Məhkəmə qərarları › İş №2-1(102)-2334/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2334/2019

11.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2334/2019 11.09.2019 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə Açar söz: qaçqın statusunun verilməsi. GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1194/19 saylı 14 may 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 11.09.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ AR Dövlət Miqrasiya Xidmətinin İQ-127/6 nömrəli, 26.10.2018-ci il tarixli “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında” Qərarı ilə Əfqanıstan İslam Respublikasının vətəndaşı E.H.və ailə üzvlərinə (arvadı, 1981-ci il təvəllüdlü F.H., oğlanları, 2001-ci il təvəllüdlü S.H., 2012-ci il təvəllüdlü A.H., qızları, 2006-cı il təvəllüdlü K.H.və 2009-cu il təvəllüdlü B.H.) qaçqın statusu verilməsindən imtina edilmişdir. AR Dövlət Miqrasiya Xidmətinin 365 nömrəli, 26.12.2018-ci il tarixli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarı ilə “Qaçqın statusunun verilməsindən imtina edilməsinə dair” Dövlət Miqrasiya Xidmətinin 26.10.2018-ci il tarixli İQ-127/6 nömrəli qərarından Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı (şikayət olunan qərarda adı İddiaçı kimi göstərilmişdi r) tərəfindən verilmiş şikayət əsassız olduğuna görə təmin edilməyərək, qərar dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DMX-nin İQ-127/1 nömrəli 26 oktyabr 2018-ci il tarixli və 365 saylı 26.12.2018-ci il tarixli qərarlarının qanunsuz hesab edilməsi, İddiaçı “qaçqın statusu verilməsi haqqında” vəsatətinin təmin edilərək ona “qaçqın” statusunun verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ərizəçi Qəzni vilayətinin Vağəz rayonunun Səfəkoştə kənd sakini olan Əfqanıstan vətəndaşıdır. O, etnik mənsubiyyətinə görə həzara, dini mənsubiyyətinə görə şi ədir. Ərizəçi evlidir və bu nikahdan dörd uşağı var. Onun arvadı və uşaqları onunla birlikdə Azərbaycana gəlmişdir. Ərizəçinin yaşadığı kəndin hazırda əsas sakinləri paştulanlardır. Belə ki, həzaraların əksəriyyəti kəndi tərk etmişdir. Hər il Talibanın döyüşçüləri kəndə gəlirlər və hər ailənin gəlirinin 20 faizi məbləğində öz qoyduqları “vergini” tələb edirlər. Ərizəçi hər il 1300 dollar Talibana pul verməli olub. Sonuncu dəfə taliblər 2017-ci ilin sentyabr-oktyabr aylarında gəliblər.Ərizəçi onlara bildirilmişdir ki, ödəniş etmək üçün pulu yoxdur. Taliblərsə ödəniş olmayacağı təqdirdə oğlunu döyüşçü kimi verməyi tələb ediblər. Ərizəçi məcbur olaraq ödəniş edib. Taliblər ərizəçini silahla döyüblər. Ərizəçinin oğlu müdaxilə etməyə çalışsa da anası mane olub.Taliblər onu hədələyiblər ki, əgər gələn dəfə ödənişi ödəməsə oğlunu alacaqlar. Bu hadisədən sonra ərizəçi ailəsi ilə birlikdə ölkəni tərk edərək, 2018-ci ilin may ayında Azərbaycana gəlib. 26 iyul 2018-ci ildə iddiaçı sığınacaq vəsatəti ilə müraciət etmişdir.Dövlət Miqrasiya Xidməti onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alıb və iddiaçı və arvadı ilə müsahibə aparıb.İddiaçı oğlunun Taliban tərəfindən zorla hərbi xidmətə cəlb ediləcəyindən qorxduğuna görə ölkəsinə geri qayıtmaq istəmədiyini ifadə edib. Ərizəçinin arvadı onun izahatlarını təsdiq edib. 26 oktyabr 2018-ci ildə DMX 127/6 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırmışdır ki, ərizəçinin izahatları mötəbər deyil və həmin izahatlarda ziddiyyətlər mövcuddur.İddiaçı cavabdehin qərarından inzibati şikay ət vermiş, 26 dekabr 2018-ci ildə cavabdehin şikayət instansiyası 365 saylı qərarla inzibati şikayəti rədd etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1148/2019 saylı, 13 mart 2019cu il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. 08.04.2019-cu il tarixdə iddiaçı apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-1148/2019 saylı, 13 mart 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1194/19 saylı 14 may 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1148/2019 saylı, 13 mart 2019-cu il tarixli qərarı dəyişdiril mədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, qaçqın statusu verilməsi haqqında vəsatətə əsasən ərizəçi ölkəsini qaçqın anlayışında əks olunmuş 5 əsasdan hər hansı birinə uyğun gələn təqibə məruz qaldığını əsaslandıra bilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1194/19 saylı 14 may 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə işin faktiki halları məhkəmə tərəfindən tam aydınlaşdırılmamışdır. İddiaçı AİHK-nın 3, 8, 13-cü maddələrinə, AR Konstitusiyasının 60 və 70-ci maddələrinə, İPM-nin 73.1, 81-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1194/19 saylı 14 may 2019-cu il tarixli qərarının ləğv edilm əsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1194/19 saylı 14 may 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Göründüyü kimi, şəxsin qaçqın sayılması üçün onun təqibi sadalanan beş səbəbdən biri ilə əlaqədar özünü biruzə verməlidir: irqi əlamət, milli mənşə, dini etiqad, müəyyən sosial qrupa mənsubiyyət və siyası əqidə. Hazırkı iş üzrə qaçqın statusu verilməsi haqqında vəsatətə əs asən ərizəçi ölkəsini qaçqın anlayışında əks olunmuş 5 əsasdan hər hansı birinə uyğun gələn təqibə məruz qaldığını əsaslandıra bilməmişdir. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan hallalrı ilə müəyyən olunur ki, iddiaçının ərizə-anketinin qeydiyyatı və müsahibə zamanı söylədiyi məlumatlar arasında ziddiyyətlər mövcuddur. Belə ki, iddiaçı taliblər tərəfindən təhdid edildiyini, onlar tərəfindən təyin edilən vergini verə bilmədiyinə görə oğluna zərər verə biləcəklərindən ehtiyat etdiyini, bu səbəbdən də dərhal pasport alaraq ölkəni tərk etdiklərini qeyd etmişdir. Lakin daha sonra müsahibə zamanı bildirmişdir ki, o, Kabildə pasport aldıqdan sonra kəndə qayıtmış, təxminən 5 ay orada yaşamışdır. Həmçinin, iddiaçı qeyd etmişdir ki, bu 5 ay ərzində nə özünün,nə də ail ə üzvlərinin həyatı üçün heç bir təhlükə yaranmamış, taliblər tərəfindən heç bir təhdid və ya təzyiqə məruz qalmamışdır. Eyni zamanda ərizəçi qeydiyyat zamanı mal-heyvanı və qızılları satdığını, bunun Azərbaycana gəlmək üçün məsrəf etdiyini bildirsə də, müsahibə zamanı bu pulları taliblərə vergi olaraq verdiyini qeyd etmişdir.Həmçinin, müsahibə zamanı iddiaçı və onun ailə üzvləri bildirmişlər ki, onlar ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyətlətinə və dini etiqadlarına görə təqib olunmamışlar. Göründüyü kimi, iddiaçı hazırkı iş üzrə qaçıqın statusunun verilməsi üçün zəruri olan faktiki şərtlərin mövcudluğunu sübuta yetirmədiyindən iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 41 9 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin «Qayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə v əsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin «Qayda»nın 7-9-cu bəndlərinə əsasən: - «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. - Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşad ığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. -«Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılm alıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxl anılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1194/19 saylı 14 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar