Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2339/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARDADİ ( Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; müddətin ötürülməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-233/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpası və kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı “xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulm ası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 17 yanvar 2023-cü il tarixli, 21(116)-370/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
3. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-233/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-370/2023 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
5. İddiaçı kassasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-233/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin y enidən apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
6. Eyni zamanda iddiaçı prosessual müddətin bərpasına dair ərizə ilə müraciət edərək bildirmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)233/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərarı xx.xx.2023-cü il tarixdə onun ünvanına çatmış və şikayətin verilmə müddətinin son günü xx.xx.2023-cü il tarixinə düşmüşdür. xx.xx.2023-cü il tarixi qeyri-iş (26.06.23-02.07.23) gününə düşdüyündən şikayətin verilmə müddətinin son günü xx.xx.2023-cü il tarixinə düşmüşdür. Bunun nəticəsində apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. O, ərizəsində həmi müddət ərzində yaxın qohumunun vəfat etdiyini, müddətin ötürülməsinin üzürlü sayılmasını və müddətin bərpa olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. İnzibati Prosessual Məcəllə Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. (-) Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlid ir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və v axtı barədə məlumat verilir. 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-) b) Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyan ın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
8. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll o lunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”.
9. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. İddiaçı prosessual müddətin bərpasına dair ərizə ilə müraciət edərək bildirmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-233/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərarı xx.xx.2023-cü il tarixdə onun ünvanına çatmış və şikayətin verilmə müddətinin son günü xx.xx.2023-cü il tarixinə düşmüşdür. xx.xx.2023-cü il tarixi qeyri-iş (26.06.23-02.07.23) gününə düşdüyündən şikayətin verilmə müddətinin son günü xx.xx.2023-cü il tarixinə düşmüşdür.O, həmi müddət ərzində yaxın qohumunun vəfat etdiyini, müddətin ötürülməsinin üzürlü sayılmasını və müddətin bərpa olunmasını xahiş etmişdir.
11. Məhkəmə kollegiyası göstərilən dəlilləri əsassız hesab edərək aşağdakıları qeyd edir: İşin hallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarı xx.xx.2023-cü il tarixdə (işə poçt qəbzi əlavə olunub səh-158) iddiaçının ünvanına ça tdırılıb və onun ailə üzvünə təqdim olunmuşdur.
12. Kassasiya şikayəti isə poçta xx.xx.2023-cü il tarixində təhvil verilmiş və məhkəməyə xx.xx.2023-cü il tarixdə çatdırılmışdır.
13. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 7-ci bəndində qeyd olunan prosessual hüquq normalarının və İPM-in 94.1-ci maddəsinin tələbi baxımından kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddət buraxılmış hesab olunur.
14. İddiaçının müddətin bərpasına dair vəsatətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin ərizədə müddətin bərpasına əsas verən səbəb müddətin bərpası üçün üzürlü səbəb hesab oluna bilməz.
15. Ali Məhkəmənin kollegiyası göstərilənləri və Avropa İnsan Hüquqları üzrə Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı şikayəti üzrə hazırkı qərarda qeyd olunan prosessual hüquq normalarının tələblərinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar olan mövqeyini nəzərə alaraq hesab edir ki, iddiaçının vəsatəti təmin olunmamalı və kassasiya şikayəti mümkün sayılmamalıdır.
16. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Müddətin bərpası hissəsində vəsatət təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-233/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın.