Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2336/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışların ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reye strı publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxs X21 Feyruzovna) qarşı “X6 adına verilmiş JN-99A kod 90319018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-289/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. X18 ilə X13 xx.xx.1940-cı ildə nikaha daxil olmuşlar və birgə nikahlarından iddiaçı da daxil olmaqla 3 övladları doğulmuşdur. İddiaçının X3 xx.xx.2014-cü il tarixdə, atası X14 xx.xx.1981-ci il tarixdə, anası X13 xx.xx.2002-ci il tarixdə ölmüşdür. 2. 1996-1997-1998-1999-2000-ci illərin 01 nömrəli təsərrüfatbaşına kitabının 4/2 nömrəli təsərrüfatı X9 adına olmuş, təsərrüfatında ailə başçısı olmaqla adına 0,10 ha torpaq sahəsi və 88 kv.m sahəsi olan evin olduğu qeyd olunmuşdur.
3. Ağdaş rayon AİK xx.xx.1998-ci il tarixli qərarı ilə torpaq payı alacaq subyektlərin siyahısı təsdiq edilmiş, siyahıda X9 adı qeyd olunmasına baxmayaraq, onun adının üzərindən xətt çəkilərək X6 adı subyektlər siyahısına əlavə edilmiş və onun adına şəhadətnamə hazırlanmışdır.
4. Şəhadətnamə əsasında torpaq sahəsi və fərdi yaşayış evi ******** **23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 5. xx.xx.1995-ci il tarixli vəsiyyətnamə ilə X13 öz mirasını X10 vəsiyyət etmişdir. 6. “Elektron notariat” İnformasiya X1 hər-hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir.
7. İddiaçı X6 adına, sonradan vərəsəlik əsasında hazırki iş üzrə üçüncü şəxsin (Hürü Cəmiyevanın qızının) adına hazırlanmış çıxarışların ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, Ağdaş rayonu Şıxl ı kəndində 0,1340 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2015-ci il tarixli 481 nömrəli məktubuna, ləğv edilmiş DTXK-nın Ağdaş rayon şöbəsinin tərtib etdiyi JN-99A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə (şəhadətnamə itdiyinə görə arayış və qəzetdə dərc olunmuş elan) əsasən X12 adına tam mülkiyyət hüququ üzrə xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə hüquqların dövlət reyestrində qeydiyyata alınmışdır. X20 faktiki hüquqi varisi X21 Feyruzovna fərdi yaşayış evinə verilmiş dövlət reyestrindən çıxarışın dublikatını almaq üçün ərizə ilə müraciət etmiş və nəticədə ona xx.xx.2021-ci il tarixdə ********** nömrəli hüquqların dövlət reyestrində n çıxarış (dublikat) verilmişdir. Qeyd edilən daşınmaz əmlak vərəsəlik şəhadətnaməsinə əsasən X21 Feyruzovnanın adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq başqa subyektlərin mülkiyyətində olan daşınmaz əmlaka dair verilmiş dövlət reyestrindən çıxarışda hər hansı düzəlişin və ya onun ləğv edilməsi idarənin səlahiyyətinə aid deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, X6 adına verilmiş JN-99A kod 90319018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X2 ilə X16 1940-cı illərdə faktiki olaraq evlənmiş, nikahlarını 20 fevral 1960-cı ilə Ağdaş RİH başçısının Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində (keçmiş Ağdaş rayonu Şıxlı kənd sovetliyində) rəsmiləşdirmişlər. Birgə nikahlarından X3, X4 və özü doğulmuşdur. X5 01 noyabr 1981-ci il tarixdə, anası X16 12 aprel 2002-ci il tarixdə, X3 28 yanvar 2014-cü il tarixdə, X4 isə 08 yanvar 2021-ci ildə ölmüşdür. X3 1995-ci ilədək Rusiya Federasiyasında yaşamış, 1995-ci i ldə Ağdaş rayonunun Şıxlı kəndinə qayıtmış və ölən günədək həmin kənddə özünə məxsus təsərrüfatda yaşamışdır. X4 1979-cu ildə ailə qurması ilə bağlı Bakı şəhərinə köçmüş və daimi qeydiyyata alınaraq orada rəsmi qaydada işləmişdir. Ağdaş RİH başçısının Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi rəsmi məlumata görə 2016-cı il tarixdən nümayəndəliyin 02 nömrəli təsərrüfatbaşına kitabının 60-cı səhifəsinin 154 nömrəli şəxsi hesabına qeydə alınmışdır. X2 ilə X16 ailə qurduqdan sonra bir müddət Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasında yaşayandan sonra Azərbaycana, Ağdaş rayonunun Şıxlı kəndinə qayıdaraq orada yaşamış, birgə nikah dövründə qanuni istifadələrində olmuş sənəd üzrə 0,10 ha, faktiki isə 0,15 hektar həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikdir mişlər. Atası öldükdən sonra anası X16 həmin kəndə qeyd edilən təsərrüfatda ölən günədək tək yaşamış və təsərrüfatı tək özü idarə etmişdir. Torpaq islahatı zamanı Ağdaş rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 12 nömrəli qərarı ilə anası təsərrüfatında tək ailə üzvü olduğuna görə Ağdaş rayonunun Şıxlı kəndi ərazisindən onun mülkiyyətinə 1,04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,15 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə adına JN:009, kod 90319018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı hazırlanmışdır. Çoxsaylı müraciətlərinə baxmayaraq rəsmi dövlət orqanlarından ona Ağdaş rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 12 saylı qərarı və 0,15 hektar həyətyanı torpaq sahəsi ilə bağlı anasının adına torpağın mülkiyy ətə verilməsinə dair şəhadətnamənin olub-olmaması barədə məlumat verilməmişdir. Bütün bunların əksi olaraq müraciətlərinə əsasən ona bildirilmişdir ki, 1979-cu ildən 2016-cı ilədək Bakı şəhərində rəsmi qeydiyyatda olan və orada yaşayan X4nın mülkiyyətinə Ağdaş rayonunun Şıxlı kəndi ərazisində Ağdaş rayon Aqrar İslahat komissiyasının 30 iyun 1998-ci il tarixli 12 saylı qərarı və 2003-cü ilin aprel ayında o vaxt mövcud olmuş DTXK Ağdaş rayon şöbəsində qeydiyyata alınmış JN-99A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,15 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi cavabdeh idarədə əvvəlcə xx.xx.2016-cı ildə fərdi yaşayış evi də daxil olmaqla 0,1340 hektar ölçüdə, bundan 5 il sonra, yəni xx.xx.2021-ci il tarixdə isə 0,15 hektar ölçüdə bacısının adına qey də alınaraq adına müvafiq olaraq ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir.
3. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.
4. Şəki İnzibati Məhkəməsinin 27 yanvar 2023-cü-ci il tarixli 2-1(116)-76/2023 nömrəli qərardadı (hakim F.S.İsmayılzadə) ilə X21 Feyruzovna üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir.
5. Üçüncü şəxs iddia tələbinə münasibət bildirməmişdir.
6. Şəki İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2-1(116)-76/2023 nömrəli qərarı (hakim F.S.İsmayılzadə) ilə iddia təmin edilmiş, iddia təmin edilm iş, X6 adına verilmiş JN-99A kod 90319018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Ağdaş rayon AİK xx.xx.1998-ci il tarixli qərarı ilə torpaq payı alacaq subyektlərin siyahısı təsdiq edilməsinə baxmayaraq, subyektlər siyahısına ilk öncə X9 adı daxil edilmiş, sonradan heç bir hüquqi əsas olmadan onun adının üzərindən xətt çəkilərək Hürü Siracəddin qızının adı subyektlər siyahısına əlavə edilməklə, sonuncunun adı na şəhadətnamə hazırlanmış, sonrakı tarixlərdə cavabdeh tərəfindən öz faktiki xarakterli hərəkətləri ilə səhvə yol verilərək eyni torpaq sahəsi (müxtəlif ölçülər göstərilməklə) və fərdi yaşayış evi **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Halbuki, qeydiyyat mərhum Banı Cəmiyevanın adına aparılmalı, sonrakı qeydiyyat vərəsəlik qaydasında müəyyən edilməli idi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sonrakı qeydiyyatların aparılmasına əsas olmuş ilkin qeydiyyata, yəni Şəhadətnamənin tərtib edilməsinə əsas qismində xx.xx.19 95ci il tarixli vəsiyyətnamə çıxış etmişdir ki, həmin vəsiyyətnamə əsasında heç bir vərəsəlik işi açılmamış və hər-hansı vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. B.Cəmiyevaya münasibətdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də tərtib edilməmişdir. Təsərrüfatbaşına kitablardan çıxarışa əsasən B.Cəmiyeva barədə təsərrüfatın tək üzvü olmaqla qeydiyyat aparılmasına baxmayaraq, onun təsərrüfatında olmuş fərdi yaşayış evi çıxarışlarla H.Cəmiyevanın adına rəsmiləşdirilmişdir. Məhkəmə hesab etmişdir ki, hər üç qeydiyyat bir-birinin davamı olaraq inzibati orqanların heç bir inzibati akta və ya mülki hüquqi əqdə, həmçinin vərəsəlik haqqında şəhadətnaməyə əsaslanmayan faktiki xarakterli hərəkətlərinin nəticəsi olaraq aparıldığına görə, X6 adına verilmiş JN-99A kod 90319 018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi məsələsinə bir inzibati məhkəmə icraatı çərçivəsində baxılaraq hüquqi qiymət verilməlidir. İddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını po zmuş, imtina mövcud inzibati praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və yeni qərar qəbul edilərək iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2023-cü il tarixli, 2-1(107)-289/2023 nömrəli qərarı (hakimlər: R.R.Rəfiyev/sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2-1(116)-76/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya inst ansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 1.0.4, 2.1, 2.2, 8.0.1, 8.0.3, 15.1, 11.1, 23, Mülki Məcəllənin 139.1, 139.3, 139-1.1.1, Torpaq Məcəlləsinin 67.1-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1 və 2-ci bəndlərinə istinad etmişdir.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xah iş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmə kollegiyası xx.xx.2021-ci qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qərar qəbul edərkən nəzərə almamışdır ki, Ağdaş rayonu Şıxlı kəndində yerləşən 0,1340 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 84,4 kv.m olan fərdi yaşayış evinə xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2021-ci il tarixdə ölmüş X12 vərəsəsi qızı X21 Feyruzovnanın adına xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********2310301 reyestr nömrəli çıxarış verilmişdir. Bununla da ləğv edilməsi nəzərdə tutulan qeydiyyat art ıq qüvvədə olmadığından və ləğv edilməsi mümkün olmadığından gələcəkdə məhkəmə qətnaməsinin icrası qeyri-mümkün olacaqdır.
13. İddiaçı kassasiya şikayətində Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73cü maddəsinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməs inin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiy yət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2. daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orq anı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
18. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1 İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.3 Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4 İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı ol malıdır. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.
19. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” 1.1 yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3 şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hü ququna dair dövlət aktı; 1.4 kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5 tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6 şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7 yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8 yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutuld uğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9 ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10 ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11 Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra "Daşınmaz əm lakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3 kənd və qəsəbə y aşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001 -ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5 yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi ev tikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7 yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkə mə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırs a, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstə rilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Belə ki, iş materialları ilə müəyyən olunduğu kimi, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı cavabdeh inzibati orqan tərəfindən səhv olaraq aparılmış dövlə t qeydiyyatının və Hürü Cəmiyevanın adına verilmiş çıxarışların ləğv edilməsindən ibarətdir.
25. Məhkəmə kollegiyası işin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına və kassasiya şikayətinə münasibətdə təkrar qeyd edir ki, Ağdaş rayon AİK xx.xx.1998-ci il tarixli qərarı ilə torpaq payı alacaq subyektlərin siyahısı təsdiq edilmiş və həmin siyahıda X9 adı qeyd edilmişdir. Daha sonra onun adının üzərindən xətt çəkilərək Hürü Siracəddin qızının adı subyektlər siyahısına əlavə edilmiş və sonuncunun adına şəhadətnamə hazırlanmışdır. Daha sonra cavabdeh inzibati orqan tərəfindən hazırki qərarın 15-20-ci bəndlərində sadalanmış qanunvericiliyin tələbləri pozulmaqla həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydi yyata alınmaqla çıxarışlarla rəsmiləşdirilmişdir.
26. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan X6 adına qeydiyyat aparan zaman onun adına hazırlanmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin tərtib edilməsinə əsas qismində xx.xx.1995-ci il tarixli vəsiyyətnamə olduğundan məlumatlı olmuşdur.
27. Hüquqların dövlət qeydiyyatını tam, düzgün və şəffaf aparmaq vəzifəsi olan cavabdeh inzibati orqan qanunsuz tərtib edilmiş sənədlər əsasında X6 hüquqlarını dövlət qeydiyyatına almışdır. Halbuki, hüquqların dövlət qeydiyyatı Banı Cəmiyevanın adına aparılmalı, daha sonra onun adına vərəsəlik işi açılmaqla qanunvericiliyin tələblərinə uyğun növbəti hərəkətlər edilməli idi. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin tərtib edilməsinə əsas xx.xx.1995-ci il tarixli vəs iyyətnamə olsa da, həmin vəsiyyətnamə əsasında heç bir vərəsəlik işi açılmamış və Hürü Cəmiyevanın adına vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. Ümumiyyətlə, Banı Cəmiyevaya münasibətdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də tərtib edilməmişdir.
28. Göründüyü kimi, təsərrüfatbaşına kitablardan çıxarışa əsasən iddiaçının anası təsərrüfatın tək üzvü olmaqla qeydiyyatda olmasına baxmayaraq, onun təsərrüfatında olmuş fərdi yaşayış evi çıxarışlarla Hürü Cəmiyevanın adına qanunsuz olaraq rəsmiləşdirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı, cavabdehin iddiaçının müraciətindən imtinası qanunsuzdur.
29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya sı məhkəməsinin gəldiyi nəticə hazırki qərarın 15-20-ci bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı olmuşdur.
30. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2023-cü il tarixli, 21(107)-289/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.