Məhkəmə qərarları › İş №2-1(102)-2335/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2335/2019

07.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2335/2019 07.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin cavabdeh Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçının vəkili Vəkil və 3-cü şəxs X4 iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Əra zi İdarəsinin cavabdeh Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə (üçüncü şəxslər X7 və X11) qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-988/2019 saylı qərardadından iddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi cavabdehBakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər X9 və X10) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xxxx 2018-ci tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)-4433/2018 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim-X.İmanov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-988/2019 saylı qərardadı ilə (sədrlik edən H.Həmidov hakimlər E.Nağıyeva və V.Baxışova) iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərardadından iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək m əhkəmə qərardadının ləğv edilməsi, Cavabdeh xxxx 2018-ci tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xxxx 2010-cu il tarixli, 2(003)-893 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri 37 saylı DNK-də bağlanmış xxxx 2005-ci il tarixli ilkin müqavilə üzrə borclu X1 ödəniş gününə olan məzənnə ilə 12.000 ABŞ dolları pul məbləğinin alınaraq X8 verilməsi qət edilmişdir. Cavabdeh xxxx 2018-ci il tarixli qərarına əsasən ünvan 1 ünvanda yerləşən X5 məxsus fərdi yaşayış evinin X3 adına rəsmiləşdirilməsi qəra ra alınmışdır. Xəzər Rayon Məhkəməsinin xxxx 2010-cu il tarixli, 2(003)-893 nömrəli icra vərəqəsi Bakı şəhəri 37 saylı DNK-da bağlanmış xxxx 2005-ci il tarixli ilkin müqavilə üzrə borclu X1 ödəniş gününə olan məzənnə ilə 12.000 ABŞ dolları pul məbləğinin alınaraq X6 verilməsi ilə bağlı olsa da, lakin Cavabdeh tərəfindən ünvan 2 ünvanda yerləşən X5 məxsus fərdi yaşayış evi X3 adına rəsmiləşdirilməsi barədə qəbul edilmiş qərar qanunsuz olaraq icra üçün İdarəyə göndərilmişdir. Halbuki, idarə müvafiq mülki iş üzrə tərəf olmamış və icra vərəqəsində borclu kimi göstərilməmiş, buna baxmayaraq Cavabdeh qanunla müəyyən edilmiş səlahiyyətlərindən kənara çıxaraq müvafiq qərarında idarənin üzərinə öhdəlik qoymuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən məhkəmə qərarı olmada n heç kim mülkiyyət hüququndan məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.1-ci maddəsinə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi məhkəmə qərarına əsasən həyata keçrilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində icra şöbəsinin qərarının hüquqların dövlət qeydiyyatı üçün əsas olması göstərilməmişdir. Əsassız olaraq birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən nəzərə alınmamış, düzgün qanunvericilik normalarına istinad edilməmiş, istinad edilən qanunvericilik normaları düzgün təfsir edilməmiş, “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinin tələblərini nəzərə almamış, əsassız olaraq İdarənin iddiası mümkün sayılmamış və nəticədə qanunvericiliyin aşağıda qe yd olunan normaları kobud şəkildə pozulmaqla ədalətsiz qərarlar qəbul edilmişdir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini və Cavabdeh 02.10.2018-ci tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Üçüncü şəxs X11 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən izahatı dinlənilmədi. Cavabdeh Bakı Cavabdeh və 3-cü şəxs X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcə llə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Bakı Cavabdeh və 3-cü şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan R espublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçi ni, iddiaçının vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-ci il tarixli, 2-1(103)-988/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xxxx 2010-cu il tarixli, 2(003)-893 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri 37 saylı DNK-də bağlanmış xxxx 2005-ci il tarixli ilkin müqavilə üzrə borclu X1 ödəniş gününə olan məzənnə ilə 12.000 ABŞ dolları pul məbləğinin alınaraq X6 verilməsi qət edilmiş, Cavabdeh xxxx 2018-ci il tarixli qərarına əsasən ünvan 1 ünvanda yerləşən X5 məxsus fərdi yaşayış evinin X3 adına rəsmiləşdirilməsi qərara alınmışdır. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit etsə də, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddia qaldırılmasını istisna etmiş, burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur, məhkəmə qərarının icrası məhkəmə müdafiəsinin tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, bununla bağlı icra məmurunun qərar və hərəkətlərindən şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır, bu fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi olduğundan, bu qərarlara məhkəmə müdafiəs i hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xxxx 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası İPM-in 8.2ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə d air iddia mümkün sayılır. Məhkəmələr iş materiallarına istinad etməklə iddianın mümkün sayılmaması barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası məhkəmə qərarının icrası məhkəmə müdafiəsinin tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, bununla bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalı olduğunu, bu qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalı olduğunu, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qayd asında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsinin mümkün olmadığını nəzərə alaraq kassasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İq tisadi Kollegiyasının xxxx 2019-ci il tarixli, 2-1(103)-988/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 21(103)-988/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar