Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2338/2022 22.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Na zirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2-1(103)-1172/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus NZ seriyalı, ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci il tarixədək Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur.
2. İddiaçının adına xx.xx.1978-ci il tarixdə və xx.xx.1986-cı il tarixdə açılmış əmək kitabçalarına və İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsa sən iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978- ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1982-ci ildən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən, xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək müxtəlif peşələrdə işləmiş, xx.xx.2002-ci ildə ona işsizlik müavinəti təyin edilmiş, xx.xx.2003-cü il tarixdə işsizlik müavinətinin vaxtı bitmiş hesab edilmişdir. xx.xx.2003-cü il tarixdən əmək fəali yyətinə başlayaraq, xx.xx.2003-cü il tarixədək, xx.xx.2003-cü il tarixdən, xx.xx.2007-ci il tarixədək, xx.xx.2011-ci il tarixdən hal-hazıradək müxtəlif peşələrdə işləmişdir. 3. “Pavlador vilayətinin Dövlət arxivi” Kommunal dövlət müəssisəsi Pavlodar vilayətinin mədəniyyət, arxivlər və sənədlər İdarəsi Pavlodar vilayətinin Akimatası tərəfindən verilmiş “İddiaçı əmək stajı haqqında” xx.xx.2019-cu il tarixli, 7-19/3-09/D-2 nömrəli arxiv arayışına əsasən Pavlador vilayətinin Yermak şəhərinin “Uraldomnaremont” trestinin Yermakovski ixtisaslaşmış tikinti-montaj idarəsinin şəxsi tərkibi ilə bağlı sənədlərdə, 4 saylı sahənin xidməti əməkdaşlarının və işçilərin aylıq məvacibinin köçürülməsi idarələrində 1982-ci ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları ərzində, bütünlükdə 1983-cü il, 19 84-cü il, 1985-ci il, 1986-cı il ərzində, 1987-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun ayları ərzində, bütünlüklə 1989-cu il ərzində, 1990-cı ilin yanvar, fevral, mart, aprel, may, iyun ayları ərzində iddiaçı 4, 5 dərəcəli montajçı çilingər, usta kimi sənədlərdə qeyd olunur. 1982-1990-cı illər ərzində “Uraldomnaremont” trestinin Yermakovski ixtisaslaşmış tikinti-montaj idarəsinin şəxsi tərkibinə görə əmrlə, 1987-ci il ərzində iyul-dekabr aylarına görə 4 saylı işçi və xidmət sahələrin aylıq məvaciblərinin köçürülməsi cədvəlləri Pavlodarski vilayətinin dövlət arxivinin Aqsu şöbəsinə saxlanmaq üçün təqdim olunmamışdır. 4. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, HR2020/BOS/GHA/R00/3863 nömrəli güzəştli arayışa əsasən iddiaçı həqiqətən "xxxx" MMCdə xx.xx.2003-cü il tarix də quraşdırıcı peşəsinə işə qəbul olunub. Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2007-ci il tarixdə xitam verilmişdir (xx.xx.2007-ci il tarixli, 1210/07 hr saylı əmr). İddiaçı yenidən "xxxx" MMC-də əmək müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixdə quraşdırıcı peşəsinə işə qəbul olunmuş, xx.xx.2014-cü il tarixdə quraşdırıcı briqadir peşəsinə işə qəbul olunmuş və hal-hazırda həmin vəzifədə işləyir. "xxxx" MMC xx.xx.2001ci il tarixindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxarı hissələrinin blok modullarının metalkonstruksiyalarının quraşdırılması” işlərinin icrası təşkil edir. Beləliklə, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu hissədə, öz əksini tapmış “polad və dəmir beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən iddiaçının güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. İddiaçı "xxxx" MMC-də güzəştli əmək şəraitində iş müddəti 6 il 6 ay 18 gün təşkil edir.
5. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya müvafiq olaraq 24 avqust 2020-ci il tarixli, **********2 nömrəli məktub ünvanlayaraq ona müvafiq sənədlərin tam şəkildə təqdim edilməsindən sonra baxıla biləcəyini bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 60 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı il tarixdə İmişli şəhərində anadan olmuşdur. xx.xx.1977-ci il tarixdən, xx.xx.1978-ci il tarixədək İmişli suvarma sistemləri idarəsində fəhlə vəzifəsində işləmiş, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1982-ci il tarixdən xx.xx.1982- il tarixədək İmişli rayonunda Xüsusi Su Tikinti İdarəsində fəhlə vəzifəsində, xx.xx.1982-ci il tarixdən, xx.xx.1990-cı tarixədək Yermak şəhəri metallurgiya zavodunun “Ura ldomnaremont” trestində tikinti-quraşdırıcı vəzifəsində, xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixədək “Nümunə” kooperativində əmtəəşünas, xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “Sibiryak” kiçik müəssisəsində direktor, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək “Nümunə” kooperativində əmtəəşünas, xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək Nərimanov rayonu Əmək və Məşğulluq Mərkəzində müfəttiş, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Azfen Birgə müəssisəsində quraşdırıcı, xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" LTD-də quraşdırıcı vəzifəsində işləmiş, xx.xx.2011-ci il tarixdən hal-hazıradək "xxxx" LTD-də quraşdırıcı vəzifəsində işləyir. Müəyyən vaxtlarda işlədiyi quraşdırıcı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda öz əksini tapmışdır. Hal-hazıradək 36 ildən çox ümumi və 13 ildən çox xüsusi stajı vardır. Cavabdehə müraciət edərək 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmiş lakin, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. Belə ki, onun 60 yaşadək, yəni, xx.xx.2020-ci il tarixədək 36 ildən çox ümumi sığorta stajı, o cümlədən 13 ildən çox zərərli və ağır əmək sahəsində iş stajı toplamışdır. Həmin sosial sığorta stajı işlədiyi əmək kitabçasında öz əksini tapmışdır.
8. Cavabdeh iddia tələbinə yazılı etirazında qeyd etmişdir ki, iddiaç ıya ünvanlanmış cavab məktubunun məzmunundan göründüyü kimi, hazırki iş üzrə cavabdeh iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məsələsinə baxılmasından imtina etməmiş, əksinə müvafiq sənədlərin əsillərini tam şəkildə təqdim etdikdən sonra ona güzəştli pensiya təyinatının aparılması məsələsinə baxılacağını bildirilmişdir. Bu səbəbdən də, cavabdeh tərəfindən iddiaçının müraciətinə verilən cavab imtina kimi qəbul edilə bilməz. Hazırki halda cavabdeh kimi onlar nə inzibati aktı qəbul etməkdən imtina edirlər, nə də, hərəkətsizliyə yol verirlər. Əksinə, pensiya təyinatı aparmaq üçün müvafiq sənədlərin əsillərini təqdim etməməklə iddiaçı hərəkətsizliyə yol vermişdir. İddiaçı tələb olunan sənədlərin əsillərini, o cümlədən güzəştli şərtlərlə pensiya hüququ əldə etməsinə imkan ve rə biləcək arayışı Mərkəzi Filiala təqdim etməmişdir. Göstərilənləri nəzərə alaraq, iddianın mümkün hesab edilməməsi qərar qəbul edilməsi xahiş edilmişdir.
9. Məhkəmə sorğusu əsasında daxil olmuş "xxxx" MMC-nin 3 noyabr 2021-ci il tarixli C-2021/BOSS/BAC/GHA/L-590 nömrəli məktubuna əsasən “Uraldomnaremont” Trestinin onların sahəsinə oxşar sahə olduğunu nəzərə alaraq, hesab edirlər ki, halhazırda "xxxx" MMC-də Boru quraşdırılması üzrə usta işləyən iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Rusiya Federasiyasının Yermak şəhərində yerləşən “Uraldomnaremont” zavodunda işlədiyi quraşdırıcı-çilingər (əmək kitabçasına əsasən) peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmə k pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu hissədə, öz əksini tapmış “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd verən iş stajına aiddir.
10. Məhkəmə sorğusu əsasında daxil olmuş cavabdehin xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktubuna əsasən iddiaçıya 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 20195,87 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 68507,96 manat olmaqla cəmi pensiya kapitalı 88703,83 manat təşkil edir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixi ndən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 37600,00 manat məbləğində hesablanmışdır.
11. Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2-1(112)-2112/2021 nömrəli qərarı (hakim A.A.Abdullayeva) ilə iddia təmin edilmiş, iddiaçıya 60 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
12. Birinci instansiya məhkəməsi ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd etmişdir ki, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən "xxxx" MMC-də işlədiyi peşələr üzrə güzəştli arayışı təqdim edə bilmiş, əmək kitabçası üzrə güzəştli şərtlərlə pensiya hüququ verən “Uraldomnaremont” Trestində işlədiyi illər üzrə isə arayışı həmin trest mövcud olmadığı üçün əldə etməsi mümkün olmadığından, həmin illərin güzəştli iş stajına daxil edilməsi məqsədilə bir başa məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdehin sözügedən məktubunu imtina məktubu kimi qəbul edərək, iddianı mümkün hesab etmişdir.
13. İddianın mahiyyəti ilə bağlı məhkəmə göstərmişdir ki, iddiaçının Yermak şəhəri metallurgiya zavodunun “Uraldomnaremont” trestində işlədiyi müddəti onun ümumi iş stajına daxil edilmiş, güzəştli iş stajının araşdırılması məqsədi ilə isə "xxxx" MMC-yə sorğu göndərilmişdir. Sorğunun cavabına uyğun olaraq iddiaçının 1982-1990-cı illərdə Yermak şəhərində yerləşən “Uraldomnaremont” trestində işlədiyi quraşdırıcı-çilingər (əmək kitabçasına əsasən) peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı, 29cu hissədə öz əksini tapmış “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajına daxil edilmişdir. İddiaçının xx.xx.2021-ci il tarixədək 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajının olması, eləcə də, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi öz təsdiqini tapmışdır.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Məhkəmə sorğusu əsasında daxil olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 may 2022-ci il tarixli, **********0 nömrəli “peşələrin uyğunluğu haqqında” məktubunda qeyd edilmişdir ki, “Uraldomnatəmir” trestinin Yermak ixtisaslaşdırılmış tikinti-quraşdırma İdarəsində “metallurgiya avadanlığının təmiri üzrə daimi məşğulluqla quraşdırıcı montajçı və mexaniki quraşdırma işləri ustası” və “poladəritmə avadanlığının təmiri üzrə quraşdırıcı-çilingər” peşələri müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 3 20 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “İİİ. Metallurgiya istehsalatı” bölməsinin “1. Domna istehsalatı” sahəsinin “2040100a—14587” kodu ilə qeyd edilən “metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodları avadanlığının quraşdırıcıları” və “2040100a—18559” kodu ilə qeyd edilən “təmirçi çilingərlər” peşələrinə uyğun hesab olunaraq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrə aid edilə bilərlər.
16. İddiaçı tərəfindən göndərilmiş Rusiya Federasiyasının “UraldomnaremontRemmet” Yekaterinburq metallurgiya avadanlıqlarının təmiri firmasının 8 iyun 2022-ci i l tarixli arayışında qeyd edilmişdir ki, iddiaçı 1982-ci ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında, 1984-cü il tam, 1985-ci il tam, 1986-cı il tam, 1987-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun aylarında, 1988-ci il tam, 1989-cu il tam, 1990-cı ilin yanvar, fevral, mart, aprel, may, iyun aylarında həqiqətən də “Uraldomnaremont” trestinin Yermak ixtisaslaşdırılmış inşaat-quraşdırma idarəsində (Qazaxıstan SSR, Pavlodar vilayəti, Yermak şəhəri) Yermak Ferroərintilər zavodunun ferroərinti sobalarının mexaniki avadanlıqlarının təmiri üzrə 4-cü dərəcəli çilingərquraşdırıcı peşəsi üzrə işləmişdir. Həmçinin, daimi əsaslarla metallurgiya avadanlıqlarının təmiri ilə məşğul olan çilingərquraşdırıcı peşəsi üzrə 5-ci dərəcə verilmiş və əmək kitabçası və arxiv sənədinə əsasən daimi əsaslarla metallurgiya sobalarının mexaniki avadanlıqlarının təmiri ilə məşğul olan mexaniki-quraşdırma işləri üzrə usta təyin edilmişdir. Peşələrin kodları 14587, 7233. Yuxarıda qeyd edilən işlər əmək şəraiti ağır və zərərli olan işdir. Ağır və zərərli olan iş şəraitinə malik istehsalatlar, peşələr, işlərin siyahısı SSRİ Dövlət əmək komitəsinin, ÜHİMŞ Rəyasət heyətinin metallurgiya sahəsində əmək şəraiti ağır və zərərli olan istehsalatlar, peşələr və işlərin siyahısı haqqında 10.09.20-ci il tarixli, 283/П-9 saylı Qərarı ilə reqlamentləşdirilir. Yuxarıda qeyd edilən qərarda göstərilmişdir ki, daimi əsaslarla metallurgiya avadanlıqlarının təmiri ilə məşğul olan çilingər-quraşdırıcı peşəsi əmək şəraiti ağır və zərərli olan işdir. İddiaçının peşəsi, onun tərəfindən yerinə yetirilən işlər – çi lingərquraşdırıcı əmək şəraiti ağır və zərərli olan işdir.
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2-1(103)-1172/2022 nömrəli qərarı (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və M.N.Tağızadə) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2-1(112)-2112/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin m övcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur, “Əmək pensiyaları haqqında” Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur, imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh qeyd edir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1982-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində Rusiya Federasiyasının Yermak şəhərində Yermak İxtisaslaşdırılmış Tikinti-montaj idarəsində quraşdırıcı çilingər işlədiyi qeyd edilmişdir. Qeyd olunan məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az (6 il 6 ay 14 gün) təşkil edir. Ona görə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddianın təmin edilməsi üçün faktiki əsaslar, eyni zamanda hüquqi əsaslar mövcud olmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması za manı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret hallan (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif İşlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funk sional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müdd ətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
23. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Əmək şərai tinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.... 24. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzər də tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: 20400000 – İİİ. Metallurgiya istehsalatı (qara metallar) 20401000 –
1. Domna istehsalatı 2040100a – a) fəhlələr... 2040100a—14587 – metallurgiya avadanlığının təmirilə daim məşğul olan metallurgiya zavodları avadanlığının quraşdırıcıları... 2040100a—18559 – təmirçi çilingərlər...
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”:
29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri a) fəhlələr:... polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar...
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar gö stərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdi rilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə ba xılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
31. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. A pellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır.
34. Belə ki, iddiaçıya 1 iyul 2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlərin hamısının birlikdə olması tələb olunur: 1) iddiaçının 60 yaşının tamam olması; 2) azı 25 il sığort a stajına malik olması; 3) 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması; 4) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi.
35. İş materialları ilə müəyyən edilir ki, iddiaçının 60 yaşı 1 iyul 2020-ci ildə tamam olmuş, o, əmək pensiyasının təyin edilməsi üçün iddia etdiyi 1 iyul 2020-ci il tarixə ümumilikdə 25 ildən çox sosial sığorta stajına, 12 il 6 aydan çox (mübahisələndirilməyən 6 il 6 ay 14 gün + məhkəmə araşdırması ilə təsdiqini tapan 7 il 5 ay) xüsusi iş stajına malikdir və tələb olunan minimum məbləğ 37 600 manat olduğu halda iddiaçının fərdi hesabının sığorta hissəsində 88 703,83 manat vəsait toplanmışdır.
36. Cavabdeh id diaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərdən sadəcə onun xüsusi iş stajını mübahisələndirmiş, digər tələblərlə bağlı hər hansı etirazı olmamışdır.
37. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçının xx.xx.1982-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində Yermak İxtisaslaşdırılmış Tikinti-montaj idarəsində quraşdırıcı-çilingər işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahıda olmadığından onun güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmamışdır. İddiaçının güzəştli stajı 6 il 6 ay 14 gündür.
38. Məhkəmə kollegiyası qeyd edir ki, işdəki sübutlar və apellyasiya instansiyası məhkəməsinin araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının xx.xx.1982-xx.xx.1990 -cı il tarixləri arasındakı dövr ərzində Yermak İxtisaslaşdırılmış Tikinti-montaj idarəsində quraşdırıcı-çilingər işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “İİİ. Metallurgiya istehsalatı” bölməsinin “1. Domna istehsalatı” sahəsinin “2040100a—14587” kodu ilə qeyd edilən “metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodları avadanlığının quraşdırıcıları” və “2040100a—18559” kodu ilə qeyd edilən “təmirçi çilingərlər” peşələrinə uyğundur.
39. Qeyd edilən uyğunluğun müəyyən edilməsi üçün apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin yuxarı orqanı olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilmiş, iddiaçının mübahisələndirilən iş stajının siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması məhz Nazirlik tərəfindən müəyyən edilmişdir. Belə olan halda, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur.
40. Odur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşədə 12 il 6 aydan az işləməsi barədə cavabdehin şikayətinin dəlili əsaslı olmamışdır.
41. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla düzgün qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsəl ələri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 21(103)-1172/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.