Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2337/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ 30.07.2019 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və http://supremecourt.gov.az/static/view/65X1 ibarət tərkibdə, İddiaçının vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanmas ı haqqında iddia tələbinə dairiş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 aprel 2019-cu il tarixli qərarından cavabdeh şöbətərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.07.2017-ci ilədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4, 20.7, 20.7.3, 20.1.1. - 20.1.17 və 29.3-cü maddələrinə müvafiq olaraq sabiq hakim kimi iddiaçının pensiyasının 30 il 11 aya yaxın hakim və prokuror vəzifələrində işləməsin i nəzərə alaraq, Azərbaycan Respublikası Ali Məhkəməsində işlədiyi 5 ilin orta aylıq əmək haqqını əsas götürməklə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106, 107 və 109-cu maddələrinə müvafiq olaraq pensiyasının hakimlərə məzuniyyətə çıxdığı vaxt 2 aylıq əmək haqqı məbləğində məzuniyyət haqqı və müalicə olunmaları üçün 2 aylıq əmək haqqı məbləğində pul təminatı; 01.10.2010-cu il tarixdən səlahiyyətlərini yerinə yetirməklə bağlı xərclərin ödənilməsi üçün əmək haqqının 25 faizi həcmində əlavənin və 01.11.2010- cu il tarixdən yüksək hüquqi ixtisasa görə əmək haqqının 15 faizi həcmində əlavə haqq verilməsi nəzərə alınmaqla yenidən hesablanması vəzifəsinin cavabdeh şöbəyə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-fqtisadi M əhkəməsinin 08 fevral 2019-cu il tarixli qərarı ilə (hakim T.Əsədova; iş No 2-1(81)1177/2019) iddianın təmin edilməsi;01.07.2017-ci ilədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4, 20.7, 20.7.3, 20.1.1. - 20.1.17 və 29.3-cü maddələrinə müvafiq olaraq sabiq hakim kimi iddiaçının pensiyasının 30 il 11 aya yaxın hakim və prokuror vəzifələrində işləməsini nəzərə alaraq, Azərbaycan Respublikası Ali Məhkəməsində işlədiyi 5 ilin orta aylıq əmək haqqını əsas götürməklə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106, 107 və 109-cu maddələrinə müvafiq olaraq pensiyasının hakimlərə məzuniyyətə çıxdığı vaxt 2 aylıq əmək haqqı məbləğində məzuniyyət haqqı və müalicə olunmaları üçün 2 aylıq əmək haqqı məbləğində pul təminatı, 01.10.2010-c u il tarixdən səlahiyyətlərini yerinə yetirməklə bağlı xərclərin ödənilməsi üçün əmək haqqının 25 faizi həcmində əlavənin və 01.11.2010-cu il tarixdən yüksək hüquqi ixtisasa görə əmək haqqının 15 faizi həcmində əlavə haqq verilməsi nəzərə alınmaqla yenidən hesablanması vəzifəsinin cavabdeh şöbənin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən E.Nağıyeva, hakimlər H.Həmidov və V.Baxışova; iş № 21(103)-1002/2019) cavabdeh şöbənin apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-fqtisadi Məhkəməsinin 08 fevral 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarı ləğv edilməsi və tələbin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçının vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 aprel 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegi yası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh şöbənin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əs aslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. İşin materillarında olan, iddiaçıya məxsus əmək kitabçasının surətinə əsasən, O, 20.08.1977-ci il tarixdə əmək fəaliyyətinə başlamış, 21.07.1987 - 03.02.1993-cü il tarixlərdə dövlət arbitri; 03.02.1993 - 21.04.1993-cü il tarixlərdə Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin hakimi; 21.04.1993 - 24.07.2000-ci il tarixlərdə Azərbaycan Respublikası Prokurorluq orqanlarında böyük prokuror; 24.07.2000 - 16.06.2007-ci il tarixlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi; 2 8.07.2007 - 01.01.2011-ci il tarixlərdə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin sədri; 01.01.2011 - 04.03.2016-cı il tarixlərdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri; 04.03.2016 - 05.10.2018-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifələrində işləmişdir. 07.09.2015-ci il tarixdə iddiaçıya hakim kimi əmək pensiyası təyin edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının “Sonuncu müayinəyə dair məlumatın verilməsi barədə” arayışa əsasən, iddiaçıya 11.12.2018-ci il tarixdən müddətsiz olaraq ümumi xəstəlik səbəbindən İ dərəcəli əlillik təyin olunmuşdur. Həmin tarixdən iddiaçıya İ qrup əlil dövlət qulluqçusu (hakim) kimi ömürlük olaraq 2.567,37 manat məbləğində pensiya təyi n edilmişdir. İddiaçı hesab etmişdir ki, O, 24.07.2000 - 16.06.2007-ci il tarixlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində işlədiyi üçün qanuna əsasən, təyin olunmuş pensiyasının həmin vəzifədə aldığı əmək haqqı və ona müvafiq əlavələr nəzərə alınmaqla yenidən hesablanması hüququna malikdir. Bu məsələ ilə əlaqədar iddiaçının nümayəndəsi müvafiq ərizə ilə cavabdeh şöbəyə müraciət etmişdir. Lakin həmin inzibati orqanın nümayəndəyə göndərdiyi 27.12.2018-ci il tarixli imtina xarakterli cavab məktubunda işləyən hakimlərin hər il məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində məzuniyyət pulu və ildə 1 dəfə 2 aylıq əmək haqqı həcmində aldıqları müalicə pulunu və Ali Məhkəmə hakimlərinin səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maa şının 25 faizi miqdarında pul təminatı, ixtisas dərəcəsinə görə 15 faiz əlavə haqq nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanmasının qanunvericiliyə zidd olduğu qeyd edilmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, iddiaçının pensiya hüququ 07.09.2015-ci il tarixdə yarandığı üçün hazırkı mübahisə üzrə 01.07.2017-ci ilədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu tətbiq edilməlidir. Belə ki, 01.07.2017-ci ilədək qüvvədə olmuş “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan (bundan sonra - sığortaolunan) şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əwəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 20.1.4-cü maddəsinə müvafiq olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş sabiq hakimlərə təyin edilir. Həmin Qanunun 20.7.1 - 20.7.3-cü maddələrinə görə, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək penşiyasma əməkhaqqındakı sonrakıartımlar da nəzərə alınmaqla əlavələr 5 il hakim kimi işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqadarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmi orta aylıq əmək haqqının 2 faizi əlavə olunmaqla, 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarında çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 01.07.2017-ci il tarixədək qüvvədə olan “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu mad dəsinin 5-ci və 6-cı hissələrinə uyğun olaraq azı 5 il hakim kimi işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir.Bu maddənin beşinci hissəsinin müddəaları bu Qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir. Həmin Qanunun 109-cu maddəsinin 4-cü hissəsinə əsasən, hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Eyni zamanda ““Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişiklik edilməsi barə də” 08.10.2010-cu il tarixli Azərbaycan Respublikası Qanununa müvafiq olaraq “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 107-ci maddəsinə edilən düzəlişə görə, bu maddənin 2-ci cümləsindəki “iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı verilir” sözləri “iki aylıq əmək haqqı məbləğində müavinət verilir” sözləri ilə əvəz edilmişdir. Bu dəyişikliyə əsasən hakimlərə məzuniyyətə çıxarkən məzuniyyət haqqından əlavə 2 aylıq əmək haqqı məbləğində müavinət də verilməlidir. Həmçinin ““Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişiklik edilməsi barədə” 08.10.2010-cu il tarixli Azərbaycan Respublikası Qanununa uyğun olaraq səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsi hakim lərinə vəzifə maaşlarının 25% miqdarında vergidən azad olunan pul təminatı verilir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 19.10.2010-cu il tarixli Sərəncamına əsasən, Ali Məhkəmə hakimlərinə yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında əlavə verilir. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə müvafiq olaraq, prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməs i, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiiqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli qərarına görə, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olma sına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2010-cu il tarixli Qərarı). Pensiya yaşına çatmış sabiq hakimlərin pensiya təminatı ilə əlaqədar qanuni əsası olmayan fərqli yanaşmalar Konstitusiyada təsbit olunmuş bərabərlik hüququnu pozur. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nə zərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Odur ki, hazırkı halda iddiaçının Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində işləməsi işin mübahisəsiz halı olduğundan, Ali Məhkəmə hakimi vəzifəsində işləmiş şəxslərə ödənilən əlavələr əmək pensiyası təyin edilərkən nəzərə alınmalı idi. Yuxarıda qeyd edilənlərə əsasən, cavabdeh inzibati orqan tərəfindən id diaçının müraciətinin təmin edilməsindən imtina etməsi sonuncunun qanunla qorunan hüquqlarını pozmaqla əsassız və qanunsuz olmuşdur. Eyni zamanda iddiaçının iddia tələbi əsaslı və qanuni olduğundan həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür; cavabdeh şöbənin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməm əlidir. Azərbaycan Respublikası İPM-nin 14.3-ci maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qə bul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş halla ra maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 16 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2337/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2337/2019
30.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver