Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-234/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinəqarşı iş üzrə QƏRAR (açar sözlər:torpaq sahəsi iddiaçının icarəsinə verildiyindən, daşınmaz əmlakın dövlət reyestrində onun icarə hüququ qeydiyyata alına bilər) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının vəkili Vəkil iştirakı, N.Əhmədovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1915/2019 saylı qərarından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin xx xxxxxx 2011-ci il tarixli, 660 və 668 saylı sərəncamları ilə Bakı şəhəri, XXXyerləşən ölçüləri müvafiq olaraq 4,200 kv.m və 2,800 kv.m olan torpaq sahələrinin ona icarəyə verildiyini, həmin tarixdə onunla Bakı şəhər Xəzər rayon İcra Hakimiyyəti arasında torpaq sahələrinin icarəyə verilməsinə dair müqavilələrin bağlandığını, Bakı şəhər Xəzər rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahələrinin yerləşmə cizgilərinin tərtib edildiyini, həmin torpaq sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışların verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etdiyini, sonuncunun isə ərizənin icrasından müxtəlif bəhanələr gətirərək qanunsuz olaraq imtina etdiyini bildirərək, Bakı şəhəri, XXXyerləşən 2,800 kv.m və 4,200 kv.m olan torpaq sahələrinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışların verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(82)1781/2019 saylı, qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, XXXyerləşən 2,800 kv.m və 4,200 kv.m ölçülərdə olan torpaq sahələri üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur (hakim - Ç.Bəşirov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1915/2019 saylı qərarı ilə (sədrlik edən E.E.Nağıyeva, hakimlər V.Ə.Baxışova və H.Ü.Həmidov) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı dəyişdirilərək, İddiaçı Bakı şəhəri, XXXyerləşən 2,800 kv.m və 4,200 kv.m ölçülərdə olan torpaq sahələri üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışlar verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdınlmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur, məhkəmə qərarına görə birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin edərkən onun torpaq sahəsi üzərində hansı hüquqlarının qeydiyyata alınmalı olduğunu qeyd etmədiyindən, icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır, halbuki, iddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi məhkə məsinə iddia ərizəsi ilə müraciət edərək, hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışların verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə çıxış etmiş, Apellyasiya Məhkəməsi isə əsassız olaraq iddia tələbini dəyişdirərək, yeni qərar qəbul etməklə, iddia tələbinin həddindən kənara çıxmışdır. İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yer i barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkə məsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 21(103)-1915/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Xəzər rayon İcra Hakimiyyətinin xx xxxxxx 2011-ci il tarixli, 660 və 668 saylı sərəncamlarına əsasən Bakı şəhəri, XXXyerləşən 4,200 kv.m və 2.800 kv.m. ölçüdə olan torpaq sahələri sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə İddiaçı icarəyə ver ilmiş, xx.xx.2011-ci il tarixli icarə müqavilələrinə əsasən 4200.0 m2 və 2.800 kv.m. torpaq sahələri üçün illik icarə haqqı 30 və 20 manat (ƏDV-siz) təşkil edir və müqavilələr xx.xx.2011-ci il tarixdən xx.xx.2110-cu il tarixinə qədər müddətə bağlanmış, iddiaçıya ayrılmış torpaq sahələrinin sxemləri və xəritədən çıxarışlarda həmin torpaq sahələrinin yeri sxemlərdə dəqiq göstərilmiş, həmin sxemlər və xəritədən çıxarışlar Xəzər rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixli və xx xxxxxx 2018-ci il tarixli məktublarla Bakı şəhəri, XXXyerləşən 2,800 kv.m və 4,200 kv.m ölçülərdə olan torpaq sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların iddiaçıya verilməsindən imtina edilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iş materiallarındakı sərəncam və müqavilələr iddiaçının torpaq sahələri üzərində icarə hüququ olduğunu təsdiq etdiyindən, cavabdehin imtinası əsassız olmuş, Xəzər rayon İcra Hakimiyyətinin xx xxxxxx 2011-ci il tarixli, 660 saylı və 668 saylı sərəncamlarına görə Bakı şəhəri, XXXyerləşən 4200 kv.m və 2.800 kv.m ölçüdə olan torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə İddiaçı icarəyə verilmiş, işə apellyasiya qaydasında baxılarkən, cavabdehin nümayəndəsi məhkəmədə ərazinin bir hissəsinin Xəzər dənizinin və 35 kv yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşdüyü üçün tələbin təmin edilməməli old uğunu göstərsə də, imtina məktubunda bu səbəblər qeyd edilməmiş, bununla bağlı məhkəməyə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmiş, məhkəməyə torpaq sahəsinin GPRS-lə çəkilmiş fotoşəkili təqdim edilərək, fotoşəkildə qırmızı xətlərlə ştrixlənmiş sahənin (50 metr) dənizin mühafizə zonası olduğu qeyd edilmiş, həmin fotoşəkil səlahiyyətli mütəxəssisin imzası və orqanın möhürü ilə təsdiq edilmədiyindən, məhkəmə tərəfindən mötəbər sübut kimi nəzərə alınmamış, birinci instansiya məhkəməsi isə iddiaçının tələbini təmin edərkən onun torpaq sahəsi üzərində hansı hüququnun qeydə alınmalı olduğunu göstərməmiş, daşınmaz əmlak iddiaçının icarəsində olduğundan, onun icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrdən çıxarışları n verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunun 8.0.1 və 8.0.4-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar və qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə məhkəmə qərarının dəyişdirilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iş materiallarındakı sərəncam və müqavilələr iddiaçının torpaq sahələri üzərində icarə hüququnun olduğunu təsdiq etdiyindən, Xəzər rayon İcra Hakimiyyətinin xx xxxxxx 2011-ci il tarixli, 660 saylı və 668 saylı sərəncamlarına əsasən Bakı şəhəri, XXXyerləşən 4200 kv.m və 2.800 kv.m ölçüdə olan torpaq sahələrinin sahibkarlıq fəaliyyəti ilə məşğ ul olmaq məqsədilə İddiaçı icarəyə verildiyini, beləliklə, təqdim edilən sərəncamlar və icarə müqavilələrinə əsasən hazırkı mərhələdə iddiaçının yalnız həmin torpaq sahələri üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bildiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası bu zaman onu da nəzərə alır ki, İddiaçı tərəfindən iddia ərizəsində həmin torpaq sahələrinin üzərində mülkiyyət hüquqlarının deyil, sadəcə hüquqlarının qeydiyyata alınmasını xahiş etmiş və təqdim olunan sənədlər də onun icarə hüququnu təsdiq etdiyindən, apellyasiya məhkəməsi onun icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qanuni qərar qəbul etmişdir və bu hal isə Apellyasiya Məhkəməsi tərəfindən İnzibati Prosessu al Məcəllənin 52-ci maddəsinin pozuntusu - başqa sözlə iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)1915/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1915/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-234/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-234/2020
15.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver