Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2339/2019 07.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Cavabdehin vəkili Vəkil iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (keçmiş Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəs i) qarşı pensiya fərqinin ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-714/2019 saylı qərarından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona xxxx 2017-ci il tarixdən təyin edilmiş əlilliyə görə pensiyasının son üç ili tətbiq edilməklə, yenidən hesablanmasını və pensiya fərqinin ödənilməsinin cavabdehə həvalə olunması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnz ibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)3022/2018 saylı qərarı ilə iddia təmin edilərək, İddiaçı xxxx 2017-ci il tarixdən təyin edilmiş (səbəb Azərbaycan Respublikasının müdafiəsi zamanı) əlilliyə görə pensiyasının son üç ilinin hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsi vəzifəsicavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə edilməsi qərara alınmışdır(hakim A.Abdullayeva). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2339/2018 saylı qərarı ilə (sədrlik edən V.Məmmədov, hakimlər S.Seyidova və R.Qurbanov) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbə li Şəxslərlə İş İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)-3022/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(102)-2579/2018 saylı qərarı ilə (sədrlik edən İ.Hüseynov, hakimlər N.Rəsulbəyova və Z.Quliyev) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2339/2018 saylı qərarı ləğv edilərək, iş təkrar baxışa göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-714/20 19 saylı qərarı ilə (sədrlik edən C.Yusifov, hakimlər V.Ağayev və A.Nuriyeva) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)-3022/2018 saylı qərarı ləğv edilmiş, İddiaçı iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından İddiaçı və onun vəkili Mənsurova Lalə Nadir qızı kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, sübutlara düzgün qiymət verilməmiş, Azərbaycan Respublikası İPM-nin 92-ci maddəsində göstərilmiş əsaslara uyğun olaraq qərarın ləğvinə əsas yaratmışdır. Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə etiraz edərək, Apellyasiya Məhkəməsinin xxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdi r. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iddiaçı İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişd ir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və ob yektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 21(103)-714/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki,12 saylı TSEK-in qərarı ilə xxxx 2013-cü il tarixdə hərbi qulluqçu iddiaçının 2-ci qrup əlilliyinin ilkin səbəbi «ümumi» xəstəlik kimi qiymətləndirilmiş (xxxx 2012-ci il tarixdən həmin xəstəlik üzrə ilkin peensiya təyinatı aparılmışdır), sonradan, Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xxxx 2017-ci il tarixli qərarı ilə onun xəstələyi «Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi şəhadətlənd irilmiş və bundan sonra TSEK tərəfindən xxxx 2017-ci il tarixdə aparılmış yeni müayinəndən sonra ona 2-ci qrup əliliyinin səbəbi «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyinə» dəyişdirilmiş və iddia tələbindən göründüyü kimi, həmin tarixdən ona «Əmək pensiyaları haqqında Qanunun 20.16.1-ci maddəsinə müvafiq təminat xərcliyinin 80 faizi miqdarında təyin edilmişdir. İş materiallarını araşdıraraq apellyasiya məhkəməsi o nəticəyə gəlmişdir ki, inzibati qanunvericiliyə və işin sübutlarla müəyyən olunan hallarına əsasən iddiaçının ilkin əliliyinin səbəbinin TSEK tərəfindən müəyyən edildiyi və TSEK-in ilkin qərarı ilə qiymətləndirmə tarixindən də ona cavabdehin qərarı ilə pensiya hesablandığı halda, sonuncunun qanunsuz hərəkətləri müəyyən edilə bilməz, iddiaçını n 2008-ci ildə ilkin olaraq TSEK-in qərarı ilə əlilliyi və onun səbəb əlaqəsi müəyyən edilmiş, lakin həmin qərardan o, şikayət verməmiş, hüquqi nəticələri 2017-ci ildə TSEK-in növbəti bir qərarı ilə əlilliyin səbəb əlaqəsi dəyişdirilənədək mövcud olmuş və hal-hazırda da həmin qərar ləğv olunmamış, etibarsız sayılmamışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Əmək pensiaları haqqında» Qanunun 20.16-cı maddəsinə əsasən bu Qanunun 20.1.12-ci maddəsində nəzərədə tutulan hərbi qulluqçulara (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla): 20.16.1. İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanl ara) müvafiq təminat xərclərinin – 100 faiz, İİ qrup müharibə əlillərinə - 80 faiz, İİİ qrup müharibə əlillərinə -55 faiz; 20.16.2. İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən bağlı olmayan əlillərə) müvafiq təminat xərclərinin – 60 faiz, İİ qrup müharibə əlillərinə 55 faiz, İİİ qrup müharibə əlillərinə -35 faiz miqdarı ilə müəyyənləşdirilən məbləğdə buqanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər -əlavələr ödənilir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının əlilliyinin səbəb əlaqəsi TSEK tərəfindən xxxx 2017-ci il tarixdə dəyişdirildiyindən, cavabdehin imtinası əsaslıdır, «Tibbi-sosial ekspert komissiyaları haqqında» Əsasnamənin istər əvvəlki, istərsə də sonrakı redaksiyası üzrə müəyyən edilən qaydalarla birmənal ı olaraq əlillik dərəcəsinin və onun səbəbinin TSEK-in qəbul etdiyi qərarlara əsasən müəyyən olunduğu təsbit edilmişdir ki, həmin qərardan da məhkəməyə şikayət verilməsi Əsasnamədə nəzərdə tutulmuşdur. Belə ki, 2008-ci ildə iddiaçıya ilkin əlillik təyin edilərkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 №-li qərarı ilə təsdiq edilmiş və 2016-cı il xxxx tarixinədək qüvvədə olan «Tibbi-sosial ekspert komissiyaları haqqında» Əsasnamənin müddəaları (bəndləri) ilə aşağıdakılar müəyyən edilmişdir: 1.5. Tibbi-sosial ekspert komissiyaları əlillik dərəcələrinin (qrupunun) müddətini və səbəbini müəyyən edir. Şəxsin həyat fəaliyyətinin məhdudlaşması dərəcəsindən asılı olaraq «Əlilliyin müəyyən olunması meyarlarına dair» Əsasnamə əsasında İ, İİ və İİİ qrup əlilli k təyin edilir və uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları»na əsasən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir, həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya imkanın qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini,səbəbini və əlliyin baş vermə vaxtını təyin edir,sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edir. 3.1.Tibbi-sosial ekspert komissiyaları: həyat fəaliyyətinin məhdudlaşmasının dərəcəsini və xarakterini müəyyən edir müayinə olunan şəxslərin reabilitasiya potensialının səviyyəsini və xarakterini müəyyən edir həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya qiymətləndirilməsi əsasında əlillik dərəcəsini onun müddətini səbəbini və əlilliyin baş vermə vaxtını təyin edir sağlamlıq imkanlarının məhdudluluğunu müəyyən edir. 5.1. Əlillik müddəti «Əlilliyin müəyyən edilməsi meyarlarına dair» Əsasnamə» yə uyğun olaraq müəyyən edilir.Əlillik müddətində müəyyən edildiyi hallarda şəxs növbəti müayinə təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur. 5.4. Müayinə olunan şəxs tibbi-sosial ekspert komissiyasının qərarı ilə razılaşmadıqda bir ay müddətində TSEK sədrinə ərizə ilə müraciət etmək hüququna malikdir. Belə hallarda TSEK sədri 3 gün müddətində onun tibbi ekspertiza sənədlərini və ərizəni ali pillə ekspertizaya göndərməlidir. Ali pillə TSEK həmin sənədi aldıqdan sonra sənədlər əsasında, yaxud əlili və sağlamlıq imkanları məhdud uşağı əyani müayinəyə cəlb etməklə qərar qəbul edir. İlkin tibbi-sosial ekspert komissiyasının qərarlarından məhkəməyə şikayət verilə bilər. Sonradan isə iddiaçıya əlilliyinin s əbəb əlaqəsi dəyişdirilərək yenidən əlillik təyin edilərkən AR Nazirlər Kabinetinin 2016-cı il xxxx tarixli 36 saylı Qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında» Əsasnamədə aşağıdakı qaydalar müəyyən olunmuşdur: 1 TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əl illiyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. 2 Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. 3.1.3. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını müəyyən etmək TSEK-in vəzifələrindən biridir. 4.26.Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. 5.4. TSEK-in qərarından narazı qalan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi xidmət tərəfində aparılır. 5.5.TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsində verilən anlayışından da görünür ki, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. «İnzibati icraat haqqında» Qanunun 64.1 -ci maddəsinin tələbindən də görünür ki, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlu m olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsində də nəzərdə tutulur ki, nzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağrılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Apellyasiya məhkəməsi iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası inzibati qanunvericiliyə və işin hallarına əsasən 2008-ci ildə iddiaçının ilkin əliliyinin səbəbinin TSEK tərəfindən müəyyən edildiyini və TSEK-in ilkin qərarı ilə qiymətləndirmə tarixind ən də ona cavabdehin qərarı ilə pensiya hesablandığı halda, cavabdehin qanunsuz hərəkətlərinin müəyyən edilmədiyini, iddiaçının TSEK-in əlillik və onun səbəb əlaqəsinin müəyyən edilməsi barədə qərarından şikayət vermədiyini, hüquqi nəticələrinin 2017-ci ildə TSEK-in növbəti bir qərarı ilə əlilliyin səbəb əlaqəsi dəyişdirilənədək mövcud olduğunu, hal-hazırda da həmin qərarın ləğv olunmadığını və etibarsız sayılmadığını nəzərə alaraq kassasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-714/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-714/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2339/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2339/2019
07.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver