Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2336/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, şikayətin müddət ötürülməklə verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “arxiv arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(105)-398/2021 nömrəli, 22 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Sumqayıt İnzibati Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-1(118)-184/2021 nömrəli qərardadı ilə (hakim: V.Əzizova) iddia mümkün sayılmamışdır.
3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsinə arxiv arayışının alınması ilə bağlı ilkin olaraq cavabdehə müraciət edilməsi və bununla b ağlı cavabdeh inzibati orqanın imtinası əlavə olunmadığından iddia mümkün sayıla bilməz.
4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-398/2021 nömrəli iş üzrə 22 iyun 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: F.Ə.Məmmədov, hakimlər: Z.İ.Məmmədov və H.Ç.Babayeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
7. İddiaçı ərizə ilə məhkəməyə müraciət etmiş, məcburi köçkün olduğu nu və maddi imkanının olmadığını bildirərək kassasiya şikayəti vermək üçün dövlət vəsaiti hesabına vəkil ilə təmin olunmasını xahiş etmişdir.
8. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-398/2021 nömrəli iş üzrə 03 avqust 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: F.Ə.Məmmədov, hakimlər: Z.İ.Məmmədov və R.Ə.Ağayev) ərizə təmin edilmiş, iddiaçının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması Sumqayıt şəhər 1 saylı Vəkil Bürosuna həvalə edilmişdir.
9. Daha sonra iddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-398/2021 nömrəli iş üzrə 22 iyun 2021-ci il tarixli qərardadının ləğv edilməsini və işin baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. TƏRƏFLƏRİN DƏ LİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:
10. İş kassasiya instansiyasına daxil olduqdan sonra iddiaçının şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və məlum olmuşdur ki, şikayət müddət ötürülməklə verilmişdir.
11. Bununla əlaqədar iddiaçıya prosessual müddətin buraxılmadığını təsdiq edən sübutları və ya ötürülmüş müddətin bərpasına dair əsaslandırılmış vəsatəti 14 dekabr 2021-ci il tarixədək Ali Məhkəmənin İnzibati Kollegiyasına təqdim etmək təklif olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ:
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə tərkibi hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
14. Belə ki, Azərbaycan Respublikası İPM-nin 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu g ündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
15. İş materiallarından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 03 avqust 2021-ci il tarixli qərardadı ilə iddiaçıya dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilmişdir. Qərardad icra edilmiş, Vəkil 12 avqust 2021-ci il tarixdə order yazılmasına baxmayaraq, kassasiya şikayəti 29 oktyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Kassasiya şikayətinin 29 oktyabr 2021-ci il tarixindən əvvəl təqdim edilməsi barədə iş materiallarında heç bir məlumat yoxdur.
16. İddiaçıya məhkəmə bildirişi göndərilməklə qeyd olunan çatışmazlıq onun diqqətinə çatdırılmış, kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutların təqdim edilməsi və ya buraxılmış prosessual müddətin bər pasına dair müvafiq ərizə (vəsatət) verilməsi təklif edilməklə, kassasiyanın mümkünlüyü məsələsinə 14 dekabr 2021-ci il tarixədə baxılacağı barədə ona və vəkilinə məlumat verilmiş, lakin qeyd edilən vaxtadək çatışmazlıq aradan qaldırılmamış, kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamış, eləcə də müddətin bərpa edilməsi barədə ərizə (vəsatət) verilməmişdir.
17. Məhkəmə tərkibi hesab edir ki, hazırkı halda iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayıla bilməz. 18.Yuxarıdakılara əsasən, məhkəmə tərkibi Qərara aldı: Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-398/2021 nömrəli, 22 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və şikay