Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2335/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqları ödənilən 2012-2016-cı illərin sosial sığorta stajına daxil edilərək əlilliyə görə əmək pensiyasının bərpa edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Cavabdehnə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı Regional ərazi filialı) qarşı “kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqları ödənilən 2012-2016-cı illərin sosial sığorta stajına daxil edilərək əlilliyə görə əmək pensiyasının bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 9 sentyabr tarixli, 2-1(105)-487/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək onun əlilliyə görə əmək pensiyasının bərpa edilməsini xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 27 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının əmək pensiyasın ın təyin edilməsi üçün təqdim olunmuş Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışın araşdırılması zamanı Qanuna əsasən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı barədə «Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış»ın (4 nömrəli əlavə) təsdiqini tapmaması səbəbindən onun əlilliyə görə əmək pensiyası hüququnun olmadığını bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2020-ci il 9 sentyabr tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona əlilliyə görə təyin olunmuş əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpağa görə məcburi dövlət sosial sığorta haqları ödədiyi 2012- 2016-cı illərin sosial sığorta stajına daxil edilərək əlilliyə görə əmək pensiyasının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 5. 2021-ci il 11 mart tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1988-ci il 3 avqust tarixdə anadan olmuşdur. 2017-ci il 20 aprel tarixdə Tibbi-Sosial Ekspertiza Reabilitasiya Alt Sistemi ilə ona elektron qaydada İİ qrup əlillik təyin edilmişdir. 2017-ci il 23 iyun tarixdə ona əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Fondunun Qusar rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. Müraciət tarixinə ona 5 il sığorta stajı tələb olduğundan İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 2006-cı il 1 yanvar tarixdən əmək pensiyasına hüququ yarandığı günədək 5 ilə qarşı 5 il 0 ay 20 gün sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış 204 manat 60 qəpik pensiya kapitalına dair 4 nömrəli forma arayışı təqdim etmişdir. Həmin forma arayışa əsasən ona 2017-ci il 20 aprel tarixdən İİ qrup əlilliyə görə 114 manat 36 qəpik əmək pensiyası təyin edilərək ödənilmişdir. 2019-cu ilin dekabr ayından başlayaraq ona pensiyanın ödənilməsi dayandırılmış və bununla əlaqədar cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh 2020-ci il 29 iyun tarixli, **********7 saylı məktubla ərizəni rədd edərək onun əmək pensiyasının təyin edilməsi üçün təqdim olunmuş Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışın araşdırılması zamanı Qanuna əsasən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı barədə «Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış»ın (4 nömrəli əlavə) təsdiqini tapmaması səbəbindən onun əlilliyə görə əmək pensiyası hüququnun olmadığını bildirmişdir. Cavabdehin etirazları:
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçıya 2017-ci il 20 aprel tarixdə ikinci qrup əlillik təyin edilmişdir. 2017-ci il 23 iyun tarixdə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. 5 il 20 gün sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış 204 manat 60 qəpik pensiya kapitalına dair 4 nömrəli forma arayış təqdim olunmuş və təyinat aparılmışdır. Lakin sonradan həyata keçirilən monitorinq araşdırma zamanı təqdim olunan arayışlar öz təsdiqini tapmadığı üçün ödənişlərin edilməsi dayandırılmışdır. 2020-ci il 8 oktyabr tarixdə Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialla MDSS ödənişləri haqqında sorğu yazılmışdır. Sorğuya verilən cavab məktubu və sığortaolunanın hesabı Alt Sisteminə əsasən iddiaçının cəmi üç ay üzrə sosial sığorta haqları ödənilmişdir. Bu səbəbdən iddiaçıya əlilliyə görə əmək pensiyasının ödənilməsindən imtina edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Sumqayıt İnzibati Məhkəməsinin 2021-ci il 28 aprel tarixli, 2-1(118)-281/2021 nömrəli qərarı ilə iddia təmin edilm iş, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpağa görə məcburi dövlət sosial sığorta haqları ödədiyi 2012-2016-cı illərin sosial sığorta stajına daxil edilərək ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının” İİ bəndinin B yarımbəndində əsasən iddiaçıya əlilliyə görə əmək pensiyası təyin olunması üçün tələb olunan sığorta stajı 4 il 4 ay (28 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü=13 yaş x 4 ay = 52 ay: 12 ay = 4 il 4 ay) təşkil edir. Məhkəmə araşdırmas ı zamanı iddiaçının 5 ildən artıq sosial sığorta stajına malik olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpağa görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarını ödədiyi dövrü onun sosial sığorta stajına daxil etməkdən imtina etməsi və bu əsasla ona təyin olunmuş əlilliyə görə əmək pensiyasının ödənilməsinin dayandırılması qanunsuz olmuşdur.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 9 sentyabr tarixli, 2-1(105)-487/2021 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2021-ci il 28 aprel tarixli qə rarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, işin obyektiv, tam və hərtərəfli araşdırılması üçün 2020-ci il 8 oktyabr tarixdə Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filiala iddiaçının məcburi dövlət sosial sığorta haqları ödənişləri haqqında sorğu göndərilmişdir. Sorğuya verilən cavab məktubu və Sığ ortaolunanın hesabı Alt Sisteminə əsasən iddiaçının 2017 yanvar - 2020 sentyabr dövrü ərzində 1341,67 manat cəmi gəlir, cəmi ödənilmiş 361.55 manat, pensiya kapitalı isə 329.06 manat mövcuddur. Ödənişlər 2017-ci ilin yanvar, fevral və mart aylarında sığortaedən X3 tərəfindən və 2020-ci ilin aprel, may, iyun, iyul, avqust, sentyabr aylarında sığortaedən "xxxx" MMC tərəfindən olmaqla ümumilikdə 9 ay üzrə sosial sığorta haqları ödənilmişdir. Bu səbəblə iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi və ödənilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət sosial sı ğorta stajına daxil edilir. Lakin həmin ödənişlər qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilmədiyi üçün iddiaçının işlədiyi dövr onun sosial sığorta stajına daxil edilə bilməz. Beləliklə də, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 9 sentyabr tarixli qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul olunmalıdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə iddiaçı bildirmişdir ki, cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məc buri dövlət sosial sığorta haqları ödədiyi müddət sığorta stajına daxil edilir. Daha sonra cavabdeh qeyd edir ki, “lakin təmin ödənişlər qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilmədiyi üçün iddiaçının işlədiyi dövr onun sosial sığorta stajına daxil edilə bilməz”. Lakin cavabdeh ödənişlərin qanunvericiliklə müəyyən olunmuş qaydada necə ödənilməli olduğunu kassasiya şikayətində qeyd etməmişdir. İddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə 2012-2017-ci illər ərzində qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqlarını ödəmişdir. Ödənişlərin hamısı bank vasitəsi ilə aparılmış və ödəniş qəbzlərinin bir surətləri də bank tərəfindən cavabdehə göndərilmişdir. Həmin ödəniş qəbzlərinin surətləri cavabdeh inzibati orqanda saxlanılır. İdd iaçının ödədiyi məcburi dövlət sosial sığorta haqları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməyibsə, 2017-ci il üzrə ödəniş qəbzləri haqqında məlumatlar AR ƏSSMN-nin X2 niyə oturmuşdur, 2012-2016-cı illər üzrə isə məlumatlar niyə yoxdur. Əslində isə 2012-2016-cı illər üzrə iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənişlərinin edilməsini təsdiq edən ödəniş qəbzləri haqqında məlumatların cavabdehin elektron informasiya sisteminə daxil edilməsi məhz cavabdehin vəzifəsi idi ki, cavabdeh həmin vəzifəsini yerinə yetirməmişdir. Həmin məlumatların cavabdehin təqsiri üzündən “Sistem”ə daxil edilməməsi iddiaçının pensiyasının kəsilməsi üçün əsas sayıla bilməz. Həmin məlumatların “Sistem”ə daxil edilməməsi iddiaçının qanunvericiliklə müəyyən olunmuş qaydada məcb uri dövlət sosial sığorta haqlarını ödəməsi faktını inkar edə bilməz. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada): Maddə 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:... 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət.
17. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borc ludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qəra r qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunm alıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “...iddiaçıya münasibətdə əlilliyinin müəyyən olunduğu müddətə, yəni 2017-ci il 20 aprel tarixə görə 2017-ci il 1 iyul tarixədək qüvvədə olmuş Əmək pensiyaları haqqında Qanunun 12.1-ci maddəsi tətbiq edilməli və həmin maddəyə əsasən də yalnız pensiyanın təyin edilməsi üçün əmək stajının yetərli olması kifayət edirdi. Lakin apelyator şikayətində əsasən əmək stajı ilə bərabər pensiya kapitalının yetərli olmamasına istinad etməklə 2017-ci il 1 iyul tarixdən qüvvədə olan Əmək pensiyaları haqqında Qanunun müddəalarına əsaslanmışdır.... iddiaçının əmək stajının yetərli olmaması barədə apelyatorun dəlili ilə də razılaşmayaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia çının ailə üzvləri ilə birgə mülkiyyətlərində olan torpaq sahəsilə bağlı ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair mədaxil qəbzləri üzrə iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi 2021-ci il 14 avqust tarixli etirazında 2012-2017-ci illər üzrə ödənilmiş vəsaitlərin qəbzlər üzrə açıqlaması cavabdeh tərəfə 2021-ci il 20 avqust tarixdə göndərilmiş olsa da, cavabdehin nümayəndəsi məhkəmə iclasında həmin qəbzlərin “X1 Sistemində” görünməməsinə istinad etməsilə qəbul olunmamasını bildirməsi hazırkı qərarın 30-cu bəndində istinad edilən Qanunun 21-ci maddəsinin tələbləri baxımından əsassızdır. Eyni zamanda iddiaçının məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərinin əsassızlığını sübut etmək vəzifəsi İPM-nin 14.3-cü maddəsinin tələbinə görə cavabdehin üzərinə düşür.”.
22. Məhkəmə kollegiyası n əzərə alır ki, iddiaçıya əlillik 2017-ci il 20 aprel tarixdə təyin olunduğundan, əlilliyə görə əmək pensiyasının təyin olunması da həmin tarixdə qüvvədə olmuş qanuna əsasən həyata keçirilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin 2017-ci il 1 iyul tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.
23. Normanın məzmunundan göründüyü kimi, əlilliyə görə əmək pensiyasının təyin olunması həmin maddədə göstərilmiş sığorta stajının mövcudluğu ilə şərtlənir. İşin materiallarına görə, iddiaçının sığorta stajı onun paylı mülkiyyətində olan kənd təsərrüfatına yarar lı torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddətə əsaslanır.
24. İddiaçı da “mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpağa görə məcburi dövlət sosial sığorta haqları ödədiyi 2012-2016-cı illərin sosial sığorta stajına daxil edilərək əlilliyə görə əmək pensiyasının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını” tələb edir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.10-cu maddəsi isə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddəti nəzərdə tutur.
25. Belə olan halda, əgər məhkəmə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyursa, 2012-2016-cı illərdə məcbur i dövlət sosial sığorta haqlarının həmin vaxtda qüvvədə olmuş qanunvericiliklə müəyyən olunan qaydalara uyğun ödənilibödənilmədiyini müəyyən etməli idi. Apellyasiya instansiyası məhkəməsinin qərarında 2012-2016-cı illərdə qüvvədə olmuş, məcburi dövlət sosial sığorta haqlarının toplanması qaydalarını, o cümlədən, məcburi dövlət sosial sığorta haqqının dərəcələrini (hazırkı halda, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqların keyfiyyət qrupları üzrə /iş v.10/ müəyyən edilən məcburi dövlət sosial sığorta haqqının miqdarını) müəyyən edən qanunvericilik aktlarının normalarına istinad yoxdur. Deməli, həmin normaların dispozisiya şərtləri məhkəmə araşdırmasının predmeti olmamışdır.
26. Digər tərəfdən, cavabdehin nümayəndəsi də apellyasiya instansiyası məhkəməsində icraat za manı bəyan etmişdir ki, iddiaçının təqdim etdiyi qəbzlər üzrə ödənişlər nəzərə alındıqda belə, tələb olunan 5 illik sığorta stajı tamamlanmır (iş v. 139). Məhkəmə qərarında cavabdehin həmin dəlilinə münasibət bildirilməyib. Həmin dəlilə münasibət bildirmək üçün isə iddiaçının 2012-2016-cı illərdə məcburi dövlət sosial sığorta haqlarını həmin vaxtda qüvvədə olmuş qanunvericiliklə müəyyən olunan qaydalara uyğun ödəyib-ödəmədiyini müəyyən etmək lazım idi. Hazırkı işdə bu, baş verməmişdir.
27. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 9 sentyabr tarixli, 2-1(105)-487/2021 nömrəli qərarı ləğv olunur. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.