Məhkəmə qərarları › İş №2-1(102)-234/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-234/2019

30.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-234/2019 30.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı və vəkili Vəkil, cavabdeh şöbənin nümayəndəsi X7 və vəkili X1 iştiraki ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı qəra rın ləğv edilməsi və ünvanlı sosial yardımın verilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh şöbə tərəfindən iddiaçıya hər ay təyin edilən ünvanlı sosial yardımın dayandırılması haqqında qərarın ləğv edilməsi, ona hər ay ödənilməli olan 300 manat məbləğində ünvanlı sosial yardımın verilməsi barədə qərar qə bul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 aprel 2018-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva; iş № 2-1(81)-2322/2018) iddianın təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən A.Nuriyeva, hakimlər V.Ağayev və C.Yusifov; iş № 2-1(103)1983/2018) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 27 aprel 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasıqərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının ka ssasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qərarının ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən İddiaçı vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh şöbənin vəkili R.Qənbərov kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh şöbənin nümayəndəsi T.Eyvazov vəkilin dediklərinə uyğun izahat vermişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə ri ayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, iddiaçı evlidir, iki uşağı var, özü əmək qabiliyyəti olmayan İİ qrup əlildir, həyat yoldaşı isə İİİ qrup gözdən əlildir. yə əlildir. Ailələri aztəminatlıdır: aldıqarı pensiya cəmi 102 manat təşkil edir. Bu əsasla ona ünvanlı sosial yardım təyin edilmişdir ki, bu yardımı 4 il almışdır. Həmin yardımın ödənilməsi qaydaları dəyişdikdən sonra, 2016-cı ilin avqust ayında iddiaçı “VEMTAS” vasitəsi ilə ailəsinə ünvanlı sosial yardımın təyin edilməsi üçün cavabdeh şöbəyə ərizə ilə mür aciət etmişdir. 31.08.2016-cı il tarixdən onlara “VEMTAS” tərəfindən avtomatlaşdırılmış qaydada aylıq 148,47 manat məbləğində ünvanlı sosial yardımı təyin edilmişdir. Lakin, sonradan cavabdeh şöbə tərəfindən iddiaçının daxil etdiyi məlumatların yoxlanılması nəticəsində ailənin mülkiyyətində olan torpaq sahəsi barədə məlumatın təqdim edilmədiyi aşkarlanmış və bu əsasla ailəyə göndərilmiş 3de172e8781f4746a42af003db22d751 saylı Bildirişlə onlara ünvanlı sosial yardımın verilməsindən imtina olunmuşdur. Məsələnin aydınlaşdırılması və yardımın verilməsinin davam etdirilməsi üçün iddiaçı cavabdeh şöbəyə müvafiq ərizə ilə müraciət etmişdir. Lakin inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış 16.08.2017-ci il tarixli cavab məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İin materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” J-769 Kod 80903018 nömrəli dövlət aktının surətinə görə, Salyan rayonu X5 30.07.1998-ci il tarixli 09 saylı qərarı ilə X4, X8, İddiaçı (iddiaçıdır), X3 və Ağayev Böyükağa Əliağa oğluna kənd təsərrüfatı məhsullarının istehsalı üçün cizgidə göstərilən sərhəd daxilində 1,02 ha torpaq sahəsi ayrılmışdır. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, iddiaçı tərəfindən “VEMTAS”a məlumatların təqdim edilməməsi aşkar olunduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və v erilməsindən imtina edilməsi” Qaydalarına uyğun və əsaslı olaraq ünvanlı sosial yardımın verilməsindən imtina edilmişdir. İddiaçı iddia ərizəsində ona ünvanlı sosial yardımın təkrar təyin edilməsi və ödənilməsini tələb etsə də, iddiaçının izahatından müəyyən olunur ki, ailənin mülkiyyətində 2 eyni təyinatlı daşınmaz əmlak mövcuddur Ona görə də, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsaslı və qanuni olmuş, eyni zamanda iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan 1-ci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarını n 3.7.7-ci bəndini nəzərə almaqda, həmin tələbi təmin etməmişdir. Belə ki, həmin bəndə əsasən, ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə düzgün deyil, iddiaçının kassasiya şikayətində göstərilən dəlilləri əsaslı olduğundan qəbul edilməlidir. Belə ki, apellyasiya instansiya məhkəməsinin qərarında göstərildiyi kimi, iddiaçının iki eyni təyinatlı daşınmaz əmlaka malik olması işin materialları ilə müəyyən olunmur. İşin materiallarında olan “xxxx” MTK tərəfindən verilmiş 03.07.2017-ci il tarixli arayışda iddiaçının Nəsimi rayonu, Cavadxan küçəsi, 24/72 saylı mənzildə qeydiyyatsız yaşamas ının qeyd olunması, sözügedən mənzilin iddiaçının mülkiyyətində olması demək deyil. İşdə həmin mənzilə dair hər hansı hüquqmüəyyənedilci sənəd də (çıxarış və s.) mövcud deyil. Fərz etsək ki, həmin mənzil iddiaçının mülkiyyətindədəir, yenə də cavabdeh şöbənin imtinası əsaslı hesab oluna bilməz. Belə ki, iddiaçının həmin mənzili Bak şəhərində yerləşir, torpaq sahəsi isə Salyan rayonunda, üstəlik həmin daşınmaz əmlaklar fərqli təyinatlıdır. Yuxarıda qeyd edilən “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında isə mübahisəli torpağın iddiaçının əvvəlki ailəsinin (nənəsinn, qardaşının, qardışı oğlunun və sair şəxslərin) birgə mülkiyyəti olması görünür. Belə olan halda, bu halların yenidən apellyasiya instansiya məhkəməsində araşıdırması zərurəti yaranır. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğ vi üçün əsas ola bilən qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin X2 19 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar