Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2334/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (dövlət qulluğuna bərpa olunana kimi əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı Şamaxı rayon İcra Hakimiyyəti başçısının 58 nömrəli, 23 iyul 2019-cu il tarixli əmrinin ləğv olunması və 23 iyul 2019-cu il tarixdən başlayaraq Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəs i vəzifəsinə və dövlət qulluğuna bərpa olunana kimi əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə inzibati öhdəlik qoyulması tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)424/2021 nömrəli iş üzrə 16.09.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 15 dekabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 2004-cü ilin may ayından 2012-ci ilin iyun ayına kimi və 2014cü ildən 23 iyul 2019-cu il tarixinə kimi Şamaxı rayonu Birinci Çaylı kənd İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işləmişdir. 2-ci dərəcəli Dövlət qulluqçusudur, cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun 58 nömrəli, 23 iyul 2019-cu il t arixli Əmri ilə tutduğu Şamaxı rayonu Birinci Çaylı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı “Şamaxı rayon İcra Hakimiyyəti başçısının 58 nömrəli 23 iyul 2019-cu il tarixli əmrinin ləğv olunması və 23 iyul 2019-cu il tarixdən başlayaraq Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kənd İƏD-si üzrə nümayəndəsi vəzifəsinə və dövlət qulluğuna bərpa olunana kimi əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə inzibati öhdəlik qoyulması” barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
3. İddiaçının iddia tələbi onunla əsasla ndırılmışdır ki, o, 2004-cü ilin may ayından 2012-ci ilin iyun ayına kimi və 2014-cü ildən 23 iyul 2019-cu ilə kimi Şamaxı rayonu Birinci Çaylı kəndi İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işləmiş, 2-ci dərəcəli Dövlət qulluqçusudur. İşlədiyi müddətdə yaxşı xidmətinə görə dövlət qulluqçusu və Şamaxı RİHB-nın Çaylı kənd İƏD-si üzrə nümayəndəsi kimi dəfələrlə mükafatlandırılmışdır. O, heç bir qanuni əsaslar olmadan, fəaliyyəti araşdırılmadan və Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şurasında baxılmadan Şamaxı rayon prokurorunun ona heç bir aidiyyatı olmayan 04 iyun 2019-cu il tarixli təqdimatına əsasən 58 nömrəli, 23 iyul 2019-cu il tarixli əmrlə işdən azad olunmuşdur. Qanunsuz işdən azad olunması ilə bağlı 19.08.2019-cu il tarixli ərizə ilə Şamaxı rayon İcra Hakimiyyəti nin Başçısına müraciət etsə də, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı onu əvvəlki iş yerinə və ya Şamaxı rayonunun başqa kəndinə inzibati ərazi dairəsi üzrə nümayəndə təyin etməsi barədə söz vermiş, vaxtı uzatmış, lakin onun qanuni və əsaslı müraciətinə bu günə kimi cavab vermədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh bu yolla da onun məhkəməyə müraciət etmək hüququnu qanunsuz olaraq məhdudlaşdırmış və məhkəməyə müraciət etmək vaxtını qanunsuz olaraq bilərəkdən uzatmağa çalışmışdır. Hesab edir ki, buraxılmış müddət məhkəmə qaydasında üzürlü hesab olunmaqla bərpa edilməlidir.
4. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək, cavabdeh Şamaxı rayon İcra Hakimiyyəti başçısının 58 nömrəli, 23 iyul 2019-cu il tarixli əmrinin ləğv olunması və 23 iyul 2019-cu il tar ixdən başlayaraq Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə və dövlət qulluğuna bərpa olunana kimi əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə inzibati öhdəlik qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin 16.04.2021-ci il tarixli, 2-1(118)50/2021 nömrəli (sədrlik edən hakim İsmayıl Quliyev) qərarı ilə iddianın qismən təmin edilməsi, Şamaxı rayon İcra Hakimiyyəti başçısının 58 nömrəli 23 iyul 2019-cu il tarixli əmrinin ləğv olunması və məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq, Şamaxı rayon Prokurorluğunun təqdimatı və Cinayət işi üzrə icraata xitam veriməsi barədə müvafiq qərarı, inzibati icraat haqqında qanunvericiliyin və dövlət qulluğu haqqında qanunun tələblə ri nəzərə alınaraq, İddiaçı barəsində yeni inzibati aktın qəbul edilməsi cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara almışdır.
6. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, “Dövlət qulluğu haqqında Qanunun 25.2, 25.3-cü maddələrinə, “İnzibati İcraat haqqında” Qanunun 14.2, 24.1, 24.2, 24.3, 24.4-cü maddələrinə, İPM-in 73.2-ci maddəsinə əsaslanmışdır.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 16.04.2021-ci il tarixli, 2-1(118)-50/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.09.2021-ci il tarixli, 2-1(105)-424/2021 nömrəli (hakimlər – Rəşadət Ağayev sədrlik edən və məruzəçi, Hökümə Babayeva və İlq ar Dəmirov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(118)-50/2021 saylı qərarının ləğv edilməsi, yeni qərarın qəbul edilməsi, İddiaçı iddia tələbinin təmin edilməsi, Şamaxı rayon İcra Hakimiyyəti başçısının 23 iyul 2019-cu il tarixli 58 saylı əmrinin ləğv edilməsi, İddiaçı Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə və dövlət qulluğuna bərpa edilsin və ona 23 iyul 2019-cu il tarixdən başlayaraq öz vəzifəsinə bərpa olunana kimi əmək haqqının ödənilməsi öhdəliyinin cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır.
9. Apellyasiya instansiya məhkəməsi həmin nəticəyə gələrkən İPM-in 12, 14, 35, 58, 82, 87, 89, 90, 94-cü maddəl ərini, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsini, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24, 73-cü maddələrini, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25, 33-cü maddələrini, Yerli icra hakimiyyətləri haqqında Əsasnaməsinin 4-cü maddəsini tətbiq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
10. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən inzibati prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, həmin məcəlləyə əsasən 87.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci in stansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
11. Məcəllə birinci instansiya məhkəməsinin qərarının apellyasiya tələbi həddinə dəyişdirilməsinə icazə verdiyi halda məhkəmə apellyasiya tələbi olmadan birinci instansiya məhkəməsinin qərarını tamamilə dəyişdirmişdir.
12. Həmçinin məhkəmə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin ciddi şəkildə pozulmasına da əhəmiyyət verməmişdir. 20.1. Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur: 20.1.3. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa;
13. X3 Şamaxı rayonunun X1 tərəf olduğu məhkəmə proseslərində oğlu Vüsal Güliyevin nümayəndəsi qismində iştirak etmişdir. Qanunun dövlət qulluqçusuna qadağan etdiyi əməllər iddiaçı tərəfindən dəfəl ərlə törədilsə də məhkəmə bunu nəzərə almamışdır.
14. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.09.2021-ci il tarixli, 21(105)-424/2021 saylı qərarının ləğv edilməsini, işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
15. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək, qeyd etmişdir ki, o, Şamaxı Rayon Məhkəməsində və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iştirak etməsi ilə bağlı əvvəlcədən Şamaxı RİHB-na məlumat vermişdir, məhkəmə bildirişlərini və ya məhkəmə çağırışlarını Şamaxı RİHB-na təqdim etmisdir. Qanunun tələbinə görə onun məhkəmələrdə iştirakı üzürlü səbəb hesab olunmaqla iş gününün əmək haqqı tam ödənilir. Lakin hazırla Əmrlə bağlı barəsində araş dırma aparılması barədə qərar olmamış, heç bir araşdırma aparılmamış, dövlət qulluqçusu kimi ondan yazılı izahat alınmamış, müvafiq dövlət orqanının rəhbəri tərəfindən barəsində xidməti yoxlama təyin edilməmiş və Şurada onun məsələsinə baxılmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarını məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə təminatı, bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən məhkəməyə şikayət edilməsi haqqında” 1999-cu il 11 iyun tarixli Azərbaycan Respublikasının Qanunu vətəndaşların hüquq və azadlıqlarının məhkəmə təminatı ilə əlaqədar münasibətləri tənzimləyir.
16. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.09.2021-ci il tarixli, 21(105)-424/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 20.1. Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur: 20.1.1. dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa; 20.1.3. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa;
18. İnzibati Pr osessual Məcəllə: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci madd əsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
84. Şikayətçi və birinci instansiya məhkəməsində icraatın iştirakçıları olmuş digər şəxslər şikayət üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə 87.1. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş şikayətin surətini digər proses iştirakçılarına göndərir, proses iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır, qərarın qəbul edilməsi üçün zəruri olan digər müvafiq tədbirləri görür. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məh kəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olu nmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini digər proses iştirakçılarına göndərir, proses iştirakçılarına şika yətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. Maddə 96.5. ikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
19. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi nin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin kassasiya şikayəti 2 (iki) konkret dəlildən ibarətdir.
23. Cavabdehin kassasiya şikayətindəki birinci dəlili: cavabdeh İPM-in 87.6-cı maddəsinə istinadən hesab etmişdir ki, apellyasiya məhkəməsi inzibati prosessual qanunvericiliyinin tələblərini pozaraq “Məhkəmə birinci instansiya məhkəməsinin qərarının apellyasiya tələbi həddində dəyişdirilməsinə icarə verdiyi halda məhkəmə apellyasiya tələbi olmadan birinci instansiya məhkəməsinin qərarını tamamilə dəyişdirmişdir” (dırnaqdakı mətn kassasiya şikayətində yazıldığı kimi verilmiş dir, qeyd Ali Məhkəmənindir).
24. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsaslıdır.
25. Belə ki, İPM-in 81.2-cü maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
26. Məlum olduğu kimi, iddiaçının iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, yəni iddiaçının iddiasının təmin olunmamış hissəsindən apellyasiya şikayəti vermək hüququna malik idi.
27. Lakin iddiaçı həmin hüquqdan istifadə etməmiş, yəni birinci instansiya məhkəməsinin qərarının iddiaçının iddiasının təmin olunmamış hissəsindən apellyasiya şikayti verməmişdir.
28. Eyni zamanda cavabdeh birinci instansiya məhkəməsinin qərarından narazı qalaraq qərardan şikayət vermək hüququna malik olduğu halda, həmin hüquqdan istifadə edib qərardan apellyasiya şikayəti vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir.
29. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsinin 16.09.2021-ci il tarixli qərarının “c) məhkəmə icraatı iştirakçılarının izahatları” adlanan hissəsində apellyasiya məhkəməsi tərəfindən yazılmışdır ki, “göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməklə iddia tələbinin təmin edilməməsini xahiş edirlər” (iş səhifəsi 285)- (Burada cavabdehin izahatının xahiş edirəm hissəsi əks olunmuşdur-Qeyd Ali Məhkəmənindir).
30. Lakin apellyasiya məhkəməsinin 16.09.2021-ci il tarixli qərarının “Qərara aldı” hissəsində “Apellyasiy a şikayəti təmin edilməsin” yazdığı halda, birinci instansiya məhkəməsinin 16.04.2021-ci il tarixli, 2-1(118)-50/2021 nömrəli qərarını ləğv edir, yeni qərar qəbul edir və İddiaçı iddia tələbini təmin edir, yəni iddianı tam təmin edir, halbuki yuxarıda artıq göstərildiyi kimi, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti ümumiyyətlə verilməmişdir.
31. Beləliklə apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətini təmin etmədiyi halda, birinci instansiya məhkəməsinin 16.04.2021-ci il tarixli, 2-1(118)- 50/2021 nömrəli qərarını ləğv edir, yeni qərar qəbul edir, iddiaçının iddiasını tam təmin edir, lakin bunun kimin apellyasiya şikayəti üzrə etdiyi bəlli deyildir.
32. Bununla da apellyasiya məhkəməsi tərəfindən İPM-in 87.6-cı maddəsinin tələbləri kobu d şəkildə pozulmuşdur.
33. Cavabdehin kassasiya şikayətindəki 2 (ikinci) dəlilinə, yəni “Qanunun dövlət qulluqçusuna qadağan etdiyi əməllər iddiaçı tərəfindən dəfələrlə törədilsə də məhkəmə bunu nəzərə almamışdır”, gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən araşdırılmalıdır.
34. Belə ki, cavabdeh “Dövlət qulluğu haqqında” Qanunun 20.1, 20.1.3-cü maddələrinə istinad etsə də, iddiaçının vəkil olmasını təsdiq edən sənədlər işdə yoxdur.
35. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 16.09.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM -nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.09.2021-ci il tarixli, 2-1(105)-424/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.