Məhkəmə qərarları › İş №2-1(102)-2337/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2337/2023

20.09.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2337/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Teymur Əhmədov adına "xxxx" QSC-nin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 20.09.2023 hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Teymur Əhmədov adına "xxxx" QSC-nin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzinə (ü çüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti) qarşı “cavabdehin 26 avqust 2020-ci il tarixli, 106 nömrəli əmrinin ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)299/2023 nömrəli, 1 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X6 Təsərrüfatı Mərkəzinin xx.xx.2020-ci il tarixli 106 nömrəli əmrindən görünür ki, Şamaxı RMTM ilə “AZ Nar" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X5 arasında istirahət-rekreasiya məqsədi ilə bağlanmış müqaviləyə Azərbaycan Respublikasının Nazirlər kabinetinin 199 8-ci il 30 oktyabr tarixli, 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri və ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə” Qaydalarının 4.1-ci bəndinə istifadəçi tərəfindən əməl edilmədiyi üçün onunla bağlanmış müqavilə ləğv edilmişdir.

2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin xx.xx.2019-cu il tarixdə bağlanmış və xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış 68 nömrəli müqavilədən görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixli müraciəti nəzərə alınaraq 49 illik müddətinə X6 X2 meşəbəyliyinin 42-ci kvartalının 3,7, 8, 10, 11, 12, 14, 15, 20-ci bölməsindən meşə bərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü o lmayan) sahədən istirahət-rekreasiya məqsədi ilə 60 ha torpaq sahəsi ayrılmışdır. 47600 manat illik istifadə haqqının dövlət büdcəsinə ödənilməli olduğu, istifadə haqqının Müqavilə qüvvəyə mindiyi gündən başlayaraq 1 ay müddətində ödənilməli olması qeyd edilmişdir.

3. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzinin xx.xx.2020-ci il tarixli 583 nömrəli, X4 ünvanlanmış məktubunda qeyd edilmişdir ki, mərkəzin əməkdaşları Meşə Fondu torpaq sahələrinin istifadə vəziyyətini yerində araşdırarkən Girdiman meşəbəyliyinin 2 saylı meşə dolayının 42-ci kvartalında iddiaçı ilə X6 Təsərrüfatı Mərkəzi arasında 60.0 ha sahədə istirahət-rekreasiya məqsədilə 49 il müddətinə xx.xx.2019-cu il tarixli 68 saylı qeydiyyat nömrəli, bağ lanılmış müqavilə əsasında icarəyə götürdüyü meşə sahəsində sahibsiz malqaraların otladığını və meşə ərazisinin məişət tulantıları ilə zibilləndiyi müəyyən olunmuşdur.

4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2022-ci il tarixli, 27/793 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 1998-ci il tarixli, 219 nömrəli qərarı təsdiq edilmiş “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni- sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi Qaydaları”nın 10-cu bəndinə əsasən müqavilə forması Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2018-ci il tarixli 789/ü nömrəl i əmri ilə meşə fondu ərazilərindən istifadə üçün müqavilə forması təsdiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Teymur Əhmədov adına "xxxx" QSC cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin Şamaxı X1rşı “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi” barədə 18 sentyabr 2019-cu il tarixli, 04 saylı müqavilənin ləğv edilməsi barədə cavabdehin 26 avqust 2020-ci il tarixli, 106 nömrəli əmrinin ləğv edilməsi barədə” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-2535/2022 nömrəli qərardadı ilə Azərbaycan R espublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

7. İddiaçının nümayəndəsi, cavabdeh orqanı dəqiqləşdirərək “cavabdeh inzibati orqanın - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X6 Təsərrüfatı Mərkəzinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzi ilə əvəz edilməsini xahiş etmişdir.

8. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh orqanın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 X2 meşəbəyliyinin 42-ci kvartalının 3, 7, 8. 10. 11, 12, 14, 15, 20 -ci bölməsindən 60,0 hektar torpaq sahəsinin istirahətrekreasiya məqsədi ilə 49 il müddətinə istifadəyə verilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzi ilə T.Əhmədov adına "xxxx" QSC arasında «Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi» barədə 18 sentyabr 2019-cu il tarixli 04 saylı müqavilə bağlanmışdır. Sözügedən müqavilə bağlandıqdan sonra X6 Təsərrüfatı Mərkəzi tərəfindən istifadəmizə verilmiş 60 hektar torpaq sahəsi naturada tanıdılaraq iddiaçıya təhvil verilmiş, eləcə də həmin torpaq sahəsinin döngə nöqtələrini özündə əks etdirən sxem tərtib edilmişdir. İcarə müqaviləsinin 3.1 -ci bəndində istifadəyə verilmiş 60 hektar torpaq sahəsinin icarə haqqı, eləcə də ödəniş qaydası və müddəti göstərilsə də, lakin hesablaşma hesabı qeyd olunmamış, buna dair aidiyyəti rekvizitlər təqdim edilməmişdir. İcarə müqaviləsinə əsasən iddiaçının istifadəsinə verilmiş torpaq sahəsindən təyinatına uyğun olaraq istifadə edilsə də, yuxarıda qeyd olunan səbəbdən illik icarə haqqı ödənişini müvafiq hesaba köçürə bilməmişdir. Ötən müddət ərzində də X6 Təsərrüfatı Mərkəzi tərəfindən iddiaçıya aidiyyəti rekvizitlər göndərilməmiş, eləcə də, icarə haqqının ödənilməsi üçün bildiriş, yaxud xəbərdarlıq, və ya digər məktub (müraciət) daxil olmamışdır. Bu hal iddiaçını ciddi narahat etdiyi üçün cavabdeh inzibati orqana müraciət edilərək, istifadələrinə verilmiş 60 ha torpaq sahəsinə dair icarə haqqının ödənilm əsi üçün aidiyyəti hesab barədə (bank rekvizitləri) məlumatın təqdim edilməsi xahiş edilmişdir.

10. Cavabdeh inzibati orqan 21 oktyabr 2022-ci il tarixli müraciətinə baxmış və 1 noyabr 2022-ci il tarixli məktubunda bildirmişdir ki, «Meşə fondu sahələrindən elmitədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi» barədə 18 sentyabr 2019-cu il tarixli 04 saylı müqavilə xx.xx.2020- ci il tarixli 106 saylı əmrlə birtərəfli qaydada ləğv edilmişdir. İddiaçı, tələbini Torpaq Məcəlləsinin 73, 75-ci, Mülki Məcəllənin 421, 423-cü, “Torpaq icarəsi haqqında” Qanunun 13-cü maddələri ilə əsaslandıraraq qeyd etmişdir ki, normativ hüquqi aktların müddəaları icarəyə, o cümlədən torpaq icarəsi ilə əlaqədar yaranan münasibətlərə xitam verilmə si üçün tərəflərin razılığı olmadığı halda məhkəməyə müraciət edilməsini tələb edir. Lakin cavabdeh inzibati orqan istinad olunan normativ hüquqi aktların tələblərini pozmuş, iddiaçı tərəfindən müqavilə şərtlərinin pozulduğunu hesab etdiyi halda, bu barədə xəbərdarlıq etməli, pozuntuların aradan qaldırılmasını tələb edərək müəyyən müddət verməli, həmin müddət ərzində pozuntular aradan qaldırılmadığı halda, müvafiq iddia ilə məhkəməyə müraciət etməli idi. Qeyd edildiyi kimi cavabdeh inzibati orqan bu tələblərə əməl etmədən, eləcə də icarə müqaviləsinə xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmədən bir başa hazırda mübahisələndirilən əmrlə icarə müqaviləsinə xitam vermişdir.

11. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-586/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli qərarı ilə (sədrlik ed ən hakim V.Ə.Musayev) iddiaçı Teymur Əhmədov adına "xxxx" QSCnin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı X1rşı “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi” barədə 18 sentyabr 2019-cu il tarixli 04 saylı müqavilənin ləğv edilməsi barədə cavabdehin 26 avqust 2020-ci il tarixli, 106 nömrəli əmrinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış “istifadə müqaviləsi”nin 2.3-cü maddəsində istifadə haqqını ödəmək istifadəçinin öhdəliyi olaraq müəyyən edilmiş və həmin Müqavilənin 4.1.2-ci maddəsində istifadə haqqının ödənilmədiyi halda müqaviləyə xitam v eriləcəyi qeyd edilərək razılaşdırılmışdır. İddiaçı, özü də faktiki olaraq müqavilə ləğv edilənədək və ondan sonra ümumiyyətlə istifadə haqqını ödəməmişdir. Odur ki, istifadə haqqının ödənilməyəcəyi halda müqavilənin ləğv ediləcəyi iddiaçı üçün aşkar görünən hal olmuşdur. Məhkəmə tərəfindən hazırkı iş üzrə inzibati orqanın praktikası öyrənilmiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2022-ci il tarixli 27/793 nömrəli məktubunda qeyd etmişdir ki, müqavilənin bağlanılması və ləğv edilməsi X6 Təsərrüfatı Mərkəzinin səlahiyyətlərinə aiddir.

13. İddia tələbinin Torpaq Məcəlləsinin 73, 75-ci, Mülki Məcəllənin 421, 423-cü, “Torpaq icarəsi haqqında” Qanunun 13-cü maddələrinə istinad etməklə əsaslandırılmasına münasibətdə isə məh kəmə qeyd edir ki, Meşə fondu torpaqlarından istifadə ilə bağlı qanunverici xüsusi tənzimləmə müəyyən etdiyindən hazırkı mübahisəyə də, məhz Meşə Məcəlləsi və həmin Məcəllənin tətbiqi ilə bağlı qəbul edilmiş “Qaydalar” rəhbər tutulmaqla hüquqi qiymət verilmişdir.

14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-299/2023 nömrəli, 1 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, verilmiş cavab məktubunda cavabdeh inzibati orqan göstərmişdir ki, Şamaxı RMTM-nin Girdiman meşəbəyliyinin 42-ci kvartalının 3, 7, 8, 10, 11, 12, 14, 15, 20-ci bölməsindən 60,0 ha torpaq sahəsinin istirahət-rekreasiya məqsədi ilə 49 il müddətinə istifadəyə verilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzi ilə T.Əhmədov adına "xxxx" QSC arasında «Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi» barədə 18 sentyabr 2019-cu il tarixli 04 saylı müqavilə bağlanmışdır.

19. Qeyd edilən müqavilə bağlandıqdan sonra torpaq sahəsinin sxemi tərtib edilmiş, Şamaxı RMTM-nin əməkdaşları tərəfindən istifadənizə verilmiş 60 ha torpaq sahəsi naturada tanıdılaraq təhvil verilmiş, o cümlədən icarəyə verilmiş torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə edilməsi tövsiyyə edilmişdir.

20. Lakin "xxxx" QSC tərəfindən icarəyə verilmiş torpaq sahəsi təyinatına uyğun istifadə edilmədiyindən, eləcə də icarə haqqı ödənilmədiyindən «Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi» barədə 18 sentyabr 2019-cu il tarixli 04 saylı müqavilə xx.xx.2020- ci il tarixli 106 saylı əmrlə birtərəfli qaydada ləğv edilmişdir. Buna baxmayaraq həmin torpaq sahəsindən "xxxx" QSC-nin istifadəsi davam etmişdir. İcarə müqaviləsinin ləğv edilməsi barədə əmr və bildiriş "xxxx" QSC-yə göndərilsə də, məlum olmayan səbəbdən ünvana çatmamışdır.

21. Tərəflər arasında bağlanmış 18 sentyabr 2019-cu il tarixli 04 saylı müqavilə ləğv edildiyindən, icarə haqqının ödənilməsi üçün aidiyyəti hesab (bank rekvizitləri) barədə məlumatın təqdim edilməsi mümkün deyildir. 22. 18 sentyabr 2019-cu il tarixli 04 saylı icarə müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2020- ci il tarixli 106 saylı əmr "xxxx" QSC göndərilməklə, sözügedən əmrin ləğv edilməsi üçün aidiyyatı üzrə məhkəməyə mür aciət etmək hüququmuzun olması izah edilmişdir.

23. Normativ-hüquqi aktlara görə göstərilən icarəyə, o cümlədən torpaq icarəsi ilə əlaqədar yaranan münasibətlərə xitam verilməsi üçün tərəflərin razılığı olmadığı halda məhkəməyə müraciət edilməsini tələb edir.

24. Lakin cavabdeh inzibati orqan istinad olunan normativ hüquqi aktların tələblərini pozmuş, iddiaçı tərəfindən müqavilə şərtlərinin pozulduğunu hesab edərdisə, bu barədə xəbərdarlıq etməli, pozuntuların aradan qaldırılmasın/ tələb edərək müəyyən müddət verməli, həmin müddət ərzində pozuntular aradan qaldırılmadığı halda, müvafiq iddia ilə məhkəməyə müraciət etməli idi. Qeyd edildiyi kimi cavabdeh inzibati orqan bu tələblərə əməl etmədən, eləcə də icarə müqaviləsinə xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmədən bir başa hazır da mübahisələndirilən əmrlə icarə müqaviləsinə xitam vermişdir.

25. Birinci və apellyasiya instansiyası məhkəmələri Azərbaycan Respublikası Meşə Məcəlləsinin müvafiq maddələrinə istinad edərək, cavabdeh inzibati orqanın hərəkətlərini qanuni hesab etmiş, icarə müqaviləsinin şərtlərinin pozulması halına görə məhkəməyə müraciət edilmədən, bir başa əmrlə icarə müqaviləsinin ləğv edilməsinin qanunu olubolmamasına hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

27. Meşə Məcəlləsi: Maddə

14. Meşə fondu sahələrindən istifadə hüququ Meşə fondu sahələrindən istifadə hüququ meşələrin çoxfunksiyalı mahiyyəti nəzərə alınmaqla həyata keçirilir (müxtəlif şəxslər tərəfindən və müxtəlif məqsədlər ü çün eyni vaxtda istifadə). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə fiziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər. Bu Məcəllə ilə nəzərdə tutulmamış hallarda meşə fondu sahələrindən istifadə hüququna dair mülki və torpaq qanunvericiliklərinin normaları tətbiq edilir. Maddə

15. Meşə fondu sahələrindən istifadə hüququnun əsasları Meşə fondu sahələrindən istifadə hüququnun əsasları aşağıdakılardır: müqavilələr; məhkəmə qərarları; bu Məcəllə ilə yol verilən digər əsaslar. Meşə sahələrindən istifadə hüququ, kütləvi servitut istisna olmaqla, meşə fondu sahələrinin icarə müqaviləsinin dövlət qeydiyyatından keçdiyi, meşə qırma bileti, order, meşə bileti alındığı vaxtdan əldə edilir. Maddə

17. Meşə fondu sahələrindən istifadə hüququnun həyata keçirilməsi Meşə istifadəçiləri meşə fondu sahələrindən istifadə hüququnu o vaxt sərbəst həyata keçirirlər ki, bu, meşələrin və meşə fondu torpaqlarının vəziyyətini pisləşdirməsin, ətraf mühitə zərər vurmasın, habelə başqa şəxslərin qanuni mənafelərinə xələl gətirməsin. Azərbaycan Respublikasında meşə qanunvericiliyinin tələblərinə zidd məqsədlər və üsullar ilə meşə fondu sahələrindən istifadə qadağandır. Bu Məcəllədə və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanlarının meşə fondu sahələrindən istifadə sahəsində meşə istifadəçilərinin fəaliyyətinə qarışmasına yol verilmir. Maddə

20. Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsinin əsasları Meşə istifadəçisi meşə fondu sahələrindən istifadə hüququndan imtina etdikdə, istifadə hüququnun müddəti başa çatdıqda meşə istifadəçisi olan hüquqi və fiziki şəxsin fəaliyyəti dayandıqda, bu Məcəllə və Azərbaycan Respublikasının başqa qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda onun meşə fondu sahələrindən istifadə hüququna xitam verilir. Meşə fondu sahələrindən istifadə hüququna məcburi xitam verilməsi yalnız aşağıdakı hallarda həyata keçirilir: meşə istifadəçisi tərəfindən Azərbaycan Respublikasının meşə qanunvericiliyi pozulduqda; fövqəladə vəziyyət törədən qəza, təbii fəlakət və bu kimi başqa hadisələr baş verdikdə; meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən istifadə üçün haqq müəyyən olunmuş müddətdə ödənilmədikdə; meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən (torpaqlarından) istifadə qaydaları və ya icarə müqaviləsində, meşə qırma biletində, orderdə, meşə biletində nəzərdə tutulmuş şərtlər pozulduqda; meşə istifadəçisi tərəfindən yanğın təhlükəsizliyi sahəsində normaların, standartların və qaydaların tələblərinə əməl edilmədikdə; meşə fondu sahələri dövlət ehtiyacları üçün alındıqda. Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikasının meşə qanunvericiliyinə görə meşə istifadəçisinin intizam, inzibati, mülki və cinayət məsuliyyətindən azad etmir. Maddə

21. Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsinin qaydaları Meşə fondu sahələrindən istifadə hüququna meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşə qırma b iletinin, orderin, meşə biletinin ləğvi nəticəsində xitam verilir. Meşə istifadəçisi meşə fondu sahəsindən istifadə hüququndan imtina etdikdə bu hüquq onun rəsmi ərizəsi əsasında dayandırılır. Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsi bu barədə meşə istifadəçisinə rəsmi xəbər verməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

28. Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (30 mart 1998-ci il): Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar həmin Məcəllənin tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:...

2. Müəyyən edilsin ki: Azərbaycan Respublikası Meşə Məcəlləsinin 19-cu maddəsinin birinci hissəsində, 21-ci maddəsinin üçüncü hissəsində, 22-ci maddəsinin birinci hissəsində,... nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.

29. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim ol unduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb ed ilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiy ası hazırkı iş üzrə qəbul etdiyi 2-1(107)-299/2023 nömrəli, 1 iyun 2023-cü il tarixli qərarla iddiaçı Teymur Əhmədov adına "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 20 fevral 2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən belə hesab etmişdir ki, hazırkı iş üzrə əmrin qanuni və əsaslı olması müəyyən olunmuş, cavabdeh orqan əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir.

33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi inzibati kollegiyasının hazırkı iş üzrə hüquqi mövqeyi ilə razılaşaraq, yəni apellyasiya məhkəməsi inzibati kollegiyasının 1 iyun 2023-cü il tarixli, 2-1(107)-299/2023 nömrəli qərarını qanuni və əsaslı hesab etməklə, qeyd edir ki, iş materiallarından göründüyü kimi, Teymur Əhmədov adına "xxxx" QSC ilə X6 Təsərrüfatı Mərkəzi arasında xx.xx.2019-cu il 04 nömrəli müqavilə bağlanılmış, Ekologiya və Təbii Sərvətlər Nazirliyində xx.xx.2019-cu ildə 68 nömrə ilə qeydiyyata alınmışdır.

34. Beləliklə, həmin müqavilənin qeydiyyata alındığı tarixdən, yəni xx.xx.2019-cu il tarixdən Meşə Məcəlləsinin 15-ci maddəsinə əsasən iddiaçının 60 ha torpaq sahəsi üzərində istifadə hüququ yaranmışdır.

35. Həmçinin iş materiallarından görünür ki, müqavilənin dövlət qeydiyyatına alındığı xx.xx.2019-cu il tarixdən – həmin müqavilənin ləğv edildiyi xx.xx.2020-ci il tarixədək ötən 10 aydan artıq müddətdə və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməzdən əvvəl cavabdeh orqana müraciət edilmiş xx.xx.2022-ci il tarixədək ötən 3 il müddətind ə iddiaçı tərəfindən istifadə haqqı dövlət büdcəsinə ödənilməmişdir. İddiaçı ilə cavabdeh orqan arasında bağlanmış istifadə Müqaviləsinin 2.3-cü bəndindən görünür ki, iddiaçı, meşə fondundan istifadə üçün haqqı müəyyən olunmuş müddətdə ödəmək öhdəliyi götürmüş, həmin Müqavilənin 3.3-cü bəndində istifadə haqqının bu Müqavilə qüvvəyə mindiyi gündən başlayaraq 1 ay müddətində illik ödənilməsi qaydası müəyyən edilmişdir. Yəni, Müqavilənin qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixdən sonra 1 ay müddətində xx.xx.2019-cu il tarixədək iddiaçı tərəfindən illik istifadə haqqı dövlət büdcəsinə ödənilməli idi.

36. Həmin Müqavilənin 4.1.2-ci maddəsində isə istifadə haqqı müəyyən olunmuş müddətdə ödənilmədikdə müqaviləyə xitam verilməsi nəzərdə tutulmuşdur.

37. Beləliklə xx.xx.2019-cu il tarixdən başlayara q iddiaçı tərəfindən tam hərəkətsizlik göstərilərək torpaq sahəsindən istifadə üçün haqqın ödənilməsi təmin edilməmiş, bununla da müqavilə şərti pozulmuşdur.

38. İddiaçı, kassasiya şikayətində göstərmişdir ki, ödənilməli hesabla bağlı rekvizitlər təqdim olunmamışdır.

39. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili əsassızdır, belə ki, sözügedən Müqavilənin 3.1-ci bəndində istifadə haqqının dövlət büdcəsinə ödənilməli olduğu birmənalı qeyd edilmişdir.

40. Müqavilənin 3-cü bəndində cavabdeh orqan 60 ha torpaq sahəsi üçün istifadə haqqının məbləğini illik 47600 manat, ödəmə qaydasını isə Müqavilə qüvvəyə mindiyi gündən başlayaraq 1 ay müddətində illik dövlət büdcəsinə ödənilməli olmasını müəyyən edərək iddiaçı ilə razılaşdırmış, Müqaviləni hər iki tərəf imzalayaraq təsdiq etmişdir.

41. Həmçinin iş materiallarından görünür ki, cavabdeh orqanın əlavə olaraq rekvizitlər təqdim etməli olması ilə bağlı hər hansı müqavilə öhdəliyi olmamış, eyni zamanda iddiaçı özü də cavabdeh orqanın müqavilə öhdəliyini yerinə yetirməməsini ümumiyyətlə mübahisələndirməmişdir. İddiaçı, müvafiq hesabın ona verilməsi ilə bağlı cavabdeh orqana dəfələrlə müraciət etdiyini bildirməsinə baxmayaraq, cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmiş xx.xx.2022-ci il tarixli müraciətdən başqa ümumiyyətlə belə bir müraciətin edilməsi müəyyən edilməmişdir.

42. Meşə Məcəlləsinin 20-ci maddəsinin tələbinə görə meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən istifadə üçün haqq müəyyən olunmuş müddətdə ödənilməməsi Meşə fondu sahələrindən istifadə hüququna məcburi xitam verilməsi əsasları ndan biri olaraq müəyyən edilmişdir.

43. Həmin normada qeyd edilmişdir ki, Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsi bu barədə meşə istifadəçisinə rəsmi xəbər verməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 30 oktyabr tarixli, 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə Qaydaların 7-ci bəndinin 6-cı abzasında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsi barədə meşə istifadəçisinə rəsmi xəbər verməlidir.

45. Beləliklə sözügedən maddi hüququ normalarından göründüyü k imi, istifadə hüququna xitam vermə ilə bağlı meşə istifadəçisinə rəsmi xəbər verilməli olması müəyyən edilmiş, həmin xəbərin verilməsi istifadə müqaviləsinin xitamından bilavasitə əvvəl olması, o cümlədən xəbər verilməməsi halında müvafiq qərarın qəbulunun mümkünsüzlüyü ilə bağlı məhdudlaşdırıcı norma müəyyən edilməmişdir.

46. İddiaçı kassasiya şikayətində göstərmişdir ki, məhkəmə icarə müqaviləsinin bir başa əmrlə ləğv edilməsinin qanunu olub-olmamasına hüquqi qiymət verməmişdir.

47. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır, belə ki, yuxarıda artıq göstərildiyi kimi meşə məcəlləsinin 20, 21.2.3-cü maddələrinə əsasən, cavabdehin sözügedən icarə müqaviləsinin birtərəfli qaydada pozmaq hüququ və səlahiyyəti mövcuddur, bunu isə hansı hüquqi formada, hazırkı hald a, əmrlə etməsinin hər hansı bir əhəmiyyəti yoxdur, belə ki, həmin əmr adından asılı olmayaraq, mahiyyətcə inzibati aktdır.

48. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-299/2023 nömrəli, 1 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar