Məhkəmə qərarları › İş №2-1(102)-2338/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2338/2019

15.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2338/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X2 Qeydiyyatı İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR (iş № 2-1(102)-2338/2019) Bakı şəhəri Açar sözlər: vergi münasibətləri ilə bağlı mübahisələr; müəssisənin ləbvi haqqında qeydlərin etibarsız sayılması; mümkünlük GİRİŞ HİSSƏ 15.08.2019 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və X1 ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X2 Qeydiyyatı İdarəsinə qarş ı müəssisənin ləğv edilməsi haqqında qeydlərin etibarsız sayılması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 25 aprel 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X2 Qeydiyyatı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İdarənin 22 sentyabr 2017-ci il tarixdə «xxxx» ASC-nin kommersiya X2 reyestrindən çıxarılmasına dair aparılmış qeydlərin etibarsız sayılması və **********49 nömrəli Bildirişin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 2 say lı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qərardadı ilə (hakim X.İmanov; iş No 2-1 (82)-3807/2018) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 25 aprel 2019-cu il tarixli qərardadı ilə(sədrlik edən Ü.Mayılov, hakimlər M.Tağızadə və K.Abiyeva; iş № 21(103)-1118/2019) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti verərək, qərardad ləğv edilməsi, iddianın mümkün sayılmasına dair qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərardad qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasına gəlmiş İddiaçı Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh İdarənin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əs asən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan müəyyən edilir ki, «xxxx» ASC-nin ləğv edilməsi məsələsi ASC-nin səhmdar larının 16 sentyabr 2016-cı il tarixdə keçirilmiş növbədənkənar ümumi yığıncağında həll edilmişdir Həmin yığıncağın 16 nömrəli protokolu, aktiv və passivlərin vəziyyəti barədə bəyanat, qalıq əmlakın bölünməsi planını əks etdirən hesabat və digər sənədlər qurumun dövlət qeydiyyatından çıxarılması haqqında ərizə ilə cavabdeh İdarəyə göndərilmişdir. ASC-nin səhmdarlarının 16 sentyabr 2016-cı il tarixdə keçirilmiş növbədənkənar ümumi yığıncağının 16 nömrəli protokoluna görə, səhmdar (iddiaçı) İddiaçı ASC-nin ləğv olunmasının əleyhinə səs vermişdir. Eyni zamanda ASC ləğv edilməsi ilə bağlı təklif lehinə 95,4% səs çoxluğu ilə qəbul edilmişdir. Göründüyü kimi İddiaçı ASC-nin səhmdarlarından biri kimi, ASC-nin səhmdarlarının ümumi yığıncağında müzakirə edilən məsələyə münasibət bildirmək, yekun qə rarın lehinə və ya əleyhinə səs vermək hüququ vardır və həmin hüququndan istifadə etmişdir. Araşdırılan qərardaddan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, hüquqi şəxsin təsis edilməsi, ləğv edilməsi və bununla bağlı hüquqi tənzimləmələr Azərbaycan Respublikasının Mülki Məcəlləsi və «X2 qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60.3-cü maddəsinə əsasən, hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. L əğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. Həmin Məcəllənin 61.2-ci maddəsinə müvafiq olaraq ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 15 gün müddətində ləğvetmə barədə qərarı, bu Məcəllənin 59.2-1-ci və 61.1 -ci maddələrində göstərilən ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatı, ilk məlumatın dərc olunmasını təsdiq edən sənədi və möhürü X2 qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. X2 qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı təqdim edilmiş məlumatları aldığı gündən 5 gün ərzində «X2 qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq X2 reyestrinə daxil edir. «X2 qeydiyyatı və dövlət reyestri haqqın da» Azərbaycan Respublikası Qanunun 16.1ci maddəsinə görə, hüquqi şəxsin ləğv prosesində olması barədə məlumatların X2 reyestrinə daxil edilməsi üçün ləğvetmə komissiyası (təsviyəçi) təyin olunduğu gündən sonra 15 gün müddətində ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: ləğvetmə qərarı; ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat; Azərbaycan Respublikasında X2 qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunmasını təsdiq edən sənəd və möhür. Həmin Qanunun 16.3-cü maddəsinə uyğun olaraq ərizə təsisçilər, yaxud ləğvetmə komissiyasının səlahiyyətli üzvləri tərəfində n imzalanır və təqdim edilir. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən, ləğvetmə barədə zəruri sənədlər təqdim edildikdən sonra Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır və çatışmazlıq aşkar edilmədikdə, sənədləri aldığı vaxtdan 7 gün müddətində qurumun reyestrdən çıxarılması barədə qərar qəbul edir. İş üzrə müəyyən edilir ki, iddiaçı «xxxx» ASC-nin səhmdarlarınan biri olmuşdur, O, ASC-nin səhmdarı kimi səhmdarların ümumi yığıncağının qərarını mübahisələndirməmiş, cavabdeh İdarənin ASC-nin ləğv edilməsi barədə 22 sentyabr 2017-ci il tarixli, **********49 nömrəli bildirişini və ASC-nin kommersiya X2 reyestrindən çıxarılmasına dair aparılmış qeydləri mübahisələndirmşdir. Halbuki, ASC-nin kommersiya X2 reyestr indən çıxarılması barədə qərarın ASC-nin səhmdarı tərəfindən mübahisələndirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 106-1.3-cü maddəsinə əsasən, səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunverciliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnəməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq; cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəli yində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək; cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək; cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; cəmiyyətin xalis mənfəətindən dividend almaq; cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq; icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səh lənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək; cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək; bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək; bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq; bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq. Həmin Məcəllənin 107-5.1-ci maddəsin müvafiq olaraq səhmdarların ümumi yığıncağının qərarı, bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə başqa hal nəzərdə tutulmadıqda, bu Məcəllənin 107-3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ümumi yığıncaqda iştirak edən sə hmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin yenidən təşkili, ləğvi, nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qərarlar «Banklar haqqmda» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qayda istisna olmaqla, səhmdarların ümumi yığıncağında səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir. Həmin Məcəllənin 107-5.4-cü maddəsinə görə, səhmdarların ümumi yığıncağının qərarından səhmdar məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 108.1-ci maddəsinə görə isə, səhmdar cəmiyyəti səhmdarların ümumi yığıncağının qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Yuxarıda qeyd edilənlərdən görünür ki, iddiaçının iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, inzibati məhkəmə icraatı qaydasınd a baxılan istənilən iddia hüquqi cəhətdən yoxlanılmalı, mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlük məsələsi yoxlanılarkən məhkəmə tərəfindən formal prosessual şərtlər araşdırıldığı halda, iddianın əsaslı olub-olmaması iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin olub-olmaması sarıdan yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərtin onun mümkünlüyü məsələsi olduğundan məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edibetməməsindən asılı olmadan, xidməti vəzifəsinə görə yoxlayır. Onu da həmçinin qeyd etmək lazımdır ki, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı - yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin mənasından göründüyü kimi, inzibati icraat qaydasında işə baxılması üçün, yəni iddianın mümkünlüyü məsələsinin həll edilməsi üçün ilk növbədə mübahisənin subyektiv tərkibi və predmeti müəyyən edilməlidir. Mübahisənin subyektiv tərkibi dedikdə ilk növbədə iddia olunan tələbdə cavabdeh tərəfindən edilən hərəkət iddiaçının qanunla qorunan hüquqlarına və azadlığına toxunmalıdır və iddiaçı tərəfindən sübut edilməldir. Predmetə aid hissədə iddia yalnız o halda mümkün sayıla bilər ki, cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsindən və üzəri nə düşən öhdəliyin icrasından imtina nəticəsində və yaxud hüquq və azadlıqlarına müdaxilə nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğuna əsaslana bilsin. Sözügedən normanın mənasından həmçinin görünür ki, inzibati məhkəmə icraatı qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhz, iddianın əsaslılığının araşdırılması üçün ilkin şərtin onun mümkünlüyü məsələsi olduğundan məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmadan, xidməti vəzifəsinə görə yoxlayır. Onu da həmçinin qeyd etmək lazımdır ki, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi, məhz iddiaçının üzərinə düşür. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı - yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır. Lakin, hazırkı iddianın mümkünlüyünün qanunla müəyyən edilən zəruri şərtlərinin mövcudluğu aşkar olunmur. Ona görə də, iddiaçının iddia tələbinin mümkün sayılmaması haqqında 1-ci instansiya məhkəməsi düzgü qərardad qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatı nda iddianın mümkünlüyünə dair» 10.04.2015-ci il tarixli 5 saylı qərarına əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cav ab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaşının kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Məhkəməsinin 25 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyas iya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 25 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar