Məhkəmə qərarları › İş №2-1(102)-2336/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2336/2019

11.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2336/2019 11.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “mülkiyyət hüququnun tanınması və s.” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 8 may tarixli 2-1(103)1249/2019 nömrəli qərardadından ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aş ağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 368-ci kvartalda yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının tanınması, müəssisəyə texniki pasportun və mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin verilməsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. 1 saylı Yerli İqtisad Məhkəməsinin 2005-ci il 24 mart tarixli 308/1-43 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 368-ci kvartalda yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının tanınması, müəssisəyə texniki pasportun və mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin verilməsinin cavabdehə həvalə edilməsi qət edilmişdir. Cavabdeh 2011-ci il 23 sentyabr tarixli əri zə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 1 saylı Yerli İqtisad Məhkəməsinin 2005-ci il 24 mart tarixli, 308/1-43 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üzrə müddətin bərpa edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2011-ci il 21 oktyabr tarixli 308/1-43 nömrəli qərardadı ilə cavabdehin ərizəsi təmin edilməmiş, 1 saylı Yerli İqtisad Məhkəməsinin 2005-ci il 24 mart tarixli, 308/1-43 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti bərpa edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2011-ci il 21 oktyabr tarixli qərardadının ləğv edilməsini və şikayətin verilməsi müddətini bərpa etməklə işin mahiyyəti üzrə baxılası üçün apellyasiya şikayətinin göndərilməsi ni xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2011-ci il 17 noyabr tarixli 308/1-43 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2011-ci il 21 oktyabr tarixli, 308/1-43 saylı qərardadı dəyişdirilmədən saxlanılmış və şikayətin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2011-ci il 13 dekabr tarixli 2-1(103)-726/2011 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2011-ci il 21 oktyabr tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2012-ci il 28 mart tarixli 2-1(102)-84/2012 nömrəl i qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2011-ci il 13 dekabr tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ərizəçi yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək 1 saylı Yerli İqtisad Məhkəməsinin 2005-ci il 24 mart tarixli 308/1-43 nömrəli qətnaməsinin ləğv edilməsini, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Nəsimi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan x2, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Az ərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini və sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla iddianın rədd olunmasını xahiş etmişdir. Ərizənin əsaslandırılması: Ərizə onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı Yerli İqtisadi Məhkəməsinin 2005-ci il 24 mart tarixli, 308/1-43 nömrəli qətnaməsində qeyd olunan müvafiq daşınmaz əmlakla bağlı İdarənin mütəxəssisləri tərəfindən 2018-ci il 19 noyabr tarixdə müvafiq ünvanda yoxlama-ölçü işləri aparılarkən və mövcud sənədlərin ətraflı və dəqiq araşdırılması zamanı birinci instansiya və apellyasiya instansiyalarında müvafiq inzibati işə baxılarkən əvvəlcədən məlum olmayan və müvafiq icra sənədinin icrasını mümkünsüz edən yeni hallar və sübutlar aşkar edilmişdir. Belə ki, müvafiq qeyri-yaşayış binası faktiki olaraq «A»tikilisi – ümumi sahəsi 426.10 kv.m, «B»tikilisi – ümumi sahəsi 105.90 kv.m, eyvan 43.8 kv.m, «C»tikilisi – 164.3 kv.m, «D»tikilisi – 131.40 kv.m, «E»tikilisi – 60.3 kv.m, «E1»tikilisi – 12.3 kv.m, yerləşdiyi torpaq sahəsi isə faktiki olaraq 1983,0 kv.m təşkil edir. Lakin, müvafiq ünvanda yerləşən 1797,7 kv.m torpaq sahəsinə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Müvafiq torpaq sahəsi üzərində 6 ədəd tikili mövcuddur. «A»tikilisi 2 mərtəbəli yarımzirzəmi tikilidir. «B»tikilisi yarımzirzəmili tiklidir və həmin sahə sirkin heyvanları üçün nəzərdə tutulmuş tunel olmuşdur. «C» tikilisi birmərtəbəli, «D»tikilisi ikimərt əbəlidir. «E»və «E1»tikililəri köməkçi tikililərdir. Müvafiq ərazi yaşıllıq ərazisidir. Həmçinin, müvafiq torpaq sahəsi üzərində «Bakcell»in radioqəbuledici qurğusu mövcuddur. Hasarın xarici divarına bitişik 300 mm-lik metal qaz borusu keçir və müvafiq daşınmaz əmlak qaz xəttinin mühafizə zolağında yerləşir. Müvafiq daşınmaz əmlakın mövcud vəziyyətinə uyğun olan eskiz layihəsi təqdim edilməmişdir. Bundan əlavə, müvafiq daşınmaz əmlak dövlət əmlakıdır və Bakı Dövlət Sirkinin ərazisində yerləşir. Belə ki, dövlət əmlakı «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun özəlləşdirməlidir. Bu səbəbdən də, müvafiq ünvanda özbaşına olaraq inşa edilmiş əlavə tikililərə və zəbt olunmuş torpaq sahəsinə dair qanunvericiliyin tələblərinə uyğun olan hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Lakin, yuxarıda qeyd olunan hallar daha əvvəl işə məhkəmədə baxılarkən məlum olmadığından məhkəmə tərəfindən nəzərə alınmamışdır. Eyni zamanda, ərizəçi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə vəsatətlə müraciət edərək yeni açılmış hallarla bağlı icraatın təzələnməsini nəzərə alaraq məhkəmə qərarının icrasının dayandırılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 18 mart tarixli 308/1-43 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizədə göstərilən hallar işə mahiyyəti üzrə baxılan zaman məhkəmə araşdırmasının predmeti olmuşdur. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə təmin edilmədiyindən, iş üzrə məhkəmə qərarının icrasının dayandırılmasına əsaslar yoxdur. Ərizəçi həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin təmin olunmasını, 1 saylı Yerli İqtisad Məhkəməsinin 2005-ci il 24 mart tarixli 308/1-43 nömrəli qətnaməsinin ləğv edilməsini, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Nəsimi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan x2, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Res publikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini və sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 8 may tarixli 2-1(103)-1249/2019 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərardadı ərizəçiyə 2019-cu il 20 may tarixdə təqdim edilmişdir. Ərizəçi həmin qərardaddan 2019-cu il 29 may tarixdə kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini, məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin təmin olunmasını, 1 saylı Yerli İqtisad Məhkəməsinin 2005-ci il 24 mart tarixli 308/1-43 nömrəli qətnaməsinin ləğv edilməsini, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Nəsimi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan x2, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əm lakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini və sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizədə və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətdə göstərilənlər təşkil edir. İşdə iştirak edən şəxslərin izahatları: Tərəflər və ərizəçi məhkəmə iclasında təmsil olunmamışlar. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi ba rədə ərizədə qeyd olunanlar formal mülahizələrdən ibarət olmuş və işə mahiyyəti üzrə baxılan zaman məhkəməyə məlum olmuşdur. Əsaslandırma hissəsi: Tərəflərin və ərizəçinin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırıl mış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 100-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. İPM-in 106-cı maddəsinin müddəalarına əsasən, məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır (106.1). İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir (106.2). İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir (106.3). İşin materiallarına əsasən, cavabdehin istinad etdiyi hallar birinci və sonrakı instansiya məhkəmələrində icraat zamanı cavabdehə və icraatın iştirakçılarına məlum olmuş, cavabdeh həmin hallara iddia tələbinə qarşı etirazında və məhkəmə qərarlarından verdiyi şikayətlərdə istinad etmiş, həmin hallar məhkəmə araşdırması zamanı nəzərə alınmışdır. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin və məhkəmə qərarının icrasının dayand ırılması barədə vəsatətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 8 may tarixli 2-1(103)-1249/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar