 800.000 (səkkiz yüz min) manat kompensasiya ödənilmişdir. Odur ki, İddiaçı iddiadan imtina etdiyi bildirilmiş və İnzibati Prosessual Məcəllənin 55-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.B.Məmmədov və P.A.Hüseynov) 06 may 2025-ci il tarixli, 21(103)-2/2025 n ömrəli qərardadı ilə İddiaçı ərizəsi təmin edilmiş, iş üzrə icraata xitam verilmişdir.

9. İlk iddia üzrə cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə

90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş h allar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir....

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.... Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin orderi əlavə olunur. KASSASİYANİN MÜMKÜNLÜYÜ

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayət üzrə kassasiya aşağıda qeyd olunan səbəblərdən mümkün sayılmamalıdır.

13. Belə ki, bu Qərarın 10-11-ci bəndlərində qeyd edilən prosessual normaların tələblərinə görə, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmalı, şikayətə vəkil in orderi əlavə edilməlidir.

14. Baxılan şikayət vəkil tərəfindən tərtib edilib imzalanmamış, şikayətə vəkil orderi əlavə edilməmişdir.

15. Qeyd edilən hal, hazırkı şikayət üzrə kassasiyanın mümkün sayılmaması üçün əsasdır.

16. Digər tərəfdən, İPM-in 90.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

17. Qeyd edilən normanın təfsiri baxımından, icraatın bütün iştirakçıları kimi ilk iddia üzrə Cavabdeh münasibətdə də şikayət verə bilmək hüququnun yaranması üçün həlledici şərt mövcud olmalıdır – qəbul edilmiş məhkəmə qərarı ilə onun tələblərinin təmin olunmaması halı baş verməlidir. Bu zaman, dəqiqləşdirilməli olan məqam ondan ibarət olmalıdır ki, məhz hansı hallarda qəbul edilmiş məhkəmə qərarları kassasiya şikayəti verən şəxsə, hazırkı halda ilk iddia üzrə cavabdehə münasibətdə onun “tələblərinin təmin olunmaması” vəziyyətini yaratmış olur. 18. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” İnzibati Kollegiyanın xx.xx.2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “...İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsız lığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir.”

19. Baxılan işdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli 2-1(102)-1906/2020 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)363/2020 nömrəli, 18 iyun 2020-ci tarixli qərarı iddianın təmin edilən hissəsində ləğv edilmiş, bu hissədə iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qərar qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdiri lmədən saxlanılmış, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Beləliklə də, təkrar apellyasiya baxışının predmetini yalnız ilk iddia tələbi təşkil etmiş, həmin tələb üzrə iddiaçı Bakı şəhəri İddiaçı iddiadan imtina etmiş, onun ərizəsi əsasında iş üzrə icraata xitam verilmişdir.

20. Göründüyü kimi, İddiaçı prosessual hüququndan istifadə edərək iddiadan imtina etmiş, işə baxan məhkəmə qanunvericiliyin tələbinə uyğun olaraq iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir. Bu qərardadın qəbul edilməsi nəticəsində kassatorun hər hansı tələbinin təmin olunmaması halı baş verməmişdir. Həmçinin, həmin qərardadla kassatorun əleyhinə və ya ziyanına hər hansı məsələ həll edilmədiyindən, onun bu qərardadın qəbul edilməsi nəticəsində ziyan çəkməsi də müəyyən edilmir. Odur ki, bu qərardad kassatorun ziyanına şərh edilə bilməz.

21. Bu baxımdan, barəsində şikayət verilən məhkəmə aktından ilk iddia üzrə Cavabdeh “məzmunca ziyan çəkməsi” halı müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti vermək üçün İPM-in 90.2-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərti (mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər) ödənilmir. Odur ki, ilk iddia üzrə Cavabdeh apellyasiya məhkəməsinin qərardadından kassasiya şikayəti vermək hüququ da istisna edilir.

22. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 may 2025-ci il tarixli, 21(103)-2/2025 nömrəli qərar dadından ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar