Məhkəmə qərarları › İş №2-1(102)-2337/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2337/2022

20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2337/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanı nda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat almaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 2022-ci il tarixli, 2-1(103)2230/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 359 nömrəli qərarı ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən, 1.000 kv.m torpaq sahəsi Binəqədi RİH Memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə obyekt tikintisi üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmişdir.

2. İddiaçı cavabdehə müraciət edərək Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1000 kv.m. ibarət torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsini vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir.

3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh 18 may 2021-ci il tarixli, **********56 nömrəli məktubla bildirmişdir ki, torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı, ba nk qəbzi sənədlər toplusuna əlavə edilməmiş və torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi barədə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Həmçinin təqdim edilən layihənin lisenziyası yoxdur. Bundan əlavə qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Bununla yanaşı torpaq sahəsinə texniki baxış keçirmək və inventarlaşdırılma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənizin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-ya şayış sahəsini daşınmaz əmlakın dövlət reyestyrində qeydiyyat almaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçının tələbi onunla əsaslandırılmişdir ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 359 nömrəli qərarına əsasən Bakı şəhəri, Baksol massivində yerləşən 1.000 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə onun mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin yerləşdiyi ərazinin planı və tikiləcək obyektin layihəsi RİH-in memarı tərəfindən tərtib və təsdiq edilmişdir. İddiaçı qanuni istifadəsində olan 1.000 kv.m ibarət torpaq sahəsində 1 mərtəbəli qeyri-yaşayış sahəsi inşa etmişdir. Lazımi sənədləri toplayıb təsdiq edilmiş layihəyə uyğun inşa edilən tikili, eyni zamanda 1.000 kv.m torpaq sahəsinin hüquqi qeydiyyata alınmasına dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi məqsədilə 1 aprel 2021-ci il tarixdə ərizə ilə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh 18 may 2021-ci il tarixli məktubla torpaq sahəsi və tikiliyə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin hərəkəti qanuna ziddir və təqdim olunmuş sənədlər qanunvericiliyə görə ona məxsus torpaq sahəsinə və üzərində inşa edilmiş tikiliyə hüquqların qeydiyyata alınması üçün əsasdır. Belə ki, qanuna müvafiq Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən 1 noyabr 2004-cü il tarixli 224881 seriyalı kassa mədaxil order i və alqı-satqı aktına əsasən 1.000 kv.m torpaq sahəsi onun (iddiaçının) mülkiyyətinə verilmişdir. Həmin vaxtdan etibarən torpaq sahəsindən sahiblik, istifadə hüquqlarını həyata keçirir. Lakin mülkiyyət hüquqları qeydə alınmadığınadan, əmlakın üzərində sərəncam vermək hüququ məhdudlaşdırılmışdır. Bu səbəbdən, qanuni istifadəsində olan torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin hüquqi qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

6. Cavabdeh iddiaya dair 18 may 2021-ci il tarixli imtina məktubuna uyğun etiraz təqdim edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2-1(112)-1218/2022 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia qismən təmin edilərək Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 359 nömrəli qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1.000 kv.m torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, qərar qalan hissədə təmin edilməmişdir.

8. Məhkəmə hesab etmişdir ki, işdə olan sənədlərlə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində alqı-satqı yolu ilə iddiaçıya verilmiş 1.000 kv.m torpaq sahəsinin qanuni əsaslarla onun mülkiyyətinə verildiyi öz təsdiqini tapır və məhkəmə icraatında həmin qərardakı məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır.

9. Torpaq sahəsi üzərin dəki tikiliyə gəldikdə isə, iddiaçı tərəf inzibati icraatda, eləcə də hazırkı inzibati məhkəmə icraatında inşa olunma vaxtından asılı olaraq qeyri-yaşayış sahəsi ilə müvafiq orqanla razılaşdırılmış layihə, tikilinin inşa edilməsinə icazə barədə qərar, istismara qəbul aktı, yaxud tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədini təqdim etməmiş, eləcə də onun iddia üzrə dəlilləri sırasında bu sənədlər də yoxdur. Bu isə o deməkdir ki, iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş tikili ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən əsaslardan hər hansı birinin mövcudluğu hazırkı məhkəmə icraatında müəyyən edilmir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2230/2022 nömrəli qərardadı ilə (hakimlər: M.Tağızadə – sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Oruczadə) apellyasiya şikayətləri qismən təmin edilmiş və Bakı İnzibati Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2-1(112)-1218/2022 nömrəli qərarı ləğv edilmiş, “torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat almaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

12. Apellyasiya instansi yası məhkəməsi hesab etmişdir ki, torpaq sahəsinin iddiaçının adına dövlət qeydiyyatına alınmasının hüquqi əsası olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 359 saylı qərarının qanuniliyini birinci instansiya məhkəməsi tərəfindən araşdırmamışdır. Belə ki, qeyd edilən inzibati aktının maddi-hüquqi cəhətdən qanuniliyi birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmamış, məhkəmə, buna birbaşa zərurət olduğu halda, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 359 saylı qərarının əsasları ilə bağlı tərəflərdən, o cümlədən Binəqədi Bələdiyyəsindən heç bir konkret sübut tələb etməmiş, torpağın statusunun və yerləşmə yerinin müəyyən edilməsi üçün ekspertiza təyin etməmiş, iddiaya yalnız mülahizələr əsasında hüquqi qiymət verməklə kifayətlənmişdir.

13. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayətində qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin tərəflərdən, o cümlədən Binəqədi Bələdiyyəsindən heç bir konkret sübut tələb etməməsi, torpağın statusunun və yerləşmə yerinin müəyyən edilməsi üçün ekspertiza təyin etməməsini qeyd etməsi qanunsuzdur. Əvvəla, Bakı İnzibati Məhkəməsi qərar qəbul etmək üçün bütün sübutları əldə etmişdir, ekspertizanın keçirilməsinə isə ehtiyac olmadığı üçün və həmçinin tərəflər də bunu tələb etmədi yi üçün ekspertiza təyin etməmişdir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsi hesab edirdisə ki, iş üzrə ekspertiza keçirilməlidir, bunun üçün işin yenidən birinci instansiya məhkəməsinə göndərilməsinə ehtiyac yox idi. Bakı Apellyasiya Məhkəməsi tam hüquqlu məhkəmə kimi işin hərtərəfli araşdırılmasına, sübutlar tələb edilməsinə, o cümlədən ekspertizalar təyin etməsinə səlahiyyəti olan məhkəmə instansiyasıdır.

15. İddiaçı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12 və 82-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, İPM-in 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin həmin Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları əmtetubüs) vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati-Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər in mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş cid di prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şika yət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmi ş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarı

19. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Hazırkı mübahisə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1000 kv.m. ibarət torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi üzərində vahid əmlak kimi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi ilə bağlıdır.

25. İş materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən hesab etmişdir ki, alqı-satqı yolu ilə iddiaçı ya verilmiş 1.000 kv.m torpaq sahəsinin qanuni əsaslarla onun mülkiyyətinə verildiyi öz təsdiqini tapır və məhkəmə icraatında həmin qərardakı məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır.

26. Apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin qərarını ləğv etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, inzibati aktının maddi-hüquqi cəhətdən qanuniliyi birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmamış, məhkəmə, buna birbaşa zərurət olduğu halda, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 12 avqust 2004cü il tarixli 359 saylı qərarının əsasları ilə bağlı tərəflərdən, o cümlədən Binəqədi Bələdiyyəsindən heç bir konkret sübut tələb etməmiş, torpağın statusunun və yerləşmə yerinin müəyyən edi lməsi üçün ekspertiza təyin etməmiş, iddiaya yalnız mülahizələr əsasında hüquqi qiymət verməklə kifayətlənmişdir.

27. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı qərarın 18-ci bəndində göstərilən Konstitusiya Məhkəməsinin qərarında qeyd olunan hüquqi mövqeyə əsasən, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Qərarda qeyd edilən “bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması” ifadəsindən də aydın olur ki, torpaq sahəsi bələdiyyənin inzibati ərazi vahidinə daxil olmalıdır. Çünki b ələdiyyələr yalnız öz inzibati ərazi vahidinə daxil olan torpaqları qanunla müəyyən edilmiş qaydada ayıra bilərlər. 28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 28 mart 2017-ci il tarixli qərarında qeyd etmişdir ki, məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.

29. Belə olan halda, apellyasiya məhkəməsi “İnzibati İcraat haqqında” Qanunun 65.1.2.-ci maddəsinə istinad edərək “ilk öncə torpaq sahəsinin hüquqi statusunu, yəni, ayrılan torpaq sahəsinin Binəqədi Bələdiyyəsinə məxsusluğunu müəyyən edilməlidir” qeyd etməklə haqlı olmuşdur.

30. Beləliklə, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 359 saylı qərarının qanuniliyini birinci instansiya məhkəməsi tərəfindən araşdırılmadığından, apellyasiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

31. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sent yabr 2022-ci il tarixli, 21(103)-2230/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar