Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2334/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X30 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X30 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1462/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3667 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini (fəaliyyət növü: hazırlıq kursları fəaliyyəti) həyata keçirdiyi ünvan 1 ünvandakı obyektdə “Meridian kursu”nda (**********-13001) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx. xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarix daxil olmaqla) operativ vergi nəzarəti tədbirinin keçirilməsi qərara alınmışdır.
2. İddiaçıya əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 11 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022ci il tarixli **********7017 nömrəli qərarla 22.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli **********7017 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandır mışdır ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə “COVİD-19”la bağlı yoxlama adı ilə iddiaçının fəaliyyət göstərdiyi obyektdə operativ vergi nəzarəti tədbiri həyata keçirilərək 11 nəfər haqqında əmək müqaviləsi bildirişlərinin qeydiyyatdan keçmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi haqqında akt (seriya DVX № 005915) tərtib edilmişdir. Lakin operativ vergi nəzarəti Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50-ci maddəsinin tələbləri pozulmaqla həyata keçirilmiş, vergi nəzarətinin həyata keçirilməsi başlayan zaman vergi orqanı əməkdaşları tərəfindən “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarış, “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan s ənədlərin təqdim olunması haqqında” tələbnamə iddiaçıya təqdim edilməmişdir. Yalnız xx.xx.2022-ci il tarixli akt tərtib olunduqdan sonra iddiaçıya “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamə aktla birlikdə təqdim edilmişdir. Vergi əməkdaşlarının tələbi ilə iddiaçı onlara tələb olunan bütün sənədləri təqdim etmişdir. Obyektdə operativ vergi nəzarəti keçirilən zaman iddiaçı orada iştirak etmiş, lakin ona izahat verməyə imkan verilməmiş, etiraz edəndə isə iddiaçı polislə hədələnmiş və 1600 manat cərimə olunacağını bildirilmişdir. Onlara İİ qrup əlil və xəstə olduğunu bildirsə də, iddiaçını danışmağa qoymamışlar. Orada olan adamları isə (qadınları) hədələyərək onlardan həqiqətə uyğun olmayan izahatlar alınmışdır. Belə ki, həmin 11 nəf ərdən 2 nəfərin xidməti müqaviləsini (X7 və X14), 2 nəfər tələbənin tədris müqaviləsini (X8 və X3), 5 nəfərin əmək müqaviləsini vergi orqanı əməkdaşlarına təqdim etmiş, 3 nəfərin əmək müqaviləsinin (X16, X2 və X9) portala qeydiyyata düşməməsinin səbəbinin iddiaçının Asan imzasının və şəxsiyyət vəsiqəsinin deaktiv olması, 2 nəfərin isə (X10 və X11) əmək müqaviləsinin olmadığı və 01 fevral 2022-ci il tarixdə bağlandığını bildirmiş, lakin təqdim etdiyi sənədlər nəzərə alınmamış, Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələbləri pozularaq mübahisələndirilən qərar qəbul olunmuşdur. Cavabdehin etirazları:
5. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontr aktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi'' ÖVN tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Məhz bununla bağlı əsaslı şübhələr olduğundan vergi orqanı tərəfindən ÖVN tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Qeyri-məşğulluğun aradan qaldırılması məqsədilə əmək müqaviləsinin bağlanması işəgötürənlərin başlıca vəzifələrindən biridir. Əmək haqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilmişdir. İşçilər işəgötürən tərəfindən əmək müqaviləsi bağlanmadan onlara ödənilən əmək haqları ilə razılaşmaqla özlərini gələcəkd ə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Bundan əlavə, həmin işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi kimi neqativ hallarla rastlaşır və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar.
6. İddiaçı iddia ərizəsində əsassız olaraq bildirmişdir ki, “Operativ vergi nəzarəti Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50-ci maddəsinin tələbləri pozulmaqla həyata keçirilmişdir”. Belə ki, ona məxsus obyektdə operativ vergi nəzarətinin həyata keçirilməsi başlayan zaman vergi orqanı əməkdaşları tərəfindən ‘‘Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarış, “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim ol unması haqqında” tələbnamə ona təqdim edilməmişdir. İddiaçının bu fikrinin əksinə olaraq bildirilir ki, ÖVN tədbiri gedişində tərtib edilmiş bütün sənədlər, o cümlədən “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarış, “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamə vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsinə təqdim edilmiş və sonuncu tərəfindən “tanış oldum" qeydi ilə imzalanmışdır. İddiaçının digər bir əsassız arqumenti ondan ibarət olmuşdur ki, “Cavabdeh tərəfindən “COVlD-19”la bağlı yoxlama adı ilə onun fəaliyyət göstərdiyi obyektdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş və 11 nəfər haqqında əmək müqaviləsi b ildirişlərinin qeydiyyatdan keçmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi haqqında akt tərtib edilmişdir. Göstərilənlərin əksinə bildirilmişdir ki, operativ vergi nəzarəti Azərbaycan Respublikası vergi qanunvericiliyinin tələblərinə tam əməl etməklə keçirilmişdir. Belə ki, həmin Məcəllənin 50.1.7-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. Göründüyü kimi vergi orqanı qanunla ona verilən hüquqlardan istifadə etməklə vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini keçirdiyi obyekt də tam qanuni əsaslarla OVN tədbiri həyata keçirmişdir.
7. X4 xx.xx.2022-ci il tarixli izahatında X25 tərəfindən 1 aydır ki, “rus dili müəllimi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının uşaq sayından asılı olaraq gəlirin 40%-i həcmində müəyyən olunduğunu bildirmişdir.
8. Digər işçi X5 da öz növbəsində X25 tərəfindən 10 gündür ki, stajçı “fizika müəllimi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını bildirmişdir.
9. Digər işçi X28 da iddiaçı tərəfindən 1 aydır ki, “rus dili müəllimi” vəzifəsinə sınaq müddətinə işə cəlb edildiyin i, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını bildirmişdir.
10. Digər işçi X19 3 aydan çoxdur ki, X25 tərəfindən “Azərbaycan dili və ədəbiyyatı müəllimi’’ vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının uşaq sayından asılı olaraq gəlirin 40%-i həcmində müəyyən olunduğunu bildirmişdir.
11. Digər işçi X29 da öz növbəsində X25 tərəfindən “qrafik dizayn” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının uşaq sayından asılı olaraq gəlirin 4 0%-i həcmində müəyyən olunduğunu bildirmişdir.
12. Digər işçi X12 xx.xx.2022-ci il tarixdən X25 tərəfindən sınaq müddətinə “operator’ vəzifəsinə işə cəlb edildiyini, onunla xidməti müqavilənin bağlandığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını bildirmişdir.
13. Digər işçi X20 xx.xx.2021-ci il tarixdən X25 tərəfindən “ingilis dili müəllimi” vəzifəsinə işə cəlb edildiyini, onunla xidməti müqavilənin bağlandığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının uşaq sayından asılı olaraq gəlirin müəyyən faizi həcmində müəyyən olunduğunu bildirmişdir.
14. Digər işçi X26 1 ildir ki, “Meridian" tədris mərkəzində X25 tərəfindən “rus dili müəllimi” vəzifəsinə işə cəlb edildiyini, onunla xidməti müqavilənin bağlandığını, verg i orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının uşaq sayından asılı olaraq gəlirin müəyyən faizi həcmində müəyyən olunduğunu bildirmişdir.
15. Digər işçi X21 1 aydır ki, “Meridian” tədris mərkəzində X25 tərəfindən “ingilis dili müəllimi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını bildirmişdir.
16. Digər işçi X22 xx.xx.2022-ci il tarixdən “Meridian” tədris mərkəzində X25 tərəfindən “internet operatoru” vəzifəsinə işə cəlb edildiyini, onunla xidməti müqavilənin bağlandığını, əmək haqqının aylıq 200 manat təşkil etdiyini, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını bildirmişdir.
17. Digər işçi X6 xx.xx.2022- ci il tarixdən “Meridian” tədris mərkəzində X25 tərəfindən “Azərbaycan dili və ədəbiyyatı” vəzifəsinə işə cəlb edildiyini, onunla əmək müqaviləsinin hələ bağlanmadığını, lakin bağlanacağını bildirmişdir.
18. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
19. Bakı İnzibati Məhkəməsinin 9 dekabr 2022-ci il tarixli, 2-1(112)-6928/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
20. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən qərar vergi qanunvericiliyinin və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun tərtib olunmuş və əsaslandırılmışdır. Qərarda iddiaçıya hesablanmış vergi məbləğinin yaranm a əsasları, işin faktiki və hüquqi halları və bu halları təsdiq sübutlar, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar göstərilmişdir.
21. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2023-cü il tarixli, 2-1(103)-1462/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilmiş, həmin hissədə iddia təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, **********7017 nömrəli qərarı İddiaçı 2000 (iki min) manat məbləğ ində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)6928/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qərarı digər hissədə dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdi ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, aparılmış istintaqla X3 Şahin Əliyevin fəaliyyətinə rəhbərlik etdiyi «MERİDİAN» kurslarında çalışmadığı, onunla «MERİDİAN» kursları arasında bağlanmış Tədris müqaviləsinə əsasən həmin kursda tələbə olduğu, operator işini öyrənmək üçün kursa getdiyi müəyyən edilmişdir. Həmin qərarla X3, X1 fəa liyyəti göstərdiyi “Meridian" kurslarında işləməsi öz təsdiqini tapmadığından, qeyd olunan şəxs barəsində hesablanmış maliyyə sanksiyası ləğv edilmiş və qərarın surəti icra üçün Dövlət Vergi Xidmətinin Bakı şəhəri X30 üzrə Baş İdarəsinə göndərilmişdir. Lakin qeyd olunan hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Belə olan halda həmin şəxslə əlaqədar iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi əsassızdır.
24. Apellyasiya instansiyası məhkəməsi qalan hissədə birinci instan siya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
25. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
26. İddiaçının kassasiya şikayəti mahiyyətcə iddia ərizəsi ilə eyni məzmundadır. Əlavə olaraq qeyd edilmişdir ki, mübahisələndirilən qərar vergi qanunvericiliyinin və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun tərtib olunmamış və əsaslandırılmamışdır. Qərarda iddiaçıya hesablanmış vergi məbləğinin yaranma əsasları, işin faktiki və hüquqi halları və bu halları təsdiq edən sübutlar, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və məlumatlar tam göstərilməmişdir. Bir daha bildirirəm ki, hər iki məhkəmə instansiyası iddiaçının Asan imzasının və şəxsiyyət vəsiqəsinin deaktiv olmasını nəzərə almamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Cavabdeh kassasiya şikayətinə dair etiraz təqdim edərək şikayətin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazın dəlillərinin əsasını iddia ərizəsinə qarşı verilmiş etirazda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ
28. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçü n əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutu lmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəm iyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarının tam ləğv edilməsi tələb olunsa da, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın təmin olunmayan hissəsinə münasibətdə yoxlanılacaqdır. İddianın təmin olunan hissəsinə münasibətdə isə şikayət mümkünsüzdür. Belə ki, İPM-in 90.2-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsində mübah isə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Şikayət qərarın iddianın təmin edilməyən hissəsində ləğv edilməsinə münasibətdə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
32. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndiri lməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
33. İş materialları ilə müəyyən olunur ki, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022ci il tarixli **********7017 nömrəli qərarla 22.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, sonradan Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsində aparılmış istintaqla müəyyən olunmuşdur ki, X3 Şahin Əliyevin fəaliyyətinə rəhbərlik etdiyi «MERİDİAN» kurslarında çalışmamışdır. Bununla əlaqədar olaraq apellyasiya məhkəməsi iddianı qismən təmin etmiş və cavabdehin qərarını qismən, iddiaçıya 2000 (iki min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəs ində ləğv etmişdir, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmışdır.
34. Apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən inzibati icraat materiallarına əlavə edilmiş izahatlar ilə məhkəmə icraatında verilən ifadələr arasında olan ziddiyyətləri araşdırmamış, onları digər sübutlarla birgə qiymətləndirməmişdır.
35. Belə ki, X13 izahatında xx.xx.2021-ci il tarixdən X25 tərəfindən “ingilis dili müəllimi” vəzifəsinə işə cəlb edildiyi, onunla xidməti müqavilənin bağlandığı, lakin vergi orqanında qeydiyyatda olmadığı, adına sabit qəbzinin olmadığı qeyd olunsa da, məhkəməyə verdiyi ifadəsində VÖEN-ni olduğunu bildirmişdir.
36. Eləcə də, X6 izahatında xx.xx.2022-ci il tarixdən “Meridian” tədris mərkəzində X25 tərəfindən “Azərbaycan dili və ədəbiyyatı” vəzifəsinə işə cəlb edildiyini, onunla əmək müq aviləsinin hələ bağlanmadığını, lakin bağlanacağını bildirdiyi halda, məhkəmə verdiyi ifadəsində həmin müəssisəyə iş üçün müraciət etməyə getdiyini, lakin həmin kursda işləmədiyini bildirmişdir.
37. Eyni zamanda, həmin müəssisədə menecer vəzifəsində çalışan X18 ifadə verərək, yoxlama zamanı cavabdehin nümayəndələri tərəfindən 20 yaşlı tələbələrin işçi kimi qeydiyyata alınmasını bildirmişdir.
38. Göründüyü kimi, həmin şəxslərin məhkəmə iclasında verdikləri qısa ifadələrində qeyd olunanlar inzibati icraat materiallarında olan izahatları ilə uzlaşmır.
39. Yuxarıda işə cəlb olunduqları qeyd olunan digər şəxslərin izahatları həmin şəxslərin iştirakı ilə tədqiq olunmamışdır.
40. Beləliklə, işin qeyd olunan və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları apellyasiya instansiyası məhk əməsi tərəfindən araşdırılmadığından, bununla da, İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrinin tələbləri təmin olunmadığından, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və qeyd olunan prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
41. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın tam təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1462/2023 nömrəli qərarı iddi anın təmin edilməyən hissəsində ləğv edilir. İş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.