Məhkəmə qərarları › İş №2-1(102)-2338/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2338/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2338/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: uşağın sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2020-ci il tarixli imtina qərarının ləğv edilməsi və cavabdehin üzərinə xx.xx.2020-ci il tarixdən xx.xx.2008-ci il tarixdə anadan olm uş Diniyev Şamxal Qurban oğluna sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-315/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının övladı Diniyev Şamxal Qurban oğlunun əlillik vəziyyətinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q35Q37 Dodağın və damağın yarığı [dovşandodaq və qurdağız] => Q35 - Damağın yarığı (qurdağ zı...; Diaqnozun mətni: Sərt və yumşaq damağın anadangəlmə bitişməməsi (qurd ağızlıq); Meyar:

1. Altı aydan iki ilə qədər müddətə: => 1.2. cərrahi əməliyyatdan sonra uzunmüddətli sağalma və reabilitasiya müalicəsi tələb olunan hallar;” səbəbi ilə 2 il müddətinə əlillik verilmişdir.

2. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında Şamxal Qurban oğlunun əlillik vəziyyətinə baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q35-Q37 - Dodağın və damağın yarığı [dovşandodaq və qurdağız] => Q35 - Damağın yarığı (qurdağzı...; Diaqnozun mətni: Sərt və yumşaq damağın anadangəlmə bitişməməsi (qurd ağızlıq); Meyar:

1. Altı aydan iki ilə qədər müddətə: => 1.2. cərrahi əməliyyatdan sonra uzunmüddətli sağalma və reabilitasiya müalicəsi tələb olunan hallar;.” səbəbi ilə 2 il müddətinə əlillik verilmişdir.

3. Elektron Təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında Şamxal Qurban oğlunun əlillik vəziyyətinə baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: XVİİ Sinif Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q35-Q37 - Dodağın və damağın yarığı [dovşandodaq və qurdağız] => Q35 - Damağın yarığı (qurdağzı...; Diaqnozun mətni: Sərt və yumşaq damağın anadangəlmə bitişməməsi (qurd ağızlıq); Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.22. cərrahi əməliyyatdan sonra uzunmüddətli sağalma və reabilitasiya müalicəsi tələb olunan hallar (Z98.8,K91.1-K91,9,K92K92.9);” səbəbi ilə 3 il müddətinə əlillik verilmişdir.

4. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli göndərişi əsasında Şamxal Qurban oğlunun əlillik vəziyyətinə baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q35-Q37 - Dodağın və damağın yarığı [dovşandodaq və qurdağız] => Q37 - Dodağın və damağın yarığı..Diaqnozun mətni: Anadangəlmə yumşaq və sərt damağın yarığı. Dovşan dodaq Xeylo uranostafiloplastikadan sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması Səbəb: Xəstəliyin əlilliyin təyini üçün vacib olan funksiya pozğunluqları qeyd olunmayıb” səbəbi ilə imtina verilmişdir.

5. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.202 0-ci il tarixli göndərişi əsasında Şamxal Qurban oğlunun əlillik vəziyyətinə baxılmış və “X1: XVİİ Sinif Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q35-Q37 - Dodağın və damağın yarığı [dovşandodaq və qurdağız] => Q37 - Dodağın və damağın yarığ...; Diaqnozun mətni: Yumşaq və sərt damağın yarığı dodağın birtərəfli yarığı ilə, cərrahi əməliyyatdan sonrakı vəziyyət. Dodağın və damağın yarığı [qurd ağzı dovşan dodaqla], cərrahi əməliyyatdan qabaq gforma.nitq və qida çətinliyi, nəfəs alma çətinliyi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Lor və üz cərrahının rəyində əməliyyatdan sonrakı ağırlaşmalar göstərilməyib.” səbəbi ilə imtina verilmişdir.

6. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında Şamxal Qurban oğlunun əlillik vəziyyətinə baxılmış və “X1: XXİ Sinif Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Yumşaq və sərt damağın yarığı dodağın birtərəfli yarığı ilə, xx.xx.2011-ci ildə cərrahi əməliyyatdan sonrakı vəziyyət. Nitq pozğunluğu müşahidə olunur; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Cərrahi əməliyyatdan sonrakı bərpa müalicələri davam etdirilsin, qeyd edilən diaqnoz Sim təyin etməyə əsas vermir” səbəbi ilə imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

7. İddiaçı məhkəməyə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin xx.xx.2 020-ci il tarixli imtina qərarının ləğv edilməsi və cavabdehin üzərinə xx.xx.2020-ci il tarixdən xx.xx.2008-ci il tarixdə anadan olmuş Diniyev Şamxal Qurban oğluna sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

8. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçının övladı anadangəlmə qüsurlu doğulmuşdur. Övladı yumşaq və sərt damağın yarığı, dodağın birtərəfli yarığı, anadangəlmə yumşaq və sərt damağın yarığı, dovşan dodaq "Xeylouranostafiloplastikadan sonrakı vəziyyət" diaqnozu ilə dispanser qeydiyyatındadır. Bunun üçün 2011-ci il tarixdə X2 cərrahi əməliyyat olunub. Uşaqlıqdan sosial müavinət almışdır. Sosial müavinətin verilməsi 2019-cu ildə dayandırılmışdır. TSEK-na dəfələrlə müraciət olunmuş, hər dəfə müxtəlif şəkildə imtina cavabları verilmişdir. Cavabdehin etirazları:

9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının övladı Diniyev Şamxal Qurban oğlunun əlillik vəziyyəti Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli sonuncu göndərişi əsasında qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Cərrahi əməliyyatdan sonrakı bərpa müalicələri davam etdirilsin, qeyd edilən diaqnoz Sim təyin etməyə əsas vermir” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Odur ki, iddiaçının ixtisaslaşdırılmış müalicə müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir.

10. Bundan əlavə, iddi açının əlillik vəziyyətinə xx.xx.2020-ci ildə imtina verilsə də, o, 2022-ci ilin sentyabr ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, verilən əlillik təyinatından imtina qərarından iddiaçının İPM-in 38-ci maddəsinin tələbinə əsasən, mübahisələndirmə haqqında iddiadan inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, həmçinin, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində və İPM-in 39-cu maddəsinin tələbinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayə t instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçdikdən sonra məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o 2022-ci ilin sentyabr ayında, yəni təxminən 2 il sonra xx.xx.2020-ci il tarixli göndəriş əsasında verilən əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-166/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2020-ci il tarixli imtina qərarı ləğv edilməklə, cavabdehin üzərinə xx.xx.2008-ci il tarixdə anadan olmuş Diniyev Şamxal Qurban oğluna xx.xx.2020-ci il tarixdən sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması öhdəliyi.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Şamxal Diniyevə qoyulmuş “Yumşaq və sərt damağın yarağı, dodağın birtərəfli yarığı ilə xx.xx.2011-ci ildə cərrahi əməliyyatdan sonrakı vəziyyət. Nitq pozğunluğu” diaqnozu istinad olunan Əsasnamədə uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu xəstəliklərin siyahısındadır. Cavabdeh orqanın təqdim etdiyi səhiyyə müəssisəsinin göndərişində də, ağırlaşma qrafasında “başqa rubrikalarda təsnif olunmayan nitq pozğunluqları, nitq pozğunluğu müşahidə olunur qeyd edilmiş və R47 kodunda göstərilmişdir. R47 kodu isə həmin Əsasnamənin 3.1.38-ci bəndində sağlamlıq imkanları məhdudluğunun müəyyən olunmasına əsas olan diaqnoz olaraq göstərilmişdir.

13. Cavabdehin iddia müddəti ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi Tibbi Sosial Ekspert Komissiyasının imtina cavabının elektron sistemdən çap tarixi xx.xx.2022-ci il qeyd olunmuşdur. İddiaçı, hazırkı tələblə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etdiyindən İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülməmişdir.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-315/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsi nin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş iddia müddətini buraxmışdır və məhkəmənin iddia müddəti ilə bağlı əsaslandırması qanunsuzdur. Belə ki, iddiaçıya xx.xx.2020-ci il tarixdə imtina qərarı təqdim edilmiş, şəxs bu qərardan məlumatlı olmuş və iddia ərizəsini yalnız 2 il sonra məhkəməyə təqdim etmişdir. İddiaçı tərəfindən imtina cavabının xx.xx.2022-ci il tarixində çap olunması ona əsas vermir ki, imtina qərarı məhz xx.xx.2022-ci il tarixində verilmişdir.

19. Məhkəmə tərəfindən ekspertizanın rəyi mötəbər hesab edilməmişdir. Məhkəmə qərarında göstərilmişdir ki, həmin ekspertizada Reabilitasiya Agentliyinin nümayəndəsinin iştirak etməsi və verilən rəyin Cavabdehin lehinə olması şübhə yaratmışdır. Ekspertiza məhkəmə tərəfindən qoyulmuş suallara cavab verməkdə səlahiyyətli şəxslər və qurum tərəfindən aparıldığından onun mötəbərliyinin bu formada mübahisələndirilməsi əsassızdır. Bu səbəbdən Məhkəmə tərəfindən mövcud ekspertiza rəyinin mötəbər sübut kimi qəbul edilməməsi anlaşılan olmamışdır.

20. Həmçinin qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabil itasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2. bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

21. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiy a instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazım i qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

26. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə, cavabdeh tərəfindən iddiaçının övladının əlillik vəziyyəti ilk dəfə 2010-cu il tarixdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında qiymətləndirilmiş və 2 il müddətinə əlillik dərəcəsi müəyyən edilmişdir. Sonra 2014-cü ildə eyni xəstəxananın göndərişi əsasında yenidən əlillik vəziyyətinə baxılmış və eyni xəstəlik səbəbindən 2 il m üddətinə əlillik dərəcəsi müəyyən edilmişdir. Daha sonra elektron təyinatla 12 aprel 2016-cı il tarixli göndəriş əsasında iddiaçının övladının əlillik vəziyyəti qiymətləndirilmiş və eyni xəstəliklər səbəbi ilə 3 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Növbəti dəfə iddiaçının övladının əlillik vəziyyəti Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli göndərişləri əsasında cavabdeh tərəfindən yenidən qiymətləndirilmiş və müvafiq olaraq “əlilliyin təyini üçün vacib olan funksiya pozğunluqları qeyd olunmayıb”, “cərrahının rəyində əməliyyatdan sonrakı ağırlaşmalar göstərilməyib” və “qeyd edilən diaqnoz Sim təyin etməyə əsas vermir” səbəbləri ilə imtina verilmişdir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının 11 noy abr 2020-ci il tarixdə tərtib etdiyi göndərişdən görünür ki, Ş.Diniyevə 2010-ci ildə qoyulmuş diaqnoz ilə 11 noyabr 2020-ci il tarixdə göndərişdə olan diaqnoz eyni olmuşdur. 2010-cu ildə Ş.Diniyevə qoyulmuş diaqnoz əsasında o, sağlamlıq imkanları məhdud olan şəxs kimi müəyyən edilmişdir və onun sağlamlığında yeni vəziyyət müəyyən edilməmişdir. Yəni, göndərişdə olan məlumatlar Ş.Diniyevə əlillik təyin edilməsi üçün əsas olmuşdur.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 3-cü hissəsində uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları təsvir edilmişdir (3.1.38. anadangəlmə qüsurlar (orqanların tam və ya qismən aplaziyası), üz skeleti və əzələlərin qazanılmış defekt və deformasiyaları nəticəsində tənəffüs, çeynəmə, udma, nitq funksiyasının pozulması (Q18, Q30.1, Q31.2, Q31.8, Q32.1, Q32.4, Q33.3, Q34.8, Q38- Q39.9, Q67.4, R06, R13, R47, R49, K07).

29. Göründüyü kimi Şamxal Diniyevə təyin edilmiş “Yumşaq və sərt damağın yarağı, dodağın birtərəfli yarığı ilə xx.xx.2011-ci ildə cərrahi əməliyyatdan sonrakı vəziyyət. Nitq pozğunluğu” diaqnozu istinad olunan Əsasnamədə uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu xəstəliklərin siyahısındadır. Cavabdeh orqanın təqdim etdiyi səhiyyə müəssisəsinin göndərişində də ağırlaşma qrafasında “başqa rubrikalarda təsnif olunmayan nitq pozğunluqları, nitq pozğunluğu müşahidə olunur qeyd edilmiş və R47 kodunda göstərilmişdir. R47 kodu isə həm in Əsasnamənin 3.1.38-ci bəndində sağlamlıq imkanları məhdudluğunun müəyyən olunmasına əsas olan diaqnoz olaraq göstərilmişdir.

30. İddianın verilməsi müddətinin ötürülməsi barədə dəlilə gəldikdə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin imtinası barədə qərarının onun xx.xx.2022-ci il tarixdən iddiaçıya təqdim olunduğunu təsdiq edən sübut işdə yoxdur. İddiaçı isə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri xx.xx.2022-ci il tarixdə poçt xidmətinə təqdim etmişdir.

31. Şikayətin başqa bir dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil hesab olunub-olunmaması Agentliyin səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

32. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının l əğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. 33. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

34. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.

35. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-315/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar